Zəhra Hüseynli - Şəhid Anası şeiri (səsləndirmə)

Поделиться
HTML-код
  • Опубликовано: 13 июн 2020
  • ŞƏHİD ANASI
    İzin ver, gözünün yaşını silim,
    Bir daha ağlama, şəhid anası.
    Tökmə yanağına göz yaşlarını,
    Qəlbimi dağlama, şəhid anası.
    Şəhidlər məsumdu, nurdu, zinətdi.
    Susmayan vicdandı, coşan qeyrətdi.
    Axı şəhidlərin yeri cənnətdi,
    Ona yas saxlama, şəhid anası.
    Sevgini, şəhidin yaşına bağla.
    Ümidi Kəbənin daşına bağla.
    Üç rəngli bayrağı başına bağla,
    Sən qara bağlama, şəhid anası.
    Şəhid məzarları pirdi, ocağdı,
    Vətən torpağında yanan çırağdı,
    Şəhidlər ölməyib, diridi, sağdı,
    Ağlama, ağlama,şəhid anası.

Комментарии •