Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Məcburi dövlət sosial sığortası ilə sığorta olunan, yəni əmək müqaviləsi ilə çalışan şəxslərin müvəqqəti xəstəlik halında faktiki olaraq işləmədiyi dövrdə itirilmiş əməkhaqlarının, gəlirlərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu növ sığorta sığortaedənlər, yəni işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir.
    Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.
    Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:
    - minimum 6 ay sığorta stajı olmayan şəxslərə;
    - əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;
    - işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə;
    - törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;
    - məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).
    Bu müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz.
    Müavinət işçinin iş yeri üzrə, yəni əmək kitabçasının olduğu yerdə müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.
    Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəssisənin olduğu yerdən kənarda (məsələn, ezamiyyət zamanı, məzuniyyət dövründə və i.a.) baş verdikdə də müavinət işçinin iş yerində təyin olunur və ümumi qaydada verilir.
    Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür.
    Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.
    Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.
    Xəstələnən işçinin stajına görə bülleten (xəstəlik vərəqəsi) təqdim etməklə ödənilən müavinət hansı nisbətlərdə ödənilir?
    İşçinin 8 ilədək sığorta stajı olduqda - qazancın 60%-i,
    8 ildən 12 ilədək sığorta stajı olduqda - qazancın 80%-i,
    12 il və daha çox sığorta stajı olduqda - qazancın 100%-i olaraq ödənilir.
    Qeyd edək ki, əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.
    Videoda təqdim etdiyimiz halla qarşılaşdıqda lazımi sənədləşdirməni etməyinizi tövsiyyə edirik.

Комментарии • 13

  • @abdulla-rq3xl
    @abdulla-rq3xl Год назад

    Tewekkur

  • @muradaslen2058
    @muradaslen2058 2 года назад

    Tesekkur

  • @amateuryoutubegamer715
    @amateuryoutubegamer715 22 дня назад

    salam. Video uchun teshekkuler! 189 nomreli emr uzre Forma A-6 word hazir formasini yuklemek mumkundur?

  • @LORD-001
    @LORD-001 7 месяцев назад

    Ümumiyyətlə bu bülleten hansı qanunla tənzimlənir?
    Əmək məcəlləsi yoxsa vergi qanunu ilə?

  • @user-sw8sm6fu3y
    @user-sw8sm6fu3y 9 месяцев назад

    Men 2 aydi hele ala bilmrem oranin əlaqə nomresi neçedr

  • @LORD-001
    @LORD-001 7 месяцев назад

    Bu dediklərin FHN bütün qurumlarina aiddir?

  • @leo_0242musamukhtarov
    @leo_0242musamukhtarov 2 года назад

    mən sizinlə necə əlaqə saxlaya bilərəm ?

  • @vusalememmedli7079
    @vusalememmedli7079 10 месяцев назад

    Salam

  • @kemaleyusifova2087
    @kemaleyusifova2087 Год назад

    6 ay stajı olmayana, xəstəlik vərəqəsi nəzərə alınmır?

    • @alvin4494
      @alvin4494 Год назад

      Nəzərə alın alınır lakin ödəniş olunmur

  • @ilyasbabayev5063
    @ilyasbabayev5063 2 года назад +1

    Emek me ellesini qabagina qoyub oxuyur.. 😏

  • @bayramhacibalayev3204
    @bayramhacibalayev3204 3 года назад +1

    Qiz deli kimi danisiree

  • @zulfirakazimova5958
    @zulfirakazimova5958 7 месяцев назад

    Siz nömrənızı mənə yazın də