“Chahargah Rhapsody” live | Ethnic festival “Music of the World”| Этнический фестиваль «Музыки мира»

Поделиться
HTML-код
  • Опубликовано: 20 апр 2022
  • 2019-cu il 10-11 avqust tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərinin Şeremetyevo sarayındakı Musiqi muzeyində 4-cü dəfə “Dünya musiqiləri” adlı etnik festival keçirilib.
    Festival XVIII əsrə aid unikal malikanənin ərazisində Moskva və Sankt-Peterburq şəhərləri, Rusiya Federasiyasının regionları və müxtəlif ölkələrdən ən yaxşı etno-musiqiçiləri bir araya gətirir. Tədbirin proqramı etno-rok, etno-caz və etno-elektronika janrlarını əhatə edir.
    Azərbaycanı festivalda Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz qrupu təmsil edib. Qrup səfərə Mədəniyyət Nazirliyinin dəstəyi ilə gedib.
    “Cəngi” etno-caz qrupunun tərkibində Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), Əməkdar artist Ruslan Hüseynov (bas gitara), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseyn (piano) və Əminə Kaykun (vokal) çıxış edib.
    Azərbaycanlı musiqiçilər festivalın açılış günü səhnəyə çıxıblar. 11 avqustda isə Mircavad Cəfərov 150 nəfərlik auditoriya qarşısında ustad dərsi keçib. Ustad dərsində Azərbaycan milli musiqi alətlərindən bəhs edilib.
    “Cəngi” etno-caz qrupu 1992-ci ildən fəaliyyət göstərir. Qrup repertuarında klassik cazı xalq mahnıları və milli alətlərlə sintez edir. Kollektiv ABŞ, Norveç, Türkiyə, Fransa, Qazaxıstan və digər ölkələrdə festivallarda iştirak edərək tamaşaçılara yüksək zövq yaşadıb. Qrupa 2002-ci ildən tanınmış musiqiçi, ud və tar alətlərinin mahir ifaçısı, Xalq artisti Mircavad Cəfərov rəhbərlik edir. O, Fransa (2014), Qazaxıstan (2016) və başqa ölkələrdə beynəlxalq caz festivallarının iştirakçısı və laureatı olub.
    Qeyd edək ki, Sankt-Peterburqda keçirilən “Dünya musiqiləri” etnik festivalı təkcə konsert marafonu deyil. Layihə eyni zamanda yaradıcı ünsiyyət, ustad dərsləri, ekzotik musiqi alətlərində ifaların nümayişi, bu qeyri-adi musiqi alətlərini hazırlayan ustalarla görüşlər və s. yaddaqalan hadisələri özündə cəm edir. Festival həm də müxtəlif xalqların rəqs, poeziya və tətbiqi-dekorativ sənətini əks etdirir.
    Festivalın təşkilatçısı Sankt-Peterburq Teatr və Musiqi Sənəti Muzeyidir. Bu muzey dünyanın beş böyük musiqi aləti kolleksiyasından birinə sahibdir. Musiqi bayramına qatılanlar etnik musiqi alətlərini təbii səslə - həm səhnədə, həm də muzeyin ekspozisiyasının interaktiv turlarında dinləyə bilirlər.
    ____________________________________________________________________
    Konserti tam versiyada izləmək üçün 1:24:00
    • Этнический фестиваль «...
    ____________________________________________________________________
    Bu musiqi 2018-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində "'Dünyanın musiqisi''' adlı konsert proqramı çərçivəsində canlı ifa olunmuşdur.
    Art director - Mirjavad Jafarov
    Arranger, Piano - Vasif Huseyn
    Tar - Mirjavid Jafarov
    Bass - Ruslan Huseynov
    Drums - Nijat Bayramov
    Həsən Rzayev - Çahargah Rapsodiyası
    Hasan Rzayev - Chahargah Rhapsody
    Hesen Rzayev - Cahargah rapsodiyasi
    ______________________________________________________________________
    Subscribe to our channel to support us | Bizə dəstək üçün kanala abunə olun :​ / vasifhuseyn
    🌎 Follow Vasif Huseyn everywhere | Vasif Huseyni bütün platformalarda izlə
    ▼ INSTAGRAM : / vasifpiano
    ▼ FACEBOOK : / vasifpiano
    📩 Contact | Kontakt : info.vasifhuseyn@gmail.com
    🎵 Listen to Vasif Huseyn on Spotify, Apple music and more | Vasif Huseyni daha çox platformalarda dinlə
    #cahargah #chahargah #rhapsody
  • ВидеоклипыВидеоклипы

Комментарии • 6