"Birinci qrup əlili həbs etmək repressiya üstü anlayışdır" - Rüfət Səfərov

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Mayın 2-i həbs edilən I qrup əlil olan ictimai fəal Famil Xəlilovun həbsinin ev dustaqlığına çevrilməsi ilə bağlı verilən vəsatət təmin edilməyib. Famil Xəlilov mayın 6-da vəziyyətinin pisləşməsilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib.
    Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
    Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyir.
    Famil Xəlilov həbsxanada aclıq aksiyasına başlayıb.
    Kanalda yayımlanan bütün videoların Müəlliflik hüququ Nurlan Libreyə məxsusdur.
    nurlan.jurnalist
    Çəkin göndərin yayımlayaq - Whatsapp/ Telegram: +994 55 785 20 93

Комментарии • 1