Murad Arif çox maraqlı insandır, baxmayaraq ki, Azərbaycan musiqi camiyəsində intellektual olmaq, kitab oxumaq, keyfiyyətli film izləmək pul qazanmaq üçün ən faydasız şeydir, Adam yenə inkişafdan dayanmır. Toylarda trend müğənni olan yegənə savadlı müğənnidir. Təşəkkürlər Murad Arif , etdiklərin gələcək musiqiçilərə örnək olsa bu ən böyük xidmət olacaq Azərbaycan incəsənəti üçün.
1:13:28 Muradın "Yaxşı da, Tural 😄" deməsi bütün izləyicilərin içindəki səsdir. "Evə gəldin, kitabını aç oxu." nə dərəcədə düzgündür, anlamıram. Tural hər şeyə ütopik həllər axtarmağa çalışır. Sanki, həyatın ağ və qaradan ibarət olduğunu düşünür. Murad isə fərqli rənglərdən baxır və hər bir şəxsiyyətə fərdi yanaşır. Əli isə gördüyüm ən yaxşı dinləyicidir. İzləyici gözü ilə baxıb nələrsə öyrənməyə açıq insandır. Murad və Əli bu verlişi daha da gözəl edir 💚💙. Turalın isə yüksək səs tonu ilə eyni şeyləri təkrar etməsi sovet düşüncəli məktəb müəllimlərini xatırladır. Dayanmadan "mən" sözünü işlətməsi elə onun eqosundan xəbər verir.
Muradla tamamilə razıyam. Turalı normalda bu qədər intensive və emosional görməmişdim. Qonaq bir vaxtdan sonra fikrini artıq çatdırabilmirdi, Turalın məsələni təkrarlayaraq fikrini çatdırmaq istəməsindən dolayı. Çox maraqlı mövzular qaldı məncə, senzura söhbətində çox qaldıq. Qonağa çox icazə verilmədi deyə düşünürəm. Yenə də təşəkkürlər. uğurlarınızın davamı diləyi ilə.
Bəlkə Turalın izah etməyə çalışdığı şeyi izah etmək çətin olduğu üçün fikrini anlatmağa çox vaxt ayırdı. Hətta məncə bu bəs etmədi. Məncə yeni format gəlsin. Qonaqla fikir ayrılığı zamanı o mövzunu dondurub elmi metodologiya ilə, bu mümkün olmadıqda isə fikrini nəyə əsasən dediyini derinlemesine anladan bir içərik paylaşsın hər iki tərəf. Bu içerik podcast, video kimi hər iki tərəfdən paylaşılsın. Bilirəm tamamlanmış bir fikir deyil amma prinsipi bəllidir bu formatın. Fikrin daha aydın ifadə edilə bilməsinə və digər mövzulara vaxt qalmasına şərait yaratmaq.
Eynilə.. Rəylərdə o qədər bu fikirləri bildirən insanları gòrdùkcə şùkùr deyirik ki hələ ùmid var bəzi şeylərə .✨️həyatda da bu cùr insanlar var , israrla inad və təkidlə qarşındakına sanki təzim edir ki mənim fikrimlə razılaşmalışan. Çox individual şəxsi bir fikri ùmumiləṣdirib təkidlə qəbul eletdirir ki evə gəlib niyə tv- ye baxırsız baxmayın. 😕 bu insanların şĕxsi konfort zonalarıdı hami sizin məsləhət etdiyiniz həyat tərzini yaşaya bilmir əsasda maddi cəhətdən. Istəyirsiz senzura deyin istəyirsiz tələb hər nəisə bayağı o bərbad verilişlər efirlərdə olmamalıdır.
Artıq ikinci dəfədir ki, buna oxşar şərh yazıram. Tural bəy, çox yorursunuz. Həm qonağı, həm də dinləyicini. Əvvəl Söhbətgaha sizə görə baxırdımsa indi qonağa görə baxıram.
@@lallismemories9897 Eqo deməyək, sadəcə çox söhbətə qapılırlar bəzən və hər şeyi danışmağa vaxt da qısıtlıdır, mövzu da geniş olduqda hamı danışmaq istəyir, sadəcə daha çox qonağı dinləyib onun sözü bitdikdən sonra fikir bildirsələr daha yaxşı olar. Çünki bizə maraqlı olan hissəyə gələn kimi söz kəsilir.
Murad Arif həm savadlı,həm də zövqlü insandır. Sanki çox yüksək enerji ilə söhbətə başlasa da,sonda Tural bəyə fikrini çatdıra bilmədiyinə görə yoruldu))) Onsuz da bərbad gündə olan kanalların düzəlməsi üçün çalışanları "başını burax" deməklə həvəsdən salmayın. Tv-dən başqa alternativi olmayan nə qədər insan var. Tək bununla düzəlmir cəmiyyətimizin problemləri,amma hərə öz sahəsində kiçik addımlar atsa,bəlkə nələri isə dəyişmək mümkün olar.Təşəkkür edirəm hər birinizə,maraqlı söhbət alındı.
Əla verlişlərdən biri idi. Senzura mövzusunda mən də Murad Arif ilə eyni fikirdəyəm, özü də bir neçə dəfə səsləndirdi amma biraz ignore olundu sanki, zatən TV də senzura var, heç olmasa bunu xalqı biraz maarifləndirmək və çeşidliliyi artıraraq müəyyən qədər intellektual insanlara da xitab edəcək şəkildə istifadə etsinlər. Məsələ bayağı musiqinin məhv olması deyil zatən çünki oranın da kifayət qədər çox auditoriyası var, məsələ balansın qorunmasıdı və düzgün formada bu işlərə bir nəzarət yetirilməsidi. Əlavə olaraq istəyərdim ki daha çox, fərqli mövzular ətrafında da söhbət aparılsın, sadəcə senzura və TV ətrafında yox. Murad Arifin zəkası, dünyagörüşü də fərqli mövzularda maraqlı söhbət üçün ideal zəmin yaradır. Buna görə də ümid edirəm Murad Arifi Etibar Əsədli kimi mümkün olan ən tez vaxtda yenidən qonaq kimi dəvət edəsiniz, biz də indiki kimi həvəslə izləyək, uğurlar ✌
Çox maraqlıdır, razılaşmadığım fikir isə "nə verirlərsə versinlər tv də baxmırıq" budur. Azərbaycanda nə qədər kəndlərdə wf yoxdur, insanlar nəsə izləmək istəyəndə məcburdur ki, tv-yə baxsınlar. Hal-hazırda olan verilişlər insanların musiqi zövqünü korlayır və həmin o mənasız mahnıların daha çox dinlənərək lazımlı müsiqiləri reytinq baxımından geridə qoymasına səbəb olur
Hər zamankı kimi möhtəşəmsiz. Senzura mütləq olmalıdır mənim fikrimcə. Murad bəyin fikri ilə razıyam. Çünki Azərbaycanda yaşayan əksər insanlar telekanallara baxır xüsusi ilə rayon yerlərində və evdə böyüklərlə yanaşı azyaşlı uşaqlarda bayağı verlişlərə baxmağa məcbur olur. Çünki valideyn əgər o verlişlərə baxırsa demək onda hələ də bu formatda verlişlərə baxmamaq formalaşmayıb və o insan üçün fərqi yoxdu mən baxıram amma mənim ucbatımdan uşaqda bəsit məzmunda olan verlişlərə məruz qalmasın. Və təhsil sadəcə məktəblə həll olmur. Düşünün körpə uşaq gözünü açır və ailənin fərqindəsizliyinin ucbatından tvlərdən ,cəmiyyətdən və ən əsası ailədən təsirlənərək 6yaşına qədər xarakterinin bir qismi formalaşır. Valideyn 6il uşağın dünyagörüşü üçün heç nə etmir atır məktəbin , müəllimin üstünə ki , siz yaxşı təhsil verin mənim uşağım düzəlsin. Bu da absurd vəziyətdi məncə. Ümumiyətlə təhsil ocaqları və valideynlər birgə çalışdıqları təqdirdə uşaq savadlı , düşüncəli , dəyərlə sadiq insan kimi formalaşır. Verliş üçün bir daha təşəkkürlər.
ikl dəfədir Tural bəyin fikirləri ilə razılaşmıram. Murad Arif düz deyir. Mütləq senzura olmalıdır. Hamı kitab oxumur. Bazarı, fəhləsi və s. işdən gələndə televizoru açır, gedib kitab açmır. Ona görə o televizorda səviyyəli mahnı eşitməli, səviyyəli verliş görməlidir ki nəsə görsün, götürsün. Ümumiyyətlə görsün ki bu var!, insan istər istəməz görə görə formalaşır. Əgər televiziya Şəbnəmlərdən, Nəfəslərdən başqa heç nə göstərməyəcəksə, hansısa Feyzulla hardan bilsin ki, (ən sadə ad çəkirəm) Sevda Ələkbərzadə, İsfar Sarabski və s. var.
Möhtəşəm söhbət alındı. Murad Arifin həm yaradıcılığına, həm da danışıq qabiliyyətinə böyük rəğbətim var idi. Bu söhbətGAHdan sonra isə Murad Arifin fikirlərini ən yüksək səviyyədə izah etmə bacarığına valeh oldum. Təəsüf olsun ki eyni sözü Tural bəy haqqında deyə bilməyəcəm. Belə bir təəsürat yaratdız ki öz bildiyinizi,öz mövqeyini qarşı tərəfə qəbul etdirməyə çalışdız..məcburiyyət var idi. Ən azından mimika,jestlər bunu sübut etdi. Daha obyektiv olsa idi daha yaxşı olardı. Axı tarixçilər obyektiv olur. Əsaslandırılmamış fikirlər, cavab başını buraxın getsin…bu qədər podkastlara qulaq asıb 100% razı qaldıqdan sonra indi bu SÖHBƏTGAH-dan heç o olmadı))). Murad Arif bu söhbətdə dominant idi.😊
@@AzadHasanov-py9ht qeyri peşəkar deməyək,qətiyyən elə deyil. Yetərincə dünyagörüşü və təcrübəsi vardır.Amma bir qədər emosional davranaraq,müsahibini üstələməyə çalışırdı.
Ilk defedirki sohbetgah verlisi daminoxanadaki ses kuylu dayday kafesi tesurati yaratdi ve Murad arifin butun verlislerine baxan biriyem ve sohbetgahibda butun bolumlerini bitirmeye calisiram biriyem sevirem sozun qisasi her birini. Muradin telasli soz kesen sakit dinlemeyi bacarmayan terefi bu podcast-da daha bariz gorunur( . Canim sixildi ortalarda
Tam səmimi: Vallah Muradın heç bir musiqisinin dinləyicisi deyiləm, sadəcə bütün verilişlərinə onun intellektinə görə baxıram. Bir insanın əsl dərinliyi suallarından və susqunluq nöqtələrindən bilinir. Bu verilişdə Turalın səsləndiriyi dayaz, eqoist, yeniyetmə və pafoslu fikirləri qarşısında keçirdiyi susqunluğlarında onu qucaqladım.
Xahiş edirik təndiq etdikdə, fikir bildirdikdə bunu nəyə əsaslanıb dediyinizi də bildirin ki əgər həqiqətən düz deyirsizsə tənqid etdiyinjz şəxs də dərs çıxarsın. Yoxsa Azərbaycan lüğətindən sifətlər seçərək birinə yapışdırmaq çox rahatdır. Sadəcə nəzakətli bir şəkildə iradınızı bildirin, ya da kömək edəcək nəsə edərək falan göstərin bunu, yoxsa yerindən şikayət etmək rahatdır.
Verlish cox gozeldir, amma Tural beyin her sheyi hamidan yaxsi bilirmish kimi soz kesib mudaxile etmesi hec yaxsi gorsenmir heqiqeten. Verdiyi melumatlari ashagi yuxari biraz dunya gorusu olan insan bilir onsuz. Zehmet olmasa imkan verin qonaqlar fikirlerini bitirsin:) Ugurlar!
Deyir cox bilen az danishar. Murad ve Eli en az danisanlar oldu bu videoda. Hemishe men bu podkasta baxanda ele bilirem qonaq Turaldi qalanlari host durlar.
Şükür.Mənim kimi fikirləşənlər varmış.Artıq Tural adamda ikrah hissi doğurur.Düzü lap əvvəllərdə hər həftə baxmağa çalışırdımsa müəyyən müddətdən sonra Turalın sayəsində tam uzaqlaşdım. Sadəcə öz dilimizdə bu cür kontentlərə ehtiyac duyuram ona görə arada girib qulaq asıram.Cəmiyyətdə savadsızlıq o qədər artıb ki siz demiş orta dərəcədə və ya bir qədər az dünya görüşü olan adamı wow deyəcək qədər şişirdirlər.Bu da Turala təsir edir.Təəssüf ki mənfi istiqamətdə.Ümid eləyirəm özü də oxuyub nəzərə alar.
Əvvəla gördüyünüz işlərə görə sizə təşəkkür edirəm hörmətli söhbətgah. Murad Arif savadlı, istedadlı, vətənpərvər sənətkarımızdır❤ Millətimizin maariflənməsi və təhsilli olması üçün səy göstərən çox az şəxslərdəndir. Amma Tural bəylə razılaşa bilmirəm ki, televizorları özbaşına buraxmaq lazımdır. Mütləq ötürülən informasiyaların filtirlənməyə ehtiyacı var. Ən əsas isə aparıcıların təhsilli olmasına önəm verilməlidir.
İlk buraxılış idi ki, axıra kimi dinləməkdə çətinlik çəkdim. Tural qışqırır sonra Murad qışqırır, bir birinizin sözünü kəsirsiz, fikirlər tamamlanmır. Başa düşürəm kimi üçünsə emosional mövzu ola bilər. Amma nəzərə alın ki, çoxları bu podkastlara axşam yorğun vaxtı evə gedəndə maraqlı söhbətdən faydalanmaq üçün qulaq asır. Milrofona qışqırmaq və bir birinizin sözünü kəsmək lazım deyil. Təşəkkürlər
Just my point of view: Two person wants to feel like the smartest among those less knowledgeable, and fears that if they begin to develop, the competition will increase. The other is earnestly striving to effect positive change for their homeland. Thank you.
həm POPUMUZ VAR həm də SÖHBƏTGAH izləyicisiyəm. Bu verliş mənim üçün çox çox maraqlı oldu ama kaş başqa mövzu ətrafında söhbət aparılardı. Senzuraya qalanda Murad düz deyir, bu özbaşınalığın bir sonu olmalıdı. Bir də qeyd etmək istərdim ki, bütün verlişlərinizi izləyicisi kimi sizinlə tanışlıq, sizinlə həm söhbət olmaq mənim üçün çox xoş oları. Hər verlişdə deyirəm mən burda necə gözəl danışardım, Tural hərdən deyir Ağıllı Ağıllı danışmaq, mən də sizinlə ağıllı ağıllı danışmaq istəyirəm hansısa bir mövzu ətrafında. Uğurlar hər birinizə ❤️
Bu şərhi yazmamışdan qabaq şərhləri oxudum, bir çox şəxs fərqli cəhətdən əslində eyni mövzuya deyinib, sadəcə müşahidəmi bildirəcəm. Çəkiliş gözəl alınıb, maraqlı idi, bu həyəcanlı söhbət bəzi şərhlərin əksinə məncə videoya ayrı bir hava qatırdı, yəni söz-kəsilmələr olsa da bəzən, mövzu hər 3 şəxs üçün maraqlı idi və onun təsirinə düşmüşdülər. Sadəcə istəyim bir az daha soyuqqanlı olub gələn qonağı daha çox dinləməkdir, çünki bəzən qonaq sualın "AHA, tam bizi maraqlandıran hissəsi"nə çatdıqda Əli ya da Turalın söhbətə daxil olması bizi o hissədən uzaqlaşdırır və yenə tam məlumat almamış oluruq. Bu halda daha çox demək istədiklərini not alıb, qonaq sözünü bitirdikdən sonra bildirsələr sevinərik. Çox sağ olun!
Murada respect. Turalnan nece danishmaq lazim oldugunu bilir. Mene gore Tural ozunu butun movzularda heddinnen artiq savadli sayir. Amma suallarinda ve fikirlerinde derin analizin olmadigi aydindi.
Senzura gəlməlidir ona görə ki insan ictimai varlıqdı fərdi yanaşmaq olmaz bəlli verlişlərin təsiri ilə böyüyən nəsil gələcəkdə yaxşı insanlarımız üçün problem (bir çox şeyləri bu sözün içində sadalamaq olar) olacaq. Əla buraxılış oldu təşəkkürlər.
Söhbətgahın toxunduğu, işıqlandırdığı mövzular hər zaman olduğu kimi vacib məqamlardır. Bu veriliş isə sözün həqiqi mənasında həm intellektual şölən oldu həm də çox axıcı. Təşəkkürlər aparıcılar,Tural,Əli və qonaq Murad bəy. 🤝🏻
Sohbetgahin ilk buraxilishlarindan beri baxiram sadece isteyerdim Eli bey podcast etsin Cunki sozun esl menasinda eqosuz, heqiqeten intellektual, qarsindakini dinleme bacarigina sahib insandir Turali evveller cox beyenirdim indi ise eqosundan gozleri kor olub sanki Heckime aman vermir, ancaq oz dediyini diqte etmeye calisir ve daima gergindir Ve oz adima deyim sohbetgaha bir nece buraxilisdir ki Tural beye gore baxa bilmirem Umid edirem bu haqli ve konstruktiv tenqidleri nezere alar
Murad Arifi görmək çox xoş oldu. Konserti möhteşem idi. Bu enerjide, gözlerinde qığılcımlar parlayan, yüksek intellektli insanlar incəsənət aləmində olmalıdır. Belə gənclərimiz çoxdur. Onlara dəstək olaq. Maska şou- Murad Arifsiz maraqsız olardı. Hamınıza təşəkkürlər!
9:11 Möhtəşəmsiniz! Söhbətimizdən doymaq olmur. Uzun müddətdir gözlədiyim qonaq idi. Pozitiv, sevgi dolu söhbət oldu. Xoş emosiyalar hiss etdim. Təşəkkür edirəm.
İlk defediki şerh yaziram. Sohbetgah apariclari kimi Murad Arifde derin bilgi,savada sahibdi cox xoş olardiki tek bir movzunu bu qeder uzatmaq evezine muxtelif movzulardan behs ederdiz. Buna her üçu nuzunde savadi bes ederdi./ Daha da cox zovq alardiq./ Murad beyi mugenniden de cox insan kimi tanimaq zekasinin derinliyine dalmaq tamaşaci ucun daha xos olardi.
Mən 20 yaşlı bir gənc olaraq TV-yə baxmıram. Şou biznesdən demək olar ki, heç xəbərim yoxdur. Hər bir insanın həyatda məqsədləri olmalıdır. İnanıram ki, həyatda böyük məqsədləri olan insanlar əlavə ona dəyər qatmayacaq nələrəsə vaxt sərf etmirlər. Azərbaycanlıların(əslində dünyada bir çox insanın) çoxunun məqsədi sadəcə yeyib, içib, çoxalmaqdır. Mən buna qarşı deyiləm amma ən azından ya şəxsi hədəflərimiz olmağının ya da belə insanlara dəstək olmağın tərəfdarıyam.
Düşüncələrinlə tam razıyam, bizim xalq incəsənətə səviyyəsizlik, təlxəklik kimi baxır, ona görə də biz kolxozçular, alverçilər və traktirçilər kimi görsənirik qıraqdan, hansıların ki ağlında ancaq bayağı və ibtidai istəklər var. P.S.: Sənin azərbaycan dilinin qrammatikasına, punktuasiyasına və orfoqrafiyasına riayət edərək bu yozumu yazmağına heyranam)
Murad Ariflə razıyam. Senzura mütləq olmalıdır.. Qadağalar olmalıdır. Biz öz dilimizdə olan kanallara rahat baxmalıyıq. Tv ni qoşub, sonra youtube açıb nəsə axtarmaq həmişə rahat olmur.
Maraqlı söhbətə görə təşəkkürlər. Mövzuya gəldikdə əvvəlcə müəyyən edək ki televiziya doğrudan da tamaşaçı zövqünü formalaşdırır yoxsa tamaşaçı marağı TV-lərin məhsulunu formalaşdırır. Əgər TV-lər təsirə malikdirsə Murad Ariflə razıyam, bir tələb qoyulsun TV-lər qarşısında. Senzura yox, tələb. Senzura qadağadır-bunu TV-də vermək olmaz. Tələb isə - bu da olsun deməkdir. Onsuz da başqa mövzularda bu var, niyə də şou-əyləncədə olmasın?! Əgər TV-lərin istehsal etdikləri tamaşaçı tələbi ilə formalaşırsa onda bir şey etmək olmaz. Demək ki bizim çoxluq tamaşaçı keyfiyyətsizdir. Hansı ki elə mən bu fikrə inanıram. Reytinqlərə baxanda istər TV-də, istər RUclipsda aydındır ki bizim tamaşaçının səviyyəsi nədir və nə istəyir. TV 2-3 nəfər maarifləndirici kontent istəyən tamaşaçıya görə maliyyə itirməyi gözə alan deyil. Mənə isə maraqlı olan odur ki 90-lar, 2000-lərin əvvəli olan tamaşaçılar hara buxarlandı. Hansı ki o illərdə də hər cür mövzular müzakirə olunurdu, gecə şouları olurdu, amma hamısı bayalıqdan uzaq idi, tamaşaçı da o verilişlərə qoşulanda normal formada fikrini ifadə edirdi. 2000-lərin əvvəlindən sonrakı illərdə nə baş verdi, tamaşaçı niyə belə keyfiyyətsizləşdi, tələb təkliflə, təklif tələblə niyə uzlaşmadı onun səbəbi müəmmalı qaldı.
bu podcast cox maraqli idi,həm aparicilarin,həm də Murad Arifin movqeyi cox maraqli idi,hər iki teref arqumentlərini mudafiə etdi dusunurəm. Təsəkkurlər.
Uzun zamandır, baxmırdım söhbətgaha. Qonağınızı gördüm, düşünürəm ki, artıq başlamaq vaxtıdır 👍 Suala cavab isə, bəli, müəyyən mənada senzuraya ehtiyac var! Toxunulmaz məsələlər zatən toxunulmazdır.
Murad Arifi "Söhbətgah"-da gözləyirdim və nə yaxşı ki, gəldi və çox maraqlı bir buraxılış oldu. Təşəkkür hər birinizə. Minnətdaram. Və senzura tətbiq etməklə əlaqəli fikirim Murad Ariflə üst-üstə düşür. Soruşdunuz deyə cavabladım.
Tural bəy əgər bu podkastı şahmat oyunu kimi təsəvvür etsək,çox cüzi fikirlərinizi çıxmaqla Murada çox fikirdə uduzdunuz. Spotifaya və xüsusi tv kanallara ödəniş edə bilməyən insanların da keyfiyyətli verlişə baxmaq hüququ var. Kitab oxuyaq,kitabla yüklənməyək..),çünki oxuduqlarımızla kirlənib anlama çətinliyi yarananda metamorfoz baş verir.
Necə savadlı və danışıq tərzinin səlisliyi ilə seçilən örnəy olası biriləri var..❤ Olduqca sevindirici haldır.. Sözün əsl mənasında.. Təşəkkürlər, Söhbətgah.❤
Murad Arifin dərin düşüncəsini,fikirlərini,həyata baxışını hər zaman bəyənmişəm.Çox da xoş aura bəxş edir.Mənim ən sevdiyim mahnısı Okaber ilə ifa edikləri “Yaşamalı” mahnısıdır.Rəşad Mirzəyevi və yenidən Səma Abiyevanı Söhbətgahda görməyi çox istəyərdim
Maraqlı mövzudur,TV-ə baxmıram çünki ciddi ortam yoxdur,tv-lər insanları manqurtlaşdırır,təlxəylərə zaman sərf etməyi özümə həqarət bilərəm,zamanı dəyərli etmək insanın zövqündən,dünya görüşündən,əqidəsindən,kalitəsindən və özünə sayğısından asılıdır. Nostaliji anlar oldu həftənin 40-anı mənim musiqi zövqümün formalaşmasında bir nömrəli xidməti olub.❤ Söhbətgah sevilir və seviləcək.💚💙🍀
Hər şey gözəldir, çox sağ olun, ancaq 1 xahişim var. Sadəcə gələn qonağı sona kimi dinləsəniz və o müddətdə ağlınıza gələn sualları ya da fikirləri qeyd edib sonra soruşsanız əla olar, çünki həqiqətən bəzən "Aha!" Deyib bizə ən maraqlı olan hissəsinə çatanda söz kəsilir və tam öyrənə bilmirik, natamamlıq yaranır. Və bəzən hətta bu sualdan çox uzağa getməyə səbəb olur. Hər şeydən yarımçıq danışmaqdansa bir şeydən tam danışmaq daha yaxşıdır məncə, çox sağ olun, bir daha, qalan hər şey əladır!
Senzura mövzusunda Murada haq verirem , məncə özəl tvlərdəki “əyləncə” programlarına bir əl atmaq lazımdı oları bir sirkələmək lazımdıki bu nədi çəkirsen. Əməyinizə sağlıq çox gözəl başdan sona kimi sıxılmadan izlədiyim program oldu üçünüzüdə çox sevirem onu da qeyd edimki sizin və sizin kimi düşünən insanlara bu cəmiyyətin həddindən artıq çox ehtiyacı var 🫶🏻
Murad Arif Müsahibe üçün çox öz güvenli çıxış edir Müsahibe alanda ise strategy şexs olur Action emotional cavablara mövzuları böldüyüve göre volume 2 xet etmişem 🤯🫨Söhbetgahın en qarmaqarışıq buraxılışı idi.
Sohbetgah cox ugurlu proyektdir evvel bunu qeyd etmek isteyerem. Men ikinci defedir ki bu verlise sonuna kimi baxdim cunki cox deyerli ve vacib sohbetl;er olundu tewekkurler her kese.
Məhsuldar,əla podkast alındı. Müsahibin etirazı,fikirlərin haçalanması, axırda Turalın Murada fikirlərini qəbul etdirməsi....super. Azərbaycanda ən güclü,səviyyəli, beyin qidalandıran ,sevdiyim üçlüyün əsl müzakirəsi. Yaxşı təhsil,təhsil,təhsil..... İdeal sistemin yaranması üçün cəmiyyətin inkişafını görməyə bizim ömrümüz çatmayacaq.
Her 2 aparici o geder yuksek intellektli dunya gorushleri yuksek shexslerdir ki her saheye uygun mutexessis qonaq geldikde onunla chox rahat dialoqlara gire bilir ve ortaya bele maragli muzakireli podkastlar chixir...👍🌟her zamanki kimi mohteshem
Beli Murad beyin fikirleri ile raziyam. Biz neqeder de tv.ye baxmiriq desek de baxanlar kifayet qederdir. Haminin youtube, “neftlix” kimi luksu veya “seviyyesi” yoxdur. Ona gore beli TV-lere limitler qoyulmali, suzgecden kecmelidir.
Məsələ odur ki, söhbətin bir hissəsindən sonra Tural özü də bilmədən Muradın fikrini və mənim də mövqeyimdən çıxış etdi. Tural bəy deyir ki, senzura olmamalıdır amma eyni zamanda Yaponiya olmayacağıq deyir. Digər verilişlərdə isə deyirdi ki, yaponiyadakı kimi mühəndis olsun bizdə. Bu fikir də aizin fikrinizdi o da çox gözəldir. Təbliğat milli mənəviyyat məsələsidir. Özəl telekanal deyib keçə bilmərik. Konstitusiyamızda yazılıb, KİV nədir? Kim ki, KİV kateqoriyası altında gedir onlara ən azı başlama bitmə yerini göstərməliyik. Məsələ odur ki, cəmiyyət olaraq başlamağı bilirik nə harda dayanmalıdır o hissi bilmirik sanki. Yeməyin belə miqdarında problemimiz var. Aş gözəldir qmma 195 növü çıxıb. Biz başlamaqda çətinlik yox harada dayanmalı olduğumuzu bilmirik sanki. Buna görə də dayanmalı bir nəfəs almağa vaxt lazım olmalı yerlərdən biri də olmayanda onu milli düşüncə olaraq dövlət tənzimləməlidir. Əgər bugündən belə ideya olsa elə insanlar gedib tapıb Muradın və Söhbətgaha baxacaq ki, mən elə edim ki, bunları izləsəm Sevda Ələkbərzadə səviyyəsində söhbət edə bilimki məni işə alsınlar. Həyat 1 saatlıq youtube videosuna baxıb bitirmək deyil hörmətli Söhbətgah əhli. Həyat youtube çevirəndən sonra küçədə narahat olmalı olduğumuz uşaqlardır. Sabah istəsək onların da yan yörəsi normal ətrafı olsun həyat onlara çətin olmasın, ən azından qol çırmalanmalı bəzi ələkdən keçirilməlidir. Əgər Propaqandadırsa bunun 2 3 yaxşı tərəfini zaman zaman 3 4 ildən bir zaman qoyaq 1il tam il bu il filter ilidir. Hər 5ildən bir audit olunsun. Əgər format(audit) yoxdursa söclətləri Audit edən şirkətlər niyə var? Audit olunma feedbackdir. Feedbacka reaksiya vermək inkişafdır. Bir tərəfli mən edim dqşüncəsi mənə qiymət verilməsin hissənin özü sovet düşüncədir hörmətli Tural bəy. Feedback vermə qabiliyyətindən də öncə insanların özünü təqdim etmək qabiliyyəti vacibdir. 6 ildir xarixi ölkədə yaşayırıq. Ümid edirəm ölkə təkcə Azərbaycandan ibarətdir düşünməzsiniz. Xaricdə yaşayan həmvətənlərimiz azərbaycandilli kontentləri tapmaqda çətinlik yaşayır. Buna stimul bir elita olmalıdır ən azından öz dilində normal yaza bilmək. İnsanlar utanmalıdırlar içi mən qarışıq ki, niyə tam dəqiq və yaxşı yaza bilmirəm. Almaniyanın Frankfurt şəhərindən atəşli salamlar! 3-cü verilişinizdən etibarən izləyirəm sizi bugünə qədər! Keep going! 🇦🇿🇩🇪
Мурад Ариф всегда вызывал восхищение как творческая личность,его песня "Sene Ehtiyacim Var" одна из моих любимых.Но сегодня ещё одно приятное открытие для меня,что он абсолютно не циничный человек в отличие от Турал бея.Его дети тоже имеют возможность не смотреть местные каналы,он также может использовать спотифай или платить 5$ за платформу,но ему небезразлично что показывают людям,у которых нет таких возможностей как у него. Фраза что на нас же не падала атомная бомба вообще неуместная,неправильно принижать чужую трагедию. И да,есть рэперы,которые делают рэп как старая школа и даже круче.Самый популярный из них Кендрик Ламар,человек получил Пулитцеровскую премию за свои тексты.
Bu dəfə də çox xoşuma gəldi♥ Tural və Əliyə "Söhbətgah" -a görə, Murad Arifə isə "Popumuz var" -a görə çox təşəkkür edirəm. Hər birinizin işi dəyərlidir. Sorğuya gəldikdə, vallah təhsilin keyfiyyəti artmasa, senzuralar yalnız qısa müddətli effekt verəcəyini düşünürəm.
Uzun muddet idi ki, dinlemirdim sohbetgahi, Muradi gorenden sonra dedim mutleq izleyecem(çox intellektual ve inkişaf etmiş insandır, senetile o qederde taniw deyilem, lakin duwuncelerin beyenirem) bir weyi beyenmedimki Murad kimi insani sadece TV movzusuyla xerclediniz, onun kimi duwunce terzi olan insani daha felsefi daha derin movzularda daniwdirmaq olardi... Her halda Murad beyin fikirlerile razilawiram tehsil, tehsil ve yenede tehsil...
Tural bəy, nənəmin 85 yaşı var və o ancaq tv izləyir. Atam işdən yorğun gəlir tv izləyir, neyniyək nənəmi,atamı yenidən məktəbə göndərək təhsil alsınlar ki, tv izləməsinlər ? :D Azərbaycanda 10milyon insan yaşayır necə hamını 17 yaşlı oğlunuzla bir tutursuz? Azərbaycan sizin ailədən ibarət deyile)) Tik-tokdan çox istifadədən dolayı məncə təsir altına düşmüsünüz. Murad bəy, intellektiniz,savadınızla yanaşı enerjinizə heyran qaldım bir daha, ləzzət elədi sizi dinləmək, təşəkkür edirəm. Bir də bu söhbətdə growth ve fixed mindsetin canlı nümunələrini gördüm)
Nə yaxşı ki, çağırdınız!
Nə yaxşı ki, gəldim!
⭐️
💙💚
Sizi dinlemek hemise mene cox xosdur. Tesekkurler❤
❤😘🙏
Həqiqətən xoş gəldin 💙💚
Çox dərinsən də maşallah 😍
Murad Arif çox maraqlı insandır, baxmayaraq ki, Azərbaycan musiqi camiyəsində intellektual olmaq, kitab oxumaq, keyfiyyətli film izləmək pul qazanmaq üçün ən faydasız şeydir, Adam yenə inkişafdan dayanmır. Toylarda trend müğənni olan yegənə savadlı müğənnidir. Təşəkkürlər Murad Arif , etdiklərin gələcək musiqiçilərə örnək olsa bu ən böyük xidmət olacaq Azərbaycan incəsənəti üçün.
Murad Arifin yazdığı və oxuduğu mahnıları bəyənməsəm də özü çox savadlı və pozitiv adamdır.
💙 💚
Tam dogru
1:13:28 Muradın "Yaxşı da, Tural 😄" deməsi bütün izləyicilərin içindəki səsdir.
"Evə gəldin, kitabını aç oxu." nə dərəcədə düzgündür, anlamıram. Tural hər şeyə ütopik həllər axtarmağa çalışır. Sanki, həyatın ağ və qaradan ibarət olduğunu düşünür. Murad isə fərqli rənglərdən baxır və hər bir şəxsiyyətə fərdi yanaşır. Əli isə gördüyüm ən yaxşı dinləyicidir. İzləyici gözü ilə baxıb nələrsə öyrənməyə açıq insandır.
Murad və Əli bu verlişi daha da gözəl edir 💚💙. Turalın isə yüksək səs tonu ilə eyni şeyləri təkrar etməsi sovet düşüncəli məktəb müəllimlərini xatırladır. Dayanmadan "mən" sözünü işlətməsi elə onun eqosundan xəbər verir.
Muradla tamamilə razıyam. Turalı normalda bu qədər intensive və emosional görməmişdim. Qonaq bir vaxtdan sonra fikrini artıq çatdırabilmirdi, Turalın məsələni təkrarlayaraq fikrini çatdırmaq istəməsindən dolayı. Çox maraqlı mövzular qaldı məncə, senzura söhbətində çox qaldıq. Qonağa çox icazə verilmədi deyə düşünürəm. Yenə də təşəkkürlər. uğurlarınızın davamı diləyi ilə.
💙 💚
Tural kime imkan verirki Eli beye de imkan vermir
@@lallismemories9897 biraz eləbil bu video Turalın kimisə razı salmağın taktikalarından ibarət idi :)
Bəlkə Turalın izah etməyə çalışdığı şeyi izah etmək çətin olduğu üçün fikrini anlatmağa çox vaxt ayırdı. Hətta məncə bu bəs etmədi. Məncə yeni format gəlsin. Qonaqla fikir ayrılığı zamanı o mövzunu dondurub elmi metodologiya ilə, bu mümkün olmadıqda isə fikrini nəyə əsasən dediyini derinlemesine anladan bir içərik paylaşsın hər iki tərəf. Bu içerik podcast, video kimi hər iki tərəfdən paylaşılsın.
Bilirəm tamamlanmış bir fikir deyil amma prinsipi bəllidir bu formatın. Fikrin daha aydın ifadə edilə bilməsinə və digər mövzulara vaxt qalmasına şərait yaratmaq.
Eynilə.. Rəylərdə o qədər bu fikirləri bildirən insanları gòrdùkcə şùkùr deyirik ki hələ ùmid var bəzi şeylərə .✨️həyatda da bu cùr insanlar var , israrla inad və təkidlə qarşındakına sanki təzim edir ki mənim fikrimlə razılaşmalışan. Çox individual şəxsi bir fikri ùmumiləṣdirib təkidlə qəbul eletdirir ki evə gəlib niyə tv- ye baxırsız baxmayın. 😕 bu insanların şĕxsi konfort zonalarıdı hami sizin məsləhət etdiyiniz həyat tərzini yaşaya bilmir əsasda maddi cəhətdən. Istəyirsiz senzura deyin istəyirsiz tələb hər nəisə bayağı o bərbad verilişlər efirlərdə olmamalıdır.
Senzura movzusunda Tural bəyin fikirleri heddinden artiq çiy və yeniyetmə idi.
Təşəkkürlər Muradı çağırığınız üçün
💙💚
Turalda rus-dilli,Əlidə ingilis-dilli,Muradda isə hər ikisinin yer aldığı kino,kitab,veriliş məlumatı çoxluluğu var.
Maraqlı müzakirə alınıb.
💙 💚
Ən səmimi qonağınız Murad Arif oldu.
Artıq ikinci dəfədir ki, buna oxşar şərh yazıram. Tural bəy, çox yorursunuz. Həm qonağı, həm də dinləyicini. Əvvəl Söhbətgaha sizə görə baxırdımsa indi qonağa görə baxıram.
Eynen eynen tamamile qatiliram bu qeder eqo olmaz axi
Mən də ona görə baxa bilmirəm artıq
Bunu düzəltməsi üçün gərək özü söhbətgahlara təkrar baxsın. Ən azı 3 verilişə baxsa bir az deyişiklik edər müzakirə formasında
@@lallismemories9897 Eqo deməyək, sadəcə çox söhbətə qapılırlar bəzən və hər şeyi danışmağa vaxt da qısıtlıdır, mövzu da geniş olduqda hamı danışmaq istəyir, sadəcə daha çox qonağı dinləyib onun sözü bitdikdən sonra fikir bildirsələr daha yaxşı olar. Çünki bizə maraqlı olan hissəyə gələn kimi söz kəsilir.
🤣
Murad Arif həm savadlı,həm də zövqlü insandır. Sanki çox yüksək enerji ilə söhbətə başlasa da,sonda Tural bəyə fikrini çatdıra bilmədiyinə görə yoruldu))) Onsuz da bərbad gündə olan kanalların düzəlməsi üçün çalışanları "başını burax" deməklə həvəsdən salmayın. Tv-dən başqa alternativi olmayan nə qədər insan var. Tək bununla düzəlmir cəmiyyətimizin problemləri,amma hərə öz sahəsində kiçik addımlar atsa,bəlkə nələri isə dəyişmək mümkün olar.Təşəkkür edirəm hər birinizə,maraqlı söhbət alındı.
Sizinlə razıyam ,hər şey birdefe ,biran da düzəlməyəcək bəlkə necə nəsillər sonra amma buna balacada olsa təkan vermək mutlek lazımdır
💙 💚
Əla verlişlərdən biri idi. Senzura mövzusunda mən də Murad Arif ilə eyni fikirdəyəm, özü də bir neçə dəfə səsləndirdi amma biraz ignore olundu sanki, zatən TV də senzura var, heç olmasa bunu xalqı biraz maarifləndirmək və çeşidliliyi artıraraq müəyyən qədər intellektual insanlara da xitab edəcək şəkildə istifadə etsinlər. Məsələ bayağı musiqinin məhv olması deyil zatən çünki oranın da kifayət qədər çox auditoriyası var, məsələ balansın qorunmasıdı və düzgün formada bu işlərə bir nəzarət yetirilməsidi. Əlavə olaraq istəyərdim ki daha çox, fərqli mövzular ətrafında da söhbət aparılsın, sadəcə senzura və TV ətrafında yox. Murad Arifin zəkası, dünyagörüşü də fərqli mövzularda maraqlı söhbət üçün ideal zəmin yaradır. Buna görə də ümid edirəm Murad Arifi Etibar Əsədli kimi mümkün olan ən tez vaxtda yenidən qonaq kimi dəvət edəsiniz, biz də indiki kimi həvəslə izləyək, uğurlar ✌
💙 💚
Çox maraqlıdır, razılaşmadığım fikir isə "nə verirlərsə versinlər tv də baxmırıq" budur. Azərbaycanda nə qədər kəndlərdə wf yoxdur, insanlar nəsə izləmək istəyəndə məcburdur ki, tv-yə baxsınlar. Hal-hazırda olan verilişlər insanların musiqi zövqünü korlayır və həmin o mənasız mahnıların daha çox dinlənərək lazımlı müsiqiləri reytinq baxımından geridə qoymasına səbəb olur
💙 💚
Murad Arif coox dunyagoruslu, intellektual, savadli, semimi, mehriban insan.. ne yaxsi ki siz Azerbaycanlisiz, bizim fexrimizsiz🎉
Hər zamankı kimi möhtəşəmsiz. Senzura mütləq olmalıdır mənim fikrimcə. Murad bəyin fikri ilə razıyam. Çünki Azərbaycanda yaşayan əksər insanlar telekanallara baxır xüsusi ilə rayon yerlərində və evdə böyüklərlə yanaşı azyaşlı uşaqlarda bayağı verlişlərə baxmağa məcbur olur. Çünki valideyn əgər o verlişlərə baxırsa demək onda hələ də bu formatda verlişlərə baxmamaq formalaşmayıb və o insan üçün fərqi yoxdu mən baxıram amma mənim ucbatımdan uşaqda bəsit məzmunda olan verlişlərə məruz qalmasın. Və təhsil sadəcə məktəblə həll olmur. Düşünün körpə uşaq gözünü açır və ailənin fərqindəsizliyinin ucbatından tvlərdən ,cəmiyyətdən və ən əsası ailədən təsirlənərək 6yaşına qədər xarakterinin bir qismi formalaşır. Valideyn 6il uşağın dünyagörüşü üçün heç nə etmir atır məktəbin , müəllimin üstünə ki , siz yaxşı təhsil verin mənim uşağım düzəlsin. Bu da absurd vəziyətdi məncə. Ümumiyətlə təhsil ocaqları və valideynlər birgə çalışdıqları təqdirdə uşaq savadlı , düşüncəli , dəyərlə sadiq insan kimi formalaşır.
Verliş üçün bir daha təşəkkürlər.
ikl dəfədir Tural bəyin fikirləri ilə razılaşmıram. Murad Arif düz deyir. Mütləq senzura olmalıdır. Hamı kitab oxumur. Bazarı, fəhləsi və s. işdən gələndə televizoru açır, gedib kitab açmır. Ona görə o televizorda səviyyəli mahnı eşitməli, səviyyəli verliş görməlidir ki nəsə görsün, götürsün. Ümumiyyətlə görsün ki bu var!, insan istər istəməz görə görə formalaşır. Əgər televiziya Şəbnəmlərdən, Nəfəslərdən başqa heç nə göstərməyəcəksə, hansısa Feyzulla hardan bilsin ki, (ən sadə ad çəkirəm) Sevda Ələkbərzadə, İsfar Sarabski və s. var.
Möhtəşəm söhbət alındı. Murad Arifin həm yaradıcılığına, həm da danışıq qabiliyyətinə böyük rəğbətim var idi. Bu söhbətGAHdan sonra isə Murad Arifin fikirlərini ən yüksək səviyyədə izah etmə bacarığına valeh oldum. Təəsüf olsun ki eyni sözü Tural bəy haqqında deyə bilməyəcəm. Belə bir təəsürat yaratdız ki öz bildiyinizi,öz mövqeyini qarşı tərəfə qəbul etdirməyə çalışdız..məcburiyyət var idi. Ən azından mimika,jestlər bunu sübut etdi. Daha obyektiv olsa idi daha yaxşı olardı. Axı tarixçilər obyektiv olur. Əsaslandırılmamış fikirlər, cavab başını buraxın getsin…bu qədər podkastlara qulaq asıb 100% razı qaldıqdan sonra indi bu SÖHBƏTGAH-dan heç o olmadı))). Murad Arif bu söhbətdə dominant idi.😊
💙 💚
Təəssüf ki, mən də üzüldüm. Tural bəydən belə qeyri peşəkar reaksiyalar gözləmirdim.
@@AzadHasanov-py9ht qeyri peşəkar deməyək,qətiyyən elə deyil. Yetərincə dünyagörüşü və təcrübəsi vardır.Amma bir qədər emosional davranaraq,müsahibini üstələməyə çalışırdı.
Ilk defedirki sohbetgah verlisi daminoxanadaki ses kuylu dayday kafesi tesurati yaratdi ve Murad arifin butun verlislerine baxan biriyem ve sohbetgahibda butun bolumlerini bitirmeye calisiram biriyem sevirem sozun qisasi her birini. Muradin telasli soz kesen sakit dinlemeyi bacarmayan terefi bu podcast-da daha bariz gorunur( . Canim sixildi ortalarda
Tam səmimi:
Vallah Muradın heç bir musiqisinin dinləyicisi deyiləm, sadəcə bütün verilişlərinə onun intellektinə görə baxıram. Bir insanın əsl dərinliyi suallarından və susqunluq nöqtələrindən bilinir. Bu verilişdə Turalın səsləndiriyi dayaz, eqoist, yeniyetmə və pafoslu fikirləri qarşısında keçirdiyi susqunluğlarında onu qucaqladım.
💙💚
Tam raziyam bu kommentle!
Hansı fikri məsələn ?
Bu formada kiməsə ad yapışdırmaq çox asandır. Nəyə əsasən belə düşünürsüz ?
Məsələn, məncə Tural tamamilə haqlıdır.
Məncə Tural sadəcə mən edə bilirəm hər kəs edə bilər hər kəs oz üzərində işləməlidir məsələsindədi ama hər kəs Tural deil.
Xahiş edirik təndiq etdikdə, fikir bildirdikdə bunu nəyə əsaslanıb dediyinizi də bildirin ki əgər həqiqətən düz deyirsizsə tənqid etdiyinjz şəxs də dərs çıxarsın. Yoxsa Azərbaycan lüğətindən sifətlər seçərək birinə yapışdırmaq çox rahatdır. Sadəcə nəzakətli bir şəkildə iradınızı bildirin, ya da kömək edəcək nəsə edərək falan göstərin bunu, yoxsa yerindən şikayət etmək rahatdır.
Verlish cox gozeldir, amma Tural beyin her sheyi hamidan yaxsi bilirmish kimi soz kesib mudaxile etmesi hec yaxsi gorsenmir heqiqeten.
Verdiyi melumatlari ashagi yuxari biraz dunya gorusu olan insan bilir onsuz.
Zehmet olmasa imkan verin qonaqlar fikirlerini bitirsin:)
Ugurlar!
💙 💚
Heqiqeten meselen Eli beyden hemishe cox maraqli derin melumatlar fikirler oyrenirem
Turalin dedikleri ise instagram postlardan goturulmus, youtubede motivasiya videolarindan copy edilmish sozlerdir
Deyir cox bilen az danishar. Murad ve Eli en az danisanlar oldu bu videoda. Hemishe men bu podkasta baxanda ele bilirem qonaq Turaldi qalanlari host durlar.
Şükür.Mənim kimi fikirləşənlər varmış.Artıq Tural adamda ikrah hissi doğurur.Düzü lap əvvəllərdə hər həftə baxmağa çalışırdımsa müəyyən müddətdən sonra Turalın sayəsində tam uzaqlaşdım. Sadəcə öz dilimizdə bu cür kontentlərə ehtiyac duyuram ona görə arada girib qulaq asıram.Cəmiyyətdə savadsızlıq o qədər artıb ki siz demiş orta dərəcədə və ya bir qədər az dünya görüşü olan adamı wow deyəcək qədər şişirdirlər.Bu da Turala təsir edir.Təəssüf ki mənfi istiqamətdə.Ümid eləyirəm özü də oxuyub nəzərə alar.
@@nargizshahgeldiyeva2814 tamamile haqlisiz🩷
Əvvəla gördüyünüz işlərə görə sizə təşəkkür edirəm hörmətli söhbətgah. Murad Arif savadlı, istedadlı, vətənpərvər sənətkarımızdır❤ Millətimizin maariflənməsi və təhsilli olması üçün səy göstərən çox az şəxslərdəndir. Amma Tural bəylə razılaşa bilmirəm ki, televizorları özbaşına buraxmaq lazımdır. Mütləq ötürülən informasiyaların filtirlənməyə ehtiyacı var. Ən əsas isə aparıcıların təhsilli olmasına önəm verilməlidir.
İlk buraxılış idi ki, axıra kimi dinləməkdə çətinlik çəkdim. Tural qışqırır sonra Murad qışqırır, bir birinizin sözünü kəsirsiz, fikirlər tamamlanmır. Başa düşürəm kimi üçünsə emosional mövzu ola bilər. Amma nəzərə alın ki, çoxları bu podkastlara axşam yorğun vaxtı evə gedəndə maraqlı söhbətdən faydalanmaq üçün qulaq asır. Milrofona qışqırmaq və bir birinizin sözünü kəsmək lazım deyil. Təşəkkürlər
Murad Arifin fikirləri ilə razıyam bir TV əməkdaşı olaraq. Təssüf ki, fikirləri tez tez kəsilir.
Tural fikrini demir, fikrini yeridir. Murad isə çox səbirlidir. Sonda artıq susub Turalı yola verdi.
Just my point of view: Two person wants to feel like the smartest among those less knowledgeable, and fears that if they begin to develop, the competition will increase. The other is earnestly striving to effect positive change for their homeland.
Thank you.
💙 💚
həm POPUMUZ VAR həm də SÖHBƏTGAH izləyicisiyəm. Bu verliş mənim üçün çox çox maraqlı oldu ama kaş başqa mövzu ətrafında söhbət aparılardı. Senzuraya qalanda Murad düz deyir, bu özbaşınalığın bir sonu olmalıdı. Bir də qeyd etmək istərdim ki, bütün verlişlərinizi izləyicisi kimi sizinlə tanışlıq, sizinlə həm söhbət olmaq mənim üçün çox xoş oları. Hər verlişdə deyirəm mən burda necə gözəl danışardım, Tural hərdən deyir Ağıllı Ağıllı danışmaq, mən də sizinlə ağıllı ağıllı danışmaq istəyirəm hansısa bir mövzu ətrafında. Uğurlar hər birinizə ❤️
💙 💚
Murad Arifin yaşamalı mahnısı ən pis zamanlarımda mənə yoldaşlıq edir❤
💙 💚
Keyfiyyətli mövzu və müzakirələrə ehtiyacimiz var,bunu bizə verdiyiniz üçün təşəkkür edirəm 🤌
💙💚
Bu şərhi yazmamışdan qabaq şərhləri oxudum, bir çox şəxs fərqli cəhətdən əslində eyni mövzuya deyinib, sadəcə müşahidəmi bildirəcəm. Çəkiliş gözəl alınıb, maraqlı idi, bu həyəcanlı söhbət bəzi şərhlərin əksinə məncə videoya ayrı bir hava qatırdı, yəni söz-kəsilmələr olsa da bəzən, mövzu hər 3 şəxs üçün maraqlı idi və onun təsirinə düşmüşdülər. Sadəcə istəyim bir az daha soyuqqanlı olub gələn qonağı daha çox dinləməkdir, çünki bəzən qonaq sualın "AHA, tam bizi maraqlandıran hissəsi"nə çatdıqda Əli ya da Turalın söhbətə daxil olması bizi o hissədən uzaqlaşdırır və yenə tam məlumat almamış oluruq. Bu halda daha çox demək istədiklərini not alıb, qonaq sözünü bitirdikdən sonra bildirsələr sevinərik. Çox sağ olun!
Murad hər zamankı kimi bravo👍👏👏👏xalq və düzgün təbliğat,təhsil,senzura.hər xalqin xüsusiyyəti var bizim xalqa senzura lazimdi başqa cur olmur.! !
Murad Arıf hem cox gozel insan,hem de savadlı musıqıcıdır
💙💚
Murada respect. Turalnan nece danishmaq lazim oldugunu bilir. Mene gore Tural ozunu butun movzularda heddinnen artiq savadli sayir. Amma suallarinda ve fikirlerinde derin analizin olmadigi aydindi.
İlahiiii brain storming effektli müzakirə. Bizim bu adamlara ehtiyacımız var. Sağlam, mədəni insanların müzakirəsi belə olur. Adama zövq verir.💙💚
Ne muzakire.?
💙 💚
Bir-birinizin sözünü necə asanlıqla kəsirsiz. Qeyri-peşəkarlıq🙂
Murad siz bir başqasınız! Adam musiqinin altını da bilir, üstünü də!
💙 💚
Kəşki Tural bey öz fikirlərindən çox gələn qonaqlarindan danişmasina icaze vererdi.
Muradin fikri ile tam raziyam.Senzura vacibdir.Sovet müharibeden sonra ona göre inkişaf etdiki ,ictimai tenqid cox güclü idi
Senzura gəlməlidir ona görə ki insan ictimai varlıqdı fərdi yanaşmaq olmaz bəlli verlişlərin təsiri ilə böyüyən nəsil gələcəkdə yaxşı insanlarımız üçün problem (bir çox şeyləri bu sözün içində sadalamaq olar) olacaq. Əla buraxılış oldu təşəkkürlər.
💙 💚
Söhbətgahın toxunduğu, işıqlandırdığı mövzular hər zaman olduğu kimi vacib məqamlardır.
Bu veriliş isə sözün həqiqi mənasında həm intellektual şölən oldu həm də çox axıcı. Təşəkkürlər aparıcılar,Tural,Əli və qonaq Murad bəy. 🤝🏻
Sohbetgahin ilk buraxilishlarindan beri baxiram sadece isteyerdim Eli bey podcast etsin
Cunki sozun esl menasinda eqosuz, heqiqeten intellektual, qarsindakini dinleme bacarigina sahib insandir
Turali evveller cox beyenirdim indi ise eqosundan gozleri kor olub sanki
Heckime aman vermir, ancaq oz dediyini diqte etmeye calisir ve daima gergindir
Ve oz adima deyim sohbetgaha bir nece buraxilisdir ki Tural beye gore baxa bilmirem
Umid edirem bu haqli ve konstruktiv tenqidleri nezere alar
❤
💙💚
Tam raziyam. Eli bey ozu tek podkast bashlatsa cox ela olardi.
Bir neçə illik bele olsa senzura olmalıdır məncə.möhtəşəm fikirlər üçün təşəkkürlər
Ay maşallah,axır ki bu verilişdə əsil danışan adam gördük. Murad Arif savadlı və intellektli insandır. Mahnılarını sevirəm.
💙💚
Murad Arifi görmək çox xoş oldu. Konserti möhteşem idi. Bu enerjide, gözlerinde qığılcımlar parlayan, yüksek intellektli insanlar incəsənət aləmində olmalıdır. Belə gənclərimiz çoxdur. Onlara dəstək olaq. Maska şou- Murad Arifsiz maraqsız olardı. Hamınıza təşəkkürlər!
💙 💚
Murad Arif bütün qonaqların acığını çıxdı. Ancaq özü danışdı😂😂
Tam doğru. Dominant oldu
💙 💚
Məncə düzgün anlaışlmadı Murad Arif. Onun dediyi daha məntiqli idi
Murad Arif çox savadlı,çox mədəni bir insandı,xoş oldu burda görmək.Əli ilə müsahibəsi daha uğurlu olardı digər aparıcı imkan vermədi Murada
9:11 Möhtəşəmsiniz! Söhbətimizdən doymaq olmur. Uzun müddətdir gözlədiyim qonaq idi. Pozitiv, sevgi dolu söhbət oldu. Xoş emosiyalar hiss etdim. Təşəkkür edirəm.
💙 💚
İlk defediki şerh yaziram.
Sohbetgah apariclari kimi Murad Arifde derin bilgi,savada sahibdi cox xoş olardiki tek bir movzunu bu qeder uzatmaq evezine muxtelif movzulardan behs ederdiz. Buna her üçu nuzunde savadi bes ederdi./ Daha da cox zovq alardiq./ Murad beyi mugenniden de cox insan kimi tanimaq zekasinin derinliyine dalmaq tamaşaci ucun daha xos olardi.
Tural bəy, çox aqressivsiz. Murad Arifin fikirləri ilə razıyam.
Murad sən bir xəzinəsən👏🏻❤
💙 💚
Mən 20 yaşlı bir gənc olaraq TV-yə baxmıram. Şou biznesdən demək olar ki, heç xəbərim yoxdur. Hər bir insanın həyatda məqsədləri olmalıdır. İnanıram ki, həyatda böyük məqsədləri olan insanlar əlavə ona dəyər qatmayacaq nələrəsə vaxt sərf etmirlər. Azərbaycanlıların(əslində dünyada bir çox insanın) çoxunun məqsədi sadəcə yeyib, içib, çoxalmaqdır. Mən buna qarşı deyiləm amma ən azından ya şəxsi hədəflərimiz olmağının ya da belə insanlara dəstək olmağın tərəfdarıyam.
💙 💚
Düşüncələrinlə tam razıyam, bizim xalq incəsənətə səviyyəsizlik, təlxəklik kimi baxır, ona görə də biz kolxozçular, alverçilər və traktirçilər kimi görsənirik qıraqdan, hansıların ki ağlında ancaq bayağı və ibtidai istəklər var.
P.S.: Sənin azərbaycan dilinin qrammatikasına, punktuasiyasına və orfoqrafiyasına riayət edərək bu yozumu yazmağına heyranam)
Murad çox savadlı və intellektual bir şəxsdir.Tural bəy siz heç ona fikrini ifadə etməyə imkan vermədiz.Elə hey öz fikrinizi yeritdiz
Murad Ariflə razıyam. Senzura mütləq olmalıdır.. Qadağalar olmalıdır. Biz öz dilimizdə olan kanallara rahat baxmalıyıq. Tv ni qoşub, sonra youtube açıb nəsə axtarmaq həmişə rahat olmur.
Muradı dinləmək hər vaxt xoşdu. Onunla əksər məqamlarda həmfikirəm.
Gözləməkdən ağac oldum😃❤️
💙💚
Maraqlı söhbətə görə təşəkkürlər.
Mövzuya gəldikdə əvvəlcə müəyyən edək ki televiziya doğrudan da tamaşaçı zövqünü formalaşdırır yoxsa tamaşaçı marağı TV-lərin məhsulunu formalaşdırır. Əgər TV-lər təsirə malikdirsə Murad Ariflə razıyam, bir tələb qoyulsun TV-lər qarşısında. Senzura yox, tələb. Senzura qadağadır-bunu TV-də vermək olmaz. Tələb isə - bu da olsun deməkdir. Onsuz da başqa mövzularda bu var, niyə də şou-əyləncədə olmasın?! Əgər TV-lərin istehsal etdikləri tamaşaçı tələbi ilə formalaşırsa onda bir şey etmək olmaz. Demək ki bizim çoxluq tamaşaçı keyfiyyətsizdir. Hansı ki elə mən bu fikrə inanıram. Reytinqlərə baxanda istər TV-də, istər RUclipsda aydındır ki bizim tamaşaçının səviyyəsi nədir və nə istəyir. TV 2-3 nəfər maarifləndirici kontent istəyən tamaşaçıya görə maliyyə itirməyi gözə alan deyil.
Mənə isə maraqlı olan odur ki 90-lar, 2000-lərin əvvəli olan tamaşaçılar hara buxarlandı. Hansı ki o illərdə də hər cür mövzular müzakirə olunurdu, gecə şouları olurdu, amma hamısı bayalıqdan uzaq idi, tamaşaçı da o verilişlərə qoşulanda normal formada fikrini ifadə edirdi. 2000-lərin əvvəlindən sonrakı illərdə nə baş verdi, tamaşaçı niyə belə keyfiyyətsizləşdi, tələb təkliflə, təklif tələblə niyə uzlaşmadı onun səbəbi müəmmalı qaldı.
💙 💚
Eynən.
bu podcast cox maraqli idi,həm aparicilarin,həm də Murad Arifin movqeyi cox maraqli idi,hər iki teref arqumentlərini mudafiə etdi dusunurəm. Təsəkkurlər.
Uzun zamandır, baxmırdım söhbətgaha. Qonağınızı gördüm, düşünürəm ki, artıq başlamaq vaxtıdır 👍
Suala cavab isə, bəli, müəyyən mənada senzuraya ehtiyac var! Toxunulmaz məsələlər zatən toxunulmazdır.
💙 💚
Murad Arifi "Söhbətgah"-da gözləyirdim və nə yaxşı ki, gəldi və çox maraqlı bir buraxılış oldu. Təşəkkür hər birinizə. Minnətdaram. Və senzura tətbiq etməklə əlaqəli fikirim Murad Ariflə üst-üstə düşür. Soruşdunuz deyə cavabladım.
Tural bəy əgər bu podkastı şahmat oyunu kimi təsəvvür etsək,çox cüzi fikirlərinizi çıxmaqla Murada çox fikirdə uduzdunuz. Spotifaya və xüsusi tv kanallara ödəniş edə bilməyən insanların da keyfiyyətli verlişə baxmaq hüququ var. Kitab oxuyaq,kitabla yüklənməyək..),çünki oxuduqlarımızla kirlənib anlama çətinliyi yarananda metamorfoz baş verir.
Super mövzu və söhbət🙏. Təşəkkürlər
Necə savadlı və danışıq tərzinin səlisliyi ilə seçilən örnəy olası biriləri var..❤ Olduqca sevindirici haldır.. Sözün əsl mənasında..
Təşəkkürlər, Söhbətgah.❤
Çox xahiş eliyirem sozuvuzu kesmeyin
Maraqlı və səmimi söhbət alınıb. Yaxşı ki dəvət etdiniz Murad bəyi. Təşəkkürlər♥️
Murad Arifin dərin düşüncəsini,fikirlərini,həyata baxışını hər zaman bəyənmişəm.Çox da xoş aura bəxş edir.Mənim ən sevdiyim mahnısı Okaber ilə ifa edikləri “Yaşamalı” mahnısıdır.Rəşad Mirzəyevi və yenidən Səma Abiyevanı Söhbətgahda görməyi çox istəyərdim
💙 💚
Məncə bütün problemlərin həlli üçün savad, mədəniyyət olmalıdır. Rüşvət olmamalıdır
💙 💚
Aparicilara danismaga imkan vermeyen ilk qonaq:)
Azerbaycanin ve dunyanin en parlaq ulduzu Murad Arif❗️♥️
Maraqlı mövzudur,TV-ə baxmıram çünki ciddi ortam yoxdur,tv-lər insanları manqurtlaşdırır,təlxəylərə zaman sərf etməyi özümə həqarət bilərəm,zamanı dəyərli etmək insanın zövqündən,dünya görüşündən,əqidəsindən,kalitəsindən və özünə sayğısından asılıdır.
Nostaliji anlar oldu həftənin 40-anı mənim musiqi zövqümün formalaşmasında bir nömrəli xidməti olub.❤
Söhbətgah sevilir və seviləcək.💚💙🍀
Fikirlərinizlə tam razıyam. Həftənin 40 anı'nı mən də sevərək dinləyirdim
Nəhayət ki,gözlənilən buraxılış💚💙
💙💚
Hər şey gözəldir, çox sağ olun, ancaq 1 xahişim var. Sadəcə gələn qonağı sona kimi dinləsəniz və o müddətdə ağlınıza gələn sualları ya da fikirləri qeyd edib sonra soruşsanız əla olar, çünki həqiqətən bəzən "Aha!" Deyib bizə ən maraqlı olan hissəsinə çatanda söz kəsilir və tam öyrənə bilmirik, natamamlıq yaranır. Və bəzən hətta bu sualdan çox uzağa getməyə səbəb olur. Hər şeydən yarımçıq danışmaqdansa bir şeydən tam danışmaq daha yaxşıdır məncə, çox sağ olun, bir daha, qalan hər şey əladır!
Çox qəşəng söhbətidiye vallah, çox qəşəng. Təşəkkürlər sizə. Zövq aldıq ❤
💙 💚
Murad nece sirinsen❤ sevirem seni
💙 💚
Senzura mövzusunda Murada haq verirem , məncə özəl tvlərdəki “əyləncə” programlarına bir əl atmaq lazımdı oları bir sirkələmək lazımdıki bu nədi çəkirsen. Əməyinizə sağlıq çox gözəl başdan sona kimi sıxılmadan izlədiyim program oldu üçünüzüdə çox sevirem onu da qeyd edimki sizin və sizin kimi düşünən insanlara bu cəmiyyətin həddindən artıq çox ehtiyacı var 🫶🏻
💙💚
Tural və Əli, #intibah -da iştirakınız üçün təşəkkür edirəm!
💙 💚
Murad sən müsahib kimi də çox böyük adam imişsən. Böyük respect.❤❤❤
💙💚
Murad Arif Müsahibe üçün çox öz güvenli çıxış edir Müsahibe alanda ise strategy şexs olur Action emotional cavablara mövzuları böldüyüve göre volume 2 xet etmişem 🤯🫨Söhbetgahın en qarmaqarışıq buraxılışı idi.
💙 💚
Bu nə amansız müzakirədi belə.Perfect.
💙💚
Kitab oxumayanlara yazığım gəldi 😎
@@mahammadmusazadao5155 😅
Sohbetgah cox ugurlu proyektdir evvel bunu qeyd etmek isteyerem. Men ikinci defedir ki bu verlise sonuna kimi baxdim cunki cox deyerli ve vacib sohbetl;er olundu tewekkurler her kese.
Dəhşətli möhtəşəm bir veriliş. Muradla söhbət çox maraqlıdır🎉
💙 💚
Məhsuldar,əla podkast alındı. Müsahibin etirazı,fikirlərin haçalanması, axırda Turalın Murada fikirlərini qəbul etdirməsi....super.
Azərbaycanda ən güclü,səviyyəli, beyin qidalandıran ,sevdiyim üçlüyün əsl müzakirəsi.
Yaxşı təhsil,təhsil,təhsil.....
İdeal sistemin yaranması üçün cəmiyyətin inkişafını görməyə bizim ömrümüz çatmayacaq.
💙 💚
Mence fikirlerini qebul etdirmedi, sadece Murad susmağa mecbur edilse de, öz fikrinde qaldı.
Her 2 aparici o geder yuksek intellektli dunya gorushleri yuksek shexslerdir ki her saheye uygun mutexessis qonaq geldikde onunla chox rahat dialoqlara gire bilir ve ortaya bele maragli muzakireli podkastlar chixir...👍🌟her zamanki kimi mohteshem
Beli Murad beyin fikirleri ile raziyam. Biz neqeder de tv.ye baxmiriq desek de baxanlar kifayet qederdir. Haminin youtube, “neftlix” kimi luksu veya “seviyyesi” yoxdur. Ona gore beli TV-lere limitler qoyulmali, suzgecden kecmelidir.
💙 💚
Tural bəy, xaiş edirəm icazə verin qonaqlarınız daha çox danışsın.
Məsələ odur ki, söhbətin bir hissəsindən sonra Tural özü də bilmədən Muradın fikrini və mənim də mövqeyimdən çıxış etdi. Tural bəy deyir ki, senzura olmamalıdır amma eyni zamanda Yaponiya olmayacağıq deyir. Digər verilişlərdə isə deyirdi ki, yaponiyadakı kimi mühəndis olsun bizdə. Bu fikir də aizin fikrinizdi o da çox gözəldir. Təbliğat milli mənəviyyat məsələsidir. Özəl telekanal deyib keçə bilmərik. Konstitusiyamızda yazılıb, KİV nədir? Kim ki, KİV kateqoriyası altında gedir onlara ən azı başlama bitmə yerini göstərməliyik. Məsələ odur ki, cəmiyyət olaraq başlamağı bilirik nə harda dayanmalıdır o hissi bilmirik sanki. Yeməyin belə miqdarında problemimiz var. Aş gözəldir qmma 195 növü çıxıb. Biz başlamaqda çətinlik yox harada dayanmalı olduğumuzu bilmirik sanki. Buna görə də dayanmalı bir nəfəs almağa vaxt lazım olmalı yerlərdən biri də olmayanda onu milli düşüncə olaraq dövlət tənzimləməlidir. Əgər bugündən belə ideya olsa elə insanlar gedib tapıb Muradın və Söhbətgaha baxacaq ki, mən elə edim ki, bunları izləsəm Sevda Ələkbərzadə səviyyəsində söhbət edə bilimki məni işə alsınlar. Həyat 1 saatlıq youtube videosuna baxıb bitirmək deyil hörmətli Söhbətgah əhli. Həyat youtube çevirəndən sonra küçədə narahat olmalı olduğumuz uşaqlardır. Sabah istəsək onların da yan yörəsi normal ətrafı olsun həyat onlara çətin olmasın, ən azından qol çırmalanmalı bəzi ələkdən keçirilməlidir. Əgər Propaqandadırsa bunun 2 3 yaxşı tərəfini zaman zaman 3 4 ildən bir zaman qoyaq 1il tam il bu il filter ilidir. Hər 5ildən bir audit olunsun. Əgər format(audit) yoxdursa söclətləri Audit edən şirkətlər niyə var? Audit olunma feedbackdir. Feedbacka reaksiya vermək inkişafdır. Bir tərəfli mən edim dqşüncəsi mənə qiymət verilməsin hissənin özü sovet düşüncədir hörmətli Tural bəy. Feedback vermə qabiliyyətindən də öncə insanların özünü təqdim etmək qabiliyyəti vacibdir. 6 ildir xarixi ölkədə yaşayırıq. Ümid edirəm ölkə təkcə Azərbaycandan ibarətdir düşünməzsiniz. Xaricdə yaşayan həmvətənlərimiz azərbaycandilli kontentləri tapmaqda çətinlik yaşayır. Buna stimul bir elita olmalıdır ən azından öz dilində normal yaza bilmək. İnsanlar utanmalıdırlar içi mən qarışıq ki, niyə tam dəqiq və yaxşı yaza bilmirəm. Almaniyanın Frankfurt şəhərindən atəşli salamlar! 3-cü verilişinizdən etibarən izləyirəm sizi bugünə qədər! Keep going! 🇦🇿🇩🇪
❤
Murad çox maraqlı və savadlı insandı. Ona saatlarla qulaq asmaq olar
Çox səmimi ve pozitiv,hem de dünyagörüşlü, peşəkar insandir
💙 💚
Мурад Ариф всегда вызывал восхищение как творческая личность,его песня "Sene Ehtiyacim Var" одна из моих любимых.Но сегодня ещё одно приятное открытие для меня,что он абсолютно не циничный человек в отличие от Турал бея.Его дети тоже имеют возможность не смотреть местные каналы,он также может использовать спотифай или платить 5$ за платформу,но ему небезразлично что показывают людям,у которых нет таких возможностей как у него.
Фраза что на нас же не падала атомная бомба вообще неуместная,неправильно принижать чужую трагедию.
И да,есть рэперы,которые делают рэп как старая школа и даже круче.Самый популярный из них Кендрик Ламар,человек получил Пулитцеровскую премию за свои тексты.
💙 💚
Çox maraqlı söhbət idi. Zövq alaraq dinlədim. Hər birinizə dərin təşəkkürlər.
💙💚
Nə yaxşı ki, heç olmasa sizlər varsız. Möhtəşəmsiz
Söhbətgah və Popumuz Var əla layihələrdir. Belə layihələrin sahiblərinin söhbəti gözlədiyim kimi də maraqlı oldu
💛🖤🤝💙💚
💙 💚
Çoxdan gözlənilən bir qonaq. Murad fərqli insandır. Təşəkkürlər söhbətgah ❤
💙💚
Bu dəfə də çox xoşuma gəldi♥ Tural və Əliyə "Söhbətgah" -a görə, Murad Arifə isə "Popumuz var" -a görə çox təşəkkür edirəm. Hər birinizin işi dəyərlidir.
Sorğuya gəldikdə, vallah təhsilin keyfiyyəti artmasa, senzuralar yalnız qısa müddətli effekt verəcəyini düşünürəm.
💙 💚
Mahnılarını bəyənməsəm də, düşünən, daim inkişaf edən, öyrənməyən çalışan insandır Murad Arif. Çox zövqlü verliş alınıb, davamlı olması diləyilə..
💙💚
43:11 o qədər Orxandan danışdınız ki sizin videonu yarımçıq saxlayıb gedib orxana baxım görüm neynəyib verlişdə :)
Uzun muddet idi ki, dinlemirdim sohbetgahi, Muradi gorenden sonra dedim mutleq izleyecem(çox intellektual ve inkişaf etmiş insandır, senetile o qederde taniw deyilem, lakin duwuncelerin beyenirem) bir weyi beyenmedimki Murad kimi insani sadece TV movzusuyla xerclediniz, onun kimi duwunce terzi olan insani daha felsefi daha derin movzularda daniwdirmaq olardi... Her halda Murad beyin fikirlerile razilawiram tehsil, tehsil ve yenede tehsil...
💙💚
Muradın enerjisi. Lezzet eledi❤❤❤
1:06:55 dən sonra səs uzlaşmasında problem var. Z.o gələn yayında nəzərə alarsiniz. Uğur olsun çox gözəl söhbət idi
Söhbətgaha ən yaraşan və ən maraqlı qonaqlardan oldu Murad Arif. Çox təşəkkürlər.
💙💚
Murad Arif çox intelektual sənətkardır 👍
💙 💚
Tural bəy, nənəmin 85 yaşı var və o ancaq tv izləyir. Atam işdən yorğun gəlir tv izləyir, neyniyək nənəmi,atamı yenidən məktəbə göndərək təhsil alsınlar ki, tv izləməsinlər ? :D Azərbaycanda 10milyon insan yaşayır necə hamını 17 yaşlı oğlunuzla bir tutursuz? Azərbaycan sizin ailədən ibarət deyile)) Tik-tokdan çox istifadədən dolayı məncə təsir altına düşmüsünüz.
Murad bəy, intellektiniz,savadınızla yanaşı enerjinizə heyran qaldım bir daha, ləzzət elədi sizi dinləmək, təşəkkür edirəm.
Bir də bu söhbətdə growth ve fixed mindsetin canlı nümunələrini gördüm)
Murad, Size saatlarla baxaram ve savadiniza, selist daniwiginiza heyranam. Nyuanslarda uģurlar)))