Musiqi biznesi | Senzura | Murad Arif | Söhbətgah

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 795

  • @muradarif
    @muradarif 10 месяцев назад +360

    Nə yaxşı ki, çağırdınız!
    Nə yaxşı ki, gəldim!
    ⭐️

    • @Sohbatgah
      @Sohbatgah  10 месяцев назад +8

      💙💚

    • @NatavanQuliyeva
      @NatavanQuliyeva 10 месяцев назад +3

      Sizi dinlemek hemise mene cox xosdur. Tesekkurler❤

    • @pervinefendi9587
      @pervinefendi9587 10 месяцев назад +3

      ❤😘🙏

    • @rashadali8220
      @rashadali8220 10 месяцев назад +4

      Həqiqətən xoş gəldin 💙💚

    • @emruzzz
      @emruzzz 10 месяцев назад +3

      Çox dərinsən də maşallah 😍

  • @yusifmammadov4798
    @yusifmammadov4798 10 месяцев назад +77

    Murad Arif çox maraqlı insandır, baxmayaraq ki, Azərbaycan musiqi camiyəsində intellektual olmaq, kitab oxumaq, keyfiyyətli film izləmək pul qazanmaq üçün ən faydasız şeydir, Adam yenə inkişafdan dayanmır. Toylarda trend müğənni olan yegənə savadlı müğənnidir. Təşəkkürlər Murad Arif , etdiklərin gələcək musiqiçilərə örnək olsa bu ən böyük xidmət olacaq Azərbaycan incəsənəti üçün.

  • @nuraddinkhalilov8184
    @nuraddinkhalilov8184 10 месяцев назад +36

    Senzura movzusunda Tural bəyin fikirleri heddinden artiq çiy və yeniyetmə idi.
    Təşəkkürlər Muradı çağırığınız üçün

  • @MuradRustamzade
    @MuradRustamzade 10 месяцев назад +83

    Muradla tamamilə razıyam. Turalı normalda bu qədər intensive və emosional görməmişdim. Qonaq bir vaxtdan sonra fikrini artıq çatdırabilmirdi, Turalın məsələni təkrarlayaraq fikrini çatdırmaq istəməsindən dolayı. Çox maraqlı mövzular qaldı məncə, senzura söhbətində çox qaldıq. Qonağa çox icazə verilmədi deyə düşünürəm. Yenə də təşəkkürlər. uğurlarınızın davamı diləyi ilə.

    • @Sohbatgah
      @Sohbatgah  10 месяцев назад +1

      💙 💚

    • @lallismemories9897
      @lallismemories9897 10 месяцев назад +10

      Tural kime imkan verirki Eli beye de imkan vermir

    • @MuradRustamzade
      @MuradRustamzade 10 месяцев назад +9

      @@lallismemories9897 biraz eləbil bu video Turalın kimisə razı salmağın taktikalarından ibarət idi :)

    • @OCAQelvin
      @OCAQelvin 10 месяцев назад

      Bəlkə Turalın izah etməyə çalışdığı şeyi izah etmək çətin olduğu üçün fikrini anlatmağa çox vaxt ayırdı. Hətta məncə bu bəs etmədi. Məncə yeni format gəlsin. Qonaqla fikir ayrılığı zamanı o mövzunu dondurub elmi metodologiya ilə, bu mümkün olmadıqda isə fikrini nəyə əsasən dediyini derinlemesine anladan bir içərik paylaşsın hər iki tərəf. Bu içerik podcast, video kimi hər iki tərəfdən paylaşılsın.
      Bilirəm tamamlanmış bir fikir deyil amma prinsipi bəllidir bu formatın. Fikrin daha aydın ifadə edilə bilməsinə və digər mövzulara vaxt qalmasına şərait yaratmaq.

    • @Rubamia
      @Rubamia 10 месяцев назад +3

      Eynilə.. Rəylərdə o qədər bu fikirləri bildirən insanları gòrdùkcə şùkùr deyirik ki hələ ùmid var bəzi şeylərə .✨️həyatda da bu cùr insanlar var , israrla inad və təkidlə qarşındakına sanki təzim edir ki mənim fikrimlə razılaşmalışan. Çox individual şəxsi bir fikri ùmumiləṣdirib təkidlə qəbul eletdirir ki evə gəlib niyə tv- ye baxırsız baxmayın. 😕 bu insanların şĕxsi konfort zonalarıdı hami sizin məsləhət etdiyiniz həyat tərzini yaşaya bilmir əsasda maddi cəhətdən. Istəyirsiz senzura deyin istəyirsiz tələb hər nəisə bayağı o bərbad verilişlər efirlərdə olmamalıdır.

  • @Salliworld
    @Salliworld 10 месяцев назад +139

    Murad Arifin yazdığı və oxuduğu mahnıları bəyənməsəm də özü çox savadlı və pozitiv adamdır.

  • @fridbabayev3819
    @fridbabayev3819 10 месяцев назад +79

    Turalda rus-dilli,Əlidə ingilis-dilli,Muradda isə hər ikisinin yer aldığı kino,kitab,veriliş məlumatı çoxluluğu var.
    Maraqlı müzakirə alınıb.

  • @askajafarli
    @askajafarli 10 месяцев назад +15

    Murad Arif həm savadlı,həm də zövqlü insandır. Sanki çox yüksək enerji ilə söhbətə başlasa da,sonda Tural bəyə fikrini çatdıra bilmədiyinə görə yoruldu))) Onsuz da bərbad gündə olan kanalların düzəlməsi üçün çalışanları "başını burax" deməklə həvəsdən salmayın. Tv-dən başqa alternativi olmayan nə qədər insan var. Tək bununla düzəlmir cəmiyyətimizin problemləri,amma hərə öz sahəsində kiçik addımlar atsa,bəlkə nələri isə dəyişmək mümkün olar.Təşəkkür edirəm hər birinizə,maraqlı söhbət alındı.

    • @gulnarmusayeva1816
      @gulnarmusayeva1816 10 месяцев назад +2

      Sizinlə razıyam ,hər şey birdefe ,biran da düzəlməyəcək bəlkə necə nəsillər sonra amma buna balacada olsa təkan vermək mutlek lazımdır

    • @Sohbatgah
      @Sohbatgah  10 месяцев назад +1

      💙 💚

  • @mrpolimat
    @mrpolimat 10 месяцев назад +39

    Əla verlişlərdən biri idi. Senzura mövzusunda mən də Murad Arif ilə eyni fikirdəyəm, özü də bir neçə dəfə səsləndirdi amma biraz ignore olundu sanki, zatən TV də senzura var, heç olmasa bunu xalqı biraz maarifləndirmək və çeşidliliyi artıraraq müəyyən qədər intellektual insanlara da xitab edəcək şəkildə istifadə etsinlər. Məsələ bayağı musiqinin məhv olması deyil zatən çünki oranın da kifayət qədər çox auditoriyası var, məsələ balansın qorunmasıdı və düzgün formada bu işlərə bir nəzarət yetirilməsidi. Əlavə olaraq istəyərdim ki daha çox, fərqli mövzular ətrafında da söhbət aparılsın, sadəcə senzura və TV ətrafında yox. Murad Arifin zəkası, dünyagörüşü də fərqli mövzularda maraqlı söhbət üçün ideal zəmin yaradır. Buna görə də ümid edirəm Murad Arifi Etibar Əsədli kimi mümkün olan ən tez vaxtda yenidən qonaq kimi dəvət edəsiniz, biz də indiki kimi həvəslə izləyək, uğurlar ✌

  • @lelaisa
    @lelaisa 10 месяцев назад +24

    Çox maraqlıdır, razılaşmadığım fikir isə "nə verirlərsə versinlər tv də baxmırıq" budur. Azərbaycanda nə qədər kəndlərdə wf yoxdur, insanlar nəsə izləmək istəyəndə məcburdur ki, tv-yə baxsınlar. Hal-hazırda olan verilişlər insanların musiqi zövqünü korlayır və həmin o mənasız mahnıların daha çox dinlənərək lazımlı müsiqiləri reytinq baxımından geridə qoymasına səbəb olur

  • @nargizmalikova7334
    @nargizmalikova7334 10 месяцев назад +42

    Artıq ikinci dəfədir ki, buna oxşar şərh yazıram. Tural bəy, çox yorursunuz. Həm qonağı, həm də dinləyicini. Əvvəl Söhbətgaha sizə görə baxırdımsa indi qonağa görə baxıram.

    • @lallismemories9897
      @lallismemories9897 10 месяцев назад +6

      Eynen eynen tamamile qatiliram bu qeder eqo olmaz axi

    • @kmalhsnova5362
      @kmalhsnova5362 10 месяцев назад +7

      Mən də ona görə baxa bilmirəm artıq

    • @IBOSHEMS
      @IBOSHEMS 10 месяцев назад +5

      Bunu düzəltməsi üçün gərək özü söhbətgahlara təkrar baxsın. Ən azı 3 verilişə baxsa bir az deyişiklik edər müzakirə formasında

    • @herculepoirot1436
      @herculepoirot1436 10 месяцев назад

      ​@@lallismemories9897 Eqo deməyək, sadəcə çox söhbətə qapılırlar bəzən və hər şeyi danışmağa vaxt da qısıtlıdır, mövzu da geniş olduqda hamı danışmaq istəyir, sadəcə daha çox qonağı dinləyib onun sözü bitdikdən sonra fikir bildirsələr daha yaxşı olar. Çünki bizə maraqlı olan hissəyə gələn kimi söz kəsilir.

    • @LF-11-11
      @LF-11-11 10 месяцев назад

      🤣

  • @tutualiyeva2566
    @tutualiyeva2566 10 месяцев назад +11

    Murad Arif coox dunyagoruslu, intellektual, savadli, semimi, mehriban insan.. ne yaxsi ki siz Azerbaycanlisiz, bizim fexrimizsiz🎉

  • @hasankhanov
    @hasankhanov 10 месяцев назад +8

    1:13:28 Muradın "Yaxşı da, Tural 😄" deməsi bütün izləyicilərin içindəki səsdir.
    "Evə gəldin, kitabını aç oxu." nə dərəcədə düzgündür, anlamıram. Tural hər şeyə ütopik həllər axtarmağa çalışır. Sanki, həyatın ağ və qaradan ibarət olduğunu düşünür. Murad isə fərqli rənglərdən baxır və hər bir şəxsiyyətə fərdi yanaşır. Əli isə gördüyüm ən yaxşı dinləyicidir. İzləyici gözü ilə baxıb nələrsə öyrənməyə açıq insandır.
    Murad və Əli bu verlişi daha da gözəl edir 💚💙. Turalın isə yüksək səs tonu ilə eyni şeyləri təkrar etməsi sovet düşüncəli məktəb müəllimlərini xatırladır. Dayanmadan "mən" sözünü işlətməsi elə onun eqosundan xəbər verir.

  • @bilalaliyev7
    @bilalaliyev7 10 месяцев назад +37

    Ən səmimi qonağınız Murad Arif oldu.

  • @gunelismayilova3212
    @gunelismayilova3212 10 месяцев назад +9

    Hər zamankı kimi möhtəşəmsiz. Senzura mütləq olmalıdır mənim fikrimcə. Murad bəyin fikri ilə razıyam. Çünki Azərbaycanda yaşayan əksər insanlar telekanallara baxır xüsusi ilə rayon yerlərində və evdə böyüklərlə yanaşı azyaşlı uşaqlarda bayağı verlişlərə baxmağa məcbur olur. Çünki valideyn əgər o verlişlərə baxırsa demək onda hələ də bu formatda verlişlərə baxmamaq formalaşmayıb və o insan üçün fərqi yoxdu mən baxıram amma mənim ucbatımdan uşaqda bəsit məzmunda olan verlişlərə məruz qalmasın. Və təhsil sadəcə məktəblə həll olmur. Düşünün körpə uşaq gözünü açır və ailənin fərqindəsizliyinin ucbatından tvlərdən ,cəmiyyətdən və ən əsası ailədən təsirlənərək 6yaşına qədər xarakterinin bir qismi formalaşır. Valideyn 6il uşağın dünyagörüşü üçün heç nə etmir atır məktəbin , müəllimin üstünə ki , siz yaxşı təhsil verin mənim uşağım düzəlsin. Bu da absurd vəziyətdi məncə. Ümumiyətlə təhsil ocaqları və valideynlər birgə çalışdıqları təqdirdə uşaq savadlı , düşüncəli , dəyərlə sadiq insan kimi formalaşır.
    Verliş üçün bir daha təşəkkürlər.

  • @KananTaghizada
    @KananTaghizada 2 месяца назад

    İlk buraxılış idi ki, axıra kimi dinləməkdə çətinlik çəkdim. Tural qışqırır sonra Murad qışqırır, bir birinizin sözünü kəsirsiz, fikirlər tamamlanmır. Başa düşürəm kimi üçünsə emosional mövzu ola bilər. Amma nəzərə alın ki, çoxları bu podkastlara axşam yorğun vaxtı evə gedəndə maraqlı söhbətdən faydalanmaq üçün qulaq asır. Milrofona qışqırmaq və bir birinizin sözünü kəsmək lazım deyil. Təşəkkürlər

  • @muratsadiq8186
    @muratsadiq8186 10 месяцев назад +15

    Möhtəşəm söhbət alındı. Murad Arifin həm yaradıcılığına, həm da danışıq qabiliyyətinə böyük rəğbətim var idi. Bu söhbətGAHdan sonra isə Murad Arifin fikirlərini ən yüksək səviyyədə izah etmə bacarığına valeh oldum. Təəsüf olsun ki eyni sözü Tural bəy haqqında deyə bilməyəcəm. Belə bir təəsürat yaratdız ki öz bildiyinizi,öz mövqeyini qarşı tərəfə qəbul etdirməyə çalışdız..məcburiyyət var idi. Ən azından mimika,jestlər bunu sübut etdi. Daha obyektiv olsa idi daha yaxşı olardı. Axı tarixçilər obyektiv olur. Əsaslandırılmamış fikirlər, cavab başını buraxın getsin…bu qədər podkastlara qulaq asıb 100% razı qaldıqdan sonra indi bu SÖHBƏTGAH-dan heç o olmadı))). Murad Arif bu söhbətdə dominant idi.😊

    • @Sohbatgah
      @Sohbatgah  10 месяцев назад

      💙 💚

    • @AzadHasanov-py9ht
      @AzadHasanov-py9ht 10 месяцев назад

      Təəssüf ki, mən də üzüldüm. Tural bəydən belə qeyri peşəkar reaksiyalar gözləmirdim.

    • @muratsadiq8186
      @muratsadiq8186 10 месяцев назад

      @@AzadHasanov-py9ht qeyri peşəkar deməyək,qətiyyən elə deyil. Yetərincə dünyagörüşü və təcrübəsi vardır.Amma bir qədər emosional davranaraq,müsahibini üstələməyə çalışırdı.

  • @vegovego2315
    @vegovego2315 10 месяцев назад +3

    Ilk defedirki sohbetgah verlisi daminoxanadaki ses kuylu dayday kafesi tesurati yaratdi ve Murad arifin butun verlislerine baxan biriyem ve sohbetgahibda butun bolumlerini bitirmeye calisiram biriyem sevirem sozun qisasi her birini. Muradin telasli soz kesen sakit dinlemeyi bacarmayan terefi bu podcast-da daha bariz gorunur( . Canim sixildi ortalarda

  • @baku-sy1eg
    @baku-sy1eg 10 месяцев назад +2

    Əvvəla gördüyünüz işlərə görə sizə təşəkkür edirəm hörmətli söhbətgah. Murad Arif savadlı, istedadlı, vətənpərvər sənətkarımızdır❤ Millətimizin maariflənməsi və təhsilli olması üçün səy göstərən çox az şəxslərdəndir. Amma Tural bəylə razılaşa bilmirəm ki, televizorları özbaşına buraxmaq lazımdır. Mütləq ötürülən informasiyaların filtirlənməyə ehtiyacı var. Ən əsas isə aparıcıların təhsilli olmasına önəm verilməlidir.

  • @Muradov377
    @Muradov377 10 месяцев назад +12

    Just my point of view: Two person wants to feel like the smartest among those less knowledgeable, and fears that if they begin to develop, the competition will increase. The other is earnestly striving to effect positive change for their homeland.
    Thank you.

  • @S.A-fo8vk
    @S.A-fo8vk 10 месяцев назад +18

    Murad Arifin yaşamalı mahnısı ən pis zamanlarımda mənə yoldaşlıq edir❤

  • @azik5641
    @azik5641 10 месяцев назад +4

    Murad Arifin fikirləri ilə razıyam bir TV əməkdaşı olaraq. Təssüf ki, fikirləri tez tez kəsilir.

  • @teranevaqifqizi2534
    @teranevaqifqizi2534 10 месяцев назад +9

    ikl dəfədir Tural bəyin fikirləri ilə razılaşmıram. Murad Arif düz deyir. Mütləq senzura olmalıdır. Hamı kitab oxumur. Bazarı, fəhləsi və s. işdən gələndə televizoru açır, gedib kitab açmır. Ona görə o televizorda səviyyəli mahnı eşitməli, səviyyəli verliş görməlidir ki nəsə görsün, götürsün. Ümumiyyətlə görsün ki bu var!, insan istər istəməz görə görə formalaşır. Əgər televiziya Şəbnəmlərdən, Nəfəslərdən başqa heç nə göstərməyəcəksə, hansısa Feyzulla hardan bilsin ki, (ən sadə ad çəkirəm) Sevda Ələkbərzadə, İsfar Sarabski və s. var.

  • @nazsadigova1331
    @nazsadigova1331 10 месяцев назад +42

    Verlish cox gozeldir, amma Tural beyin her sheyi hamidan yaxsi bilirmish kimi soz kesib mudaxile etmesi hec yaxsi gorsenmir heqiqeten.
    Verdiyi melumatlari ashagi yuxari biraz dunya gorusu olan insan bilir onsuz.
    Zehmet olmasa imkan verin qonaqlar fikirlerini bitirsin:)
    Ugurlar!

    • @Sohbatgah
      @Sohbatgah  10 месяцев назад

      💙 💚

    • @lallismemories9897
      @lallismemories9897 10 месяцев назад +4

      Heqiqeten meselen Eli beyden hemishe cox maraqli derin melumatlar fikirler oyrenirem
      Turalin dedikleri ise instagram postlardan goturulmus, youtubede motivasiya videolarindan copy edilmish sozlerdir

    • @qwaszx822
      @qwaszx822 10 месяцев назад +5

      Deyir cox bilen az danishar. Murad ve Eli en az danisanlar oldu bu videoda. Hemishe men bu podkasta baxanda ele bilirem qonaq Turaldi qalanlari host durlar.

    • @nargizshahgeldiyeva2814
      @nargizshahgeldiyeva2814 10 месяцев назад +3

      Şükür.Mənim kimi fikirləşənlər varmış.Artıq Tural adamda ikrah hissi doğurur.Düzü lap əvvəllərdə hər həftə baxmağa çalışırdımsa müəyyən müddətdən sonra Turalın sayəsində tam uzaqlaşdım. Sadəcə öz dilimizdə bu cür kontentlərə ehtiyac duyuram ona görə arada girib qulaq asıram.Cəmiyyətdə savadsızlıq o qədər artıb ki siz demiş orta dərəcədə və ya bir qədər az dünya görüşü olan adamı wow deyəcək qədər şişirdirlər.Bu da Turala təsir edir.Təəssüf ki mənfi istiqamətdə.Ümid eləyirəm özü də oxuyub nəzərə alar.

    • @lallismemories9897
      @lallismemories9897 10 месяцев назад

      @@nargizshahgeldiyeva2814 tamamile haqlisiz🩷

  • @MedineSelimova
    @MedineSelimova 10 месяцев назад +24

    Keyfiyyətli mövzu və müzakirələrə ehtiyacimiz var,bunu bizə verdiyiniz üçün təşəkkür edirəm 🤌

  • @ilaheserifova2226
    @ilaheserifova2226 10 месяцев назад +5

    Murad Arifi görmək çox xoş oldu. Konserti möhteşem idi. Bu enerjide, gözlerinde qığılcımlar parlayan, yüksek intellektli insanlar incəsənət aləmində olmalıdır. Belə gənclərimiz çoxdur. Onlara dəstək olaq. Maska şou- Murad Arifsiz maraqsız olardı. Hamınıza təşəkkürlər!

  • @parvinsayilov
    @parvinsayilov 10 месяцев назад +17

    həm POPUMUZ VAR həm də SÖHBƏTGAH izləyicisiyəm. Bu verliş mənim üçün çox çox maraqlı oldu ama kaş başqa mövzu ətrafında söhbət aparılardı. Senzuraya qalanda Murad düz deyir, bu özbaşınalığın bir sonu olmalıdı. Bir də qeyd etmək istərdim ki, bütün verlişlərinizi izləyicisi kimi sizinlə tanışlıq, sizinlə həm söhbət olmaq mənim üçün çox xoş oları. Hər verlişdə deyirəm mən burda necə gözəl danışardım, Tural hərdən deyir Ağıllı Ağıllı danışmaq, mən də sizinlə ağıllı ağıllı danışmaq istəyirəm hansısa bir mövzu ətrafında. Uğurlar hər birinizə ❤️

  • @gm2506
    @gm2506 9 месяцев назад

    Söhbətgahın toxunduğu, işıqlandırdığı mövzular hər zaman olduğu kimi vacib məqamlardır.
    Bu veriliş isə sözün həqiqi mənasında həm intellektual şölən oldu həm də çox axıcı. Təşəkkürlər aparıcılar,Tural,Əli və qonaq Murad bəy. 🤝🏻

  • @senubermustafayeva1457
    @senubermustafayeva1457 10 месяцев назад +4

    Ay maşallah,axır ki bu verilişdə əsil danışan adam gördük. Murad Arif savadlı və intellektli insandır. Mahnılarını sevirəm.

  • @zohrafromtheearth
    @zohrafromtheearth 10 месяцев назад +10

    Murad siz bir başqasınız! Adam musiqinin altını da bilir, üstünü də!

  • @zulfiyyeshadlinskaya9674
    @zulfiyyeshadlinskaya9674 10 месяцев назад +2

    Murad hər zamankı kimi bravo👍👏👏👏xalq və düzgün təbliğat,təhsil,senzura.hər xalqin xüsusiyyəti var bizim xalqa senzura lazimdi başqa cur olmur.! !

  • @sevaaliyeva3394
    @sevaaliyeva3394 8 месяцев назад

    Murad Arif çox savadlı,çox mədəni bir insandı,xoş oldu burda görmək.Əli ilə müsahibəsi daha uğurlu olardı digər aparıcı imkan vermədi Murada

  • @dzhabarova9469
    @dzhabarova9469 9 месяцев назад

    bu podcast cox maraqli idi,həm aparicilarin,həm də Murad Arifin movqeyi cox maraqli idi,hər iki teref arqumentlərini mudafiə etdi dusunurəm. Təsəkkurlər.

  • @nuranamammadzadeh
    @nuranamammadzadeh 10 месяцев назад +9

    İlahiiii brain storming effektli müzakirə. Bizim bu adamlara ehtiyacımız var. Sağlam, mədəni insanların müzakirəsi belə olur. Adama zövq verir.💙💚

  • @BMWSrr-gt5mk
    @BMWSrr-gt5mk 10 месяцев назад +4

    Senzura gəlməlidir ona görə ki insan ictimai varlıqdı fərdi yanaşmaq olmaz bəlli verlişlərin təsiri ilə böyüyən nəsil gələcəkdə yaxşı insanlarımız üçün problem (bir çox şeyləri bu sözün içində sadalamaq olar) olacaq. Əla buraxılış oldu təşəkkürlər.

  • @taranasafarova
    @taranasafarova 10 месяцев назад +5

    Maraqlı söhbətə görə təşəkkürlər.
    Mövzuya gəldikdə əvvəlcə müəyyən edək ki televiziya doğrudan da tamaşaçı zövqünü formalaşdırır yoxsa tamaşaçı marağı TV-lərin məhsulunu formalaşdırır. Əgər TV-lər təsirə malikdirsə Murad Ariflə razıyam, bir tələb qoyulsun TV-lər qarşısında. Senzura yox, tələb. Senzura qadağadır-bunu TV-də vermək olmaz. Tələb isə - bu da olsun deməkdir. Onsuz da başqa mövzularda bu var, niyə də şou-əyləncədə olmasın?! Əgər TV-lərin istehsal etdikləri tamaşaçı tələbi ilə formalaşırsa onda bir şey etmək olmaz. Demək ki bizim çoxluq tamaşaçı keyfiyyətsizdir. Hansı ki elə mən bu fikrə inanıram. Reytinqlərə baxanda istər TV-də, istər RUclipsda aydındır ki bizim tamaşaçının səviyyəsi nədir və nə istəyir. TV 2-3 nəfər maarifləndirici kontent istəyən tamaşaçıya görə maliyyə itirməyi gözə alan deyil.
    Mənə isə maraqlı olan odur ki 90-lar, 2000-lərin əvvəli olan tamaşaçılar hara buxarlandı. Hansı ki o illərdə də hər cür mövzular müzakirə olunurdu, gecə şouları olurdu, amma hamısı bayalıqdan uzaq idi, tamaşaçı da o verilişlərə qoşulanda normal formada fikrini ifadə edirdi. 2000-lərin əvvəlindən sonrakı illərdə nə baş verdi, tamaşaçı niyə belə keyfiyyətsizləşdi, tələb təkliflə, təklif tələblə niyə uzlaşmadı onun səbəbi müəmmalı qaldı.

  • @ayishememmedli6569
    @ayishememmedli6569 10 месяцев назад +9

    Murad Arıf hem cox gozel insan,hem de savadlı musıqıcıdır

  • @nuraddinkhalilov8184
    @nuraddinkhalilov8184 10 месяцев назад +70

    Tam səmimi:
    Vallah Muradın heç bir musiqisinin dinləyicisi deyiləm, sadəcə bütün verilişlərinə onun intellektinə görə baxıram. Bir insanın əsl dərinliyi suallarından və susqunluq nöqtələrindən bilinir. Bu verilişdə Turalın səsləndiriyi dayaz, eqoist, yeniyetmə və pafoslu fikirləri qarşısında keçirdiyi susqunluğlarında onu qucaqladım.

    • @Sohbatgah
      @Sohbatgah  10 месяцев назад +1

      💙💚

    • @qwaszx822
      @qwaszx822 10 месяцев назад +2

      Tam raziyam bu kommentle!

    • @eni9mad
      @eni9mad 10 месяцев назад

      Hansı fikri məsələn ?
      Bu formada kiməsə ad yapışdırmaq çox asandır. Nəyə əsasən belə düşünürsüz ?
      Məsələn, məncə Tural tamamilə haqlıdır.

    • @fuadax7737
      @fuadax7737 10 месяцев назад +5

      Məncə Tural sadəcə mən edə bilirəm hər kəs edə bilər hər kəs oz üzərində işləməlidir məsələsindədi ama hər kəs Tural deil.

    • @herculepoirot1436
      @herculepoirot1436 10 месяцев назад +2

      Xahiş edirik təndiq etdikdə, fikir bildirdikdə bunu nəyə əsaslanıb dediyinizi də bildirin ki əgər həqiqətən düz deyirsizsə tənqid etdiyinjz şəxs də dərs çıxarsın. Yoxsa Azərbaycan lüğətindən sifətlər seçərək birinə yapışdırmaq çox rahatdır. Sadəcə nəzakətli bir şəkildə iradınızı bildirin, ya da kömək edəcək nəsə edərək falan göstərin bunu, yoxsa yerindən şikayət etmək rahatdır.

  • @ОрханСкептик
    @ОрханСкептик 10 месяцев назад +2

    Bir-birinizin sözünü necə asanlıqla kəsirsiz. Qeyri-peşəkarlıq🙂

  • @vesileceferova2073
    @vesileceferova2073 10 месяцев назад +10

    Məhsuldar,əla podkast alındı. Müsahibin etirazı,fikirlərin haçalanması, axırda Turalın Murada fikirlərini qəbul etdirməsi....super.
    Azərbaycanda ən güclü,səviyyəli, beyin qidalandıran ,sevdiyim üçlüyün əsl müzakirəsi.
    Yaxşı təhsil,təhsil,təhsil.....
    İdeal sistemin yaranması üçün cəmiyyətin inkişafını görməyə bizim ömrümüz çatmayacaq.

    • @Sohbatgah
      @Sohbatgah  10 месяцев назад

      💙 💚

    • @leylaleyla1288
      @leylaleyla1288 10 месяцев назад +2

      Mence fikirlerini qebul etdirmedi, sadece Murad susmağa mecbur edilse de, öz fikrinde qaldı.

  • @lallismemories9897
    @lallismemories9897 10 месяцев назад +26

    Sohbetgahin ilk buraxilishlarindan beri baxiram sadece isteyerdim Eli bey podcast etsin
    Cunki sozun esl menasinda eqosuz, heqiqeten intellektual, qarsindakini dinleme bacarigina sahib insandir
    Turali evveller cox beyenirdim indi ise eqosundan gozleri kor olub sanki
    Heckime aman vermir, ancaq oz dediyini diqte etmeye calisir ve daima gergindir
    Ve oz adima deyim sohbetgaha bir nece buraxilisdir ki Tural beye gore baxa bilmirem
    Umid edirem bu haqli ve konstruktiv tenqidleri nezere alar

    • @aydinhaciyev405
      @aydinhaciyev405 10 месяцев назад

    • @Sohbatgah
      @Sohbatgah  10 месяцев назад

      💙💚

    • @qwaszx822
      @qwaszx822 10 месяцев назад +3

      Tam raziyam. Eli bey ozu tek podkast bashlatsa cox ela olardi.

  • @herculepoirot1436
    @herculepoirot1436 10 месяцев назад +2

    Bu şərhi yazmamışdan qabaq şərhləri oxudum, bir çox şəxs fərqli cəhətdən əslində eyni mövzuya deyinib, sadəcə müşahidəmi bildirəcəm. Çəkiliş gözəl alınıb, maraqlı idi, bu həyəcanlı söhbət bəzi şərhlərin əksinə məncə videoya ayrı bir hava qatırdı, yəni söz-kəsilmələr olsa da bəzən, mövzu hər 3 şəxs üçün maraqlı idi və onun təsirinə düşmüşdülər. Sadəcə istəyim bir az daha soyuqqanlı olub gələn qonağı daha çox dinləməkdir, çünki bəzən qonaq sualın "AHA, tam bizi maraqlandıran hissəsi"nə çatdıqda Əli ya da Turalın söhbətə daxil olması bizi o hissədən uzaqlaşdırır və yenə tam məlumat almamış oluruq. Bu halda daha çox demək istədiklərini not alıb, qonaq sözünü bitirdikdən sonra bildirsələr sevinərik. Çox sağ olun!

  • @aygunzahidli2254
    @aygunzahidli2254 10 месяцев назад +3

    9:11 Möhtəşəmsiniz! Söhbətimizdən doymaq olmur. Uzun müddətdir gözlədiyim qonaq idi. Pozitiv, sevgi dolu söhbət oldu. Xoş emosiyalar hiss etdim. Təşəkkür edirəm.

  • @ulkerahmetzade
    @ulkerahmetzade 10 месяцев назад +6

    Murad Arifin dərin düşüncəsini,fikirlərini,həyata baxışını hər zaman bəyənmişəm.Çox da xoş aura bəxş edir.Mənim ən sevdiyim mahnısı Okaber ilə ifa edikləri “Yaşamalı” mahnısıdır.Rəşad Mirzəyevi və yenidən Səma Abiyevanı Söhbətgahda görməyi çox istəyərdim

  • @Orkhanzadeh
    @Orkhanzadeh 10 месяцев назад +23

    Gözləməkdən ağac oldum😃❤️

  • @kanankarimov8403
    @kanankarimov8403 10 месяцев назад +1

    Tural bəy, çox aqressivsiz. Murad Arifin fikirləri ilə razıyam.

  • @ayg_unmmmva9243
    @ayg_unmmmva9243 10 месяцев назад +10

    Murad sən bir xəzinəsən👏🏻❤

  • @banovshaagayeva5690
    @banovshaagayeva5690 10 месяцев назад +1

    Muradin fikri ile tam raziyam.Senzura vacibdir.Sovet müharibeden sonra ona göre inkişaf etdiki ,ictimai tenqid cox güclü idi

  • @agshinhashimli0111
    @agshinhashimli0111 10 месяцев назад

    Necə savadlı və danışıq tərzinin səlisliyi ilə seçilən örnəy olası biriləri var..❤ Olduqca sevindirici haldır.. Sözün əsl mənasında..
    Təşəkkürlər, Söhbətgah.❤

  • @hcr.28
    @hcr.28 10 месяцев назад +6

    Uzun zamandır, baxmırdım söhbətgaha. Qonağınızı gördüm, düşünürəm ki, artıq başlamaq vaxtıdır 👍
    Suala cavab isə, bəli, müəyyən mənada senzuraya ehtiyac var! Toxunulmaz məsələlər zatən toxunulmazdır.

  • @Dj_Saha
    @Dj_Saha 10 месяцев назад +2

    Bir neçə illik bele olsa senzura olmalıdır məncə.möhtəşəm fikirlər üçün təşəkkürlər

  • @daamedova3935
    @daamedova3935 10 месяцев назад +1

    Muradı dinləmək hər vaxt xoşdu. Onunla əksər məqamlarda həmfikirəm.

  • @tukasbansamedowa
    @tukasbansamedowa 6 месяцев назад

    Super mövzu və söhbət🙏. Təşəkkürlər

  • @ZulfiyyeHuseynova-b3y
    @ZulfiyyeHuseynova-b3y 10 месяцев назад +3

    Kəşki Tural bey öz fikirlərindən çox gələn qonaqlarindan danişmasina icaze vererdi.

  • @mehemmedrzayev2852
    @mehemmedrzayev2852 10 месяцев назад

    Sohbetgah cox ugurlu proyektdir evvel bunu qeyd etmek isteyerem. Men ikinci defedir ki bu verlise sonuna kimi baxdim cunki cox deyerli ve vacib sohbetl;er olundu tewekkurler her kese.

  • @samir_nm
    @samir_nm 10 месяцев назад +11

    Çox qəşəng söhbətidiye vallah, çox qəşəng. Təşəkkürlər sizə. Zövq aldıq ❤

  • @merymery833
    @merymery833 10 месяцев назад +1

    İlk defediki şerh yaziram.
    Sohbetgah apariclari kimi Murad Arifde derin bilgi,savada sahibdi cox xoş olardiki tek bir movzunu bu qeder uzatmaq evezine muxtelif movzulardan behs ederdiz. Buna her üçu nuzunde savadi bes ederdi./ Daha da cox zovq alardiq./ Murad beyi mugenniden de cox insan kimi tanimaq zekasinin derinliyine dalmaq tamaşaci ucun daha xos olardi.

  • @nerminbayramli2646
    @nerminbayramli2646 10 месяцев назад +2

    Maraqlı və səmimi söhbət alınıb. Yaxşı ki dəvət etdiniz Murad bəyi. Təşəkkürlər♥️

  • @subhanletifov347
    @subhanletifov347 8 месяцев назад

    Nə yaxşı ki, heç olmasa sizlər varsız. Möhtəşəmsiz

  • @rufatqocayev6468
    @rufatqocayev6468 10 месяцев назад +10

    Nəhayət ki,gözlənilən buraxılış💚💙

  • @qwaszx822
    @qwaszx822 10 месяцев назад +3

    Murada respect. Turalnan nece danishmaq lazim oldugunu bilir. Mene gore Tural ozunu butun movzularda heddinnen artiq savadli sayir. Amma suallarinda ve fikirlerinde derin analizin olmadigi aydindi.

  • @zeynalovomar
    @zeynalovomar 10 месяцев назад +11

    Mən 20 yaşlı bir gənc olaraq TV-yə baxmıram. Şou biznesdən demək olar ki, heç xəbərim yoxdur. Hər bir insanın həyatda məqsədləri olmalıdır. İnanıram ki, həyatda böyük məqsədləri olan insanlar əlavə ona dəyər qatmayacaq nələrəsə vaxt sərf etmirlər. Azərbaycanlıların(əslində dünyada bir çox insanın) çoxunun məqsədi sadəcə yeyib, içib, çoxalmaqdır. Mən buna qarşı deyiləm amma ən azından ya şəxsi hədəflərimiz olmağının ya da belə insanlara dəstək olmağın tərəfdarıyam.

    • @Sohbatgah
      @Sohbatgah  10 месяцев назад +2

      💙 💚

    • @sahismail345
      @sahismail345 10 месяцев назад +2

      Düşüncələrinlə tam razıyam, bizim xalq incəsənətə səviyyəsizlik, təlxəklik kimi baxır, ona görə də biz kolxozçular, alverçilər və traktirçilər kimi görsənirik qıraqdan, hansıların ki ağlında ancaq bayağı və ibtidai istəklər var.
      P.S.: Sənin azərbaycan dilinin qrammatikasına, punktuasiyasına və orfoqrafiyasına riayət edərək bu yozumu yazmağına heyranam)

  • @anarashrafov6628
    @anarashrafov6628 10 месяцев назад +6

    Tural və Əli, #intibah -da iştirakınız üçün təşəkkür edirəm!

  • @gulyamammadova1718
    @gulyamammadova1718 10 месяцев назад +4

    Maraqlı mövzudur,TV-ə baxmıram çünki ciddi ortam yoxdur,tv-lər insanları manqurtlaşdırır,təlxəylərə zaman sərf etməyi özümə həqarət bilərəm,zamanı dəyərli etmək insanın zövqündən,dünya görüşündən,əqidəsindən,kalitəsindən və özünə sayğısından asılıdır.
    Nostaliji anlar oldu həftənin 40-anı mənim musiqi zövqümün formalaşmasında bir nömrəli xidməti olub.❤
    Söhbətgah sevilir və seviləcək.💚💙🍀

    • @salehvalehoglu
      @salehvalehoglu 10 месяцев назад +2

      Fikirlərinizlə tam razıyam. Həftənin 40 anı'nı mən də sevərək dinləyirdim

  • @19gulnare81
    @19gulnare81 10 месяцев назад

    Murad çox maraqlı və savadlı insandı. Ona saatlarla qulaq asmaq olar

  • @tabrizzb
    @tabrizzb 10 месяцев назад +3

    Senzura mövzusunda Murada haq verirem , məncə özəl tvlərdəki “əyləncə” programlarına bir əl atmaq lazımdı oları bir sirkələmək lazımdıki bu nədi çəkirsen. Əməyinizə sağlıq çox gözəl başdan sona kimi sıxılmadan izlədiyim program oldu üçünüzüdə çox sevirem onu da qeyd edimki sizin və sizin kimi düşünən insanlara bu cəmiyyətin həddindən artıq çox ehtiyacı var 🫶🏻

  • @tutualiyeva2566
    @tutualiyeva2566 10 месяцев назад +1

    Azerbaycanin ve dunyanin en parlaq ulduzu Murad Arif❗️♥️

  • @MuradRustamzade
    @MuradRustamzade 10 месяцев назад +4

    Dəhşətli möhtəşəm bir veriliş. Muradla söhbət çox maraqlıdır🎉

  • @ahmadahmadov1785
    @ahmadahmadov1785 10 месяцев назад +1

    Murad Arifi "Söhbətgah"-da gözləyirdim və nə yaxşı ki, gəldi və çox maraqlı bir buraxılış oldu. Təşəkkür hər birinizə. Minnətdaram. Və senzura tətbiq etməklə əlaqəli fikirim Murad Ariflə üst-üstə düşür. Soruşdunuz deyə cavabladım.

  • @SevdaHesenova-nd9wd
    @SevdaHesenova-nd9wd 10 месяцев назад +1

    Murad çox savadlı və intellektual bir şəxsdir.Tural bəy siz heç ona fikrini ifadə etməyə imkan vermədiz.Elə hey öz fikrinizi yeritdiz

  • @luviaa4585
    @luviaa4585 10 месяцев назад

    Mahnılarını bəyənməsəm də, düşünən, daim inkişaf edən, öyrənməyən çalışan insandır Murad Arif. Çox zövqlü verliş alınıb, davamlı olması diləyilə..

  • @aydinhaciyev405
    @aydinhaciyev405 10 месяцев назад +1

    Murad sən müsahib kimi də çox böyük adam imişsən. Böyük respect.❤❤❤

  • @guler6051
    @guler6051 10 месяцев назад +7

    Tural fikrini demir, fikrini yeridir. Murad isə çox səbirlidir. Sonda artıq susub Turalı yola verdi.

  • @anarnamaz
    @anarnamaz 10 месяцев назад +2

    Çoxdan gözlənilən bir qonaq. Murad fərqli insandır. Təşəkkürlər söhbətgah ❤

  • @arzumammadovansk
    @arzumammadovansk 10 месяцев назад +7

    Murad nece sirinsen❤ sevirem seni

  • @babaabdullazade5650
    @babaabdullazade5650 10 месяцев назад +13

    Bu nə amansız müzakirədi belə.Perfect.

  • @humbetalizade
    @humbetalizade 10 месяцев назад +31

    Murad Arif bütün qonaqların acığını çıxdı. Ancaq özü danışdı😂😂

    • @muratsadiq8186
      @muratsadiq8186 10 месяцев назад

      Tam doğru. Dominant oldu

    • @Sohbatgah
      @Sohbatgah  10 месяцев назад

      💙 💚

    • @azik5641
      @azik5641 10 месяцев назад +2

      Məncə düzgün anlaışlmadı Murad Arif. Onun dediyi daha məntiqli idi

  • @taraone7335
    @taraone7335 10 месяцев назад +7

    Мурад Ариф всегда вызывал восхищение как творческая личность,его песня "Sene Ehtiyacim Var" одна из моих любимых.Но сегодня ещё одно приятное открытие для меня,что он абсолютно не циничный человек в отличие от Турал бея.Его дети тоже имеют возможность не смотреть местные каналы,он также может использовать спотифай или платить 5$ за платформу,но ему небезразлично что показывают людям,у которых нет таких возможностей как у него.
    Фраза что на нас же не падала атомная бомба вообще неуместная,неправильно принижать чужую трагедию.
    И да,есть рэперы,которые делают рэп как старая школа и даже круче.Самый популярный из них Кендрик Ламар,человек получил Пулитцеровскую премию за свои тексты.

  • @nigaribrahimova9112
    @nigaribrahimova9112 10 месяцев назад

    Her 2 aparici o geder yuksek intellektli dunya gorushleri yuksek shexslerdir ki her saheye uygun mutexessis qonaq geldikde onunla chox rahat dialoqlara gire bilir ve ortaya bele maragli muzakireli podkastlar chixir...👍🌟her zamanki kimi mohteshem

  • @F_A_R_man
    @F_A_R_man 10 месяцев назад +1

    Bu dəfə də çox xoşuma gəldi♥ Tural və Əliyə "Söhbətgah" -a görə, Murad Arifə isə "Popumuz var" -a görə çox təşəkkür edirəm. Hər birinizin işi dəyərlidir.
    Sorğuya gəldikdə, vallah təhsilin keyfiyyəti artmasa, senzuralar yalnız qısa müddətli effekt verəcəyini düşünürəm.

  • @SebuheDNU
    @SebuheDNU 10 месяцев назад +1

    Çox səmimi ve pozitiv,hem de dünyagörüşlü, peşəkar insandir

  • @kamalahasanzada5767
    @kamalahasanzada5767 10 месяцев назад

    Murad, Size saatlarla baxaram ve savadiniza, selist daniwiginiza heyranam. Nyuanslarda uģurlar)))

  • @emilaghasoy1061
    @emilaghasoy1061 10 месяцев назад

    Çox maraqlı söhbət idi. Zövq alaraq dinlədim. Hər birinizə dərin təşəkkürlər.

  • @elaymmmdzad3609
    @elaymmmdzad3609 10 месяцев назад +3

    Söhbətgah və Popumuz Var əla layihələrdir. Belə layihələrin sahiblərinin söhbəti gözlədiyim kimi də maraqlı oldu
    💛🖤🤝💙💚

  • @NatavanQuliyeva
    @NatavanQuliyeva 10 месяцев назад

    Eli beyin uzune baxanda her seyi ureyine salan insan teessurati yaratdi. Men bezi yerlerde Tural beyin, bezi yerlerde Murad beyin fikirlerine qatilirdim. Cox boyuk zovqle dinledim. ❤

  • @zehrarehimova4576
    @zehrarehimova4576 10 месяцев назад

    Maraqlı proqram oldu, Murad Arifin də, aparıcıların da fərqli, düşündürücü fikirlərini dinlədik👏🏻

  • @gunelhasanova4120
    @gunelhasanova4120 10 месяцев назад +10

    Beli Murad beyin fikirleri ile raziyam. Biz neqeder de tv.ye baxmiriq desek de baxanlar kifayet qederdir. Haminin youtube, “neftlix” kimi luksu veya “seviyyesi” yoxdur. Ona gore beli TV-lere limitler qoyulmali, suzgecden kecmelidir.

  • @babaabdullazade5650
    @babaabdullazade5650 10 месяцев назад +4

    Çox səbirsizliklə gözlədiyim qonaq idi.Murad bəy fərqli fikirlərə malik insandı..Elə sizin kimi..Təşəkkürlər

  • @aliev778
    @aliev778 10 месяцев назад +1

    Murad arif 3 saat danışsın oturub qulaq asaram. Çox savadlı danışır 👍

  • @zulfiyamusaeva1942
    @zulfiyamusaeva1942 10 месяцев назад

    Söhbətgaha ən yaraşan və ən maraqlı qonaqlardan oldu Murad Arif. Çox təşəkkürlər.

  • @gulnar.werifova
    @gulnar.werifova 10 месяцев назад

    Tekrar-tekrar geriye verib izledim super verliw alinib.Saq olun👍

  • @fuadhuseynov2679
    @fuadhuseynov2679 10 месяцев назад +1

    Murad Ariflə razıyam. Senzura mütləq olmalıdır.. Qadağalar olmalıdır. Biz öz dilimizdə olan kanallara rahat baxmalıyıq. Tv ni qoşub, sonra youtube açıb nəsə axtarmaq həmişə rahat olmur.

  • @aynurm3790
    @aynurm3790 10 месяцев назад +1

    Murad beyin HER bir fikri ile raziyiq!!!!!

  • @AytenAskerova242
    @AytenAskerova242 10 месяцев назад

    Uzun muddet idi ki, dinlemirdim sohbetgahi, Muradi gorenden sonra dedim mutleq izleyecem(çox intellektual ve inkişaf etmiş insandır, senetile o qederde taniw deyilem, lakin duwuncelerin beyenirem) bir weyi beyenmedimki Murad kimi insani sadece TV movzusuyla xerclediniz, onun kimi duwunce terzi olan insani daha felsefi daha derin movzularda daniwdirmaq olardi... Her halda Murad beyin fikirlerile razilawiram tehsil, tehsil ve yenede tehsil...

  • @gulnarhesenova6523
    @gulnarhesenova6523 10 месяцев назад +5

    Her iki verlisin izleyicisi kimi lezzet eledi

  • @Eldar13
    @Eldar13 10 месяцев назад +1

    Murad Arif Müsahibe üçün çox öz güvenli çıxış edir Müsahibe alanda ise strategy şexs olur Action emotional cavablara mövzuları böldüyüve göre volume 2 xet etmişem 🤯🫨Söhbetgahın en qarmaqarışıq buraxılışı idi.

  • @sefegkerimov4337
    @sefegkerimov4337 10 месяцев назад +1

    Axır ki,sizi bir yerdə gördük. Çox gözəl buraxılış idi.Tural bəyin Tvyə baxmayanların övkadlarıda baxmır dediyi yerdə tamda bu dedim.düzdü mənim də uşağlarım baxmır hələ uşağdılar amma marağlarından hiss edirəm ki böyüyəndə də baxmayacaqlar. Çox xoş verliş oldu üzümdə təbəssümlə izlədim.💙💚

  • @eltacmustafayev77131
    @eltacmustafayev77131 10 месяцев назад +11

    😂Çox marağlı gedir video Təşəkkürlər söhbətgah və Murad Arif.💚

  • @DavidHuseynzade
    @DavidHuseynzade 10 месяцев назад +2

    Murad Arifi çox istiyirəm.Çox maraqlı beyni və ruhu var🤌✌️

  • @shahinazizov3024
    @shahinazizov3024 10 месяцев назад +31

    Aparicilara danismaga imkan vermeyen ilk qonaq:)

  • @FarhadHaqverdi
    @FarhadHaqverdi 10 месяцев назад

    Murad Ariflə bəzi məsələlərdə razılaşmasam da, bu insanın musiqi biliyinə heyran olmamaq olmur. Maraqlı podkast idi, təşəkkürlər! 👏👏👏