GƏNCLƏRİN DƏNİZÇİLİYƏ MARAĞI ARTIR

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024
  • Bu gün Azərbaycanda istər dövlət qurumlarında, istərsə də müxtəlif peşə sahələrində gənclərə böyük üstünlük verilir. Onlar yaşlı nəslin nümayəndələri, mütəxəssislərlə birlikdə çalışır, fəaliyyət göstərdikləri sahənin incəliklərini öyrənirlər. Gənclərin peşəkarlaşmasında nəzəri biliklərlə yanaşı, təcrübə də böyük rol oynayır. Müasir gənclər ən çətin peşələri belə seçməkdən çəkinmirlər.
    Tofiq Rəhimov ömrünün 43 ilini dənizə həsr edib. O, 1974-cü ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyində işə başlayıb. Bu illər ərzində matros, ikinci köməkçi, üçünçü köməkci, baş köməkci vəzifələrində işləyib. Çalışdığı müddətdə gəmiçiliyin bütün incəliklərini öyrənərək kapitan vəzifəsinə yüksəlib. Tofiq Rəhimov deyir ki, bu peşəni sevməsən, dənizçi olmaq çətindir.
    Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində 8863 nəfərlik personal fəaliyyət göstərir. Onlardan 2621-i gəncdir. Onlar müxtəlif kateqoriyalar üzrə matros, birinci, ikinci, baş köməkçi və kapitan olaraq fəaliyyət göstərirlər. Xəzər Dövlət Dəniz Akademiyasının tələbələri peşəkarlardan müasir gəmilər, texnikalar, avadanlıqlar haqqında biliklər əldə edir, qocaman dənizçilərlə dənizdə təcrübələr keçir, yaranan çətin və təhlükəli vəziyyətlərdən necə çıxmağın sirlərini öyrənirlər. Gənc kapitanlar iş başında özləri kimi gənclərlə işləməyin daha asan olduğunu deyirlər.
    Xəzər Dövlət Dəniz Akademiyasının tələbələri nəinki Azərbaycanda, hətta ölkə hüdudlarından kənarda belə təlimlərdə iştirak edir, digər ölkələrin təcrübəsindən yararlanırlar. Onlar ömrünün çox hissəsini dənizçiliyə həsr edən qocaman peşəkarlardan əldə etdikləri bilik və təcrübələri gələcəkdə kapitan olaraq fəaliyyət göstərəcəkləri gəmilərdə tətbiq etmək niyyətindədilər.

Комментарии •