Ağdamın Abdal kəndindən reportaj -Xan övladlarının dayələri bu kənddən olub - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 28 авг 2024
  • #APATV #Ağdam #Abdal #Qarabağ #Gülablı #kənd #erməni #hücum #sakin #reportaj #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
    Bu nəğmə səsləri Ağdamın Abdal kəndinin dağlarından gəlir. O kənd ki, təməli qoyulduğu vaxtdan Gülablı kəndinə qardaşlıq edib. O kənd ki, vaxtı ilə gözəl təbiəti, saf havası, hünərli oğulları ilə, həm də gözəl səsə malik insanları ilə bütün Qarabağa səs salıb. Hətta, rəvayətə görə, məhz bu səbəbdən xanlıq dövründə yeni doğulan xan övladlarına dayə və süd anası Abdal və Gülablı kəndindən tutularmış.
    Abdal kəndi bir əsrdə 3 dəfə ermənilərin hücumuna məruz qalıb. Əvvəlcə ötən əsrin əvvəllərində, yəni, 1905-ci ildə, sonra 1918-ci ildə, sonuncu dəfə isə ötən əsrin sonunda, 1992-ci ildə Abdal kəndinə Ermənistan silahlı qüvvələri tərəfindən basqın olub. Hücumlar zamanı insanlar öldürüb və işgəncələrə məruz qalıb. Eyni zamanda kənd tamamilə talan edilib, evlərin çoxu yandırılıb, tarixi mədəni abidələr məhv edilib.
    Qarabağın dağlıq ərazisində yerləşən Abdal kəndi işğaldan əvvəlki illərdə sanatoriyası olan və məktəblilərin yay düşərgələrinin keçirildiyi bir məkan olub. Ölkənin və dünyanın hər yerində bu kəndə dincəlməyə gələnlər kəndin təbiətinə heyran qalıb. Törətdikləri ekoloji terrorla insanlığın üz qarası olan ermənilər bu kəndi də xəritədən silməyə çalışıb.
    Ağdamın Abdal və Gülablı kəndləri 1992-ci il sentyabr ayının 4-də işğal olub.
    Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 13

  • @user-ty6tp9rr5s
    @user-ty6tp9rr5s 2 месяца назад +1

    Дамжлы.булагын.сую.отличная

  • @xeqaninesibov6021
    @xeqaninesibov6021 3 месяца назад

    😢😢😢😢

  • @odilbekb-sarkaev1052
    @odilbekb-sarkaev1052 6 месяцев назад

    Abdal bizim tira!

  • @odilbekb-sarkaev1052
    @odilbekb-sarkaev1052 6 месяцев назад

    Oqtomning Abdal kenti, ulkani esa Qora Abdal bizda.

  • @smaynamazli1899
    @smaynamazli1899 8 месяцев назад

    Orada tepede geden doyuslerde 8 neferin itgin dusduyu ve bu gune kumi bir xeber olmadigi sehid yaxinlari var 30 oktyabr 1992😢

  • @amilhuseynov2842
    @amilhuseynov2842 Год назад

    Ela

  • @jeihun.m
    @jeihun.m Год назад +1

    Gülablinin kehrizi gözümün qabağina geldi.

  • @Tet--A---Tet693
    @Tet--A---Tet693 Год назад +3

    Qoyun kimi nə məliyirsən? Əlinə silah götür vuruşda səndə Ermənilər kimi. Kişi nədi Qaçqın nədi, Kişidən də Qaçgımn olar? Deyirəm ki hələ utanmırlar da çıxıbda deyirlər ki biz Qaçgınıq. Heç olmasa gözə görsənməyin. Mənim kimi səsinizi kəsin oturun. 🤔🤔🤔🤔🤔🤔🤔

    • @sahlaribrahimov7826
      @sahlaribrahimov7826 Год назад +3

      Savadsız danlşma can bilirsənmi ki döyüşdə olmayıb
      Və ya silahlı kimdən alsln

    • @1972H1
      @1972H1 Год назад +2

      Kendin işğalı döyüşçü olmadığı üçün olmadı silahsızdıqdan oldu qaşqın olmağımızda kend iki defe işğala meruz qaldı evler yandırıldı talan edildi yeniden geri alındı amma satqınlar Silahsız qoydu kendi belnen baltaynan döyüşmek olmur

    • @Gold_Baku
      @Gold_Baku 7 месяцев назад

      Beləsində utanc nə gəzir, sifəti qırmızı adamdan nə hözlüyürük ki

    • @Gold_Baku
      @Gold_Baku 7 месяцев назад

      ​@@sahlaribrahimov7826onun döyüşə gedən sifətimi var bir yaxşı bax üzünə siması çox şey deyəcək sənə, heyif verdiyimiz Kişi Şəhidlərimizdən belələri köçüb yaşayacaq orda