Çox sağ olun ətraflı məlumata görə. Bəs maaşın çatmayan hissəsini bank hesabında 3 illik ausbildung olduğunu düşünsək 12 aylıq depozit kimi qoyulmalıdı yoxsa 36 ay?
@@aycannur9117 salam. RUclips üzərindən müəllimləri izləyərək və duolingo da edirəm. Çox təsiri olur. Mən əzbər adamı deyiləm, sözləri filan filmlərdən yadda saxlayıram.
bu sualın cavabını "ausbildunga necə müraciət edək?" adlı videomda izah etmişəm. Kanalda o videoya keçid edərək həm proses haqqında məlumat ala həm də bu sualınızın cavabını tapa bilərsiniz ✌🏻🍀
Videodakı məlumatlar bir nəfər üçündür. Əgər valideynlərin hər ikisi də ausbildung ilə gəlirsə, bu məbləğləri iki nəfər üçün hesablaya bilərsiniz. Əgər ausbildung təqaüdünüz yüksəkdirsə, uşaq üçün heç bir ekstra bank hesabına ehtiyac olmur. ✌🏻🍀
Ailəli insanlar üçün necə bəs Bəhlul bəy.İki həyat yoldaşı ausbildung yolu ilə gəldikdə uşaqları da gətirə bilir və kiçik şəhərdə ev tapmaq (əşyalı ) mümkün olurmu.600-700 evro kimi.
Salam, vətəndaşlıq almaq üçün olan müddətin azaldılması və başqa dəyişikliklər edilməsi haqqında qanun dəyişikliyi yanvardan sonra edilməsi gözlənilir? Və bir də xüsusi hallarda(təhsil və.s aldıqda) bu müddət 5 ildən də az 3 il olacağı deyilir. Bu ausbuildung müddətinə də şamil olunurmu? Öncədən təşəkkürlər
Salam. Bəli, ausbildung müddəti də buna şamil olunur. Yeni qanunlar artıq təsdiqlənib, sadəcə olaraq hələki qüvvəyə minməyib. Bir qismi ilin son ayından qalan hissəsi isə növbəti ildən etibarən qüvvəyə minəcək. Yeni olan dəyişikliklərlə bağlı ətraflı video hazırlayacam ✌🏻🍀
Salam. 300 euro kira yəginki WG lər üçün nəzərdə tutursunuz. Fərdi kiralar bildiyim qədərilə bu qiymətə nadir rastlanır. Və sizcə 3 illik ausbildung çətinliyindən sonra biz Tək mənzil kiralaya biləcəyik? Düşünürəmki ev sahibi 2 - 3 ayı öncədən isdəyirsə. Yalnız ilk 3 ayı verərkən çətinlik ola bilər. Sonraki aylarda maaşdan qırağa atdığca bunu vermək heç o qədərdə çətin olmayacaq. Birdəki Kaltmiete dən savayı verəcəyimiz əlavə xərcləri (işıq pulu və s.) ev sahibinə verəcəyik yoxsa necə?
Salam. Almaniyanın fərqli bölgələrinə və şəhərlərinə görə dəyişir qiymətlər. Bəzi şəhərlərdə wg qiymətlərinə ev tutmaq olur. Buna görədə ümumi ortalama qiymət aralıqları vermişəm. Ausbildungdan sonra bəli, təbiiki ev kirayələyə bilirsiniz öz büdcənizə uyğun olaraq . Ev kirayəsi olaraq kaltmiete ödəmirsiniz, bir başa warmmiete (yəni kommunallar daxil ev kirayəsi) ödəyirsiniz. Aylıq standart pul ödənir.✌️🍀
@@ausbildungyashami Bir vacib mövzuda Dildir əlbətdəki. Hal hazırda mən A 2 səviyyəsindəyəm (begegnungen). Qrammatikanı Şükür anlayıram. Amma sözləri təsüfki əzbərləmək mənim üçün çox qəlizdir, birsöze dəfələrlə görsəmdə, yenə unuduram, təəssüf ki əzbərim zəifdir. Hələ uzun sözlərdən və rəsmi sözlərdən danışmıram)) Kitabın içərisində olan mətinləri tərcümə edərkən çox qəlizlik çəkirəm, bütün artikellər və sözlərin o mətindəki mənasını anlamağa. O qədər söz varki, insan bilmir 8 aya bi qədər sözü necə axı əzbərləyə bilərsən. bu barədə ürək rahlatacağ bir məsləhətiniz var?)) kartıçka üsulu falan yoxlamışam, amma bəzən dərsliyin bir vərəqində o qədər qəliz sözlər olurki, onları kartıçkaya yazmağa artıq vaxtda qalmır. Və sözləri cümlə şəklində yadda saxlamağın doğru olduğu deyilir. ☘️
Bu qeyd etdiyiniz çox normaldır. Bəzən bəzi sözlər yaddaşınızda qalmayacaq və bəzən heçkəsin bilmədiyi sözü siz əzbər bilmiş olacaqsınız. Bu proses çox normaldır. Tək məsləhətim o olarki gündəlik danışın, beyninizdə özünüzlə danışın heçkəs olmayanda. Beyninizdə sözü tərcümə edə bilməyəndə açın lüğətə baxın yerindəcə. Cümlə qurduğunuzda sözlər daha rahatlıqla yaddaşınızda qalacaq. İndidən uğurlar bu prosesdə ✌🏻🍀
evvela tesekkurler. texminen dusunduyum qeder de verdiyiniz melumatlar ve mebleg ust-uste dusdu. sizden bir sey sorusmaq isteyerdim 35 yasdan sonra ausbildung ucun muraciet etmeyine deyer , yoxsa birbasa ise duzelden sirketlere muraciet etmek ? fikriniz maraqli olar. tesekkurler
Əgər sıfırdan bir peşə öyrənmək və təcrübə qazanmaq istəyirsinizsə. Və bitirdikdən sonra daimi olaraq Almaniyada qalmaq istəyirsinizsə Ausbildung bunun üçün yaxşı yollardan biridir. Əgər Almaniyada tanınan təhsiliniz və həmin peşə üzrə təcrübəniz varsa, düşünmədən öz peşəniz üzrə iş üçün gələ bilərsiniz. ✌️🍀
@@ausbildungyashami teşekkür edirem. Mene ele bu cavabiniz lazım idi ki, bezilerine subut olaraq gösterim. Size de, özüme de bol-bol uğurlar dileyirem 🍀🥳
Video əladı təşəkkürlər🙏🏽. Sadəcə eyni şeyi dəfələrlə təkrar etməyiniz biraz xoş deyil hətta videonun əvvəlində dedinizki hamısına şamil olunur daha az daha çox olması xərclərin😂
Və bu qədər təkrar etməyimə baxmayaraq, yenə də eyni sualları verirlər. Dəfələrlə videonu mənə ataraq eyni sualları verirlər. Buna görə məcburən izləyici üçün təkrarlamalı oluram. 😅
Salam Qardaş....Almaniyaya gəlib orda Ausbildinq etmək olar ?...mən indi A1 i qutarmaq üzərəyəm...yeni gəlib ora Azul a başvurub orda ausbildinq etmek alınır ?
Salam. Xeyr, azul kimi qalmırsınız. Normal ausbildung vizasıyla gəlib təhsilinizi alırsını və daha sonra normal qalıb işləyirsiniz. Ən azından b1-i bitirdikdən sonra Ausbildunga müraciət edə bilərsiniz. Müraciət üçün kanalda ətraflı video var sizin üçün ✌️🍀
Salam əməyinize sağlıq.. ardıcıllıqlari cox gozel izah edirsiz.. ama menim anlamadığım nüans ausbulding.e qeydiyyati etdik deyek.. sonra visa məsələsi ortaya gelende visani biz sefirlikden almaliyiq deyirsiz.. bildiyin qeder visa.ni hansisa sirket yollamir ki biz özümüz almaq məcburiyyətində qaliriq?? Bunun izahini verseniz minnətdar qalaram
Salam. Xeyr, şirkətlər sizi qəbul edirsə, sizə təhsil (ausbildung) müqaviləsi verir. Və siz bununla vizaya müraciət edərək viza alırsınız. Alman dövlətindən başqa heçkəsin sizə viza vermək hüququ yoxdur və bunlar səfirliklər vasitəsi ilə sizə verilir ✌🏻🍀
Ausbildung müddəti iş kimidir sadəcə məzuniyyətiniz olur. Məzuniyyətinizdə qayıdaraq müayinə oluna bilərsiniz vəya müayinə vaxtlarına məzuniyyət götürə bilərsiniz. ✌🏻
Salam. Siz kirayə üçün nəzərdə tutduğunuz yekün məbləğ ilə depozit üçün nəzərdə tutduğunuz yekün məbləği bir yerdə toplayıb yazmısız. Axı Kira zatən Depozitin içinə aid deyil ?
Hərşeyi videoda detallı izah etmişəm. Xərclərinizi düzgün hesablayaraq qarşınıza qoyun və nəyin nə qədər mümkün olduğunu görəcəksiniz. Yəqinki sizə sadəcə qəbul almağa o pulu istəyirlər. 👌🏻
Bir sual verim qardas vaxtin olanda cavablayarsan...eger birinin bir seneti varsa deyek mexannikdi .bu adam dil bilir .Almaniyada is tapib isci vizasi ala biler ?. .yoxsa hersey ausbildingfen kecir ?
Əgər işçi vizanın şərtlərini qarşılayırsınızsa, Almaniyada iş tapıb işləyə bilərsiniz. Ausbildung sadəcə peşə təhsilidir. Əgər peşəniz yoxdursa vəya yeni bir peşəyə yiyələnmək istəyirsinizsə, bu zaman bu təhsili alırsınız. ✌️🍀
@@ausbildungyashami Qardas bu gun biraz hevesden dusdum.bir turk videosuna baxdim dediler 30yasi kecen adami ausbildinge qebul etmeyleri cetin meseledi ...34 yasim var deyek dil hazirliqi qebul yeqinki 35 yasa dusecek bu zaman qebul etmeyecekler ?
@@familqurbanov7812 qəbul almaq normal olaraq yaş artdıqca çətinləşir ama bu sırf sizin 30+ yaşınız olduğu üçün deyil. Bir çox insan 40+ yaşda ausbildunga qəbul alır. ✌🏻🍀
Qardaşım bir sualım var. Mən şəxsən Ausbildunga müraciət etmək istəyirəm və bir şey çox maraqlıdı şirkət vasitəsiylə etməmlə özüm etməmin nə fərqi var. Bütün sənətləri hazırlamışam.
Qeyd etdiyiniz xidmətlər sizin üçün ödənişli xidmət verir və bəzən daha məlumatlı olurlar sizdən. Ama özünüz də rahatlıqla heçbir xərc çəkmədən müraciətlər edə bilərsiniz. Bunun üçün kanalda detallı video da var. ✌️🍀
@@ausbildungyashami diplomumun tərcümə təsdiqi hazır motivatçiya məktubum hazır CV- hazır ehtiyac var ki, 2300 manat şirkətə verim ki, ala mən yeyənmirəm sən ye? Birdə sizin videoların hamısına baxmışam allah sənin kimi qardaşın ürəyinə görə versin. İnşallah gələndə tapacam səni qardaşım. Neçə insanlara motivatçiya qaynağısan allah səni qorusun.
Salam gününüz xeirli olsun , Slovakya vizam var 3 aylıq və Almaniyaya gələcəm . Almaniyada olan zaman Ausbildingə qəbul alsam əgər təzədən Azərbaycana gəlib alman vizası almalıyam ? Ya pramoy Ausbildingə qəbul aldığım sənədləri miqrasiyaya versəm oturum verəllər mənə ?
Salam. Ausbildung zamanı şengen ölkələrinə aid olan bütün ölkələrə gedə bilirsiniz və əlavə olaraq isə həftəlik 10 saat ekstra işləmə hüququnuz olur. ✌🏻🍀
Salam Hər vaxtınız xeyir bir sualda soruşaq Sizdən icazənizlə mən Sumqayıtdan maraqlandım ausbildung üçün mənə işləyəcəyim işdən asılı olaraq 1600 azn nə düzəldərik dedilər mən özümdə müraciət etsəm o qədər tutar yoxsa onlar öz haqqlarınıda o qiymətə aid edirlər ?
Salam. Bu qeyd etdiyiniz (hansı şirkətdirsə) sadəcə sizdən alınacaq xidmət haqqıdır böyük ehtimal. Video da dediyim kimi, əgər özünüz müraciət etməsəniz əlavə olaraqda birilərinə xidmət haqqı ödəməli olacaqsınız ✌️🍀
Salam.Şirkətin möhrü olduğu bilinirsə problem olmayacaq. Əsas odurki möhürvar. Ama çox pisdirsə və heçnə başa düşülmürsə, şirkətinizlə əlaqə saxlaya bilərsiniz ✌️🍀
Salam nisanlim ausbildungla gedmek isdeyir mendee ayle birlesmesi ile gedmek isdeyrem bunu ucun bank hesabnda neqeder pul olmaldir veya neçe ay erzinde gede bilerem yoldasim getdikden sora
Salam. Əgər rəsmi nigahınız yoxdursa hələ, ailə birləşimi ilə gedə bilməyəcəksiniz. Əgər evlisinizsə, yoldaşınız sizi özü ilə apara bilər. Elə Azərbaycanda olarkən viza müraciətində sizi də özü ilə aparmaq istədiyini qeyd etməlidir. Əks halda oturum aldıqdan sonra ailə birləşməsinə müraciət edə biləcək. Ailə birləşməsi ilə bağlı ətraflı video gələcək. İzləmədə qalın ✌️🍀
Salam. Bunun üçün xüsusi bir yaş məhdudiyyəti vəya qanun yoxdur. Sadəcə 40+ olan insanların ausbildung üçün qəbul alıb gəlməyə çətinlik çəkirlər. Mütəxəssislər isə 40+ olsalar da iş tapıb Almaniyaya gələ bilirlər ✌🏻🍀
salam əziz qardaşım .. bu necə olur? hansı yolla olur? mən neçəsilə bu haqda danışmışam mənə deyiblər ki artıq almaniya belə məsələlərə baxmır . yəni əziyyət çəkib gəlməyin. xəstəliklə gələnləri qəbul etmirlər yəni orda yaşamınıza səbəb görmürlər. onu da deyim mənim qızım autizm xəstəsidir əqli geri nitqidə yox vəziyyətindədir. burda da müalicə almaq çox çətindir. burda devlətimiz xüsusi qayğıya ehtiyacı olanlara fikir vermirlər təssüff ki😔 məndə bir ana kimi uşağım üçün çox narahatam. bəlkə orda bu uşağ bir az yaxşılaşar deyə fikirləşirəm. çünki eşitdiyimə görə xəstə uşqlara orda xususi qayğı ilə yanaşırlar. xaiş edirəm mənə bir doğru yol göstərin .
@@XlilIbrahim Ausbildung etdiyiniz zaman həftədə 40 saat işləyirsiniz onsuzda, əlavə işləmək istəyirsinizsə buna da rəsmi olaraq icazəniz olur ama yenə də şirkətinizdən icazə almalısınız
bir yanan sevinirem sizin Almanyaya f=getmeyinize bir yanan ise heyif ki Azerbaycanda sizin kimi medeni ve savadli insan gedib ve sayi azala azala gedir...
@@ausbildungyashami mənim 30 yaşım var. Kompüter haqda anlayışım var ,format, hdd dəyişmə ,hdd caddy ilə SSD taxmaq. Və s bunun kimi . (Bunları da özüm öyrənmişəm kurs falan olmayıb. Çevrəmdə də mənə öyrədən olmayıb internet vasitəsilə) İT SİSTEM üzrə Ausbildung etmək istəyirəm dil B2 olmalıdır məncə. Yaş maneçilik etməz? Ausbildung da 3 il olmalıdır
Ele rahat deyirsinizki B 1,yada B 2 bu dil ne rus diline,ne ingilis diline benzemir,bu dil esl cehennemin dili,şeytanin dilidir 2 ildir burdayam helede öyrene bilmemiwem kursa getdiyim halda
Əgər iki ildir eyni metodika ilə dil öyrənirsinizsə və uğurlu olmamısınızsa, müəllimənizi və metodikanızı dəyişdirin. Hərkəsin dil öyrənmə bacarıqları eyni deyil ama videonun mövzusu da bu deyil. 🙌
Mənə marağlı olan budurki Biri deyirki mənə Attestat və Onsetden sertifikat al sizi Almaniyada Qocalar baxicisi kimi, mən nəsə demedim ona amma bircə sözüm bu olarki hər kəsə əgər sertifikatim olsa nəyə görə Makler ilə is görməliyəm özüm müraciət edə bilmirəm məgər 😅
Çox sağ ol qardaş, həqiqətən həm bu videoda həm digər videolarında verdiyin məlumatlar qızıl dəyərindədi mənə görə, çox aydın və ətarflı məlumatlardı.
Xoşdur✌️🍀
Əksər suallarımın cavabları bu videoda əks olunub ,çox sağolun🙃
✌🏻🍀
Çok faydalı bir video 🙌🏽 Teşekkürler 🎉
✌️🍀
Tam olaraq belə bir videoya ehtiyacım var idi❤
✌️🍀
ehtiyacım olan video. biraz sessiz yere keçib baxmaq lazim)
😉✌️🍀
Mənimdə
@@ausbildungyashami danışıq dərsləri gələ bilər nolar ???
@@ausbildungyashami cvb nolarr
Buyurun ✌🏻🍀
Salam Dəyərli Məlumatlar üçün Təşəkkür edirəm Almaniyada Könüllü (FSJ) proqramı haqqındada video gəlsə sevinərəm🙈😊
✌🏻🍀
O necedi qardas nece yani konullu ?. Biraz məlumat vererdiz zəhmət olmasa
@@familqurbanov7812 salam mən onu çox araştırdım yəni elədə yaxşı deyil.. ausbildung ən yaxşısıdır
Davam ele brat. Video ucun tesekkurler
✌️🍀
qizil tapmisham sanki , teshkkur edirem eziyyetiniz ucun)
✌️🍀
Təşəkkqrlər video üçün ❤
✌️🍀
Haminin ehtiyaci oldugu video👍təsəkkurlər!
✌🏻🍀
Təşəkkürlər qardaş maraqla sonrakı videonu gozluyuruk.
✌️🍀
Çox təşəkkürlər.Çox gözəl izah etdiniz😊
✌️🍀
Təşəkkürlər dəstək üçün 🙂
✌️🍀
Tesekkur
✌️🍀
Çox sağ olun.deyerli vaxtinizi ayirib melumat verirsiz
✌️🍀
Çox sağ olun ətraflı məlumata görə. Bəs maaşın çatmayan hissəsini bank hesabında 3 illik ausbildung olduğunu düşünsək 12 aylıq depozit kimi qoyulmalıdı yoxsa 36 ay?
Salam. Sadəcə bir il (12 ay ) üçün lazım olur, əgər maaşınız tələb olunandan aşağıdırsa ✌️🍀
Bu faydalı məlumatlar üçün Sizə dərin təşəkkürümü bilirirəm
🙌
Super Qardaş
✌🏻🍀
Təşəkkürlər
✌️🍀
👍🏻 Danke
✌️🍀
Salam faydali video ucun minnetdaram, data analitika uzre de resmi sertifikat olmasa qebul almaq mumkundur? Cavablasaniz sevinerem☺
Xeyr, rəsmi sertifikata ehtiyac yoxdur. Vacib olan şey sizib biliyinizdir ✌️🍀
Bravo sadəcə olaraq
✌️🍀
Bu cür gözəl paylaşım və məlumat üçün təşəkkür ❤
✌🏻🍀
Cox sag olun Allah amanında olasız amin insallah
🙌
Təşəkkürlər video üçün
✌️🍀
Dili özüm öyrəndiyimə görə, dil xərclərini çıxdım bu məbləğdən. Ortalama nə qədərə ehtiyacım var bilmiş oldum. Çox sağolun ətraflı məlumat üçün. 😊
✌️🍀
Nece öyrendiniz ?
Nece oyrendiniz
@@aycannur9117 salam. RUclips üzərindən müəllimləri izləyərək və duolingo da edirəm. Çox təsiri olur. Mən əzbər adamı deyiləm, sözləri filan filmlərdən yadda saxlayıram.
@@ziyacfrov4343 RUclips və duolingo edirəm. Birdə almanca mahnılar dinləyirəm, kinolara baxıram
Zəhmətinə görə minnətdaram.
Çox sağ olun, faydalı məlumat üçün
🙌
əməyinizə sağlıq, təşəkkürlər, Birbaşa iş üçün gedə bilərik mi? işçi vizasi və sair barədə dı mılumat yolsa yaxşı olar.
Bəli, mümkündür. Ətraflı video hazırlayacam bu mövzudada ✌️🍀
@@ausbildungyashami 45yaşim var necə gəlib işdəyə bilərəm orda özum qadin salonunda işdəyirəm imkan olsa cavab verərdiz xaiş edirəm
Təşəkkürlər abi
✌️🍀
Ela melumatlar😊
✌️🍀
Çox yaxsi video
✌🏻🍀
Tesekkurler faydali video idi...zehmet olmasa deye bilersiz sefirlikde ne kimi suallar veirili?problem yaradilmir?
bu sualın cavabını "ausbildunga necə müraciət edək?" adlı videomda izah etmişəm. Kanalda o videoya keçid edərək həm proses haqqında məlumat ala həm də bu sualınızın cavabını tapa bilərsiniz ✌🏻🍀
Salam.Bir də gələndən sonra hansı sənəd işləri lazımdır.Qeydiyyatlar sığorta,bank hesabı açmaq falan bunlar haqda video gəlsə əla olar təşəkkürlər❤️
✌️🍀
Salam. Pulsuz hansı proqramlardan öyrənmək ücün istifadə etmək olar? Busu?
Salam. Busuu, Dualingo vəya tamamilə pulsuz olan vhs-lernportal-dan istifadə edə bilərsiniz ✌🏻🍀
Mən gələsi olmadım 😂😂 0 dan ev tap içinni yığ falan dəhşət ) heç olmasa soyuducu, paltar yuyan, divan falan olur ? )
Çox sagolun deyerli bilgilərə görə. Ailəilə Ausbildung gələndə nə qədər xərc çıxır 2 böyük 1 yaşda uşaq
Videodakı məlumatlar bir nəfər üçündür. Əgər valideynlərin hər ikisi də ausbildung ilə gəlirsə, bu məbləğləri iki nəfər üçün hesablaya bilərsiniz. Əgər ausbildung təqaüdünüz yüksəkdirsə, uşaq üçün heç bir ekstra bank hesabına ehtiyac olmur. ✌🏻🍀
@@ausbildungyashami 🙏
Ailəli insanlar üçün necə bəs Bəhlul bəy.İki həyat yoldaşı ausbildung yolu ilə gəldikdə uşaqları da gətirə bilir və kiçik şəhərdə ev tapmaq (əşyalı ) mümkün olurmu.600-700 evro kimi.
Danke
✌🏻🍀
Xaiş edirem vizametrikde hansi suallari verirler onlar haqqinda da etrafli video çekersiniz
Salam, vətəndaşlıq almaq üçün olan müddətin azaldılması və başqa dəyişikliklər edilməsi haqqında qanun dəyişikliyi yanvardan sonra edilməsi gözlənilir? Və bir də xüsusi hallarda(təhsil və.s aldıqda) bu müddət 5 ildən də az 3 il olacağı deyilir. Bu ausbuildung müddətinə də şamil olunurmu? Öncədən təşəkkürlər
Salam. Bəli, ausbildung müddəti də buna şamil olunur. Yeni qanunlar artıq təsdiqlənib, sadəcə olaraq hələki qüvvəyə minməyib. Bir qismi ilin son ayından qalan hissəsi isə növbəti ildən etibarən qüvvəyə minəcək. Yeni olan dəyişikliklərlə bağlı ətraflı video hazırlayacam ✌🏻🍀
@@ausbildungyashamiabi mən əgərə getməmiş gəlsəm problem olar və yada universiteti dayandırıb gəlsəm?
Əsgər*
şirketler var bakida 2500 m ödeyin deyirler almanyada size zavodlarda iş duzeldirik dil bilmenize ehtiyac yoxdu deyirler sizce duzdumu?
Salam. 300 euro kira yəginki WG lər üçün nəzərdə tutursunuz. Fərdi kiralar bildiyim qədərilə bu qiymətə nadir rastlanır. Və sizcə 3 illik ausbildung çətinliyindən sonra biz Tək mənzil kiralaya biləcəyik? Düşünürəmki ev sahibi 2 - 3 ayı öncədən isdəyirsə. Yalnız ilk 3 ayı verərkən çətinlik ola bilər. Sonraki aylarda maaşdan qırağa atdığca bunu vermək heç o qədərdə çətin olmayacaq. Birdəki Kaltmiete dən savayı verəcəyimiz əlavə xərcləri (işıq pulu və s.) ev sahibinə verəcəyik yoxsa necə?
Salam. Almaniyanın fərqli bölgələrinə və şəhərlərinə görə dəyişir qiymətlər. Bəzi şəhərlərdə wg qiymətlərinə ev tutmaq olur. Buna görədə ümumi ortalama qiymət aralıqları vermişəm. Ausbildungdan sonra bəli, təbiiki ev kirayələyə bilirsiniz öz büdcənizə uyğun olaraq . Ev kirayəsi olaraq kaltmiete ödəmirsiniz, bir başa warmmiete (yəni kommunallar daxil ev kirayəsi) ödəyirsiniz. Aylıq standart pul ödənir.✌️🍀
@@ausbildungyashami Bir vacib mövzuda Dildir əlbətdəki. Hal hazırda mən A 2 səviyyəsindəyəm (begegnungen). Qrammatikanı Şükür anlayıram. Amma sözləri təsüfki əzbərləmək mənim üçün çox qəlizdir, birsöze dəfələrlə görsəmdə, yenə unuduram, təəssüf ki əzbərim zəifdir. Hələ uzun sözlərdən və rəsmi sözlərdən danışmıram)) Kitabın içərisində olan mətinləri tərcümə edərkən çox qəlizlik çəkirəm, bütün artikellər və sözlərin o mətindəki mənasını anlamağa. O qədər söz varki, insan bilmir 8 aya bi qədər sözü necə axı əzbərləyə bilərsən. bu barədə ürək rahlatacağ bir məsləhətiniz var?)) kartıçka üsulu falan yoxlamışam, amma bəzən dərsliyin bir vərəqində o qədər qəliz sözlər olurki, onları kartıçkaya yazmağa artıq vaxtda qalmır. Və sözləri cümlə şəklində yadda saxlamağın doğru olduğu deyilir. ☘️
Bu qeyd etdiyiniz çox normaldır. Bəzən bəzi sözlər yaddaşınızda qalmayacaq və bəzən heçkəsin bilmədiyi sözü siz əzbər bilmiş olacaqsınız. Bu proses çox normaldır. Tək məsləhətim o olarki gündəlik danışın, beyninizdə özünüzlə danışın heçkəs olmayanda. Beyninizdə sözü tərcümə edə bilməyəndə açın lüğətə baxın yerindəcə. Cümlə qurduğunuzda sözlər daha rahatlıqla yaddaşınızda qalacaq. İndidən uğurlar bu prosesdə ✌🏻🍀
evvela tesekkurler. texminen dusunduyum qeder de verdiyiniz melumatlar ve mebleg ust-uste dusdu. sizden bir sey sorusmaq isteyerdim 35 yasdan sonra ausbildung ucun muraciet etmeyine deyer , yoxsa birbasa ise duzelden sirketlere muraciet etmek ? fikriniz maraqli olar. tesekkurler
Əgər sıfırdan bir peşə öyrənmək və təcrübə qazanmaq istəyirsinizsə. Və bitirdikdən sonra daimi olaraq Almaniyada qalmaq istəyirsinizsə Ausbildung bunun üçün yaxşı yollardan biridir. Əgər Almaniyada tanınan təhsiliniz və həmin peşə üzrə təcrübəniz varsa, düşünmədən öz peşəniz üzrə iş üçün gələ bilərsiniz. ✌️🍀
@@ausbildungyashami teşekkür edirem. Mene ele bu cavabiniz lazım idi ki, bezilerine subut olaraq gösterim. Size de, özüme de bol-bol uğurlar dileyirem 🍀🥳
@@aytenmemmedova4496 ✌🍀
Sağol qardaş bütün videolar üçün. Birdə bir sualım olacaq. Seçdiyimiz ixtisasa hansı dil səviyyəsinın lazım olduğunu necə bilmək olar?
Bütün peşələrə ən az b1 lazım olur. Vəya bəzi texniki peşələrdə isə b2. Buna görə də peşə fərq etmədən b2 öyrənməyiniz tövsiyyə edilir ✌️
@@ausbildungyashami çox sağolun Allah razı olsun 🙏🏻
Salam qardas Allah yolunu aciq elesin .Bir sualim var cavablandirsaniz cox memnun olaram.Aile ile gelmek olurmu ?ausbildinge qebul olunsa
Bəli, mümkündür. Vizaya müraciət edərkəb özünüzlə ailənizi də aparmaq istədiyinizi qeyd edirsiniz və bunu üçün də əlavə tələblər olur ✌️🍀
❤
✌️🍀
Video əladı təşəkkürlər🙏🏽. Sadəcə eyni şeyi dəfələrlə təkrar etməyiniz biraz xoş deyil hətta videonun əvvəlində dedinizki hamısına şamil olunur daha az daha çox olması xərclərin😂
Və bu qədər təkrar etməyimə baxmayaraq, yenə də eyni sualları verirlər. Dəfələrlə videonu mənə ataraq eyni sualları verirlər. Buna görə məcburən izləyici üçün təkrarlamalı oluram. 😅
@@ausbildungyashami başa düşdüm sizin üçündə çətindir😅, kanalınızı çox bəyənirəm. Uğurlar sizə.🙏🏽
✌🏻🍀
Salam Qardaş....Almaniyaya gəlib orda Ausbildinq etmək olar ?...mən indi A1 i qutarmaq üzərəyəm...yeni gəlib ora Azul a başvurub orda ausbildinq etmek alınır ?
Salam. Xeyr, azul kimi qalmırsınız. Normal ausbildung vizasıyla gəlib təhsilinizi alırsını və daha sonra normal qalıb işləyirsiniz. Ən azından b1-i bitirdikdən sonra Ausbildunga müraciət edə bilərsiniz. Müraciət üçün kanalda ətraflı video var sizin üçün ✌️🍀
Salam əməyinize sağlıq.. ardıcıllıqlari cox gozel izah edirsiz.. ama menim anlamadığım nüans ausbulding.e qeydiyyati etdik deyek.. sonra visa məsələsi ortaya gelende visani biz sefirlikden almaliyiq deyirsiz.. bildiyin qeder visa.ni hansisa sirket yollamir ki biz özümüz almaq məcburiyyətində qaliriq?? Bunun izahini verseniz minnətdar qalaram
Salam. Xeyr, şirkətlər sizi qəbul edirsə, sizə təhsil (ausbildung) müqaviləsi verir. Və siz bununla vizaya müraciət edərək viza alırsınız. Alman dövlətindən başqa heçkəsin sizə viza vermək hüququ yoxdur və bunlar səfirliklər vasitəsi ilə sizə verilir ✌🏻🍀
Salam. Yay tətili filan olur? Dinc dövr hərbiyə yayarsızam. Müayinə üçün qayıtmaq problemə çevrilməz?
Ausbildung müddəti iş kimidir sadəcə məzuniyyətiniz olur. Məzuniyyətinizdə qayıdaraq müayinə oluna bilərsiniz vəya müayinə vaxtlarına məzuniyyət götürə bilərsiniz. ✌🏻
Wunderbar
✌🏻🍀
Salam, bəs alman dilini Azərbaycanda öyrənib Almaniyada imtahan verib sertifikat almaq olarmı?
Salam. Bəli, mümkündür. Vəya digər ölkələrdə də verə bilərsiniz. ✌️🍀
@@ausbildungyashami təşəkkür
@@SVR348 xoşdur✌🍀
Salam,cox sag olun melumatlar ucun bes yataqxana qiymetleri ne qeder olur
Mən Almaniyaya HVAC üzrə praktikaya gelmek istəyirəm. Goresen hansı sehifelere baxmaliyam
Salam. Mövzüyə uyqun deyil suvalım. Gitaran SOLAXAYDIR?
Salam. Siz kirayə üçün nəzərdə tutduğunuz yekün məbləğ ilə depozit üçün nəzərdə tutduğunuz yekün məbləği bir yerdə toplayıb yazmısız. Axı Kira zatən Depozitin içinə aid deyil ?
Təəssüfki depozitin sizin ev kirayənizə aidiyyatı yoxdur. Evə ilk girəcəyiniz ayın da kirayəsini ödəməli olursunuz ✌️🍀
Bəhlul bəy, "Ausbildung Azərbaycan" 3min-3500 AZN xərciniz çıxar dedi. Siz dediyiniz 2 qatıdır 😮 Sizcə vasitəçiyə inanmaq olar?
Onlar necə hesablayıblar ki, sizcə mümkündür bu?
Hərşeyi videoda detallı izah etmişəm. Xərclərinizi düzgün hesablayaraq qarşınıza qoyun və nəyin nə qədər mümkün olduğunu görəcəksiniz. Yəqinki sizə sadəcə qəbul almağa o pulu istəyirlər. 👌🏻
Bir sual verim qardas vaxtin olanda cavablayarsan...eger birinin bir seneti varsa deyek mexannikdi .bu adam dil bilir .Almaniyada is tapib isci vizasi ala biler ?. .yoxsa hersey ausbildingfen kecir ?
Əgər işçi vizanın şərtlərini qarşılayırsınızsa, Almaniyada iş tapıb işləyə bilərsiniz. Ausbildung sadəcə peşə təhsilidir. Əgər peşəniz yoxdursa vəya yeni bir peşəyə yiyələnmək istəyirsinizsə, bu zaman bu təhsili alırsınız. ✌️🍀
@@ausbildungyashami Qardas bu gun biraz hevesden dusdum.bir turk videosuna baxdim dediler 30yasi kecen adami ausbildinge qebul etmeyleri cetin meseledi ...34 yasim var deyek dil hazirliqi qebul yeqinki 35 yasa dusecek bu zaman qebul etmeyecekler ?
@@familqurbanov7812 qəbul almaq normal olaraq yaş artdıqca çətinləşir ama bu sırf sizin 30+ yaşınız olduğu üçün deyil. Bir çox insan 40+ yaşda ausbildunga qəbul alır. ✌🏻🍀
Ausbildung a özümüz müraciət edə bilərik? Siz Ausbildung ilə getmisiniz? Getmisinizsə necə( bir videoda qeyd etmişdiniz ki özüm gəlmişəm)
Bəli, bununla bağlı kanalda detallı video hazırlamışam. O video ilə özünüz bütün prosesi öyrənə bilər və müraciətləri edə bilərsiniz. ✌️🍀
Salam Alman sefirlyinde bizlerden danişiq imtahani goturulur?
Xeyr, imtahan olmur. Sadəcə Almanca danışırlar bir neçə dq sizinlə ✌🏻🍀
@@ausbildungyashami salam danışıq dərsləri gələ bilər ??? Gəlsə əla ola
Gələcəkdə Alman dili ilə bağlı videolar olacaq əlavə olaraq ✌🏻🍀
Qardas iT uzre ausbildung etmek usteyirem bunun ucun xususi teleb var? Meselen onceden baza biliyinin olmasi ve tecrube
IT ausbildungu üçün 3 dənə detallı video hazırlamışam. Kanalda o videolarla bütün suallarınıza cavab tapa bilərsiniz ✌️🍀
Salam. Bəs Wg lərdədə depozit 800 € dan başlayır,? Əgər xeyirsə o zaman təxminən hansı civarda olur?
Salam. wg tutsanız bu məbləğ heç olmaya da bilər vəya çox az olma ehtimalı da var. Çünki bu zaman depozit də bölünür ✌🏻🍀
👍👍👍
Qardaşım bir sualım var. Mən şəxsən Ausbildunga müraciət etmək istəyirəm və bir şey çox maraqlıdı şirkət vasitəsiylə etməmlə özüm etməmin nə fərqi var. Bütün sənətləri hazırlamışam.
Qeyd etdiyiniz xidmətlər sizin üçün ödənişli xidmət verir və bəzən daha məlumatlı olurlar sizdən. Ama özünüz də rahatlıqla heçbir xərc çəkmədən müraciətlər edə bilərsiniz. Bunun üçün kanalda detallı video da var. ✌️🍀
@@ausbildungyashami diplomumun tərcümə təsdiqi hazır motivatçiya məktubum hazır CV- hazır ehtiyac var ki, 2300 manat şirkətə verim ki, ala mən yeyənmirəm sən ye? Birdə sizin videoların hamısına baxmışam allah sənin kimi qardaşın ürəyinə görə versin. İnşallah gələndə tapacam səni qardaşım. Neçə insanlara motivatçiya qaynağısan allah səni qorusun.
@@kalayevnuraddin1643 Təşəkkürlər xoş sözləriniz üçün🙂
Salam mən bütün növ ctarter və dinamalarin təmiri ilə məşğul oluram bilmirəm almaniyada belə bir işə ehtiyac varmı varsa zəhmət olmasa yazin
Salam gününüz xeirli olsun , Slovakya vizam var 3 aylıq və Almaniyaya gələcəm . Almaniyada olan zaman Ausbildingə qəbul alsam əgər təzədən Azərbaycana gəlib alman vizası almalıyam ? Ya pramoy Ausbildingə qəbul aldığım sənədləri miqrasiyaya versəm oturum verəllər mənə ?
Salam. Bu halla bir neçə dəfə qarşılaşmışam. Azərbaycana qayıdaraq yenidən vizaya müraciət etməyini istəmişdilər. ✌🏻🍀
Kónúlluluk proqrami ile gelib iş tapib iş vizasina cevirmek olur?
Xais edirem nobeti videoda ausbidig zamani hansi olkelre gedemek olar ne qeder işlemek iscazesi var bu hakda çekersizde
Salam. Ausbildung zamanı şengen ölkələrinə aid olan bütün ölkələrə gedə bilirsiniz və əlavə olaraq isə həftəlik 10 saat ekstra işləmə hüququnuz olur. ✌🏻🍀
Dili ayrıca öyrənməy lazımdır yoxsa hansısa şirkətin yolu ilə?
Fərq etmir. Bunun qərarı sizin əlinizdədir. Ayrıca da öyrənə bilərsiniz, müəllim yanına gedərək də ✌️🍀
BES SHEHERLER ARASINDAKI FERQLERDEN VIDEO YOXDURRRRRRRRR)))
Salam ausbildinglə Almanayiya gedəndə ailəvi özünlə birgə aparmaq olurmu?
Salam. Bəli, mümkündür. Ailə birləşməsi haqqında da video hazırlayacağam ✌️🍀
@@ausbildungyashami Yoldaşım Ausbilding etsə bəs mən işləyə bilərəm işdə? İş icazəsi verilir?
@ bəli, ailə birləşimi ilə gəldiyinizdə işləyə bilirsiniz ✌️🍀
@@ausbildungyashami orada olan biri kimi ailəvi ora köçməyi tövsüyə edirsinizmi?
Salam Hər vaxtınız xeyir bir sualda soruşaq Sizdən icazənizlə mən Sumqayıtdan maraqlandım ausbildung üçün mənə işləyəcəyim işdən asılı olaraq 1600 azn nə düzəldərik dedilər mən özümdə müraciət etsəm o qədər tutar yoxsa onlar öz haqqlarınıda o qiymətə aid edirlər ?
Salam. Bu qeyd etdiyiniz (hansı şirkətdirsə) sadəcə sizdən alınacaq xidmət haqqıdır böyük ehtimal. Video da dediyim kimi, əgər özünüz müraciət etməsəniz əlavə olaraqda birilərinə xidmət haqqı ödəməli olacaqsınız ✌️🍀
@@ausbildungyashami təşəkkür edirəm bəli elədir
Bes senedleri Bakida harada ucuza tesdiq ede bilerim resmi formada?
Salam bey men Ausbildunga qebul almisam amma mohur o qederde aydin dusmeyib problem olmazki?
Salam.Şirkətin möhrü olduğu bilinirsə problem olmayacaq. Əsas odurki möhürvar. Ama çox pisdirsə və heçnə başa düşülmürsə, şirkətinizlə əlaqə saxlaya bilərsiniz ✌️🍀
Salam nisanlim ausbildungla gedmek isdeyir mendee ayle birlesmesi ile gedmek isdeyrem bunu ucun bank hesabnda neqeder pul olmaldir veya neçe ay erzinde gede bilerem yoldasim getdikden sora
Salam. Əgər rəsmi nigahınız yoxdursa hələ, ailə birləşimi ilə gedə bilməyəcəksiniz. Əgər evlisinizsə, yoldaşınız sizi özü ilə apara bilər. Elə Azərbaycanda olarkən viza müraciətində sizi də özü ilə aparmaq istədiyini qeyd etməlidir. Əks halda oturum aldıqdan sonra ailə birləşməsinə müraciət edə biləcək. Ailə birləşməsi ilə bağlı ətraflı video gələcək. İzləmədə qalın ✌️🍀
Almaniyada Hərbi işində işLəmək olar burda ki, sertfikatla
Salam ESC nən almanyaya gəlsəm iş tapib qala bileremmi?
Salam, neçə yaşa qədər Almaniyaya gəlmək olar? Təşəkkürlər
Salam. Bunun üçün xüsusi bir yaş məhdudiyyəti vəya qanun yoxdur. Sadəcə 40+ olan insanların ausbildung üçün qəbul alıb gəlməyə çətinlik çəkirlər. Mütəxəssislər isə 40+ olsalar da iş tapıb Almaniyaya gələ bilirlər ✌🏻🍀
Seyahet sigortasi 30000 min avro deyir bu nedirki Behlul bey
Bu sadəcə sığortanın qarşıladığı məbləğdir. Sizin bu səyahət sığortasını etdirməyiniz üçün 50-100 azn arası bir xərciniz çıxır ✌️🍀
Siz hansı səviyyə dil ilə getmisiniz?
B1 ilə ✌🏻🍀
Salam,ausbildung yaşı neçedi nece yaşa kimi
Salam. Xüsusi bir yaş limiti yoxdur. Sadəcə yaş artdıqca qəbul almaq nisbətən çətinləşir ✌️🍀
@@ausbildungyashami Çox təşşəkür edirəm!
Ich bin dir dankbar
✌️🍀
Salam qacqim idaresi harda var
Salam. Hər şəhərin özünün miqrasiya qurumu olur. ✌️🍀
salam .xəstə uşaqla gedilsə orada oturum almaq olur yəni oraadà
bəli, olur ✌️🍀
salam əziz qardaşım .. bu necə olur? hansı yolla olur? mən neçəsilə bu haqda danışmışam mənə deyiblər ki artıq almaniya belə məsələlərə baxmır . yəni əziyyət çəkib gəlməyin. xəstəliklə gələnləri qəbul etmirlər yəni orda yaşamınıza səbəb görmürlər. onu da deyim mənim qızım autizm xəstəsidir əqli geri nitqidə yox vəziyyətindədir. burda da müalicə almaq çox çətindir. burda devlətimiz xüsusi qayğıya ehtiyacı olanlara fikir vermirlər təssüff ki😔 məndə bir ana kimi uşağım üçün çox narahatam. bəlkə orda bu uşağ bir az yaxşılaşar deyə fikirləşirəm. çünki eşitdiyimə görə xəstə uşqlara orda xususi qayğı ilə yanaşırlar. xaiş edirəm mənə bir doğru yol göstərin .
9 cu sinifi bitirib gəlmək olar?
Bəli
Oxuyaraq işləyə bilərikmi?
Ausbildungu nəzərdə tutursunuz ? Yoxsa Ali təhsili ?
@@ausbildungyashami
Ausbildungu bəy nəzərdə tuturam
@@XlilIbrahim Ausbildung etdiyiniz zaman həftədə 40 saat işləyirsiniz onsuzda, əlavə işləmək istəyirsinizsə buna da rəsmi olaraq icazəniz olur ama yenə də şirkətinizdən icazə almalısınız
bir yanan sevinirem sizin Almanyaya f=getmeyinize bir yanan ise heyif ki Azerbaycanda sizin kimi medeni ve savadli insan gedib ve sayi azala azala gedir...
Sadəcə B1-B2 6-7 ay?
Bir səviyyə üçün 2 vəya 2 ay yarım ola bilər. Bu sizin götürmə qabiliyyətinizə görə dəyişir. ✌️🍀
@@ausbildungyashami mənim 30 yaşım var. Kompüter haqda anlayışım var ,format, hdd dəyişmə ,hdd caddy ilə SSD taxmaq. Və s bunun kimi . (Bunları da özüm öyrənmişəm kurs falan olmayıb. Çevrəmdə də mənə öyrədən olmayıb internet vasitəsilə) İT SİSTEM üzrə Ausbildung etmək istəyirəm dil B2 olmalıdır məncə. Yaş maneçilik etməz? Ausbildung da 3 il olmalıdır
Nə danışırsan qardaş 2000 qazanıb 4000 xərcləyirsən🙉
Harda qeyd etmişəm ki, bir ay ərzində 2 min qazanıb 4 min xərcləyirsiniz?
Ele rahat deyirsinizki B 1,yada B 2 bu dil ne rus diline,ne ingilis diline benzemir,bu dil esl cehennemin dili,şeytanin dilidir 2 ildir burdayam helede öyrene bilmemiwem kursa getdiyim halda
Əgər iki ildir eyni metodika ilə dil öyrənirsinizsə və uğurlu olmamısınızsa, müəllimənizi və metodikanızı dəyişdirin. Hərkəsin dil öyrənmə bacarıqları eyni deyil ama videonun mövzusu da bu deyil. 🙌
Turist vizası ilə gəlib inşaatda işləmək olarmı?
Təəssüfki qanuni olaraq belə bir şey mümkün deyil ✌🏻🍀
Mənə marağlı olan budurki Biri deyirki mənə Attestat və Onsetden sertifikat al sizi Almaniyada Qocalar baxicisi kimi, mən nəsə demedim ona amma bircə sözüm bu olarki hər kəsə əgər sertifikatim olsa nəyə görə Makler ilə is görməliyəm özüm müraciət edə bilmirəm məgər 😅
Bəli, özünüz rahatlıq bu prosesi edə bilərsiniz 😉
@@ausbildungyashami 💥🤌✍️
Təşəkkür edirəm məlumlandırmanız üçün🙏🏻 çox gözəl izah edirsiz. Birdə bilmək istərdim instagram və ya whatsapp da qrupunuz varmi?
Xoşdur. Mövcud olan bütün qruplar və social media hesabları videonun açıqlama hissəsinə qeyd edilib ✌🏻🍀