Narınc Rüstəmova Şəhidimiz Rza Məmmədovun bacısı üçün psixoloji dəstəyi öz üzərinə götürdü

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Rza Məmmədov II Qarabağ Müharibəsinin ilk Şəhididir.... Sentyabrın 27-si Füzuli rayonunda Şəhidlik zirvəsinə ucalan Rzanın ailəsi ilə tanış oldum, anası, bacısı ilə görüşdüm. İnanın həmin gündən hələ də söhbətimizin təsirindəyəm. 18 yaşlı Sumanın qardaşının yoxluğu ilə bağlı danışdıqları, onun baxışları, kədəri gözümün önündən getmir. Əlindəki məktub.... Otağıma keçəndə əlində məktub vardı, biraz sonra məktubu oxudum. Rza hərbi xidmətə gedərkən sanki olacaqları bilirmiş kimi məktub yazıb, ailəsini böyük bacısı Sumaya əmanət edib sağollaşıb... Bir də o evə geri dönməyəcəyini hiss edirmiş kimi... Sonra bacısının telefonunda Rzanın ifa etdiyi mahnıları dinlədim. İnanın ürəyim parçalandı. Gözümün qabağında anasını, bacısını elə gördüm, bir ana üçün oğlunun səsini bundan sonra ancaq videolarda eşitmək çox ağırdır... Bir bacı üçün qardaşını ancaq şəkillərdə görmək, şəklini qucaqlamaq çox ağırdı...
    Şəhidimizin anası Lamiyə xanım oğlunun yarım qalan arzularından danışdı. Rza 2015-ci ildən bəri Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində Xanandəlik üzrə təhsil alırdı. Gözəl səsi vardı. Mən də dinlədim onun ifalarını. Yaşasan ustad xanəndə olardı... Amma Allah ona Şəhid olmağı nəsib etdi... 6 ay qalmışdı ki, diplomunu əlinə alsın... Amma Allah ona bu zirvəni layiq bildi...
    Ananın gözləri yaşlı dilə gətirdiyi "təkcə Rzam üçün yox, elə Sumam üçün də darıxmışam" cümləsi qulağımda səslənir. Sumanın hələ yaşı çox deyil, qardaşını itirməsi onun üçün çox çətindir, bilirəm ki, bacılar həmişə qardaşlarına necə sahiblənir... Onu bu depressiyadan çıxarmaq üçün əlimdən gələni edəcəm. Artıq terapiyası başlayıb. Yolun sonunda Suma qızımla da uğurlu nəticə ilə sağollaşacağıma inanıram.
    Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ailələrinə, doğmalarına səbr versin.
    Vətən Müharibəsi Şəhidlərimizin ailələri üçün, Qazilərimiz üçün bütün filiallarımda psixoloji dəstək ödənişsizdir. Xahiş edirəm ki, səsimi onlara yetirəsiniz... 0552082700 nömrəsiylə əlaqə saxlamaq kifayət edir.
    Bizi sosial şəbəkələrdə izləyin
    Facebook: rb.gy/9yayvq
    Instagram: rb.gy/z4eqic
    Kanalımıza abunə olmağı unutmayın!
    Link: / narincupmtv
    #NarıncRüstəmova #psixologiya #Azərbaycan,

Комментарии • 5

  • @serkanpolad7131
    @serkanpolad7131 2 года назад +1

    Cox saq olun Narinc xanm

  • @zaurmemmedov3421
    @zaurmemmedov3421 2 года назад

    Allah rəhmət eləsin

  • @suleymanehmedov4249
    @suleymanehmedov4249 3 года назад +3

    Salam, Allah rehmet etsin şehidimize . Ayilesine Allahdan sabr dileyirem . Narınc xanım Sizi və işcilerinizi Allah qorusun . ammin deyirəm . Siz çox gözəl yardım edirsiz onlara dəstək olursuz . Allah sizi və Övladlarını qorusun Allahın duası üzerinize olsun her zaman.

  • @SamsungGF-ei9xb
    @SamsungGF-ei9xb 2 года назад +2

    ŞAMAXI RAYON GOYLER KEND ŞEHIDI YERUN CENET OLSUN EZIZ QARDAŞ ALLAH AILESINE KOMEK OLSUN GOYLER IGIDLER KENDIDI 6 ŞEHID VERDI BU DOYUŞDE ALLAH CEMI ŞEHIDLERMIZE REHMET ELESUN