Nöqtə qoymuşam / Elvin Elxanoğlu /Fatimə Quluzadə / super şeir

Поделиться
HTML-код
  • Опубликовано: 23 окт 2024
  • Mən daha sevməyə nöqtə qoymuşam
    Müəllif:Elvin Elxanoğlu
    Qiraət:Fatimə Quluzadə
    Bizim sevgimizin qatarı getdi,
    Yalan sözlərindən cana doymuşam.
    Elə bilmə. yenə sevəcəm səni,
    Mən daha sevməyə nöqtə qoymuşam.
    Sevgidən küsmüşəm, barışmayacam,
    Sönmüşəm, eşqinlə alışmayacam,
    Yenidən sevməyə çalışmayacam.
    Bitib tükənmişəm, çox yorulmuşam,
    Mən daha sevməyə nöqtə qoymuşam.
    Fələk həyatımdan illər apardı,
    Sevgimi küləklər, yellər apardı,
    Ağladım qəlbimi sellər apardı.
    Ayrılıq acısın çoxdan duymuşam,
    Mən daha sevməyə nöqtə qoymuşam.
    Daha xoşbəxtlikdən yazmır qələmim,
    Eşqin dəryasında batıbdı gəmim,
    Şeirlərdi mənim ürək həmdəmim.
    Kədərdən yazan bir şair olmuşam,
    Mən daha sevməyə nöqtə qoymuşam.
    Etiketlər:
    Mən daha sevməyə nöqtə qoymuşam
    Elvin Elxanoğlu şeirləri
    Fatimə Quluzadə
    Ressam Fatime Hatun
    Nöqtə qoymuşam
    Nokde qoymusam
    Men daha sevmeye noqte qoymusam
    Sevməyəcəm mən
    Ayrılıq statusları
    Ayrılıq şeiri
    Sevgi şeiri
    #seir #şeir #elvinelxanoglu #ayrılıq #ayrılıqstatusları #sevgi

Комментарии • 1

  • @RamizEsger
    @RamizEsger 6 месяцев назад

    ❤❤❤❤❤