Это видео недоступно.
Сожалеем об этом.

Ayaz Babayev - Uzaq Ol Ondan (Rəsmi Musiqi Videosu)

Поделиться
HTML-код
  • Опубликовано: 17 фев 2023
  • Ayaz Babayevin "Uzaq Ol Ondan" mahnısı klipi ilə birgə onlayndır!
    Ayaz Babayevə RUclips-da abunə ol: mikpro.az/ayazyt
    Rəqəmsal platformalarda dinlə: bfan.link/uzaq-ol-ondan
    Aktrisa: Amasti One
    Müəllif: Miro (Məhəmməd İsgəndərov)
    Aranjiman və Miks masterinq: Dahin Malik (Nihad Məlikov)
    Gitara: Shahin Alizade
    Rejissor: Farman Bashirli
    Montaj: Farman Bashirli , Elgun Jafar
    Kamera assistenti: Azer Hasanov
    24 FPS ©
    İcraçı prodüser: Alik Babayev
    Qrim/Makiyaj: Məsi Rəhman
    Saç: Nigar Məmmədli
    Geyim: Beautytime Boutique
    Məkan: ADY (Azərbaycan Dəmir Yolları) ; 24FPS by Farman Bashirli
    Xüsusi təşəkkürlər: Günel Hacı , Miri Ahmed
    Ayaz Babayevi sosial şəbəkələrdə izlə:
    Facebook: mikpro.az/ayazfb
    Instagram: mikpro.az/ayazig
    Twitter: mikpro.az/ayaztw
    Telegram: mikpro.az/ayaztg
    Tiktok: mikpro.az/ayaztk
    Genius: mikpro.az/ayazgn
    Ayaz Babayevi rəqəmsal platformalarda dinlə:
    Keçid: mikpro.az/ayaz.dinle
    Sözlər:
    [Bənd 1] :
    Hamıdan uzaq,bir küçənin içində,
    Oturub ikimiz,
    Baxım gecənin içində,gözlərinə səssizcə,
    Tutum əlindən …
    Olaq uduzan,həyatda hər şeyi,
    Təki qalaq ikimiz !
    Mən səninlə bütünəm,
    Mən səninlə bütünəm!
    [Nəqarət] :
    Hamı deyir uzaq ol,uzaq ol ondan!
    Düşürəm bu tələyə-tuzağa sonda,
    Gedə bilmərəm axıra bu yolda,
    Necə uzaq olum,uzaq olum ondan ?!
    [Bənd 2]
    Üzünü çevirirsən duyğuların hamısına,
    Sevgini anlamıram,yarı yalan-yarı sınaq.
    Zən edib ara-sıra,mən evinin qarşısında,
    Dayanmışam gözləyirəm gecə dördün yarısından.
    Ya düş aşağı gedək,
    Unut məni daha yada.
    Sevən inanmıram,ürəyini verə yada !
    Cavab ver bu fəryada,bir kəz barı bu dünyada,
    Gəl mənimlə birgə gülək,
    Unut məni daha yada !
    [Nəqarət]
    Hamı deyir uzaq ol,uzaq ol ondan!
    Düşürəm bu tələyə-tuzağa sonda,
    Gedə bilmərəm axıra bu yolda,
    Necə uzaq olum,uzaq olum ondan ?!
    Ayaz Babayev tərəfindən ifa olunan "Uzaq Ol Ondan" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2023
    Etiktlər:
    #AyazBabayev #UzaqOlOndan #mikpro

Комментарии • 887

  • @ayaz_babayev
    @ayaz_babayev  Год назад +569

    Uzaq olmaq sevgiləri daha da möhkəmləndirər yoxsa gözdən uzaq olan könüldən də uzaq olar ? Sizcə hansı ? ❤️‍🩹🫂

    • @prostaleyla4316
      @prostaleyla4316 Год назад +9

      🫂💞

    • @mixedd5820
      @mixedd5820 Год назад +33

      Möhkəmləndiyini anladımm

    • @gameefacee
      @gameefacee Год назад +15

      Xahiş edirəm ancaq belə lirika mahnılar oxu. Səsinə Babat oturur belə musiqilər

    • @Bhrva
      @Bhrva Год назад +22

      Dahada möhkemlendirer özümden bilirem

    • @gullersherifova9831
      @gullersherifova9831 Год назад +12

      Mohkem eder❤

  • @osmanmdov
    @osmanmdov Год назад +486

    Hamı deyir "Uzaq Ol Ondan". Nə qədər yaxınıma gəlmə bu "Sənə Yasaq" artıq desəm də bu qəlbimə söz keçirə bilmirəm. Çünki həyatıma "Mələk Kimi" daxil olmuşdun, "Ay Tənli Qadın"ım idin. Səni gördüyüm ilk gün "Qara Gözlər" inin "Xəstəsi Oldum". "Gözlər Qəlbin Aynasıdır" sa "Qəlbim Sənin Evin" dedim. Səni "Düşünə Düşünə" "Kino" kimi xəyallar qurdum. Və o gün gəldi qarşına yenidən çıxdığımda " Yenəmi Sən" dedin. Hər şey bir "Cheesecake" ilə başladı. "Sən Mənlə" olanda hər şey "Möcüzə" kimi idi sanki. Səni bir kimsəyə "Dəyişmərəm" demişdin axı. Artıq "Buyur Yanımda Əyləş" demirəm, gəl otur qarşımda "Nə Üçün Belə" oldu anlat. "Gülüm" demişdim axı sənə niyə o gülü soldurdun, niyə həyatımızın "Xəyallar Fəsli" i getdi de. Bu düşüncələr artıq o həddə çatıb ki "Dəli Oluram", "İmdat" deyə bağırmaq istəyirəm. Nə isə... Bir zamanlar "Yaxşı ki Varsan" dediyim, indi sən yaxşı ki yoxsan.

    • @ayaz_babayev
      @ayaz_babayev  Год назад +126

      🥺❤️‍🩹🫂

    • @osmanmdov
      @osmanmdov Год назад +31

      @@ayaz_babayev Uğurlar, Hisslərimizin Tərcümanı ❤️🫂

    • @hissfantulip
      @hissfantulip Год назад +10

      @@ayaz_babayev Ayazııım. Bizleri beyendi yin üçün çox sağol🌹😻

    • @Əkbərova_Mənzurə
      @Əkbərova_Mənzurə Год назад +15

      Çoox gözəl bir şərh olub...🥺

    • @vusalasultanzade380
      @vusalasultanzade380 Год назад +5

      Vay be. Halal👏👏👏👏👏👏👏

  • @ayaz_babayev
    @ayaz_babayev  Год назад +469

    2023 cü ildəki ilk işimiz “Uzaq ol ondan” ixtiyarınızdadır 💫
    Fikirləriniz mənim üçün çox önəmlidir ❤️🫂

  • @replay_music
    @replay_music Год назад +57

    Lənətə gəlsin, çox bomba yazmışam😂
    Uğurların bol olsun Ayaz.
    Miro❤

  • @elnurelekberov1855
    @elnurelekberov1855 Год назад +216

    Bilirəm qulaq asacaqsan və bunu oxuyacaqsan mənim olduğumu biləcəysən. İllər keçib ayrılığdan ama bilki mən hər gün əvvələ qayıdıram və səni hələdə sevirəm, yerimə başqasını qoysanda belə. Sənsizliy çox acıdı.Ömrün uzun və xoşbəxt olsun..
    (Tutuzdurun görsün)

    • @vusalasultanzade380
      @vusalasultanzade380 Год назад +6

      Narahat olma başqasi zamanla onu səndən ayrilmagina peşman edəcək. Bəlkə də edir uje. Ürəyini buz kimi tut💪🏻

    • @vusalasultanzade380
      @vusalasultanzade380 Год назад

      @@lailasova bu insan bu qədər sevibsə inanmiram o xanimin qarşisina bundan daha yaxşisi cixa.

    • @elnurelekberov1855
      @elnurelekberov1855 Год назад +11

      @@lailasova Əslində məndə pisliyə pisliy eliyə bilərdim hal hazırdada bilərəm. Sadəcə mənim ideyam qalib olmağ deyil insan olmağdı. Mən onu yox ona olan sevgimi sevirəm mən əslində öz aşiqliyimi sevirəm.

    • @elnurelekberov1855
      @elnurelekberov1855 Год назад +6

      @@lailasova Həyat bir oyundu heç kim yaşatdığını yaşamadan və acı günlərinin mükafatın almadan ölmür

    • @elsnsrfov2747
      @elsnsrfov2747 Год назад

      @@elnurelekberov1855 eyni menim kimi. Sende ozumu gordum qardas. Buda bizim adamligimiz olsun🤙🏻o pesman oldugunu bele geri donerem demisdi) amma evvelki hissler elbetdeki qalmaz

  • @vusalcbraylova4285
    @vusalcbraylova4285 Год назад +35

    Əgər arzuların üçün savaşmırsansa,itirdiklərin üçün ağlama......#Uzaqol

  • @AyAzEtto
    @AyAzEtto Год назад +120

    Starım naaptın sen🥺Ən çox ehtiyacımız olan səhnə...Cəsarət edib də hamıya rəğmən geri dönə bilmədiyimiz səhnəni gözümüzün önündə gördük...Bu nə möhtəşəmlik...Əminəm ki çoxu gözündə yaşla izlədi klipi...Və yenə qəlbimizin ən dərininə toxundun.Hansı ki hamının həyatında uzaq durmaq məcburiyyətində qaldığı biri vardır...Sarılmaq istədiyi ,qoxusunu içinə çəkmək istədiyi....🥺🔥🥂
    Nə qədər ki gec deyil,kim nə desə belə hər kəsə və hər şeyə rəğmən sevdiklərinizdən əsla vazkeçməyin...Çünki sonra çox gec olur qoyduğunuz yerdə tapmırsız ya zaman,ya ölüm,ya da başqa biriləri alır onları bizdən...Cəsarətli olun🔥💙

    • @fam_skz
      @fam_skz Год назад +4

      Sənədin bu sözlərin məncə hər kəsə cəsarət verir.

    • @AyAzEtto
      @AyAzEtto Год назад +5

      Elə düşünürsüzsə nə xoş mənə🥺🤗💙Kaşki hamımız bacara bilsək.O son ana buraxmadan,itirmədən sevdiyimizi desək,çaba göstərsək,sevgimizə sahib çıxsaq🥺💙

    • @fam_skz
      @fam_skz Год назад +2

      @@AyAzEtto bəli. Həyat bizi gözləmir. Hərkəs biraz cəht eləsə o zaman hər şeyi bacarar.

    • @sevincmustafayeva2802
      @sevincmustafayeva2802 Год назад +2

      😔

    • @sefaquluzad
      @sefaquluzad Год назад +4

      Bes ya sevdiyimiz bizi istemirse eslinde hec istmeyibsee amma biz cox sevirik ama uzaq olmaqa mecburuqsaa onda biz needek?Bir insan oz qururunu hanis yere qederr surundure biler?ondan bundan yox sevginden uzaqq olmaliyidiqq amma olmur)

  • @tamella.ahmadzada
    @tamella.ahmadzada Год назад +29

    Sən belə mahnılar dinləməzsən bilirəm. Amma olarda bir gün rastına çıxarsa bu şərhim, bilki səndən uzaq olmaq heç “asan” deyil..

    • @aahmedov5976
      @aahmedov5976 Год назад

      ALLAH komeyiniz olsun. Bilin ki hec kim sizden artiq deyil. Belke de siz daha yaxsisina layiqsiz🤲

  • @hiss_fan_
    @hiss_fan_ Год назад +121

    2 ildir gözlədiyimiz mahnı nəhayət online oldu😍Xeyirli olsun Star!❤️💫

  • @nubaribrahimli4109
    @nubaribrahimli4109 Год назад +20

    Söz,bəstə Miro,ifa Ayaz Babayev..🎶Ruhumuz,qəlbimiz bundan artıq nə istəyə bilər.??💌🤍 Sevdiyimizə sarıla bilmirik,amma Miro,Ayaz ifalarına qəlbimizlə bərk-bərk sarılmışıq🫂♥️. Uğurlar.!🙌🏻

  • @cefer0vh_
    @cefer0vh_ Год назад +6

    Məncə uzağ olmağ sevgiləri möhkəmləndirə də bilər qırıla da bilər.Sevgiyə bağlıdı əgər həqiqətən sevirsə ağlında səndən başqası yoxdusa və gedəcək o qədər ünvan varkən səni seçibsə o zaman möhkəmləndirər.Amma indiki vaxtda çox azdı belə sevgi tapmağ.Mən şəxsən 4 ildi gözlüyrəm 2 ili gedibdi 2 ili qalıbdı.Ona görə də 2 sevən də əgər birbirindən əmindisə məncə bu sevgiyə şüphə ola bilməz.🖤

  • @flwrsss
    @flwrsss Год назад +19

    _Gedə bilmərəm axıra bu yolda🙂_
    _Necə uzaq olum,uzaq olum ondan❤️‍🩹_

  • @Guniimmmdli
    @Guniimmmdli Год назад +5

    Mahnını Bəyənənlər . Məndə bəyəndim . Superrr . Davamlı olsunnn bütün mahnıları bir birindən əla olan Ayaz Babayev təbriklər super mahnılarınız . Davamlıdır .

  • @seliwismayilova5409
    @seliwismayilova5409 Год назад +9

    😍 Ayaz Babayev heç pis mahnı ifa edərmi😍 səs, musiqi, sözlər, klip möhtəşəmmm👏🏼

  • @banucick637
    @banucick637 Год назад +4

    Ohh bee

  • @fam_skz
    @fam_skz Год назад +23

    " Uzaq ol ondan". Möhtəşəm bir mahnı. Süper söz tapa bilmirəm. ❤️🙂

  • @solmazeliyeva2846
    @solmazeliyeva2846 Год назад +4

    Möhteşemsinizzz❤

  • @nazlialieva26
    @nazlialieva26 Год назад +4

    Bəzi insanlar bir-birinə aiddir.
    Aralarında olan onca məsafəyə,əngəllərə rəğmən🤍

  • @nuranaaliyeva6137
    @nuranaaliyeva6137 Год назад +3

    Davamli olsun. 👏

  • @ncfzadskin1984
    @ncfzadskin1984 Год назад +4

    Mənim ən sevdiyim müğənni Ayaz Babayevdir.Mən onun mahnılarını çox xoşlayıram hər gün Ayaz Babayevin mahnılarına qulaq asıram. Bütün mahnıların möhtəşəmdir.💣

  • @flwrsss
    @flwrsss Год назад +5

    Miro imzasi ve Ayazin sesi🔥

  • @Luna_168
    @Luna_168 Год назад +10

    Hamı deyir...💔 kaş bu "hamının" düşüncəsi beynimizi doldurmasa☹

  • @banucick637
    @banucick637 Год назад +2

    bilmem neçenci defedi baxıram qulağ asıram,bu necə möhtəşəmlikdi Ayaz Babayev?🖤

  • @xumarmahmudzadeh7212
    @xumarmahmudzadeh7212 Год назад +5

    Dedilər ki gözdən uzaq olan, könüldəndə uzaq olur.
    Dedim ki o könülə girdisə gözdən uzaq olsa nə olar?❤️‍🩹

  • @Gul0573
    @Gul0573 7 месяцев назад +2

    Azerbaycanin N 1 stari kilip oz sozunu deyir mahni asililiq yaradir😢❤❤❤

  • @zhajieva
    @zhajieva Год назад +6

    Ayaz Babayev hemişe tərzi ile seçilib. Mahnılarından bir kelime ile kalite yağır. Mahnı insanın o qədər dərin nöqtələrini tuturki. Ne vaxtdan bu mahnını gözləyirdim səbirsizlikle. Çıxdığını biləndə verdiyi sevinci heç neye deyişmerem. Sözlərin melodiyanın zərifliyi bir biri ile həmahəng olması bir başqa səviyyədi🥺 melodiyanın sayəsində 2:53 saniyəlik özümün əsil simamı unudub anlamadıqlarım anlayıb , duymadıqlarımı duyuram. Bir gün Ayaz Babayev olduğu nöqtedende daha elçatmaz yerde olacaq🩶
    Uğurlarınız bol olsun Babayev

  • @ulvimustafazade
    @ulvimustafazade Год назад +11

    Axşam "özünə yaxşı bax" cavabın aldıqdan sonra səhər qarşıma çıxan bu musiqi...🙂

  • @Gulnazsalamzade
    @Gulnazsalamzade Год назад +4

    Mahnı sözləri o qədər çox dərindir ki. Yaxşı ki, sən Ayaz Babayev. ) Həmişə də SəN...🤍

  • @nermin0319
    @nermin0319 Год назад +8

    Klip cidden çox qəşəng alınıb. Elədə bəyənməzdim Azəri müğənniləri. Ama Ayaz Babayevi tanıdıqdan sonra bütün fikirlərim dəyişdi. Dəstəyim sonsuzdu❤️

  • @sfaahmedova8913
    @sfaahmedova8913 Год назад +4

    Son zamanlarda bütün mahnılar bir birnə bənzəyir müsiqisi digər mahnıları xatırladır daha fərqli mahnı görmək istərdim.Uğurlarınız bol olsun.

  • @_daisywoman_
    @_daisywoman_ Год назад +17

    Ayaz Babayev imzalı daha bir möhtəşəm ifa👏 içi özüm qarışıq sizi sevə-sevə dinləyən milyonlarla insanın ruhunda çiçəklər açdı 😌 Daha daha uğurlara Ayaz bəy🙏 siz deyilən hər xoş sözü hər qürurlandırıcı rəyi sonuna qədər hak edirsiniz❤️

  • @sekinenindunyasi
    @sekinenindunyasi Год назад +4

    Miroya ayrıca təşəkkür edirəm ki bu qədər gözəl əsəri sənə həvalə edib ❤️✨
    Çünki səndən başqasına yaraşmazdı💕

  • @nrmin9218
    @nrmin9218 Год назад +6

    Düşdüm bu tələyə, tuzağa sonda 💔
    Geriyə qalan yalnızlıq və kədər oldu..

  • @husoffa
    @husoffa Год назад +5

    Hər dəfə ‘bundan ötəsi olmaz “ deməyimə peşman edən Star kimi Star 😅🫂🫀

  • @aytanaghalarova
    @aytanaghalarova Год назад +1

    Bloggerlerin ad gunu toy statuslarini sirf bu mahnidan bir parca esitmek ucun izleyirdim,mahni da,film de (klipde cunki film dadi var) möhteshemdir,Ugurlar,Ayaz sen cox gozel yerlere geleceksen globala cixmagin da yaxindir!mashaAllah

  • @ilkana5647
    @ilkana5647 Год назад +6

    Klip çox aesthetic dir Mahnı möhtəşəm ikisinin bir-birinə uyumu tək sözlə wow🖤

  • @arifamammdova
    @arifamammdova Год назад +2

    coox mohtesemm🫶🏻❤️. elinize emeyinize saglig🤌🏻🤌🏻

  • @gul.gg.
    @gul.gg. Год назад +2

    Ayaz Babayev bu səs, bu mahnı nədir belə hər mahnınız necə gözəl ola bilər axı?😣
    Çox gözəldir həqiqətən

  • @nrmindmirli4271
    @nrmindmirli4271 Год назад +2

    Hamısı kimi buda çoxxx möhtəşəmdi 😍😍

  • @guleraliyeva9811
    @guleraliyeva9811 Год назад +5

    4 aydir yawadigimi siz 3 degige ogeder gozel canlandirdinizki 🥹 mohtewemsiz😭

  • @Arakne_
    @Arakne_ Год назад +3

    Könüldə yer tutubsa, gözdən iraq olmasının heç bir əhəmiyyəti yoxdur. Onsuz da qəlbindədirsə, haraya getsən onu görürsən. Və bəzən həyat iki insanı, bir-biriləri üçün nə qədər çox dəyərli olduqlarını anlasınlar deyə ayırar. Narahat olma, sənindirsə, başqasına nəsib olmaz. Sadəcə həvalə et və səbr etməyə davam et...🖤

  • @zeynebezizova1110
    @zeynebezizova1110 Год назад +4

    Sevgi varsa,təbii ki məsafə önəmsizdir. Yox yoxdursa,təbii ki gözdən uzaq olan könüldən min dəfə uzaqdı. Yenə də ümid edək heç vaxt məsafə olmasın sevgilərimizin arasında🫀

  • @Khaliloffa_010
    @Khaliloffa_010 Год назад +5

    WOW uğurlar Ayaz Babayev trend 9 olmusunuz inşallah trend 1 olarsınız 😍❤️✨

  • @zeravlad2429
    @zeravlad2429 Год назад +4

    Gundə 50 dəfə qulaq asıram👌

  • @Fyrangiz
    @Fyrangiz Год назад +3

    Sondaki qucaqlashma nece möhtəşəm həqiqi alınıb 😍😍😍çox möhtəşəmdir ister sözləri istər musiqisi 👌🏻

  • @ayselisayva
    @ayselisayva Год назад +5

    Hər mahnı da ayrı bir duyğu, hər cümləsində fərqli bir hiss, hər melodiyası qəlbin dərinliyinə enib, gizlin qalan duyğuları üzə çıxaran fərqli bir aura.... 🤍Bu səs ən yüksəyə qalxmalı, ulduz kimi daha da parlamalıdır. AYAZ, Ulduzun özü sənsən , və səni də parladan, ətrafına işıq saçıb, səni daha da zirvədən göstərən ulduzun çıraqları- bu qəlb oxşayan mahnılarındır🤍 Sevilirsən, mahnıların və gözəl xarakterinlə) Möhtəşəmliklər yaratmağa devam;) ♡

  • @banucick637
    @banucick637 Год назад +2

    ehehehe yene geldim,dünen sizin konsertinizdeki videoları görüb deli oldum o nece möhteşemlikdi axıı,orda olmadığıma göre bir daha pis oldumm,sanırım derdinizden xestelendim ölürem indiii,yaxşki varsız Ayaz Babayevv sizi çox sevirəm uğurlarınız daim olsunnn🖤

  • @fidanehuseynzade8739
    @fidanehuseynzade8739 Год назад +4

    Her gün qulaq asmasam günə başlaya bilmirem 🥹🥹🥹🥹🫶🏾

  • @Alinaaa32
    @Alinaaa32 Год назад +3

    Ayazımmm çox gözel alınıb.Tek qulaq asdığım sensen seninle bütün ruhum sakitləşir sen menim tek seçimim♥️

  • @nuraycebiyeva7779
    @nuraycebiyeva7779 Год назад +9

    Uğurlar Ayaz Babayevv🤩💙Azərbaycanımızın Starıı🌟💙

  • @alliyefa.31
    @alliyefa.31 Год назад +9

    Nə qədər uzaq getsəm belə ruhum sənin yanındadır. 🖤

  • @arzuusahsuvarova6800
    @arzuusahsuvarova6800 Год назад +3

    Necenci dinlemeyimdi unutdumm. Mahni bagimliliq yaradir. Esl zirvelere layiq olan mahni. Yene yaratmisan Ayazimiz😍😍😍

  • @ayselalizade-xe8et
    @ayselalizade-xe8et Год назад +1

    Her kesin bir uzag ola bilmediyi vardir.. ve mahnini dinleyende o insanin aglina geldiyi.. sozler , musiqi möhtesem..

  • @by_khaila
    @by_khaila Год назад +8

    Uzaq olduqlarımız bir zaman ən yaxın olduqlarımız idi..❤️‍🩹

  • @parvin.007
    @parvin.007 Год назад +8

    Əla mahnıdır, gözəl ifadır. Uğurlar!🙏

  • @Luna_168
    @Luna_168 Год назад +2

    Necə bu qədər möhtəşəm ola bilərrrr🥺❤❤❤

  • @aliyeva....
    @aliyeva.... Год назад +2

    Hami dedi uzaq ol men sene inanirdim amma sonda bu sozu sen dedin... bacardigim qeder uzaqa getdim senin bir sozune gore🛫 ➡️ 🇸🇪

  • @banucick637
    @banucick637 9 месяцев назад +2

    baxım gecənin içində gözlərinə səssizcə tutum əlindən🖤

  • @gunelhetemli
    @gunelhetemli Год назад +2

    1 il öncə konsertdə bu mahnını dinləmişdim,o versiyasında Hiss ilə oxuyurdu.Kaş yenə elə olardı, amma belə də möhtəşəmdir. Axır ki, 1 il əvvəlki 1 dəqiqəlik səs kaydını silib mahnın tam halını bu gündən doya doya dinləyəcəm🎉

  • @suracirsadov5825
    @suracirsadov5825 Год назад +4

    Çoooxx gözəldi🥺 bəzən o qədər çox sevirik ki sevilməyi unuduruq mahnı üçün təşəkkürlər Ayaz Babayev🙂❤️

  • @fuad9448
    @fuad9448 Год назад +2

    Uzaq məsafələr kiçik sevgiləri yox edər, böyük sevgiləri isə ucaldar, eynilə küləyin şamı söndürüb, atəşi qaldırdığı kimi.

  • @zeynebbaki1121
    @zeynebbaki1121 Год назад +2

    Mahnıya qulaq asan kimi bilinir müəllifi kimdi🥰👍uğurlar hər birinizə🥰👍

  • @moonlight-dg5yo
    @moonlight-dg5yo Год назад +2

    Ilk səhnə ne gözəl idi, bədənən gedirler ama ruhən orada qalırlar ✨

  • @arifabdullayev2592
    @arifabdullayev2592 Год назад +3

    Hər kəs həyata tek gəlib amma onun tamamlayan ikinci yarıda mütləq gelir dünyaya tapdinsa onu heç vaxt buraxma heç vaxt itirmə çünki hemse yeri gorsenerer ve heç vaxt tapıb doldura bilmezsen yerini🖤🙂...gözəl mahnıdır bu arada xeyirli olsun 👍😊

  • @elnarememmedova1434
    @elnarememmedova1434 Год назад +3

    ❤❤❤ super mahnıdır

  • @banucick637
    @banucick637 Год назад +2

    dunen konsertde cancagazımı gordüm ve sarıldıkk😭😍

  • @firuzexelilova
    @firuzexelilova Год назад +5

    Bizim starimiz herzamanki kimi oz imzasini atdi trendlere🌟❤️

  • @thisispervn2407
    @thisispervn2407 Год назад +2

    Her gözel şeyin ömrü az olur eynen bu mahni kimi

  • @lalalalam6662
    @lalalalam6662 Год назад +2

    Mohtewwemm❤

  • @maharrammammadov7410
    @maharrammammadov7410 Год назад +3

    Bu adam STAR😍

  • @billie9817
    @billie9817 Год назад +10

    Yaxın ol özünə😊(sev özünü,yaşa özünlə, əylən özünlə)Öyrən tənhalıqı .O zaman çox şey əldə edəcəksən inan mənə.

  • @damlatube
    @damlatube Год назад +4

    Klipler hemişeki kimi müq ❤

  • @teranehesenova3303
    @teranehesenova3303 Год назад +2

    Bezen deyilen sozler zamanla yerini tapir cox deyirdiler uzaq ol ondan inanmirdim amma ki zaman subut etdiki uzaq olmaliydim. Gec oldu inaniram toparlanmagi tez olar

  • @aytacmehdiyeva1408
    @aytacmehdiyeva1408 Год назад +5

    Möhtəşəm🔥🔥

  • @Alieva._.19
    @Alieva._.19 Год назад +5

    Əla 💛

  • @mesabina3985
    @mesabina3985 Год назад +1

    Mahnı çox xoşuma gəldi
    Keyfiyyətli mahnıdı deyə bu qədər az izlənib😉👏♥️

  • @gulnarabuzerova4235
    @gulnarabuzerova4235 Год назад +3

    Mühteşem şarkı 🫶🏻

  • @Guniimmmdli
    @Guniimmmdli Год назад +2

    Superdirrrrrr

  • @nuranaaliyeva6137
    @nuranaaliyeva6137 Год назад +2

    Good job 👍

  • @banucick637
    @banucick637 Год назад +1

    baxım gecənin içində gözlərinə səssizcə tutum əlindən🖤💛

  • @validssadqova8213
    @validssadqova8213 Год назад +4

    Neçe defe dinlediyimi unutmuşam artıq🥲 qəlbimin səsinin əks-sədasıdır sanki❤️‍🩹

  • @nuranaaxmedova9228
    @nuranaaxmedova9228 Год назад +2

    Musiqiləri elə ifa edirsizki,insan istəməsədə hər oxuduqunuz musiqinin aurasını yaşayır. Mələk kimi də sevginin ən pik ini yaşamağı ,Uzaq ol ondan da isə lap dağlanıb acı çekməyi hiss edir hər zərrəsində insan. Siz bu işi bilirsiz Star!✨ Nə yaxşı ki,dövrümüzün Sizin kimu ulduzu var. Hər zaman dahada irəli👏🏼🤍

  • @validibrahimova2112
    @validibrahimova2112 Год назад +2

    Sadəcə mükəmməl

  • @aygunquluyeva8814
    @aygunquluyeva8814 Год назад +2

    Klipin sonunda qovusdular sandim .Amma qovusan bedenler deyil xeyallariymis 😔🌼

  • @Raksana150
    @Raksana150 10 месяцев назад +1

    Mahnılarınız çox xoşuma gəlir. Bu qədər izləmə çox azdı

  • @askerovassssss
    @askerovassssss Год назад +49

    Tək kəlimə ilə möhtəşəmmm😍 Uğurlarınınız bol olsunn❤️

  • @editcinizmorcicekgtvar7249
    @editcinizmorcicekgtvar7249 Год назад +2

    Şarkıyı tiktok hesabınızdan kısa kısa dinliyordum çok seviyorum ve artık burdan durmadan dinliycem

  • @lamiyehesenzade1339
    @lamiyehesenzade1339 Год назад +2

    Möhteşemm😍😍😍

  • @breathm
    @breathm Год назад +3

    Chox Gozel bir musiqi Daha!! Butun mahnilarinizi ezber bilirem chox gozeldir hamisi, Bele davam! Ugurlar @Ayaz Babayev❤❤💫💓

  • @kurbanovagull
    @kurbanovagull Год назад +6

    Dinlədim, dinlədim doymadım🤍
    Hüzur verir mahnı, təşəkkürlər Ayaz Babayev💫

  • @gunaybayramova4987
    @gunaybayramova4987 Год назад +2

    Əla əla əla bağımlılıq yaradır sözlər musiqi super.Uğurlar..
    Bu arada saçlar əla yaraşır 👍🏻👍🏻

  • @aitanmehdiyeva1125
    @aitanmehdiyeva1125 Год назад +4

    Super. UGURLAR😍😍

  • @bbzadeaze0683
    @bbzadeaze0683 Год назад +2

    Məncə uzaq olan Sevgi, dahada sevgini alovlanır amma söhbət əsil sevgidən gedir, yoxsa ötəri bir hissdisə uzaq olan kimi bitib gedər

  • @soz_soz370
    @soz_soz370 Год назад +1

    Ayaz Babayev Her defe yeni mahni tegdim edende, deyirem bundan mukemmeli yoxdu,oz mahnilari yenileyir mukemmeliyi her defe oz tegdim etdiyi yeni mahniyla😍❤️

  • @vasilinka_vasilinka
    @vasilinka_vasilinka Год назад +6

    Аяз, песня и клип прям до мурашек 🔥 как бы хотелось, чтобы любящие друг друга люди не испытывали боли от расставаний, недомолвок, а слушали и слышали друг друга🙏 я в твоём клипе увидела то, что пара была на грани расставания из-за каких-то обид, но они нашли в себе силы обнять друг друга и не отпускать любовь♥️ я под впечатлением, спасибо большое♥️♥️♥️

  • @lemanmahmudova4261
    @lemanmahmudova4261 Год назад +2

    cox gozel mohtesem👌

  • @banucick637
    @banucick637 Год назад

    inşALLAH vaxt tez keçerde Bakı konsertinde bu musiqini birlikde oxuyarıq,ayALLAH nolar işim çxmasn konserte gede bilim Aminnn😭🖤

  • @nadyaa.17
    @nadyaa.17 Год назад +7

    Mahnının sözlərinin , hər birinin dərin mənası olması... ¹⁷

  • @kgdkonul
    @kgdkonul Год назад +5

    Uzun zamandır gözlədiyim mahnı❤️‍🩹 🥺 Xeyirli Uğurlu olsun Bro❤️

  • @nubarsalimova7857
    @nubarsalimova7857 Год назад +2

    Ailemin onla danışmağa qoymadıqı bir vaxtda bu mahnının çıxması💔