Mərkəzi Klinika

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024
  • Görkəmli alim, nüfuzlu ictimai xadim, peşəkar oftalmoloq, sədaqətli həyat yoldaşı, qayğıkeş ana və saymaqla bitməyən yüksək mənəvi və işgüzar keyfiyyətlərə malik Akademik Zərifə Əliyeva, Ümumilli liderimiz Heydər Əliyev ilə birlikdə Azərbaycan dövlətçiliyinə, elminə və səhiyyəsinə uzunmüddətli və əvəzolunmaz xidmətlər göstərmişdir.
    Onun, oftalmologiya sahəsindəki elmi araşdırma və fikirlərindən nəinki respublikamızda, eyni zamanda dünyada elm adamları və tibbi mütəxəssislər bu gün də bəhrələnməkdədir.
    Zərifə xanım Əliyeva 1923-cü il 28 apreldə anadan olmuşdur. Bu anım günündə Səhiyyə ictimaiyyətinin bir hissəsi kimi Mərkəzi Klinika kollektivi də, adı milli səhiyyəmizə qızıl hərflərlə yazılmış Zərifə xanım Əliyevanı böyük hörmət və fəxarət hissləri ilə yad edir və xatırlayırıq.

Комментарии •