Rusiyada hakimiyyətdaxili "müharibə" - BAKU TV

Поделиться
HTML-код
  • Опубликовано: 13 сен 2024
  • Rusiyada hakimiyyətdaxili "müharibə" - BAKU TV
    ☑️Aktual xəbərlərimiz
    • QARABAĞ XRONİKASI
    • Playlist
    • Playlist
    Rusiya Federal Təhlükəsizlik Xidmətinin 5-ci şöbəsinin rəhbəri Sergey Basedanın ev həbsindən “Lefortovo” həbsxanasına göndərilməsi bu ölkədəki təhlükəsizlik xidməti işçilərinə qarşı yeni həbs dalğasının başlayacağı iddialarını artırıb.
    Xatırladaq ki, Baseda ötən ay müavini Anatoli Bolyux ilə birgə həbs edilmişdi. Buna səbəb kimi, xaricdəki yüsək çinli məmurları rüşvətlə ələ almaq üçün ayrılan pulun mənimsənilməsi göstərilir. Lakin aydın məsələdir ki, müharibənin qızğın vaxtında belə bir səbəblə strateji vəzifə tutan şəxsin həbsi heç kəs üçün qaneedici səbəb ola bilməz. Baseda müharibə vaxtında həbs edilən ilk yüksək vəzifəli şəxs olduğu üçün onun təcridxanaya göndərilməsi gələcəkdəki repressiyaların hansı istiqamətdə olacağına işıq salır.
    Bu addımların müharibədəki uğursuzluqlara don geyindirmək üçün atıldığını deyə bilərik. Çünki növbəti qurbanın Milli Qvardiyanın rəhbərinin müavini Roman Qavrilov olması bu fikirlərimizi daha da möhkəmləndirir. Qavrilov kəşfiyyat məlumatlarının ötürülməsi və yanacaq israfı səbəbindən həbs edilib. Bu həbsləri anlamaq üçün müharibədən əvvəlki dövrə qısa nəzər yetirmək lazımdır. Krım və Donbasdakı təcrübələrə aldanan Rusiya hökuməti ordularının Ukraynaya daxil olacağı təqdirdə əhali tərəfindən gül-çiçəklə qarşılanacağını düşünürdü. Bu səbəbdən də Baş Qərargahın hücum planında Milli Qvardiya əsgərləri və paraşütçü birlikləri əsas qüvvə kimi istifadə olundu. Nəticədə, təkcə Putinin qısa müddətdə hərbi uğur qazanma istəyi suya düşmədi, həm də o, öz hakimiyyəti üçün paramilitar silahlı dəstə rolunu oynayan gənc əsgərləri itirdi. Qərb mediasında bütün bu iddialar Putinin paranoyası və uğursuzluğunun ört-basdır edilməsi kimi qələmə verilir. Buna baxmayaraq, məsələyə əks mövqedən nəzər yetirdikdə Rusiya prezidentinin narahatlığında heç də haqsız olmadığını görürük.
    Təhlükəsizlik üzrə mütəxəssis Andrey Soldatovun alman mediasına dediyinə görə, hazırda hərbi əks-kəşfiyyat zabitləri ilə bağlı Federal Təhlükəsizlik Xidmətində araşdırmalar aparılır. Bu da birbaşa olaraq xidmətin başçısı Aleksandr Bortnikovun təhlükədə olduğunu göstərir. Brotnikovun adı bir neçə dəfə Putinə qarşı planlanan çevrilişin rəhbəri kimi də hallandırılıb. Hədəfdə olan digər yüksək rütbəli şəxs isə baş qərargah rəisi Valeri Gerasimovdur. Soldatov onu da əlavə edib ki, Kremlin əsas şübhələri ABŞ təhlükəsizlik xidmətlərinin Ukraynaya hücum günü və əməliyyat planı ilə bağlı dəqiq məlumatlara sahib olması üzərində cəmləşib. Bu da təbii olaraq bu iki yüksək vəzifəli şəxsi hədəfə qoyur.
    ☑️Sosial şəbəkələrimiz
    / www.baku.tv
    / bakutvofficial
    / bakutvofficial
    t.me/bakutvxeber
    www.baku.tv
    ©2021 - 2022 © All Rights Reserved ℗ Baku TV
    #Bakutv #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #newsandpolitics #xəbərlər
    baku tv | bakutv | bakutvxeber | xeberler | qarabag | azerbaycan |

Комментарии • 13

  • @elsenmemmedov7755
    @elsenmemmedov7755 2 года назад +8

    Allahın nəhlətinə bəlasına gəlsin Putini bütün rejiminə

  • @АлексСилоров
    @АлексСилоров 2 года назад +7

    Ğələcəyını Kecmışını Uduzdu Rusıya.Царствие небесное.

    • @bmw5744
      @bmw5744 2 года назад

      Geleceyini uduzmadi azerbaycankimi amerikanin dolariyla işdemir avropanin gotu girmir dunyanin geleceyini yazir Russya bu kanala fikir verme Russdara qarşidilar yaniglidilar Russdardan 20 yanvar xocali ona gore Russdara eks gediler tarix boyu russ azerbaycanin beterini sikib axi ona gore

  • @humay66
    @humay66 2 года назад +2

    Həbsxanaya yox cəhənnəmə getsinlər inşallah !

  • @aqataaliyeva8116
    @aqataaliyeva8116 2 года назад +1

    Həyat yalan üstə qurulmayıb ha...

  • @mustafaerkan2995
    @mustafaerkan2995 2 года назад

    Selam

  • @cavidturkoglu1003
    @cavidturkoglu1003 2 года назад

    Dikdatorlara olum

  • @mustafayevrauf8648
    @mustafayevrauf8648 2 года назад +1

    Qarabağ乂❤‿❤乂 Azərbaycandir.!(。♥‿♥。)-Карабах это Азербайджан.! Шуша Душа Азербайджана.!-Ираван , Ханкенди , Зенгазур это исторические земли Азербайджана .(。♥‿♥。)

  • @sahibabiyev8895
    @sahibabiyev8895 2 года назад

    Yüksək çinli məmurlar ne deməkdi

  • @ГУЛАГ_кесен
    @ГУЛАГ_кесен 2 года назад

    РУСИЙА ЧЕЗАЖАК МАЛАЙЫН МЫХЫНА! Мыхы.

  • @axmedaxmedov1587
    @axmedaxmedov1587 2 года назад

    Тезликла дагылсын шарафсиз русийа