LiderXeber.az - İsrailin Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib - 2015

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Polis aksiyaya müdaxilə edib.
    LiderXeber.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Aksiya Beynəlxalq Qüds günü ilə əlaqədar Azərbaycan İslam Partiyasının fəalları tərəfindən təşkil olunub.
    Etiraz aksiyasında 50 yaxın dindar iştirak edib. Polis aksiya iştirakçılarının qətnamə oxumasına mane olub.
    Nümayiş zamanı bir neçə aksiya iştirakçısı saxlanılıb, onlar Yasamal Rayon Polis İdarəsinə aparılıblar.
    Saxlanılanlar arasında Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov, sədrinin müavinləri Akif Heydərli və Vüqar İbayev də var.
    Qeyd edək ki, aksiya zamanı jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməyinə imkan verilməyib.
    LiderXeber.az görüntüləri eksklüziv olaraq sizlərə təqdim edir:

Комментарии • 1