Ağamehdi Mirzəyev - Azərbaycanım | 1/2final | Səs Azərbaycan | 2021

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024

Комментарии • 151

  • @amirpashayev
    @amirpashayev 2 года назад +95

    Keçən həftə Ağamehdi kimdi,nə qədər istedadlıdı gördük.O hər janrda oxuyan peşəkar müğənnidi.Finalda olmalıydı,müzakirəsiz.

    • @zuleyxasuleymanqz8093
      @zuleyxasuleymanqz8093 2 года назад +7

      O vaxt 💎 sizi battle'da seçmədiyi üçün çox təəssüflənmişdim. Amma indi əksini düşünürəm. Yalnış anlamayın, nə demək istədiyimi yəqin ki, başa düşdünüz.

    • @amirpashayev
      @amirpashayev 2 года назад +3

      @@zuleyxasuleymanqz8093 Eyni fikirdəyik))🖤

    • @allahshukuraslan5858
      @allahshukuraslan5858 2 года назад +4

      @@zuleyxasuleymanqz8093 Bu günki seçimdə Emil seçiləndə ona çox pis təsir edəcəkdi. Necə ki Ağamehdi bu gün pis oldu. Yaxşı qurtardı bu qardaş 😂

  • @ahmadbalayev2848
    @ahmadbalayev2848 2 года назад +148

    Brilliant xalq ulduzu ilə səhv salıb layihəni. Gələn il müxtəlif janrlarla işləyə bilən birini gətirin onun yerinə. Demirəm ki heç olmasın bizim mahnılar amma heç olmasa səslərini göstərə biləcəyi mahnılar versin bu nədi day.

    • @RaufM
      @RaufM 2 года назад +3

      Sohbet janrdan getmir, ele bizim mahnilar olsa yaxshidir, sadece duzgun mahni secimi olmalidi

    • @wefiqamemmedova5998
      @wefiqamemmedova5998 2 года назад +11

      Keçən Səs Azərbaycan yarışında izləyicilər şikayət edirdi ki, niyə Azərbaycan mahnısı oxumursuz, elə bil xarici veriliş izləyirik. Xaricilər heç bizim mahnıları oxumurlar. İndi bu Səs Azərbaycanda Azərbaycan mahnılarına üstünlük verildi, yenə narazılıq. İndi də bundan şikayət edilir. Məncə elə öz mahnılarımız oxunsa yaxşıdı. Mahnı da, Ağamehdi də super idi. Uğurlar sizə Ağamehdi!

    • @ayhan3959
      @ayhan3959 2 года назад +1

      @@wefiqamemmedova5998 demirik Arbaycan milli mahnısı olması ama briliantın 90% mahnı seçimi milli mahnıdır və milli mahnılarda asda tempdədir

  • @reshid18
    @reshid18 2 года назад +86

    Ağamehdi finala daha layiq idi. O qədər təcrübə, istedad qaldı qıraqda. Ona görə gedəndə Brilyanta təşəkkür eləmədi, düz də elədi.

  • @caramellaska
    @caramellaska 2 года назад +89

    Careless Whispers’dən Azərbaycanıma keçən Dadaşovanın kafasından istəyirəm :D Bütün yarışma boyunca ətimi tökdü də. Birmənalı finala ən çox layiq ifaçı Ağamehdi idi. Ağamehdini daha çox görmək istəyirəm, ümid edirəm yeni mahnılar çıxarar. Dinləməyənlər üçün - “Sonu yox” mahnısına qulaq asın, replay’da qalacaq 🤙🏻

    • @mauro_navas
      @mauro_navas 2 года назад

      😁 onun kafasından səndə olsa nə edərdin çox maraqlıdır 😄👏👏👏👏👍👍👍

    • @SemaMehemmedli
      @SemaMehemmedli 2 года назад +1

      "Sonu yox" playlistimdədi artıq 👍🏻

  • @fatimeibrahimzade267
    @fatimeibrahimzade267 2 года назад +82

    Bu cür gozel istedada heyif oldu.Ağamehdi siz Finala laiq idiz.

  • @leylacavadova
    @leylacavadova 2 года назад +44

    Ağamehdinin tərzinə uyğun düzgün mahnı seçimi olduğunu düşünmürəm.Ağamehdi Brilyantın komandasında favoritim idi.Böyük finala layiq idi.Ancaq bu gün Emil daha yaxşı ifa etdi...Bura qədər gəlmək də çempionluq idi.Uğurlar!

  • @n.gaccount6325
    @n.gaccount6325 2 года назад +11

    Tebrizden bitun azerbaycana ve garabaga selamlar.gardas bacilarim sizi cox seviram.allah sizi saklasin.guney azerbaycandan sevgilerimle.💋❤👏👏👏👏

  • @rin-np1ss
    @rin-np1ss 2 года назад +21

    Agamehdi, finala sən layiq idin. Brilliantın adam kimi qərar verəcəyi heç kimə inandırıcı gəlmirdi onsuz da

  • @kuruvaziyer
    @kuruvaziyer 2 года назад +14

    Can kurban olsun Azerbaycanımıza. İstanbuldan sevgiler ❤️❤️🇹🇷🇹🇷🇦🇿🇦🇿❤️❤️

  • @kamrantagizade3608
    @kamrantagizade3608 2 года назад +60

    Vizyonsuz ustadin potensial finalisti mehv etme çalişmasi:

  • @is.valizadah5151
    @is.valizadah5151 2 года назад +186

    Briliyant yenə düzüb elqızlarını Kürqırağına.

  • @elchinguliyev9158
    @elchinguliyev9158 2 года назад +16

    O möhtəşəm "Xəzərin sahilində"n gör hara gəlib düşdü ((. Bir ustad bir iştirakçını necə məhv edə bilərin tərifi göz qabağında. Heyf.
    Təsəvvür edin Agamehdi Muradin, ya da Eldarin komandasında idi, indi nələr oxutmuşdular ona.

  • @allahshukuraslan5858
    @allahshukuraslan5858 2 года назад +34

    Ağamehdi siz çox gözəl meğənnisiniz. İstedadlısınız. Boş verin. İncəsənət elə bir sahədir ki, Orada tanışlıq olsada əgər istedad olmasa müğənni irəli gedə bilməyəcək. Siz zatən müğənnisiniz. Allah sizə yardımçı olsun.

  • @narminjamal6067
    @narminjamal6067 2 года назад +18

    İlk dəfədir ki, bu layihə üçün rəy yazıram İstedadlı iştirakçılar əksərən finala doğru gəliblər digər komandalarda. Amma sizin tək şanssızlığınız Brilliantın komandasına düşmək oldu. İlk mahnı seçimlərindən bəlli idi potensialınızı göstərməmək istəyi. Tək sizin üçün də deyildi bu. Əmraha da eyni planı tətbiq etdi. Bu buraxılışda isə necə oyun qurduğunu hər cümləsi ilə hiss etdirdi.
    Ağamehdi, sizi təbrik edirəm. Həm gözəl ifanız, mədəniyyətiniz, həm də o səhnəyə ən gözəl şəkildə vida etdiyiniz üçün. Bundan sonrakı yolunuz çox uğurlu olsun! 💫

  • @alenosad
    @alenosad 2 года назад +25

    Bu geyimlə məşgul olan şəxs vaxtı olanda Azərbaycanın xalq geyimlərini öyrənsin. Əgər Azərbaycanlıdısa. Ağamehdinin əynindəki paltar hindistandan gəlib? 😅

  • @zuleyxasuleymanqz8093
    @zuleyxasuleymanqz8093 2 года назад +15

    Amrah, Cəbrayıl və Ağamehdi kimi potensiallı iştirakçıların bu layihədə düzgün münsif seçimi etməməsinin nəticəsi:

  • @ismayilsh
    @ismayilsh 2 года назад +25

    Sanki Brilliant xanım sırf Ağamehdi finala keçməsin deyə bu mahnını seçib

  • @aytacquluyeva1557
    @aytacquluyeva1557 2 года назад +7

    Ehline denk gelmeyen her şey ziyan olur,can da, inci mercan da
    Heyif bu inci səs bu münsifin komandasında ziyan oldu.Ağa Mehdi sizə uğurlar, inci hər zaman dəyərini özündə saxlayar.☘

  • @orkhanalbush3915
    @orkhanalbush3915 2 года назад +34

    Çox gözəldi belə yarışmada Azərbaycan mahnısı, milli alətlər eşitmək! Çox gözəl oxudu xəstə olmasına baxmayaraq, muğam hissəsi möhtəşəm idi, amma aranjımanı elə də bəyənmədim!

    • @neslihanhumbetli
      @neslihanhumbetli 2 года назад +3

      Nəhayət, bir adam müsbət fikirlər bildirdi. Sizə təşəkkür edirəm

    • @allahshukuraslan5858
      @allahshukuraslan5858 2 года назад

      Bəli aranjiman 0. Zərb alətinin səs yüksəkliyi həm Ağamehdinin həm də ön müşayətdə olan tarın səsini batırırdı. Hətda mən bəzi yerlərdə ön müşayətdə pianonu da eşitdim. Yani musiqinin xarakterinə uyğun deyildi aranjiman.

    • @allahshukuraslan5858
      @allahshukuraslan5858 2 года назад +4

      Muğamı da əla ifa etdi. Bir yerdə səhf etdi. Brilliant xanımın əl hərəkətində də bilindi. Kuplet bitəndə mahnını uzatdı deyə növbəti kupletə girişdə səs çatmadı. Ona görə də səs qırıldı elə bil. Yani loru dildə dedim. Yəqin ki, fikrimi izah edə bildim. Amma yaxşı oxudu. Və rəqibindən daha laiq idi Finala. Ağamehdiyə uğurlar !

  • @vusalsirin-ov8534
    @vusalsirin-ov8534 2 года назад +18

    Brilyant sanki qesden bele edir ki finala kecmesin Aqamehdi.Yarimfinalda bu ne mahni idi?Yaziq usaq neyleye biler bu mahniyla?Usaq da oxuyar bu mahnini.Nebilim e

  • @nargizallahverdi4783
    @nargizallahverdi4783 2 года назад +3

    Ağamehdi, siz dəfələrlə musiqi yarışmalarında iştirak etmisiz və uğurlu çıxışlarınızla həmişə yadda qalmisiz. Artıq peşəkar ifaçısısiz və bunu sübut etmək üçün yarışmalara qatilmaniza ehtiyac yoxdu. Adı üstündə yarışmadir və hər an hər şey ola bilər, bu sizin peşəkarlığınıza şübhə doğurmur. Sözsüz ki finala və qalib olmağa layiq idiz. En əsası odur ki, sizi bundan sonra da öz mədəniyyətiniz və zövqlü mahnilarinizla daima səhnələrdə görək! ❤️💪

  • @gonchaa0_0
    @gonchaa0_0 2 года назад +32

    Mahnı çox yaxşı ola bilər, amma həqiqətən Ağamehdiyə ,özü də yarımfinal turunda veriləcək mahnı idi? Bunun onun tərzinə heç uyğun olmadığını düşünürəm,çünki mənim ağlım hələ də Ağamehdinin 1ci turda oxuduğu ifadadı.
    Keçən turdakı mahnıdan sonra bu turda maraqlı şey gözləyirdim...

    • @vusalsirin-ov8534
      @vusalsirin-ov8534 2 года назад +2

      Yazıq usaq neylesin,ustadi detski mahnilardan sırıyır yarışma başlayandan.

    • @allahshukuraslan5858
      @allahshukuraslan5858 2 года назад +1

      @@vusalsirin-ov8534 Vüsal bəy mahnı gözəl mahnıdır. Dahi bəstəkar Faiq Sücəddinovun mahnısıdır. Ağamehdi də normal ifa etdi. Muğam hissəsini də layiqli ifa etdi. Düzdü ola bilər hardasa formata uymasın. Amma mahnı gözəl mahnıdır.

  • @sefahhasanova2248
    @sefahhasanova2248 2 года назад +29

    Heç olmasa finala Ağamehdi keçsəymiş! Ən azından Emil kimi mimikasız monoton oxumur ,həm də səs rəngi daha xoşagələndi ☹️

    • @vusalsirin-ov8534
      @vusalsirin-ov8534 2 года назад +10

      Siz saydiqinizi sayin.Brilyanta toylarda para lazimdi.Emili secdi ona gore.

  • @hlimisgndr5487
    @hlimisgndr5487 2 года назад +7

    Keçən həftə Ağamehdinin öz seçimi olan "Careless whisper"də ifasını,onun səsinin müxtəlif rənglərini aydın eşidə bildik. Bu da o deməkdir ki,bugünki ifasının seçimi tamamilə özünə aid deyildi,özü seçsə daha çətin bir əsər seçərdi. Ağamehdiyə heyif olmadı,o zaten tanınır,sevilir. Eybi yox , biz də izin verək məşhurlaşdırmaq istədiklərini məşhurlaşdırsınlar😌

  • @allahshukuraslan5858
    @allahshukuraslan5858 2 года назад +4

    Həm də müşayiət də xoşuma gəlmədi. Zərb alətinin səsindən başqa səs pis eşidilirdi. Tar itirdi. Görüntü ilə tarı göstərməsəydilər eşitməzdik. Amma bununla belə Ağamehdi ifa etdi. Bravo sənə Ağamehdi.

  • @agshinsanili505
    @agshinsanili505 2 года назад +2

    Deyesen, bu mohteshem ‘ustad’in aciq-aydin favoriti var idi. Onu da finala apardi...
    Ugurlar, Aghmehdi! Cox istedadli ifachidir ve finala layiq idi! 👍🏼
    Insha Allah novbeti sezonlarda bir de Brilyant xanimi gormerik. Onun bu yarishmada yeri yoxdu

  • @heybetadam
    @heybetadam 2 года назад +15

    Yaşa Azərbaycan! 🇦🇿🇦🇿🇦🇿

  • @aytachsnzad8344
    @aytachsnzad8344 2 года назад +5

    Ağamehdi, siz onsuzda ilk çıxışınızla öz sözünüzü demişdiniz. Möhtəşəmsiz! Uğurlar sizə❤

  • @suraibayeva
    @suraibayeva 2 года назад +10

    Careless Whisperi indi oxuyardı gərək. Adamı harcadılar bildiyin.

  • @ritamecidova
    @ritamecidova 2 года назад +32

    Səs Azərbaycan, çox xahiş gələn səfər müsiflər heyətində Briliant xanım olmasın. Və mütləq Sevda Ələkbərzadə mütləq olmalıdır. Musiqidən səl başı çıxan sənətkarı çox görmək istərdim.
    Oxuyan oğlan da qəşəng oxudu. Sağolsun.

    • @nurlannuraliyev7748
      @nurlannuraliyev7748 2 года назад +1

      İlk gündən mən də yazıram bunu) Sevda xanım bu yarışmaya çox uyğundur👍

  • @nara6263
    @nara6263 2 года назад +20

    Brilliant artlq neçə həftədir bilir ki, finala kimi aparacaq. Qərarını açıqlamadan öncə dedi ki, Ağamehdinin gülən gözləri yadıma düşəndə fikirləşdim ki, mən bu uşağl necə ələyəcəm. Bu il səs Azərbaycanın finalçısı Emil olsa təəccüblənməyin. Ordan da bir başa Eurovisiyaya ....eeey bağışlayın Toyvisiya səhnəsinə gedəcək.

    • @allahshukuraslan5858
      @allahshukuraslan5858 2 года назад +1

      Yaxşı ki, eurovision müsabiqəsinin bu layihəyə dəxli yoxdu. Qanımız qaralardı.

  • @Ayten_Sultanova.
    @Ayten_Sultanova. 2 года назад +14

    Finala agamehdi layigdi emil ina reqib deyil ama brilyant xanim emili sececey mence bele basa dusuremki emili brilyant xanimla bagliyan tanislig dostlug qohumlug nese var onagörede bu yere qeder getirdi onu.Agamehdi ugurlar yenede umid edek secime

  • @rua.r.q6593
    @rua.r.q6593 2 года назад +5

    Ağamehdi əla ifaçısınız. Hərtərəfli.Sizi dinləmək xoşdur. Uğurlar arzulayıram. Səviyyəsiz mahnılara qulaq asan biri qalıb seçildi Brilliant Dadaşova tərəfindən. Sadəcə ayıbdır. Biabırçılıqdır. Amma sizin mahnıları hamı dinləyəcək Ağamehdi.Qalib sizsiniz bizim üçün. Uğurlar.

  • @jalemuradova2610
    @jalemuradova2610 2 года назад +8

    Brilliyant xanim,neyniyirsiz siz? InsaAllah gelen il olmarsiz orda

  • @mehribanquliyeva1454
    @mehribanquliyeva1454 2 года назад +3

    Mawallah

  • @esmirataghiyeva7908
    @esmirataghiyeva7908 2 года назад +3

    Очень талантливый молодой человек, удачи ему!

  • @nigargadashova6331
    @nigargadashova6331 2 года назад +15

    Агамехти был достоен. Несправедливый выбор!

    • @milkamilka8403
      @milkamilka8403 2 года назад +1

      Нет, считаю, что Эмиль был лучше.

  • @suraibayeva
    @suraibayeva 2 года назад +7

    Ölkədəki zibil dayday sistemi yığışdırılsaydı day. Cana doyduq!

  • @masmamutallimova7552
    @masmamutallimova7552 2 года назад +16

    Daha tam emin olduq ki, Brilyant xanim "neyese" gore Emili secdi. Bunun basqa aciqlamasi yoxdur.Agamehdi professional ifacidir, nece onu secmemek olar???
    Shame on you, Brilyant!!!!

  • @fidanyusifova8302
    @fidanyusifova8302 2 года назад +1

    Cox heyiff. Ağamehdi Briliyantin kamandasina gəlməylə cox səhv etdi. Bəlkə digər ustadlarin kamandasinda olsaydi onu finala aparacagdilar. Çoxx heyif finala laiqli işdirakci idin sən həqiqətən. Bundan sonraki həyatinda ugurlar!❤️

  • @user-ym3ko2bw1s
    @user-ym3ko2bw1s 2 года назад +10

    Я не довольна выбором Бриллиант Дадашева. Эмиль Тагиев очень плохо пел, а Агамехди супер. Да на его лице было переживание. Почему она не сдержала свое слово сама сказала Агамехди Мирзоев чемпион

  • @fuadhamishayev2096
    @fuadhamishayev2096 2 года назад +1

    SHAHANE !

  • @avers8540
    @avers8540 2 года назад +1

    Brilliant Ağamehdiyə uyğun olmayan musiqilər seçib məhv elədi. Favorimlərimdən biri idi. heyif !

  • @laleqacayeva6481
    @laleqacayeva6481 2 года назад +3

    4:04 cü dəqiqəyə fikir verin. Tünzalə xanım Ağaməhdiyə görə bu mahnı verildiyinə görə necə heyfislənir. Eyni zamanda xəstə olduğuna ve potensialini göstere bilmədiyi üçün. Amma finala Ağamehdi layiq idi.Briliant xanim yenə bizləri heyfisləndirə bildi

  • @leylarubyjane
    @leylarubyjane 2 года назад +15

    Ay 💎 düşsün başına 🪨. Potensial finalisti gör necə məhv elədin sən özdə kimə görə? Toylar kralı monoton qırmızıpapağa görə. Get ay 💎, arxancada böyük bir qaya getsin gəlmə heç

  • @Sabina2810
    @Sabina2810 2 года назад +7

    biz turklere subut etmeye çalisiriq,azeri adinda millet yoxdu,bize bele demeyin.Ağamehdide deyir ki,azeriyem men😂 zarafat-zarafat Emil finala da keçdi)İlqar da getdi,sen de getdin.favorilerimden qaldı Nadirle Sebine.bundan sonra da ugurlar sene Agamehdi!

    • @nargiz.blog_2902
      @nargiz.blog_2902 2 года назад

      Səbinə də gedəcək təəssüfki((

    • @Sabina2810
      @Sabina2810 2 года назад

      @@nargiz.blog_2902 Tunzalenin menasiz Hidayet sevgisi başımıza bela olub da(

    • @nargiz.blog_2902
      @nargiz.blog_2902 2 года назад

      @@Sabina2810 vallah. Mən də təsadüfən öyrəndim (

    • @Sabina2810
      @Sabina2810 2 года назад

      @@nargiz.blog_2902 super oxudu e

    • @nargiz.blog_2902
      @nargiz.blog_2902 2 года назад

      @@Sabina2810 çox beyəndim mən də. Briliyant Dadaşova qızın keyfinu pozdu. Cox detode olubmuş guya.

  • @rasimgurbanov7174
    @rasimgurbanov7174 2 года назад +1

    Möhtəşəm 😍😍😍

  • @vusalsirin-ov8534
    @vusalsirin-ov8534 2 года назад +9

    Hecne demirem.Haram olsun Brillianta.

  • @aygunagalarli2712
    @aygunagalarli2712 2 года назад +1

    Bu mahnida oglan özunu narahat hiss edir mence.sesine de oturmur.şedevr mahni olmalidi musabiqenin bu merhelesinde.

  • @guliyeevas3887
    @guliyeevas3887 2 года назад +1

    Brilliyant xanım doğru seçim etdi. Bu oğlan bu mahnını heç yaxşı oxumadl əzizlərim. Düzdü mahnı çox çətin mahnıdı. Ama zilə qalxa bilmədi əzizlərim

    • @SamsungGalaxy-fn4tq
      @SamsungGalaxy-fn4tq 2 года назад

      Ezizim,eşitdiyime ģöre Agamehdi cox pis xetstelendi o gün, orda olanlarda bilir, Murad da vurguladi. Brilliyant xanim ona yardim edib ,sehniye çixib .Üzünende ,sesinden de bilinir. Ona görede bele alinib ifa

  • @doctorgunel1811
    @doctorgunel1811 2 года назад +2

    Ağamehdi niyə seçilmədi?Bu da ədalət 😐

  • @royalh9526
    @royalh9526 2 года назад +1

    Duwnuremki Istedad baxmindan eyni zamanda bir neçe janrda oxuya bilen Ağamehdi Birliantin komandasinda en yaxwi idi.finalada o laiq idi.

  • @elvinabdurahmanov6853
    @elvinabdurahmanov6853 2 года назад

    Yarimfinalda Cəbrayıl və Ağamehdi rəqabəti izləməli idik biz. Emil açıq aydın bu iştirakçılar arasında finallıq deyildi. Güman edirəm gələn illərdə bu yarışmada əsl,düzgün qərarlar ,mahnılar verə bilən Jüri seçilər

  • @elcinferzeli9606
    @elcinferzeli9606 2 года назад +2

    Bu mahnini ele Briliyyant xanimin komandasi ifa etmeliydi!❤

  • @samsung176
    @samsung176 2 года назад

    Ağamehdi həqiqətən çox şirin oxuyur. Finala layiq idi . Ama bu mahnı ilə finala keçmək çətindir. Və bilərəkdən belə seçilib

  • @elnurelnur6570
    @elnurelnur6570 2 года назад

    👍👍👍

  • @vusalzeynalov4855
    @vusalzeynalov4855 2 года назад +2

    Ağamehdı ölmədin bu günüdə gördün 😀Dadaşava nə etmək istəyir?

  • @iililand-ilahe4122
    @iililand-ilahe4122 2 года назад

    Yene gozel bir istedad. Yarismani terk ede biler amma diger terkedenlere de dediyim kimi biz qazandiq. Onlari qazandiq. Bu seviyyeye qeder gelenler bundan evvelki turda terkedenleri de vurgulayacam ki sagollassalar da mohtesem idi her biri. Qisaca gelen il secim edende size gozel mahnilar verecek jurileri secin. Ugurlar

  • @Englishwayoflife
    @Englishwayoflife 2 года назад +2

    Yəqin keçən dəfə Agamehdinin ifasını hamı çox bəyəndi,Emilin isə yalnız qırmızı papağı müzakirə olundu deyə belə bir şey eləyib Brilyant xanım... Heyif .

  • @maryam-k
    @maryam-k 2 года назад

    Bu mahnını oxumaq üçün xüsusi bir səsə sahib olmağa ehtiyac yoxdur, oxunması çox asan mahnıdır. Ona görə də yarım finala uyğun deyildi. Öz dilimiz deyənlərə, bizim oxunması çox çətin daha zövqlü mahnılarımız var, onları seçə bilərdi Brilyant xanım

  • @aygunrahman
    @aygunrahman 2 года назад +1

    2015 də Ağamehdi yığıb sürümüşdü səhnəni. Bu il Martılar oxutdurdu Brilliant xanım ona heyif:( Ağamehdi bu deyil. qalib olmayacaqdı bəllidir. Amma Finala layiqdir təbiikidir. "Nəyəsə" görə keçə bilmədi. Azərbaycan qanunları...

  • @alptegin4086
    @alptegin4086 2 года назад

    Gozəl mahnidir. Sadəcə Emil oxusaydi keskə bu mahnini. Qardas da xəstələnib zatən burnunda oxudugundan bəlli oldu.

  • @mirsalehasgerov9830
    @mirsalehasgerov9830 2 года назад

    Brilliantı gələn il bu yarışmada görməmək ümidi ilə..

  • @kerimli1561
    @kerimli1561 2 года назад +2

    Bextiyar vahabzade demişken
    Azəri yox biz türkük 🇦🇿

  • @nasimivali3873
    @nasimivali3873 2 года назад +2

    Azərbaycan gözəl diyar ancaq hiss edirəm Briliant xanım gizlində dərinliklərdə Hitlerə rəğbət bəsləyir,biraz turançılıq ideyaları çoşur və biraz daha çox Payitaht Abdulhamid izləyir.

  • @abdullayevazulfiyy3722
    @abdullayevazulfiyy3722 2 года назад +2

    Gələcəkdə yəni yeni proyektlər də Sevda Ələkbərzadə olsa daha yaxşı olar

  • @sitaredavudova8876
    @sitaredavudova8876 2 года назад

    Finala az qalıb. Bu nə mahnıdır axı ? Belə sadə mahnı seçilməməli idi. Briallantın məqsədi iştirakçını uduzdurmaqdır , deyəsən. Bu mahnıda xüsusi səs tələb olunmur axı. Hər bir azərbaycanlı oxuya bilər bu səviyyədə.

  • @pianistsamedova8138
    @pianistsamedova8138 2 года назад

    Həvəssiz oxuyur. Finala yaxın niyə belə bir mahnı.. anlamadım ☹️

  • @Jj-cn9rb
    @Jj-cn9rb 2 года назад +1

    Brilyanti juriden goturun ,cox seviyesiz bir adamdi

  • @vusalaliyev8513
    @vusalaliyev8513 2 года назад

    bunu seçməyib manıs Emini finala aparan Brilliant

  • @Blakeblade-zd7tt
    @Blakeblade-zd7tt 2 года назад

    Bu boyda oglani ne gune qoydue Brilliant🤦‍♂️ heyf senden

  • @tamerlanbaxisli5309
    @tamerlanbaxisli5309 2 года назад

    Çox gözəl ifa,tecrübeli ifa, ama mahnı tonallığı aşağı olduğunnan enerjini çatdırmağ çetin olub, sehetiynen bağlı problem olsada 1 ton yuxarı oxuya bilerdi. Onada yeqinki risk etmiyibler,heyif. Uğurlar Ağamehdi✊

  • @cagrklc4075
    @cagrklc4075 2 года назад +3

    Azeriyem men yok Türkem men daha yaxşı olardı :)))

  • @ibtidai_metodika_hazirliq
    @ibtidai_metodika_hazirliq 2 года назад

    Heyf ki.... ((((. Uğurlar Mehdi daha gözəllərə layiq idin.

  • @kerimli1561
    @kerimli1561 2 года назад +2

    Azəri deyiləm türk oğlu türkəm🇦🇿

  • @aynurhuseynova9047
    @aynurhuseynova9047 2 года назад

    Mahni oturmur soze

  • @earendel8873
    @earendel8873 2 года назад +1

    Nolube hamısı xəstədi, özünüzü qoruya bilmirsiz? Özüdə siz iştirakçılar 🤦🏻‍♂

  • @gulwenfaracova1058
    @gulwenfaracova1058 2 года назад

    Dəhşət. Bu nə mahnıdır???
    Əziz Ağamehdi, Nadirin ən güclü rəqibi sən idin. Niyə bu mahnını seçdin? Axı final mahnısı deyil.

  • @ulvisuleymanov7960
    @ulvisuleymanov7960 2 года назад

    Brilliantin uzur videosunu gozluyuruk, maska cenesininan altinda mutleq olsun 😄

  • @azarazimov8538
    @azarazimov8538 2 года назад

    Ele bil Ağamehdi özü de artıq hiss elemişdi kenarlaşdırılacaq çooox üreksiz, hevessiz oxudu.

  • @vusalerustamova6378
    @vusalerustamova6378 2 года назад

    Əgər yarışmaçı 5-6 mahnıdan yalnız 1-də özünü göstərə bilirsən, digərlərində tamaşaçıya enerji verilmirsə, deməli artıq getmək vaxtıdır. Əmrah və Ağamehdi məhz o yarışmaçılardan idilər. Özlərini digər janrlarda olan mahnılarda göstərə bilmədilər. Günahı mahnılarda axtarmaq lazım deyil, məncə.

    • @ismayilsh
      @ismayilsh 2 года назад +1

      Bəs Emil? Ancaq eyni tip mahnılarda özünü göstərdi, bir dəfə də olsa fərqli mahnı verilmədi

    • @vusalerustamova6378
      @vusalerustamova6378 2 года назад

      @@ismayilsh Emil heç ee. Cəbrayıl Rəsulov olan komandada Emilin finalist olması başqa bir aləm mövzudur.

  • @leylaaga2839
    @leylaaga2839 2 года назад

    Agamehdi finalda olmali idi sehv secim etdi

  • @aidajasminka2592
    @aidajasminka2592 2 года назад +6

    Bura Azərbaycandır.Xarici ölkə deyil ki bütün mahnılar ingilis dilində olsun.Biraz özümüzə hörmət edək.Həm xarici həm Azərbaycan dilində çox gözəl oxuyur

    • @is.valizadah5151
      @is.valizadah5151 2 года назад +4

      Məsələ mahnının azərbaycanca və ya xarici dildə olması deyil. Məsələ təqdimatdır.
      Əmrah Musayev də ilk turda öz dilimizdə mahnı oxumuşdu ("Sev"). Ona kimsə nəsə dedi?!
      Məsələ budur ki, bu səhnəyə araxçın, kələğayı, çuxa (onun da kitayski versiyası) ilə çıxanda absurd görünürsən. Bunu bizim Briliant başa düşmədi və ya dünyagörüşü bura qədər çatdı.
      P.s: Ağamehdinin istedadıba şübhəm yoxdur. Gözəl səsi, geniş repertuarı, böyükistedadı var. Müzakirdə edilən ona təklif olunan bu konseptdir.

    • @aidajasminka2592
      @aidajasminka2592 2 года назад

      @@is.valizadah5151 Sev elə xarici mahnı kimidi sadəcə öz dilimizdədi sözləri).Mən Milli mahnını nəzərdə tutdum.Öz tariximizdən, mədəniyyətimizdən aralanmaq düzgün deyil.Bütün öndə gedən ölkələr yalnız öz mədəniyyətləri ilə tarixləri ilə tanınırlar.Özümüzü baqasına oxşatmaqla bizi heç kim tanimaz.

    • @is.valizadah5151
      @is.valizadah5151 2 года назад +4

      @@aidajasminka2592 Kim dedi mədəniyyətimizdən aralanaq?
      Bəli araxçında, çuxa da, buxara papaq da bizimdir. Amma onların yeri muzeydir. Baxıb keçmişimizlə iftixar etmək üçün.
      Bütün mədəni ölkələrin Voice'na baxın. Görün hansı birində səhnəyə milli geyimdə çıxırlar?!Ya da kiminsə çıxıb İngiltərənin gur çatmaqaş, gen sinə oğlanlarından, İtalyanın başı qarlı dağlarından, Almaniyanın gen düzlərindən oxuduğunu görübsüz?!
      Təqdimatda bayağılığa yol vermək olmaz.

    • @mirsalehasgerov9830
      @mirsalehasgerov9830 2 года назад +2

      Azərbaycan mahnıları milli mahnılardan ibarət deyil))

  • @narminhuseynova3438
    @narminhuseynova3438 2 года назад

    ay Briliant xanım kim secir bu musiqiıəri?yaraşmır axı onun tərzi deil

  • @High.Five_Good.Vibess
    @High.Five_Good.Vibess 2 года назад +1

    *AGAMEHDI* panyatkali ushaqdiu, harda ne mimika jestika edeceyini bilir. ozu bildi ne deyirem. sozu deyendi . hereketiyle bildirir

  • @ceyhunismailov1974
    @ceyhunismailov1974 2 года назад

    Deli olacam ey Briliant xanim ele bil Agamehtinin gestine durub secdiyi mahnilarla nitekimde arzusuna catti

  • @jemma19711
    @jemma19711 2 года назад

    Agamehdi sesin , oxumagin cox gozel amma geyindiyin bu kostyum sene hec yarawmadi, belke olcusu duzgun deyildi neydi bilmirem amma ilk baxiwdan hiss olundu ki, finalliq deyil.

  • @gunayefendiyeva2765
    @gunayefendiyeva2765 2 года назад +1

    Emildən daha üstün idi.

  • @laleqacayeva6481
    @laleqacayeva6481 2 года назад

    görəsən yazıq usaqlar Briliant xanim mahni verende necə razilaşirlar. Mütləq ureklerinde narazi olurlar🤦

  • @gulshenismailova4382
    @gulshenismailova4382 2 года назад

    Yaxşı etdin brillianta təşəkkür etmedin, düşmür onsuz))

  • @sevincevliya9598
    @sevincevliya9598 2 года назад

    Bax bu səbəbdən də B.Dadasova güclu iştirakçılari yola saldı.Cunki onlar o qədər də ipə-sapa yatan insanlara bənzəmirdi,əsasən də Cəbrayıl.Amma finala qalan üzüyola uşaqlara nə istəyirsən oxut.

  • @vefa9951
    @vefa9951 2 года назад

    Briliant tebii ki yene teeccüblendirmedi.. Ağamehdi kimi bir ifaçıya yarım finalda verilecek başqa bir mahnı yox idi ?

  • @gullugul8348
    @gullugul8348 2 года назад +1

    Həvəssiz ifa və səsinə oturmayan mahnı Yalnış mahnı seçimi

  • @eldarjafarov597
    @eldarjafarov597 2 года назад

    Mahni sesine uygun deyil axi. Insan 9 dene janrda oxuyur. Verdikleri mahniya bax.

  • @elmar-1829
    @elmar-1829 2 года назад

    Brilliant söz tapmıram artıq sənə , bu nəyin kafasıdı ? Günah səni ora oturdandadı )

  • @neslihanhumbetli
    @neslihanhumbetli 2 года назад +3

    Super, amma favoritim Emildir. Emil seçilsə, çox sevinərəm.❤🙂

  • @faberlicagdasvusal4114
    @faberlicagdasvusal4114 2 года назад

    Ağamehdi bu mahnı sənlik deyildi. Yenədə başarılar.

  • @emil7503
    @emil7503 2 года назад

    Cox hevessiz oxuyurdu mahnini ele bil istemir bu mahnini oxumaq , gozel sesi olan birine hansi mahni verildi yarimfinalda 🤦🤦🤦

  • @caucasianbureau3057
    @caucasianbureau3057 2 года назад

    bu nə mahnıdı veriblər Ağamehdiyə? 🙄 Hətta nə qədər zəif mahnı olsa da Ağamehdi Emildən artıq çıxış elədi. Ağamehdi layiq idi bu cütlükdən. Brilliant bütün zibil elədi də müsabiqəni. Hamının əsəbi ilə oynadı da bu xala. Həm özünə, həm emilə nifrət qazandırdı.

  • @aidajasminka2592
    @aidajasminka2592 2 года назад +1

    👍👍👍