Gəgəli bələdiyyəsinin "Sıfır tullantı" vebinarı | 30.03.2024-cü il

Поделиться
HTML-код
  • Опубликовано: 25 авг 2024
  • 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bizi kənd yerlərində, bələdiyyə ərazilərində sıfır tullantı məlumatlılığının artırılmasına həvəsləndirir. Türkiyə Cümhuriyyətinin birinci xanımı Əminə Ərdoğanın 2018-ci ildən başlatdığı Sıfır tullantı hərəkatı qlobal əhəmiyyət qazanıb. Türkiyədə son illərdə sıfır tullantı nəşrləri, informasiyaları artır, məktəblərdə tədris olunur və müəssisələr bu istiqamətdə sertifikatlar əldə edirlər. 2022-ci il noyabr ayının 11-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Özbəkistan Respublikasının Səmərqənd şəhərində “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” sənədini imzalayıb. Məqsəd Paris Sazişindəki və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyindəki hədəflərə nail olunması istiqamətində tükənən ehtiyatların səmərəli istifadəsinin təşviqi və təkrar istifadəsi, eləcə də tullantıların yaranmasının təkrar emal vasitəsilə azaldılmasıdır. Ümumiyyətlə, tullantıların dayanıqlı idarə olunması ilə resursların səmərəliliyi və iqlim dəyişikliyi arasında güclü əlaqənin olduğu qəbul edilir. Həmin sənədi imzalamaqla Mehriban xanım Əliyeva Azərbaycanda sıfır tullantı yanaşmasının təbliğ olunması və qabaqcıl təcrübələrin paylaşılmasını vəd edir. Sıfır tullantıya nail olmağın yolu bu sahədə informasiyaların əldə edilməsindən başlanır. Ağsu rayonu Gəgəli bələdiyyəsi "Sıfır tullantı kəndi" və "Sıfır tullantı evləri" layihələrini başlatdığını elan edir. Bu məqsədlə yerli sakinlərlə əməkdaşlıq müqavilələri imzalanır. Müqaviləyə görə tərəfdaş - kənd sakini Gəgəli bələdiyyəsinin sıfır tullantı kəndi və sıfır tullantı evlərinin yaradılması layihəsinə qoşulur. Sıfır tullantı üçün evindən çıxan məişət tullantılarını yaş, quru, bərk və uşaq bezləri olmaqla dörd qrupda çeşidləyir. Bələdiyyənin Təmiz kənd müəssisəsi çeşidlənmiş məişət tullantılarını ayda dörd dəfə həftənin cümə axşamları olmaqla daşınması xidmətini göstərir və sıfır tullantı tərəfdaşının çeşidləmə işinin davamlılığını qeydə alır. Bələdiyyə ilin sonunda təşkil edəcəyi “Sıfır tullantı tərəfdaşı” mükafatlandırmasında sıfır tullantı layihəsində iştirak edən tərəfdaşlara seçim əsasında pul mükafatları verəcəkdir.
    30 mart Dünya Sıfır Tullantı Günü münasibətilə Gəgəli bələdiyyəsi Türkiyə Cümhuriyyəti Konya Səlcuqlu bələdiyyəsi İqlim dəyişikliyi və sıfır tullantı idarəsi Kompost istehsal mərkəzinin rəhbəri ətraf mühit mühəndisi Əbdürrəhman Cahid Gökalın sıfır tullantı mövzusunda vebinarını təşkil etmişdir. Vebinarda məruzə və müzakirələr Gəgəli TV yutub kanalında yayımlanmışdır.

Комментарии •