TÜRK DÖVLƏTLƏRİNİN ORTAQ HİMNİ OLACAQ
HTML-код
- Опубликовано: 22 ноя 2024
- Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının zirvə toplantısından sonra ortaq himn və lüğətin hazırlanması gündəmə gəlib. Dövr Türk Dövlətləri İncəsənət Universitetləri Birliyinin sədri və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru Proffessor Erhan Özden Anadolu Agentliyinin suallarını cavablandırıb. O, məhz türk dövlətlərinin birliyini vurğulamaq üçün ortaq himnin yaxın zamanlarda hazırlanacağını açıqlayıb. “Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək. Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”-deyə, o qeyd edib. Erhan Özdenin sözlərinə görə, himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə ifadə ediləcək. Bu ideyanı yüksək dəyərləndirən Media Türk TV yeni və innovativ təşəbbüsə imza ataraq, süni zəka texnologiyasından istifadə edilməklə türk dünyasının himnini “bəstələyib”. Qeyd edək ki, “Türk dünyasının ortaq televiziyası” ideyası ilə 2021-ci ildə yaradılmış MediaTürk TV bu himn təşəbbüsü ilə Türk xalqlarının birliyini gücləndirməyi hədəfləyir. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ortaq əlifbanın yaradılmasından sonra ortaq himn üzərində işlərə başlanılıb.Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan isə təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.
#TürkDövlətləri #Turan #himn #TürkDünyası
Xeyirli-uğurlu olsun