sən elə bilirsən, məni tərk etsən göy üzü çökəcək, ulduz axacaq gecə düşməyəcək, gün doğmayacaq? gör kimlər tərk edib, unudub, atıb eh, hardan biləsən səndən öncə də bunu yaşamışam bir az darıxıb sonra alışmışam bu get-gəllərə. bilirsən, əvvəl də gedən çox olub gör kimlər ağladıb, kimlər ovudub. sonra peşman olub geri dönənlər arxamca qan-qarğış edən də olub ürək üzü bərkdir, çoxdan unudub... çoxdan unudulub çıxıb gedənlər... sən də hamı kimi çıxıb gedirsən nə fərqi kimsə var, ya kimsə yoxdu. bizdə qadın çoxdu kişi sayından bir də nə fərqi var sevənim çoxdu? Vallah, vicdan haqqı inan sözümə hələ ki, yerinə namizəd yoxdu... gedirsən, bu qədər kandarda durma qapını tez bağla hava soyuqdu... məndən gedənlərdən xəbər al, soruş. yaman laqeyidəm etibarsızam. “yaman unutqanam, ürəyi daşam.” sənə deyəcəklər necə adamam. sənə deyəcəklər necə “oğraşam”. mən yorğun adamam, bağışla, çıx get çıx get, nə qədər ki, ağlamamışam. sən elə bilirsən bütün şairlər içir, tənha qalır, sonra ağlayır? sən elə bilirsən tərk edilənlər dəbdən yox, dərdindən saqqal saxlayır? sən elə bilirsən, həzin mahnılar sənin boşluğunu doldurmayacaq? elə bilirsən ki, daha bu evdə heç kəsə şeirlər oxunmayacaq? vallah, vicdan haqqı, narahat olma. vallah düz sözümdü, çıx get, yubanma məni xoşbəxt etmir birlikdə olmaq mənim ki, yalqızlıq, təklikdi ancaq. bir də qadan alım açarı qoy get, qapını bağlama, gələn olacaq...
İl olub 2024,hələdə dinləyirik❤
Cəlil əla xeyli tək qaldım çingiz ibrahimov fəxr edirəm səninlə
Mohtesem Celil bey mohtesemm👍
Salamlar celil dayım dı o menim allah ona çox yaxşı günler ve şeyirler bexş elesin
2017-də tanış olmuşdum bu şeirlə. Sadəcə möhtəşəm👍🏻
sən elə bilirsən,
məni tərk etsən
göy üzü çökəcək, ulduz axacaq
gecə düşməyəcək,
gün doğmayacaq?
gör kimlər tərk edib, unudub, atıb
eh, hardan biləsən səndən öncə də
bunu yaşamışam
bir az darıxıb
sonra alışmışam bu get-gəllərə.
bilirsən,
əvvəl də gedən çox olub
gör kimlər ağladıb,
kimlər ovudub.
sonra peşman olub geri dönənlər
arxamca qan-qarğış edən də olub
ürək üzü bərkdir, çoxdan unudub...
çoxdan unudulub
çıxıb gedənlər...
sən də hamı kimi çıxıb gedirsən
nə fərqi
kimsə var,
ya kimsə yoxdu.
bizdə qadın çoxdu kişi sayından
bir də nə fərqi var sevənim çoxdu?
Vallah, vicdan haqqı
inan sözümə
hələ ki, yerinə namizəd yoxdu...
gedirsən,
bu qədər kandarda durma
qapını tez bağla
hava soyuqdu...
məndən gedənlərdən xəbər al,
soruş.
yaman laqeyidəm
etibarsızam.
“yaman unutqanam,
ürəyi daşam.”
sənə deyəcəklər necə adamam.
sənə deyəcəklər necə “oğraşam”.
mən yorğun adamam, bağışla, çıx get
çıx get,
nə qədər ki, ağlamamışam.
sən elə bilirsən bütün şairlər
içir,
tənha qalır,
sonra ağlayır?
sən elə bilirsən tərk edilənlər
dəbdən yox,
dərdindən saqqal saxlayır?
sən elə bilirsən,
həzin mahnılar
sənin boşluğunu doldurmayacaq?
elə bilirsən ki, daha bu evdə
heç kəsə şeirlər oxunmayacaq?
vallah,
vicdan haqqı,
narahat olma.
vallah düz sözümdü, çıx get, yubanma
məni xoşbəxt etmir birlikdə olmaq
mənim ki, yalqızlıq,
təklikdi ancaq.
bir də qadan alım
açarı qoy get,
qapını bağlama,
gələn olacaq...
👍
BU KI SHEDEVIRDIR
👍👍👍
Qəşəng şeirdi atam
Çox sağ ol, igidim ❤
@@celilcavanshir ❤️
Möhtəşəm⚘👏👏👏👏
Necə qardaşam yerində necə oğraşamdı əslində
Super.😍
Qapini baglama gelen olacaq)
Şair, yenə bu şer? ((
Bu şeiri qadın səsləndirməsi, uyğun deyil.