Shekide qachaqlarin gizlendiyi magaralardan XUSUSİ REPORTAJ

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © ARB Şəki
    Sayt: goo.gl/NfKDu5
    Facebook: goo.gl/XVhVzG
    Dağlarda mağaralara tez-tez rast gəlmək olar. Nəzərə alsaq ki, Azərbaycan Böyük və Kiçik Qafqaz dağlarının əhatəsində yerləşir, bu təbii haldır. Bir çox mağara sadəcə vəhşi heyvanların məskunlaşdığı yerlərdir. Ancaq tarixi əhəmiyyəti olan mağaralar da var. Şəkinin dağlarında da belə mağaraların olduğunu eşitdik və dağlara üz tutduq.. Tapdığımız bu mağaralarınsa maraqlı tarixçəsi üzə çıxdı...
    Şəhərdən min metrə yaxın yüksəklikdə yerləşən mağaralara yol dar cığırdan keçir. Əvvəl qalxmaq çətin olsa da, bir müddət sonra yol normallaşır. Elə ilk baxışdan anlamaq olur ki, bu cığırlar yeni deyil və tarixə malikdir. Mağaralardan ilki dəniz səviyyəsindən 900 metr yüksəklidə yerləşir. Əlbəttə illər keçdiyi üçün mağaranın ağzı dolub və girişi kiçilib. Lakin içərisinə daxil olduqda çox aydın şəkildə mağaraya insan əli dəydiyi məlum olur. Mağaraları ortaya çıxaran isə dağ bələdçiləridir. Elə bizə də bələdçilik edən həmin şəxslərdən biri mağaranı təsadüf nəticəsində tapdığını deyir. Mağaranın divarlarının səliqəsi vaxtilə burada insanların gizləndiyini aydın şəkildə göstərir. Görünür, mağarada qalmaq üçün burada ona uyğun şərait yaradılıb. Bu mağaranın ardınca eyni şəkildə daha iki mağara da mövcuddur. Mağaraların içərisində xırda tunellər də var. Hesab edilir ki, vaxtilə bu tunellər sayəsində mağarada gizlənən qaçaqlar bir-birinə xəbər ötürüb və ya nəsə göndərib. Hazırda mağaraların vəziyyəti heç də ürəkaçan deyil. Belə ki, girişləri tamamilə dolan bu tarixi abidələr bir müddət daha baxımsız qalarsa yox ola bilər. Halbuki mağaraların çox böyük tarixi əhəmiyyəti var. Həmçinin dağ turizminin inkişafı üçün bu cür abidələrin bərpa edilməsi vacibdir.

Комментарии • 9

  • @aylahesenli8759
    @aylahesenli8759 4 года назад +2

    Dəyərli tarixçi Rahim muellim

  • @prone4210
    @prone4210 4 года назад +1

    Çox sevdiyimiz Rahim müəllim size işlərinizdə uğurlar arzulayırıq.

  • @fuadcfrzad7868
    @fuadcfrzad7868 4 года назад +2

    Coxunun giriwi tam baglanmiwdi. Biz acmiwiq

  • @orxanmusayev1126
    @orxanmusayev1126 4 года назад +1

    usaqliqim orda kecib bulara indi catib

  • @user-or3vg4yg2r
    @user-or3vg4yg2r 3 месяца назад

    ANAM DEYERDI ORDA GELERSEN GORERSEN MAGARASI OLUB VE BIR AZ GEDIKDEN SONRA ORDAN ES SEDA GELIRMIS GELERSEN GORERSEN GEDENLER GERI GAYIDMAYIB

  • @bextiyarheydrov9042
    @bextiyarheydrov9042 4 года назад

    siz ozunuzde tarixi derinən orgenin bizim dagdanda dagistana yol hec vaxt olmayin

  • @bextiyarheydrov9042
    @bextiyarheydrov9042 4 года назад

    qakaq quldur magarasi deyil ora medenyet ocagidi

  • @raminnsibov9855
    @raminnsibov9855 4 года назад

    Aqzındakl nədi Baklda taxmılar dagın başında taxılar artist