Hüseyn Arif - Yaş altmışdır

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Şeir: Hüseyn Arif - Yaş altmışdır
    Səsləndirmə: Hüseyn Arif
    Musiqi: Aqşin Əlizadə - Hüzn valsı
    Biraddımla'ya RUclipsda abunə olmaq: bit.ly/3gsJpm1
    Biraddımla'nın sosial şəbəkə ünvanları:
    Instagram: bit.ly/3gsKkms
    Facebook: bit.ly/3GoODKl
    TikTok: bit.ly/3r3sAHt
    Telegram: bit.ly/3unQMn8
    E-poçt: biraddimlayol@gmail.com
    HÜSEYN ARİF - YAŞ ALTMIŞDIR
    Uşaqlıq quş kimi uçdu əlimdən,
    Cavanlıq car çəkib, köçdü elimdən.
    Nə deyim, nə yazım öz taleyimdən,
    Bu nə qovhaqovdur, bu nə qaçışdır,
    Saçlara baxıram, hanı o saçlar?
    İllərə baxıram,
    Yaş altmışdır!
    Otuzda, teldəki dən nədir? Bildim.
    Qırxda, çiskin nədir? Çən nədir? Bildim.
    Ə llidə, yorğunluq mən nədir, bildim,
    Gedirəm, düz qaçır, döş uzaqlaşır.
    Meşə o meşəmi, göl o göldümü?
    Təbiət neyləsin,
    Yaş altmışdır!
    A maral, qanrılıb, boylanma gendən,
    A cüyür, gözümün qaçma önündən,
    Dağ kəli, yanında xəcalətəm mən,
    Yuxunu pozanda yuxum qarışdı.
    Gəlin halallaşaq, ovçu dostlarım.
    Mən ovçu deyiləm,
    Yaş altmışdır!
    Vaxtın hökmü belə, sözü belədir,
    Sifəti belədir, üzü belədir,
    Ömrün yolu belə, izi belədir,
    Arxada yazdısa, qarşıda qışdır.
    Enişdə, yoxuşda gözlə özünü,
    Yəhərdən bərk yapış,
    Yaş altmışdır!
    Hava sabah isti, axşam sərindir,
    Dünən dayaz olan bu gün dərindir.
    Yerə ayağını asta bas indi,
    Sağında tikandır, solunda daşdır.
    Qaçma hər məclisə, uyma yad kəsə,
    Çox düşün, az danış,
    Yaş altmışdır!
    Kimsə sinəsinə döyməz həyatda,
    Başatək bəxtini öyməz həyatda,
    Tapılan itənə dəyməz həyatda,
    Sevinc bir naxışdır, qəm bir naxışdır,
    Günəmi güvənim? Gün günün eyni,
    Yaşamı sığınım?
    Yaş altmışdır!
    Hərə bir peşəni seçdi dünyadan,
    Suallar sorğular keçdi dünyadan,
    Neçə dost çiynimdə köçdü dünyadan.
    Alın ayrılıqdan qırış-qırışdır,
    Tökür yarpağını zirvədə palıd,
    Ə sir xəzan yeli,
    Yaş altmışdır!
    Ariflə ulduzum qaraldı, getdi,
    Çəmənim, çiçəyim saraldı, getdi.
    Üstümü əbədi qar aldı, getdi,
    Bu başqa iztirab, başqa təlaşdır,
    Ay oğul hardasan, başına dönüm,
    Xəbərin varmı ki,
    Yaş altmışdır?!
    Dəli çaylar kimi təbi daşardı,
    Xəyalım aşılmaz dağlar aşardı.
    Bir göz gözlərimə baxıb yaşardı,
    Özümdə deyiləm, bu nə baxışdır,
    Ə zizim, o yaşı götür o gözdən,
    Mənim nə günahım,
    Yaş altmışdır!
    Karvanım ötmədi səssiz-səmirsiz,
    Harayım bir ümman, ünüm bir dəniz.
    Ay ata, ay ana, baş qaldırın siz,
    Qohumlar yığışır, dostlar qaynaşır,
    Görən aşıq Alı niyə ləngidi?
    Bir cəngi istərəm,
    “Yaş altmışdır!”
    Ürəklə sazımı çaldım əzəldən,
    Ürəklə dilimdə dil açdı Vətən,
    Ürəklə yurd saldım ürəklərdə mən,
    Yüz sözüm, söhbətim elə tanışdır.
    Qopub milyon qəlbdən, milyon dodaqdan,
    Bir səs qulağıma axdı uzaqdan.
    Həmişə bahardır Hüseyn Arif,
    A şair, demə ki, yaş altmışdır!
    “Hüseyn Camal oğlu Hüseynzadə 1924-cü il iyunun 15-də Qazax rayonunun Yenigün kəndində anadan olub. 1951-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. “Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində işləyib.
    Hüseyn Arif daha çox gülməli insan kimi tanınıb. Çoxu bilmir ki, o, həm də olduqca həssas qəlbə malik olan və ömrünün xeyli hissəsini dərd-qəm içində keçirən birisi olub. Tək oğlu Arifin avtomobil qəzasında dünyasını dəyişməsi onun həyatını alt-üst edib. Oğlunun ölümünə səbəb olan sürücünü isə bağışlayıb. Oğlunu əvvəlcə Bakıda dəfn etsə də, sonradan onun məzarını Ağstafaya köçürür və oğluna xitabən deyir, öləndə sənin ayaq tərəfində gəlib yatacam.
    Bu hadisədən sonra o, oğlunun adını təxəllüs götürüb. Ona qədər Hüseyn Hüseynzadə kimi tanınırdı.
    Xalq artisti Habil Əliyev danışır ki, oğlu rəhmətə gedəndə yasa getdim, mağarda üz-üzə gəldik, bilmədim, nə deyəm. Adamın bir oğlu var, o da dünyasını dəyişib, nə deyəsən, necə təsəlli verəsən? Deyir, Hüseyn Arif əllərimdən yapışdı və qəhərdən boğula-boğula dedi:
    “Habil, indiyəcən sənə qulaq asanda ağlayırdım, bəs indi neyləyəcəm?”
    Hüseyn Arif xəstə yatmağı sevməyib. Bircə dəfə yorğan-döşəyə düşüb, ayağında qanqren əmələ gəlib. Elə onunla 1992-ci il sentyabrın 14-də dünyasını dəyişir. Əvvəlcədən oğlunun ayaq tərəfində qazdırıb hazırlatdığı məzarda dəfn olunur.
    Cəmi 68 il ömür sürüb. Amma kim bilir, oğul dağı olmasaydı, daha neçə il yaşaya bilərdi. Şeirlərinin birində belə deyir:
    Hüseyn Arifəm, közə dözərdim,
    Enişə, yoxuşa, düzə dözərdim.
    Səksənə, doxsana, yüzə dözərdim -
    Əllidə Arifi itirməsəydim.
    Başına gələn faciədə özünü günahkar bilib. Ovçuluq etdiyi zamanlarda ovladığı heyvanlar haqda ürək ağrısı ilə yazıb (Oğlunun öldüyü ildən - 1976-ci ildən sonra ovçuluqla məşğul olmayıb) və sonda şeiri belə misra ilə bağlayıb:
    “Bu qan səni tutasıydı, tutdu da”.
    #hüseynarif #huseynarif #huseynarifseirleri #yaşaltmışdır #aqşinəlizadə #hüznvalsı #şeir #şair #poeziya #ədəbiyyat #musiqi #kitab #yazıçı #şeirlər #şairlər #şeirlərimiz #şairlərimiz #biraddimla #biraddimlayol

Комментарии • 4