Xoş ol zaman kı, yar mənə həmzəban idi, Bəzmim cəmali-yar ilə rəşki-cinan idi, Sultan idim ki, hər yana hökmüm rəvan idi, Dövlət qulam idi mənə, bəxtim cəvan idi, Cani-həzinə həmdəmü arami-can idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Xurşidgun şərablə dolmuşdu camımız, Ol mah ilə keçirdi bizim sübhü şamımız, Dövri-fələkdə hasil olurdu məramımız, Xaki-dərindən özgə yox idi məqamımız, Bülbüllərə o sahəti-qüds aşiyan idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Hicrin əgərçi görmüş idim mübtəlalərin, Dildən-dilə eşitmiş idim macəralərin, Bunca təsəvvür eyləməz idim bəlalərin, Can çəkmiş idi möhnəti-hicran cəfalardan, Xəlvətsərayi-vəsldə dil kamran idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Könlüm o mahdən açılırdı kərəm görüb, Mehrin ziyadə, cövrü cəfasını kəm görüb. Ol gül mənə açıldığını dəmbədəm görüb, Bəzmi-visalda özünü möhtərəm görüb, Rəşk ilə qönçə tək dili-bədxah qan idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Ol gül mənimlə həmdəm idi hər bahardə, Gəh daməni-çəməndə, gəhi laləzardə, Bülbül təki işim yox idi ahü zardə, Seyyid ki məskən etmiş idi kuyi-yardə, Ezaz ilə bir Adəmi-cənnətməkan idi; Dəmlər o dəmlər idi, zamam ol zaman idi.
VAMİQ MÜƏLLİM ÇOX SAĞ OL.ALLAH SİZƏ CAN SAĞLIĞI YAQUB MƏMMƏDOVA ALLAH RƏHMƏT ELƏSİN.O KİŞİ NƏ OXUYUBSA GÖZƏL OXUYUB.
Xoş ol zaman kı, yar mənə həmzəban idi,
Bəzmim cəmali-yar ilə rəşki-cinan idi,
Sultan idim ki, hər yana hökmüm rəvan idi,
Dövlət qulam idi mənə, bəxtim cəvan idi,
Cani-həzinə həmdəmü arami-can idi;
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Xurşidgun şərablə dolmuşdu camımız,
Ol mah ilə keçirdi bizim sübhü şamımız,
Dövri-fələkdə hasil olurdu məramımız,
Xaki-dərindən özgə yox idi məqamımız,
Bülbüllərə o sahəti-qüds aşiyan idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Hicrin əgərçi görmüş idim mübtəlalərin,
Dildən-dilə eşitmiş idim macəralərin,
Bunca təsəvvür eyləməz idim bəlalərin,
Can çəkmiş idi möhnəti-hicran cəfalardan,
Xəlvətsərayi-vəsldə dil kamran idi;
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Könlüm o mahdən açılırdı kərəm görüb,
Mehrin ziyadə, cövrü cəfasını kəm görüb.
Ol gül mənə açıldığını dəmbədəm görüb,
Bəzmi-visalda özünü möhtərəm görüb,
Rəşk ilə qönçə tək dili-bədxah qan idi;
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Ol gül mənimlə həmdəm idi hər bahardə,
Gəh daməni-çəməndə, gəhi laləzardə,
Bülbül təki işim yox idi ahü zardə,
Seyyid ki məskən etmiş idi kuyi-yardə,
Ezaz ilə bir Adəmi-cənnətməkan idi;
Dəmlər o dəmlər idi, zamam ol zaman idi.
🌹👍🙏