Namiq Mena -Var Gözelim (Official Audio)

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Namiq Mənanın yeni mahnısı "Var Gözəlim" artıq RUclips'da yayımda.
    Namiq Məna kanalına abune olmaq üçün bu linke daxil olun : wedia.link/Nam...
    Söz. Namiq Məna.
    Musiqi. Namiq Məna.
    Klarnet. Zahid Sabirabadlı.
    Mahnının sözləri.
    Var gözəlim
    Qara bəxtim kimi tökülüb üzünə qara telin
    Uçar eşqin evi özgə əlinə dəysə əlin
    Uyma dünya malına qoy sənə gəlməsin şirin
    Axırı torpaq olan nə dövlət nə var gözəl
    Bilirəm çoxlarının səndə gözü var gözəlim
    Heç kimə salma nəzər etmə məni xar gözəlim
    Öyün təmiz adınla qürurlanma varın ilə
    Bir zaman qarğa, quzğun oynuyar məzarın ilə
    Tanın bu ölkəmizə qeyrət həya arın ilə
    Səninlə fəxr eləsin el bütün diyar gözəlim
    Bilirəm çoxlarının səndə gözü var gözəlim
    Heç kimə salma nəzər etmə məni xar gözəlim
    Biran olsun belə sənsiz xəyalı dolanmadım
    Vüsala yetməy üçün hicranından usanmadım
    Dedilər gözəllərdə vəfa olmur inanmadım
    Hayıf etdim sənə hisslərimi etibar gözəlim.
    Bilirəm çoxlarının səndə gözü var gözəlim
    Heç kimə salma nəzər etmə məni xar gözəlim
    Qur ailə ol ana layiqincə öz övladına
    Ayırıb tamahını getmə nəfisinin badına
    Sadiq ol mənliyinə daima təmiz adına
    Özün öz qururunla eylə iftixar gözəlim
    Bilirəm çoxlarının səndə gözü var gözəlim
    Heç kimə salma nəzər etmə məni xar gözəlim
    Yanıb öz ahım ilə odlara düşdüm necə gör
    Ürəyi təklik əzabı ilə şişdim necə gör
    O qara gözlərinin sehrinə düşdüm necə gör
    Səni gördüm, səni sevdim bir ixtiyar gözəlim
    Bilirəm çoxlarının səndə gözü var gözəlim
    Heç kimə salma nəzər etmə məni xar gözəlim
    Verilən günlər, aylar, illər ömür sərvətidi
    Sevilib sevilməmək əzabların dəhşətidi
    Gözəl hüsnün təki dünya evi müvəqqətidi
    Bitər otlar yağar məzarın üstə qar gözəlim
    Bilirəm çoxlarının səndə gözü var gözəlim
    Heç kimə salma nəzər etmə məni xar gözəlim
    Gəldi ömrün payızı solmuşam xəzəllər tək
    Qonaram dodaqlara şeirlər qəzəllər tək
    Vəfa etmir ömürdə vəfasız gözəllər tək
    Namiqin bu sözlərin saxla yadigar gözəlim
    Bilirəm çoxlarının səndə gözü var gözəlim
    Heç kimə salma nəzər etmə məni xar gözəlim
    Namiq Mənanın Rəsmi RUclips kanalına xoş gəlmisiniz. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Videonun Yenidən yayımı qadağan olunur. Bizimlə əməkdaşlıq etmək üçün 055 626 99 69 telefon nömrəsinə zəng vura bilərsiniz. RUclips Menecer İlham Xırdalanlı
    Namiq Həsən oğlu Əliyev 1 noyabr 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Zəngəzurdandır . 28 saylı orta məktəbi bitirib.Mədəniyyət və İncəsənət universitetinin dram teatrı və kino aktyorluq fakultəsini bitirib. Ailəlidi.2 övladı var. AYB Qubadlı Regional Bölmə-nin sədri. Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt regional idarəsinin əməkdaşı.YAP-ın üzvü, Bədihəçi Şair. 10 yaşından şeir yazmağa başlayıb.Şifahi xalq ədəbiyyatının bir qolu olan bədihə janrı ilə fəaliyyət göstərib.Qoyma ay qardaş vətən əldən gedir,Xəzan gəlibdir, Çəmən əldən gedir.Heydər Əliyev olacaq köməyimiz.Keçər həyata bir gün arzu diləyimiz.1992 ci ildə bu bədihələr ilə tanınıb.Bir sıra yarışmalarda munsiflər heyətində olub.2006 ci ildə De gəlsin söz yarışmasının qalibi olub.Qazandığı avtomobili Saray qəsəbəsində yerləşən Əqlən kəm xəstələr olan internata bağışlayıb.Sözüm var,Sözün var? adlı lahiyələr edib tv lərdə.Dəfələrlə Cənab Prezidentin qarşısında cıxışlar edib.Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən 2 ci Beynəlxalq Muğam musabiqəsinin yekun konsertinin aparıcısı olub.2009 cu ildə Amerikanın səfiri və Amerikanın dövlət katibi Kandaliza Raysın dəvəti ilə 1 ay Amerikada Mədəniyyətimizin və bədihə janrının təbliğatı ilə çıxışlar edib.Bir neçə kitab muəllifidir.Yaranıb gənc suveran dövlət Azərbaycanda.Sürür azadə həyat millət Azərbaycanda.Ucalır şanlı Azərbaycanımız izzət ilə.Bizə dünya günü gündən yanaşır heyrət ilə.Əsdikcə küləklər sinə dağlar Qarabağdan.Bilirəm coxlarının səndə gözü var gözəlim.Heç kimə salma nəzər etmə məni xar gözəlim.Sən gedəndən mənə qəm qüssə kədər doğmalaşıb.Ömrümə hər nəfəsim sanki kədər doğmalaşıb və bir çox şeirlərin müəllifidir.Dəfələrlə ön cəbhədə hərbi hissələrdə konsertlər verib.
    Aktyor Ələkbər Əliyevin Qardaşıdı
    20.11.2019 cı il Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Namiq Məna Tərəqqi Medalı ilə təltif olundu.
    25.06.2020 cı il Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Namiq Məna Prezident Təqaüdünə layiq görülüb.
    Video Link: • Namiq Mena, Yeni 04.05... ​​​
    Bütün hüquqlar qorunur © WediaCorp Musiqi Şirkəti tərəfindən
    ----------------------------------------------------------------------------------------------------
    All rights reserved © By WediaCorp Music Company
    #NamiqMena #VarGozelim #NamiqVarGozelim

Комментарии • 85

  • @Khalafov.777
    @Khalafov.777 12 дней назад +1

    Əvvəl belə mahnıları marağlı gəlmirdi yaş artdıqca uje belə mahnılar adam xoş gəlir 🤌🏻

  • @resadxalidov7419
    @resadxalidov7419 2 года назад +26

    2003_2004 dən bəri bezmədən yorulmadan dinlədiyim ifa və doğma səs.Allah səsinizə qüvvət versin uğurlarınız bol və daimi olsun.

  • @orkhanorkhan6800
    @orkhanorkhan6800 2 года назад +47

    Senet uğurları böyük sənətkar Namiq Mellim Can sağlığı uzun ömür

    • @HTTRL_-SS-
      @HTTRL_-SS- 2 года назад +3

      Allah size Namiq Qardaşa Bucür deyər verən Her bir kesin Canını saq eləsin Heqiqet Namiq Məna Deyerli qardaşdır insandır Allah sizleri var eləsin Menim Dostumu Qardaşımı Necə bir İnsan olduqunu Deyirsiz varolsun Allah sizelri Var eylesin

  • @elnurkerbelayi8608
    @elnurkerbelayi8608 2 года назад +7

    Klarnetde ALLAH qeni qeni rehmet elesin rehmetlik ZAHiD Sabirabadlidi.

  • @e_mov94
    @e_mov94 2 года назад +11

    ETdin. Xar etdin məni gözəlim... 🥀🖤

  • @muhammedseyidov1311
    @muhammedseyidov1311 2 года назад +7

    Allah səni qorusun Namiq Məna. ƏSL İNSAN👍 əsl sənətkar, Salyandan salamlar, çox yaşayın meyxana sizinlə maraqlıdır👏👏👏👏

  • @user-lc7mi4iw2r
    @user-lc7mi4iw2r 7 месяцев назад +6

    Namiq kulturnu medeniyetli oglandi hormetim var!!

  • @zakirmahmudlu5408
    @zakirmahmudlu5408 2 года назад +8

    Bilirem coxlarinin sende gozu var gozelim heckime salma nezer etme meni xar gozelim 🖤

  • @elmirmirzyev1377
    @elmirmirzyev1377 2 года назад +5

    Namiq Menaya Allah can sagligi versin boyuk senetkardi

  • @AylaKosayeva
    @AylaKosayeva Год назад +10

    Sizi her zaman izleyirem çox gozel sesiniz var ve filimlerinizi izleyirem💗🥰💖🙏🏻

  • @yunushuseynzade412
    @yunushuseynzade412 2 года назад +6

    allah sizə uzun ömür can salığı versin 🤲namiq məllim

  • @seidnebiyev2467
    @seidnebiyev2467 Год назад +9

    Allah canınızı sağ eləsin. Səsinizə qüvvət❤️

  • @farklielisleri4342
    @farklielisleri4342 2 года назад +10

    Unudulmaz mahnı🎶🏆

  • @HuseyinMamedov-mm2cc
    @HuseyinMamedov-mm2cc Месяц назад +2

    Qurbet elden salam doxma Azərbaycanima

  • @nece_il_kecdi
    @nece_il_kecdi 2 года назад +10

    Trendin qənimi ❤️

  • @yusifooff
    @yusifooff 2 года назад +4

    Uşaqlıqdan sənin mahnılarını sevə sevə dinləmişik . indidə həmçinin

  • @Usaqlartv
    @Usaqlartv 2 года назад +6

    Salam Əleykum Əziz Hörmətli Bədiyəçi Şairmiz Namiq Məna Sizə Bir Çox Təşəkkürmüzü Minətdarlıgımızı Bildirik Allah Sizi Qorusun !

  • @bakloglan1927
    @bakloglan1927 2 года назад +5

    Cox super ifa
    2022də buna yeni kilip çekilse mence tutuzdurar.

  • @elmanismayilli
    @elmanismayilli 2 года назад +6

    Namiq Məna dəyərli Sənətkarımızdı salamlayıram

  • @arifmeherremov1108
    @arifmeherremov1108 Год назад +20

    2023 du helede qulaq asiram 😀

  • @eliw403
    @eliw403 Год назад +13

    Qardaş Çox Gözəl Oxuyursan Səsinə Qüvvət!♥️

  • @Behlul_99
    @Behlul_99 Год назад +4

    2005 de 18 yasim var idi Namiq Menanin kasetini aldim stavropola getdim her gun orda ona qulag asirdim.

    • @user-sq9mo6zh2f
      @user-sq9mo6zh2f 4 месяца назад

      Бес ескерлийе апармадылар сени?

  • @bigpro3058
    @bigpro3058 2 года назад +4

    Deyerli senetkarimiza Allah uzun omur can saligi versin

  • @aliosman1406
    @aliosman1406 Год назад +6

    Etme beni yar ulkem 🇹🇷♥️🇦🇿

  • @ayselhuseynli2514
    @ayselhuseynli2514 2 года назад +6

    Super mahni 👍🏻👍🏻👍🏻

  • @elsadnuriyev7027
    @elsadnuriyev7027 Год назад +5

    Cox sagol Namiq müellim halal olsun

  • @ramilytb6730
    @ramilytb6730 2 года назад +3

    Namiq Mənanın səsi mahnının oxumagını çox xoşlayıram

  • @aidaagayeva2827
    @aidaagayeva2827 Год назад +6

    Necə var indide elədi.Allah can sağlığı versin.

  • @siazansiazan5272
    @siazansiazan5272 2 года назад +6

    2004 dən bəri bayagda maşında Qulag asmisam

  • @nomre1baku288
    @nomre1baku288 2 года назад +4

    ehsen

  • @gulsnsbiyeva2125
    @gulsnsbiyeva2125 2 года назад +6

    Super

  • @maisncf8890
    @maisncf8890 2 года назад +4

    süper

  • @asimrufaneeliyev6079
    @asimrufaneeliyev6079 2 года назад +4

    Qeseng

  • @ejderseferov8991
    @ejderseferov8991 Год назад +4

    ƏLA SUPER ALLAH SƏSÜVƏ QÜVVƏT VERSİN👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ureyimeyazn5528
    @ureyimeyazn5528 2 года назад +3

    Uĝurlarınız bol olsun Namiq műellim

  • @ganjabass245
    @ganjabass245 2 года назад +4

    Çox gözəl Mahnıdı

  • @senantalibov5902
    @senantalibov5902 2 года назад +4

    mahni aparir ❤️

  • @suliddinabdullazade4398
    @suliddinabdullazade4398 2 года назад +3

    Super namiq melim

  • @niluferibrahimzade8653
    @niluferibrahimzade8653 2 года назад +4

    Halaldi❤️

  • @sahibaghakisiyev6484
    @sahibaghakisiyev6484 Год назад +6

    Hansi ilerden haralara geldiy heyif

  • @ramoyt8961
    @ramoyt8961 Год назад +4

    lezzetdi ee mahnı

  • @user-hh2ww1pl9i
    @user-hh2ww1pl9i 2 года назад +3

    Чох сах ол гардаш сибирден сене саламлар

  • @kervanramazanov5990
    @kervanramazanov5990 Год назад +3

    Sizi izleyiriq cox gozel senetkarsiz🌞

  • @ramoyt8961
    @ramoyt8961 2 года назад +3

    Bu mahnını çooox sevirem

  • @BRAWLSTARS-wr1bu
    @BRAWLSTARS-wr1bu 2 года назад +3

    Super.Uğurlar👍

  • @sahin1922
    @sahin1922 2 года назад +3

    Gözel insan

  • @nurlanmehdiyev9595
    @nurlanmehdiyev9595 2 года назад +11

    02:23 ləzzət elədi

  • @agaceferli7881
    @agaceferli7881 2 года назад +5

    Canavar şair ✊🏻

  • @eldarbabayev5131
    @eldarbabayev5131 2 года назад +4

    Salam sair supper

  • @nermanhuseynov454
    @nermanhuseynov454 2 года назад +3

    Gozel sair var oll

  • @samirsfrova3182
    @samirsfrova3182 Год назад +2

    Ən sevdiyim mahnı 🤗😘

  • @serverqorciyev9688
    @serverqorciyev9688 Год назад +5

    qəşəy oğuyur

  • @samirthagiyev
    @samirthagiyev 2 года назад +3

    Ela

  • @paren2558
    @paren2558 2 года назад +5

    👍❤

  • @rebel4928
    @rebel4928 2 года назад +3

    Super🖤

  • @nikimiki6965
    @nikimiki6965 Год назад +1

    Ela oxumusuz❣️

  • @Dr_ali_khalil
    @Dr_ali_khalil 2 года назад +12

    Mahnı 5 ildən sonra partladı :)

  • @user-lb5pe6nq3p
    @user-lb5pe6nq3p 11 месяцев назад +1

    Ella

  • @tuncay5218
    @tuncay5218 Месяц назад +1

  • @b1r_hunbtov578
    @b1r_hunbtov578 2 года назад +11

    Saat 01:00lezzet eliyir

  • @adoomusic3077
    @adoomusic3077 Год назад +18

    Mecnun belə sevmiyibdi leylasını
    Hanı o cümlə ????

  • @gunayaleskerl9761
    @gunayaleskerl9761 2 года назад +2

    ❤️👏🏻

  • @meherremagayev3811
    @meherremagayev3811 Год назад +1

    Sağol şair❤

  • @Eldenizismayilov6071
    @Eldenizismayilov6071 Год назад +4

    😍

  • @ResulRzayev-rj2ns
    @ResulRzayev-rj2ns 8 месяцев назад +1

    ❤❤❤

  • @ren_polis2polis641
    @ren_polis2polis641 2 года назад +4

    👍:)

  • @tunarcabbarov8300
    @tunarcabbarov8300 2 года назад +3

    👏🏻👏🏻

  • @iko550
    @iko550 2 года назад +6

    Megabeatsz’dən gələnlər😁

  • @user-ye8iz8fx6g
    @user-ye8iz8fx6g Год назад +3

    3 il

  • @wwtako_6s
    @wwtako_6s Год назад +5

    🥹❤️

  • @emilpenahov4990
    @emilpenahov4990 2 года назад +5

    Super

  • @user-hj2ib3ky9s
    @user-hj2ib3ky9s Год назад

  • @ayhanceferov6468
    @ayhanceferov6468 5 месяцев назад +1