IMAMYAR & Seide Omer "Nazlı Kamança"

Поделиться
HTML-код
  • Опубликовано: 29 сен 2024
  • #imamyarhasanov #imamyarnazlikamancha #worldmusic #kamancha #kemençe #kemençe
    NAZLI KAMANÇA
    Sehirli səs gəlir, uzaq səmadan,
    İmana səsləyir, sanki YARADAN,
    Bütün canlı aləm qalırlar heyran,
    Bülbül də cəh-cəhin saxlayır bu an,
    Bir canlı istəmir uça, ya qaça,
    Ürəyi titrədir nazlı Kamança.
    Nəqqaşlar sədəflə bəzəyir onu,
    Sanki bir gəlindir, parlayır qolu,
    Tar, yoxsa Sazmıdır onun Məcnunu?
    Hələlik bilinmir bu sirrin sonu,
    Kimin hünəridir bu sirri aça?
    Ürəyi titrədir nazlı Kamança.
    Nə qədər həsrət var onun səsində,
    Nə qədər həzin var, iniltisində,
    Ürək də sıxılır döş qəfəsində,
    Toy məclisindəsən, yas məclisində,
    Bir kimsə varmıdır bu sirri aça?
    Ürəyi titrədir nazlı Kamança.
    İstər tufan qopa, istər meh əsə,
    Laqeyd qala bilmir kimsə bu səsə,
    Bütün canlı aləm gəlir həvəsə,
    Ayaq saxlatabilir hətta İblisə,
    İblis də istəyir şəfəq, nur saça,
    Ürəyi titrədir nazlı Kamança.
    Hardandır bu səsdə belə cazıbə?
    Qardaş tək baxarlar qərib qəribə,
    Xəstə dərman üçün getməz təbibə,
    Can verənlər belə gələrlər təbə,
    Solan qönçələr də, istər gül aça,
    Ürəyi titrədir nazlı Kamança.
    Çanağı ağacdan, məscid qübbəsi,
    Xalçası zərifdir, balıq dərisi,
    Tək qolu, simləri, açıq pərdəsi,
    Cansıza can verir sehirli səsi,
    Vay o günə pərdədə barmaqlar qaça,
    Ürəyi titrədir nazlı Kamança.
    Əsrlərlə ölçülür yaşı ən azı,
    Çox qədimdən gəlir onun avazı,
    Sehirli səsdədir işvəsi, nazı,
    Sevdirib özünə tarı, həm sazı,
    Ustad İmamyarın ürəyi haça,
    Ürəyi titrədir nazlı Kamança.
    Yol açıb dünyanın hər guşəsinə,
    Qərb belə məftundur onun səsinə,
    Avazın dinlədib Qərb Kilsəsinə,
    Qoy onun səsindən dünya gül aça,
    Dünyanı titrədər nazlı kamança!
    Ürəyi titrədər nazlı Kamança!
    Şeir: Atəş İbrahimov
    Redaktor / Qiraət: Səidə Ömər

Комментарии • 3

  • @turkanenovruzova3842
    @turkanenovruzova3842 Год назад +2

    Möhtəşəm bir ifa daha.Sizin kimi bizi təmsil edənlər çox azdır Imamyar müəllim.

  • @qiraetchi_
    @qiraetchi_ Год назад +1

    Allah qorusun əziz həmvətənlər.Sizinlə bir daha qürur duydum❤❤🙏🙏🌺🌺

  • @dilarazehradalgc6291
    @dilarazehradalgc6291 Год назад +1

    Ne güzel turkiyeye gelmeniz ❤