Pakistanın Azərbaycan sevgisi - Ermənistanı TANIMAYAN ölkə haqda şok faktlar

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2024
  • #pakistan #azərbaycan #qarabağ
    İşğal olunmuş torpaqlarını azad edilməsi əməliyyatlarında Azərbaycana dəstək verən ölkələrdən biri də Pakistandır. Pakistan hər zaman Azərbaycananı dəstəkləyib. Bütün hərbi gücüylə ölkəmizin yanında olduğunu dəfələrlə qeyd edib. Maraqlıdır, Pakistan Azərbaycanı niyə hər zaman müdafiə edir? Videonu mütləq sona kimi izləyin.
    Pakistanın Azərbaycana bu qədər isti münasibətinin səbəbləri hər zaman müzakirə mövzusu olub. Hətta bununla bağlı müxtəlif səbəblər də tapılıb. Coğrafi baxımdan Azərbaycandan uzaqda yerləşən, regional bağımızın olmadığı ölkənin Azərbaycana bu qədər doğma münasibətinin arxasında hər kəs hansısa gizli bir səbəbin olduğunu düşünür. Əslində müəyyən mənada bu gizli səbəb və ya səbəblər mövcuddur.
    Pakistanla Azərbaycanın dost-qardaş münasibətlərinin səbəbi ilə bağlı ən məşhur fikir Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayıldığı zaman şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərməsi ilə bağlıdır. İnternetdə dolaşan yazıya görə bununla da pandemiyanın qarşısı alınır və qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edir.
    Bu məlumat Azərbaycan internet məkanında məşhur olsa da, sənədli yazılarda keçmir. Əlbəttə, Tağıyevin belə bir yardımı etməsini istisna etmək olmaz. Dünyanın müxtəlif bölgələrində müsəlmanlara yardım edən azərbaycanlı milyonçunun xəstəlikdən əziyyət çəkən pakistanlılara yardım etməsi mümkün idi. Ancaq bu cür tibbi yardımı dövlətlərarası siyasi münasibətlərin əsas səbəbi kimi izah etmək çətindir. Bu fakt yalnız əlaqələrə müsbət təsir edə bilərdi.
    Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. 1992-ci il iyunun 9-da iki ölkə arasında diplomatik münasibətlər yaradılıb, Pakistanın Azərbaycanda səfirliyi açılıb. Maraqlıdır ki, 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Ümumiyyətlə, ötən 30 ilə yaxın bir vaxt ərzində Pakistan beynəlxalq səviyyədə bütün toplantılarda Azərbaycanın ədalətli mövqeyini ardıcıl olaraq dəstəkləyib. Pakistan dövlət və hökumət başçıları dəfələrlə nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycana açıq şəkildə dəstəklərini bildiriblər. Bundan başqa, Pakistan məhz Azərbaycana hərbi təcavüzü əsas gətirərək Ermənistanla diplomatik münasibətlər qurmayıb, bu ölkədə səfirliyi yoxdur. Pakistan bu siyasəti məhz İslam həmrəyliyi, müsəlman qardaşlığı prinsiplərinə əsasən edir.
    Ötən dövrdə Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirilib, ölkə rəhbərliyi qarşılıqlı səfərlər edib, 2015-ci ildə ölkələrimiz arasında Strateji əməkdaşlıq haqqında Bəyannamə imzalanıb. Ən əsası bütün beynəlxalq platformalarda Pakistan hər zaman Azərbaycanı dəstəkləyib.
    Əlbəttə ki, Pakistan-Azərbaycan dostluğunun arxasında daha dərin səbəblərin yatdığı həqiqəti var. Məsələ ondadır ki, Hindistanda müsəlman-hindus ixtilafı nəticəsində yaranan Pakistan mövcud olduğu dövrdə müsəlman həmrəyliyinə xüsusi önəm verib, hər zaman müsəlman ölkələrinə dəstək olub. Onların yanında dayanıb.
    Lakin eyni zamanda bir fakt var ki, Pakistanın islam amilinə görə ərəb ölkələri və ya dini və dil-mədəniyyət yaxınlığına görə İranla isti münasibətlərinin fonunda türk dövlətləri ilə xüsusi münasibətləri var. Bunun bir detalına bir neçə il əvvəl Pakistan prezidenti Məmnun Hüseyn Türkiyəyə səfəri zamanı diqqət çəkmişdi: Hər iki ölkənin bayrağında ay-ulduz var.
    Əslində burda qeyri-adi bir işarə olmasa da, tarixi kökə işıq tuturdu. Bəli, bugünkü Pakistanın tarixi müsəlman-türk dövlətlərinə bağlıdır. İslamdan əvvəl Ağ Hunlara qədər gedib çıxan Pakistanda türk varlığı 8-ci əsrdə islamın yayılmasından sonra daha da dərinləşir. 1001-ci ildə Sultan Mahmud Qəznəvinin Hindistan səfərləri ilə o coğrafiyada islam hakimiyyəti formalaşır. Sonrakı 800 ildən çox dövr ərzində Hindistanın idarəçiləri müsəlmanlar və onların içərisində Dehli Sultanlığı, Baburun Moğollar dövləti və qızılbaşlarla bağlı olur. Rəsmi olaraq 1858-ci ildə sonuncu türk hakimiyyəti devrilənə qədər bu proses davam edib. Xüsusən də Kəşmir və Hazara regionları türklərin sıx məskunlaşdığı ərazilər olub. Hind mədəniyyətində racalar da məhz qarluqlar dövründən yadigar qalıb. Hal-hazırda qeyd olunan ərazilərdə və o cümlədən Pakistan ordusunun əsas mərkəzi hesab olunan Abbotabat regionunda əhalinin əsas hissəsini türklər təşkil edir.
    Hind müsəlmanlığının varisi olan Pakistan yarandığı ilk gündən müsəlman dünyası, xüsusən də Türkiyə ilə çox yaxın əlaqələr qurub. İki ölkə arasında bütün sahələrdə ciddi əməkdaşlıq mövcud olub. Oxşar münasibət Azərbaycana qarşı da olub. Pakistan Azərbaycanı rəsmi olaraq tanıyan ilk ölkələrdən biri, daha dəqiqi Türkiyədən sonra tanıyan ikinci ölkədir. Eyni zamanda Pakistan Xocalı soyqırımını rəsmi olaraq tanıyan ilk ölkədir.
  • НаукаНаука

Комментарии • 50

  • @yeringulagi
    @yeringulagi  4 месяца назад +4

    Pakistanın Prezidenti olmuş azərbaycanlı - General Ağa Məhəmməd Yəhya xan Qızılbaş
    Əslən qızılbaşlardan olan Yəhya xan 1917-ci ildə Pəncabda Qasur şəhərinə yaxın yerdə doğulub. Nadir şahla 1738-ci ildə Hindistana gələn xanların nəslindəndir.
    Pəncab Universitetini bitirən Yəhya xan urdu dili ilə bərabər etnik pəncabi dilini də bilirmiş.
    II Dünya Müharibəsində iştirakçısı olan Yəhya xan Britaniya ordusuna yazılıb. 4-cü Piyada qoşun bölməsində zabit kimi xidmət edib. O, İraqda, İtaliyada və Şimalı Afrikada qulluq edib.
    1942-ci ilin iyununda həbs olunub
    Yəhya xan 15 iyul 1939-cı ildə Hindistan Hərbi Akademiyasından zabit rütbəsi alaraq məzun olub. Daha sonra Bəluc alayında piyada qoşun zabiti olub. Yəhya xan 1942-ci ilin iyununda həbs edilib və İtaliyada, bir müddət də Şimalı Afrikada hərbi əsir düşərgəsində saxlanılıb.
    1947-ci ildə Hindistanın bölünməsindən sonra Pakistan ordusunda vəzifə tutub.
    1951-1952-ci illərdə Kəşmirdə atəşkəs xəttinə nəzarət edərkən atəşkəsi tez-tez pozan hindistanlılara cavab vermək qərarına gəlib. Onun əmri ilə Hindistan əsgərlərinə atəş açılıb. Yəhya xan o dövrdə 105-ci müstəqil briqadaya komandirlik edirmiş.
    Yəhya xan Baş Qərargahın rəisi kimi 1954-1957-ci illərdə Pakistan ordusunu təkmilləşdirmək üçün reformasiya aparıb. Əyyub Xan tərəfindən ordunun planlaşdırma şöbəsinə başçılıq etmək üçün seçilib. Yəhya xan həmçinin 1958-ci ildən 1962-ci ilədək Baş Qərargahın rəhbərliyində müxtəlif vəzifələri yerinə yetirib. O, 1962-ci ildən 1965-ci ilə qədər həm də piyada qoşun bölməsinə komandanlıq edib.
    Pakistan ordusunun formalaşmasında xeyli zəhmət çəkən Yəhya xan 1965-ci ildə Hindistan-Pakistan müharibəsi ərzində piyada qoşun bölməsinə başçılıq edib. "Böyük şlem" əməliyyatında 7-ci bölməyə başçılıq edib, göstərdiyi şücaətə görə 1965-ci ildə general-leytenant rütbəsi alıb. Pakistan ordusu baş komandanının müavini təyin edilib.
    O, Əyyub xanın 1969-cu ilin mart ayında dövlət başçılığından istefa verməsindən sonra onun yerinə keçib. Onun hakimiyyəti çox çətin dövrə düşüb. Həmin dövrdə Şərqi Pakistanda benqallar üsyana başlayıb və bu, Hindistanla müharibəyə səbəb olub. Müharibədə Pakistan məğlub olub və 90 min Pakistan əsgəri Hindistana əsir düşüb.
    1971-ci ildə dekabr ayında Şərqi Pakistan Banqladeş adıyla müstəqilliyini elan edib. Bundan sonra vəzifəsindən uzaqlaşmaq məcburiyyətində qalıb və yerinə keçən Zülfüqar Əli Bhuttonun əmri ilə həbs olunub. İnfarkt keçirərək iflic olandan sonra sərbəst buraxılıb və siyasətdən tamamilə uzaqlaşıb.
    Yəhya xan 10 avqust 1980-cı ildə Ravalpindi şəhərində vəfat edib.

  • @RafailIsmayilov-wb7hj
    @RafailIsmayilov-wb7hj 4 месяца назад +3

    Mən PAKİSTAN xalqına sülh əmin amanlıq firavan həyat arzulayıram yaşasın AZƏRBAYCAN PAKİSTAN qardaşlığı🇵🇰🇦🇿🇹🇷

  • @gundelikteleqraf6448
    @gundelikteleqraf6448 4 месяца назад +8

    Müharibə zamanı gördük dostlarımızı, qardaşlarımızı və bizə arxa çevirənləri... Dostlarımız, qardaşlarımız var olsun. Daim yanlarındayıq!

  • @yeringulagi
    @yeringulagi  4 месяца назад +3

    Allah şəhidlərimizə rəhmət eləsin. Müharibə ili gördük hər şeyi, tanıdıq dostlarımızı. Onlar bizim etdiklərimizi unutmadılar, yanımızda oldular. Biz də onlara daim dəstəyik

  • @IradeAbbasova-vu7we
    @IradeAbbasova-vu7we 4 месяца назад +2

    Tarixdeki maraqli olaylari oyrenirik sayenizde tewekkurler❤

    • @yeringulagi
      @yeringulagi  4 месяца назад

      Salam, çox sağolun diqqətiniz üçün

  • @AyNurMusic
    @AyNurMusic 4 месяца назад +6

    Tağıyevin rolu böyükdür. Pakistan xalqı Tağıyevin illər öncə etdiyi yaxşılığı unutmurlar.

    • @yeringulagi
      @yeringulagi  4 месяца назад +1

      Elədi, tarixi unutmaq olmaz

  • @teraneibrahimova6221
    @teraneibrahimova6221 4 месяца назад +6

    Tagiyevin yardimi resmi olmasa da Pakistanda dersliklere salinib bütun xalq bunu ders kimi kecir ve Azerbaycan sevgisi artir

    • @yeringulagi
      @yeringulagi  4 месяца назад

      Eşq olsun, unutmaq olmaz yaxşılıqları

    • @muradhuseynov5635
      @muradhuseynov5635 4 месяца назад

      Mən bir neçə ali təhsilli pakistanlıdan soruşdum təəssüfki məlumatlı deyildilər.

  • @bta9476
    @bta9476 4 месяца назад +3

    🇹🇷🇦🇿🇵🇰✊

  • @user-sc4bp9rv8q
    @user-sc4bp9rv8q 4 месяца назад +5

    Azərbaycanın çörəyin rus erməni dağlarda az yeməyib rusya 41-45də Azərbaycanın neftinin hesabına qələbə qazanıb hələdə Azərbaycandan qidalanır amma nəfayda qədir bilənin halalı olsun 🇦🇿🇵🇰

  • @Qazi-sb2ws
    @Qazi-sb2ws 4 месяца назад +4

    YASSA QARDAS PAKISTAN❤❤❤

  • @iorudj489
    @iorudj489 4 месяца назад +3

    🇹🇷🇹🇷🇹🇷🇵🇰🇵🇰🇵🇰🇦🇿🇦🇿🇦🇿👍🏻👍🏻👍🏻

  • @qrmzzona703
    @qrmzzona703 4 месяца назад +3

    Pakistanla əlaqələrdə İslam dini amili mühüm rol oynayır. Qardaş Pakistanın daim yanındayıq

  • @qurbanyaquboglu3251
    @qurbanyaquboglu3251 4 месяца назад +1

    Dogrudan maraqlidi

  • @nusabesemedov8070
    @nusabesemedov8070 4 месяца назад +3

    Allah pakistanakömək olsun

  • @hevvamammadova
    @hevvamammadova 4 месяца назад +2

    ❤😂🎉

  • @natikxelilov6768
    @natikxelilov6768 4 месяца назад +3

    Pakistan❤❤dir

  • @valdakhanjanova7212
    @valdakhanjanova7212 4 месяца назад +6

    Azerbaycanin coreyini yiyen Rus ermeni diqalari nankörlük şerefsizlik eledi Azerbaycana qarsi. Pakistan ise iller kecsede yaxsiliqi unutmayir. Allah qorusun qardas dovletlerini.

  • @user-kw2mm2wd7y
    @user-kw2mm2wd7y 4 месяца назад +3

    🇦🇿🇵🇰🇹🇷❤️🖐️🙏

  • @ZiyadHaciyev-ij8gd
    @ZiyadHaciyev-ij8gd 4 месяца назад +4

    Pakistan Azərbaycan qardaşlıqı yalnız Taqıyevin əməyidir. Senin bir saatdır danışdıqın boş boş sözlerdir.

  • @user-mo7tp2hb6o
    @user-mo7tp2hb6o 4 месяца назад +2

    Bize komey elyem bizim merd ogularimizdi pakistan turkiye pula gore bawqa hecne

    • @yeringulagi
      @yeringulagi  4 месяца назад +1

      Dost dəstəyi, mənəvi dəstək də önəmlidir təbii ki, o mənadan

    • @bta9476
      @bta9476 4 месяца назад +2

      Ağlına gələn sözleri yalandan yazma .
      Pakistan və Türkiyə , Azərbaycana Qardaş olan ölkedi 🇹🇷🇦🇿🇵🇰✊