"Yoldaşımı şərləyib həbs ediblər, heç bir yerdən gəlirim yox, bilmirəm nə edim"

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Şamaxı sakini Mehriban Ömərova həyat yoldaşı Soltan Ömərovun narkotik ittihamı ilə şərlənərək həbs edildiyini iddia edir. O bildirir ki, Şamaxı Rayon Polis Şöbəsinin rəis müavini Səid Seyidov xeyli vaxtdır həyat yoldaşını həbs etməklə hədələyirdi. Həbs təhlükəsinin olduğu ilə bağlı videomüraciət paylaşan S.Ömərov çox keçmədən evindən aparılaraq həbs edilib.
    Ailənin 4 övladı var. Mehriban Ömərova evdar qadın olduğu və başqa gəlirinin olmadığı üçün övladlarının gələcəyindən narahatdır.
    Daxili İşlər Nazirliyi isə Mehriban Ömərovanın dediklərilə razılaşmır.
    Nazirliyin mətbuat xidmətinin bölgə üzrə baş inspektoru Mahir Məsimov Meydan TV-yə bildirilib ki, Şamaxıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı M.İsgəndərov saxlanılıb. Onun üstündən marixuana tapılıb.
    Kanalda yayımlanan bütün videoların Müəlliflik hüququ Nurlan Libreyə məxsusdur.
    nurlan.jurnalist
    Çəkin göndərin yayımlayaq - Whatsapp/ Telegram: +994 55 785 20 93

Комментарии • 2