Məşhur aktyora dəli kimi aşiq oldu, əri filmə çəkilməyə qoymadı - Nabranda qəzada ölən “Həcər”

Поделиться
HTML-код
  • Опубликовано: 22 апр 2022
  • Cəmi üç filmə çəkildi, əri filmə çəkilməyə icaz verməsə də, Həcər roluna çəkilə bildi və Azərbaycan kino tarixinə düşdü. Biri var idi, ad günüdə faciəvi şəkildə həyatdan köçən, kinomuzun Həcəri Mömünat Qurbanova....
    Mömünat Qurbanova 8 dekabr 1958-ci ildə Buzovnada dünyaya gəlib. Ailədə altı uşaq olublar, beş bacı, bir qardaş. Ailənin sonbeşiyi olduğundan Möminat hamıdan ərköyün və çılğın uşaq olur. Orta məktəbdə komsomol fəalı, özfəaliyyət kollektivinin, idmanın öncüllərindən biri kimi məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verir.
    1977-ci ildə Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov “Dərviş Parisi partladır” filminə kino sınaqları keçirir. Möminat eşidir ki, filmdə Şahbaz bəy roluna Ənvər Həsənov çəkiləcək. Filmin sınaq çəkilişlərində iştirak etmək üçün kinostudiyaya gəlir. Heç özü də bilmir ki, hansı rolun sınaq çəkilişində iştirak edəcək, sadəcə rejissorun gözünə görünmək istəyir. Sınağa gələn tələbə qızlar arasında Möminat Qurbanova Kamil Rüstəmbəyovun nəzərini cəlb edir. O, Ənvəri də çağırıb deyir ki, bax gör bundan sənə Şərəfnisə olar? Ənvər “elə olar”, - deyə yarızarafat cavab verir. Sınaq çəkilişlərindən də Möminat qalib çıxır, Şərəfnisə roluna təsdiq olunur.
    “7 oğul istərəm” filminə baxan gündən aktrisa olacağını qət edir. Filmdə baş qəhrəmanlardan birini canlandıran Cəlalın şəklini otağının divarından asır. Obrazı canlandıran aktyor Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələri, fotoşəkilləri bir qovluqa yığıb saxlayır.
    Onların münasibətləri elə bu filmlə də başlayır. Filmin çəkilişləri başa çatan kimi cütlük nişanlanır. Mömünat 1978-ci ildə institutu bitirib Ənvərlə ailə qurur, azad təyinat alır. Onların Aytən adlı qızları dünyaya gəlir. İkinci uşağın doğulması Mömünatın həyatı üçün təhlükəli olduğundan Ənvər Həsənov buna razı olmur.
    Həyat yoldaşı Ənvər Həsənov onun aktrisa kimi fəaliyyət göstərməsinə etiraz edir. O, xatirələrində deyir: “İstəyirdim işdən evə qayıdanda yuvamı isti, Mömünatı uşaqla, mətbəxlə məşğul olan görüm. Düzü bir az da qısqanırdım, o, mənim Şərəfnisəm olmuşdu, kiminsə Şərəfnisəsi, nə bilim Nigarı olmasını qəbul edə bilmirdim”.
    Artıq aktrisa olmayacağı ilə barışan Mömünat daha bir filmə dəvət alır. Şeyx Əbdül Mahmudbəyov aktrisanı Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində Həcər roluna dəvət edir. Həsən Turabov və Şeyx Əbdül aktrisanın həyat yoldaşına deyirlər ki, əgər o, razı olmasa Mömünatı qaçırıb ondan gizlin filmə çəkəcəklər. Aktyor əvvəl etiraz edir, azyaşlı uşaqlarının olduğunu deyir. Ancaq ona deyirlər ki, lazım gəlsə, uşağa da baxa bilərlər, təki, Mömünat həmin filmə çəkilsin. Razılaşmaqdan başqa çarəsi qalmayan aktyor da həmin filmdə Sirac roluna çəkilir. Həsənağa Turabovun Həcərlə olan əksər mehriban səhnələrində isə qrimlənərək özü çəkilir.
    Filmin çəkilişi zamanı aktrisa həvəslənib ata minir. At isə onu götürüb gedir. Bütün çəkiliş heyəti qorxu keçirir. Ənvər Həsənov bundan sonra Həcərin at çapmaq səhnələrini də Mömünatın təhlükəsizliyi üçün özü ifa edir.
    Mömünat Qurbanova İncəsənət Muzeyində çalışıb, şöbə müdiri kimi fəaliyyət göstərib. Bütün həyatı boyu yalnız üç filmə çəkilir. Hər üç filmdə də həyat yoldaşı ilə birgə işləyir.
    Mömunat Qurbanova 2008-ci il dekabrın 8-də 50 yaşını qeyd etmək üçün ailəsi ilə birgə Nabrana gedir. Onlar Nabrandan geri qayıdarkən qəzaya düşürlər. Nəticədə Mömunat Qurbanova dünyasını dəyişir. Ənvər Həsənov həmin günləri müsahibələrinin birində belə xatırlayır:
    “Bir gün əvvəl də yarmarkadan dublyonka almışdı, evə gələndən sonra nədənsə xoşuna gəlmədi, dedi ki, səhər aparıb dəyişəcəyəm bunu. Gəldim ki, Möminat, dostlar aşağıda, maşında gözləyirlər, gedək. Dedi ki, Ənvər, sən get, mənim həvəsim yoxdur. Dedim, ay qız, sənin yubileyindir, gedək. Dedi, üzrxahlıq edərsən, mən gedim bu dublyonkanı dəyişim, sonra gec olar, dəyişməzlər. Razılaşdım və keçib o biri otaqdan ov tüfəngimi götürdüm ki, meşədi də, birdən ov düşər könlümüzə. Mömünat əlimdə tüfəngi görən kimi qalxdı ki, mən də gedirəm. Kaş, götürməyəydim o tüfəngi. Bu tüfəng atmaq həvəskarı idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən, mən də gedirəm. Getdik. Qayıdanda maşını dostumuz sürürdü. Birdən dedi ki, Ənvər, yuxu məni basır, gəl bir az da sən sür. Oturdum sükanın arxasına, Möminat məndən arxada oturub, dostum qabaqda, onun xanımı da ondan arxada. Çox yavaş sürürdüm, sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz da olsa maşın aşa bilməzdi, arxa təkərin altına daş düşüb ki, belə aşıb. Qarşıdan bir it keçdi, sükanı qəflətən döndərməli oldum, heç necə oldu bilmirəm, yığa bilmədim, çırpıldı ağaca. Maşının arxa qapısı, Möminat tərəf çırpılmışdı, heç ağzını açıb bir kəlmə deyə bilmədi.”

Комментарии • 316

  • @ayanhesenova9143
    @ayanhesenova9143 2 года назад +36

    Hamini salamlayiram. Verlise gore coxsagol. Duzdu bezi seyler yalnis deyildi,eybiyox olsun.Men hemin Aytenem.Anam haqqinda yazdiginiz sozler ucun tessekkur edirem, Allah olenlerinize rehmet elesin. Atam evlenmiyib mamadan sonra, maraglananlar oldu cavab verirem. Coxsagolun gozel insanlar,coox xos oldu mene.

    • @user-wy1gv3lr9k
      @user-wy1gv3lr9k 2 года назад +1

      Ayan xanim,yəqin ki,siz də valideynləriniz kimi cox gözəlsiniz.

    • @ayanhesenova9143
      @ayanhesenova9143 2 года назад +4

      @@user-wy1gv3lr9k Bilmem canim,belkede ne deyim vallah.esl adim Aytendi,sadece qisadilmis Ayan,Ayka deyiller.

    • @elcinkerimli3821
      @elcinkerimli3821 2 года назад +2

      Allah rehmet elesin ananıza sizde xöşbext olasız

    • @ayanhesenova9143
      @ayanhesenova9143 2 года назад +1

      @@elcinkerimli3821 olenlerinize rehmet ezizim

    • @abbaslrustm5901
      @abbaslrustm5901 2 года назад +3

      Allah Möminat xanıma qəni qəni rəhmət eləsin. Yeri cənnətdir inşallah.
      Ənvər müəllim ilə bir dəfə həmsöhbət olmuşam. Gözəl insandır. Amma həqiqətən də Möminat xanımın vaxtsız vəfatı ona pis təsir etmişdi. Allah can sağlığı versin ağsaqqala

  • @raminsultan1126
    @raminsultan1126 2 года назад +36

    Xacmaz yolunda . Nabrana gedərkən. Pajero markalı maşın ilə. Agaca dəymişdi. Səhnəmizin Həcər'i gözümün önündə xanım acı cəkərək dünasın dəyişdi. Bununla 3 adam dünyasın dəyişdi orda. Fevral ayı idi. Yol buzlu olduqundan, maşın buzun üstündə oynayaraq, agaca cırpılmışdı. O günlər hec unutmuram. Acı xatirə. Allah rəhmət eləsin.

  • @cavadovaailsi6305
    @cavadovaailsi6305 2 года назад +29

    Aman Allah necə sahbazla sərəfnisəni bir birinə yarasdirirdim .O aktyor mənim cox sevdiyim aktyordu Ənvər cox yaxsi rollari var bizim xalqdan yoxdu vallah yoxdu.Coxcsagol oglum bu verlis ucun

  • @leylimm5751
    @leylimm5751 2 года назад +135

    Gözəl aktrisamıza allahdan rəhmət diləyirəm.... Həyat yoldaşına səbr.......

    • @sevildadasova3916
      @sevildadasova3916 2 года назад +7

      Baxmaqla doymaq olmur ..Kinolarimizdan.Allah ölenlere rəhmət,qalanlara can sağlığı arzu edirəm

    • @elsadhokmli7732
      @elsadhokmli7732 2 года назад +4

      Amin

    • @zulfiy4473
      @zulfiy4473 2 года назад

      Amin

  • @elsnquliyev8366
    @elsnquliyev8366 2 года назад +71

    Çox sağ olun ki belə sənətkarları işıqlandırırsız . Allah rəhmət eləsin Möminat xanıma . Çox heyf !

    • @gulzarasgerova5279
      @gulzarasgerova5279 2 года назад

      Çox sag ol ay oğul
      Bu gözəl aktrisanın kim olduğunu bizə çatdırdığın üçün.
      Amma heyifki tez köçüb həyatdan.

    • @lalpnahova9180
      @lalpnahova9180 2 года назад +3

      Sağ ol oğul allah köməyin olsun.Bu aktirisadan həmdə həyat yoldaşindanda xoşum kəlirdi.Ançaq bunlarin bir ailə olduğun bilmirdim.Heyif.coğ heyif qəbri nurla dolsun..

  • @kmalqdirova3197
    @kmalqdirova3197 2 года назад +47

    Verilisə gorə cox təsəkkur edirəm sizə Sərdar bəy,həm apariciligivizi,həzin izah etmə qabiyyətivizi,həm də bu cur gozəl sənətkarlarimizin həyatiyla tanis edirsiz.cox yarasirdilar bir birilərinə,Allah Rəhmət eləsin,əzizlərini qorusun🤲

    • @faizeabbasova6891
      @faizeabbasova6891 2 года назад +3

      Cox teessuf. Allah rehmet elesin .menim cox sevdiyim aktyor ve aktrisa. Goresen qizl necedi aile qurb yeqin anasi toyun gordumu. Vefasiz heyat.

    • @kmalqdirova3197
      @kmalqdirova3197 2 года назад +1

      @@faizeabbasova6891 Xanim,Mən də bilmirəm qizlari ailə qurub ya yox, amma qəlbən dua edirəm ki,Allah mərhum aktrisamizin övladini və butun övladlari xoşbəxt etsin,volideynlərə də belə gözəl günü görməyi nəsib etsin Amin🤲

  • @sevazamanli9222
    @sevazamanli9222 2 года назад +68

    ALLAH REHMET ETSİN GÖZEL İNSANLARA 🌹🌹🇦🇿♥️🇦🇿,

  • @zohrem9593
    @zohrem9593 2 года назад +50

    Gözəl məlumatdı, çox sağ olun.

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy 2 года назад +37

    Aparıcının sesi super.efirdekilerin eline çop verer

  • @roksanayusifova3609
    @roksanayusifova3609 2 года назад +87

    Cox saq olunki bele verlisler hazirlayirsiz.Yoxsa hec aktyor ve aktrisalarin heyatlarindan xeberimiz yoxdu.Uqurlar

  • @severcavanicavani6531
    @severcavanicavani6531 2 года назад +14

    Nə gözəl xanım olub elə yaraşıqlı oyunçuya da qismət olub Sənətkarlarımıza allah rəhmət etsin

  • @aynurmmmdli3629
    @aynurmmmdli3629 2 года назад +10

    Məkanı cənnət olsun Möminat xanımın, sevənlərinə səbr versin Allah. Amin!

  • @mahiralatifova9270
    @mahiralatifova9270 2 года назад +46

    HEÇ BİLMİRDİM. NƏ GÖZƏL CÜTLÜK OLUBLAR. ÇOOOOX HEYİF TEZ DÜNYASINI DƏYİŞİB. MƏKANI CƏNNƏT OLSUN AMİNNN

  • @mtantmmmdova4175
    @mtantmmmdova4175 2 года назад +30

    Nə gözəl bir məlumat.çox heyif ki belə dəyərli bir aktrisa həyatdan vaxtsız köçüb məkanı cənnət olsun 🙌var olun Sərdar müəllim 🙌🙌🙌

  • @mircanxil4284
    @mircanxil4284 2 года назад +21

    Azərbaycan kino və aktyorları haqqında marağım olduğundan. Bu məlumatları bilirdim. Sizi daima izləyirəm. Allah sizi seçib yaradıb. Səs görünüş sadəlik maşAllah.

  • @sultankerimi7097
    @sultankerimi7097 2 года назад +12

    Tewekkur edirem gozel aparicisiz ve bu teqdimatida baqlamayin davam edin coxx xaiw.siz bizi kecmiwe aparirsiz

  • @banumamedova5219
    @banumamedova5219 2 года назад +20

    Təşəkkürlər ki, bizidə məlumatlandırırsınız.

  • @denizden_bir_damla.7203
    @denizden_bir_damla.7203 2 года назад +9

    talelər var bir film kimi...Allah rəhmət eləsin. nə vardı köhnədən vardı..indi heçnəyin ləzzəti qalmayıb🤲🏻

  • @sevdamemmedova1833
    @sevdamemmedova1833 2 года назад +6

    Deyerli aktyorlar ve aktrisalarimizin heyetlarin oxuduqca onlarin nece facievi heyat yasadiqlarinin sahidi oluruq.Cox sag olun ki,insanlari bilgilendirirsiz.Allah rehmet elesin.

  • @latafataslanova8206
    @latafataslanova8206 2 года назад +17

    Allah rehmet etsin....

  • @samireeliyeva7478
    @samireeliyeva7478 2 года назад +13

    ALLAH RƏHMƏT ELƏSİN

  • @iradatalishinskaya7035
    @iradatalishinskaya7035 2 года назад +13

    Allax raxmet elesin,yeri cennet olsun.

  • @billurverdiyeva7976
    @billurverdiyeva7976 2 года назад +8

    Ədəbiyyat çox sevirəm bu üzdən də sizi həvəslə izləyirəm, nə yaxşıkı varsınız.

  • @xezayilmemmedov4543
    @xezayilmemmedov4543 2 года назад +10

    РУХУ ШАД ОЛСУН АЛЛАХ РЕХМЕТ ЭЙЛЕСИН 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @ulviyyaibrahimova239
    @ulviyyaibrahimova239 2 года назад +8

    Allah rəhmət eləsin yeri məkanı cənnət olsun doğurdan da Həcər xanıma yaraşan xanımdı🤲🏻🤲🏻🥀🥀

  • @aqilabbas2188
    @aqilabbas2188 2 года назад +14

    Allsh rəhmət etin mekanın cənnət olsun gözəl sənətkar

  • @agalarseyidov5300
    @agalarseyidov5300 2 года назад +20

    Allah rəhmət eləsin.

  • @sarajafarli1588
    @sarajafarli1588 2 года назад +9

    Allah rəhmət eləsin.cox pis oldum.Allah yerin cənnət eləsin.

  • @merhemetcumayev2018
    @merhemetcumayev2018 2 года назад +13

    Məlumat üçün sağ ol

  • @eminehuseynova7017
    @eminehuseynova7017 Год назад +3

    Eyif.Gözel xanıma.İnsanın üreyi ne qeder üzlür dinledikce.Allah rehmet elesin🤲🏽🤲🏽🤲🏽

  • @user-zo5ie2uc5k
    @user-zo5ie2uc5k 2 года назад +10

    ALLAH RƏHMƏT EYLƏSİN RUHU ŞAD OLSUN GÖZƏLAKTRİSA İDİ.

  • @simsim8920
    @simsim8920 2 года назад +2

    50 yaş insan üçün ən gözəl həyat yaşamaq vaxtıdı..bu məlumatları bilmirdim.Allahdan rəhmət diləyirəm gözəl aktrisamıza

  • @nahidhaciyev847
    @nahidhaciyev847 2 года назад +5

    Cox sagolun bilmediklerimizide dediyiniz ücun Men hemişe düşünürdümki 5.27 hissede bizim aktyorlar nece razi olub yoldaşi nece icaze verib bu dialoqa amma bilendeki aktyorun özüymüş dahada hörmetim artdi sevimli aktyorumuza

  • @hhhchhgh3698
    @hhhchhgh3698 2 года назад +13

    Allah rəhmət eləsin

  • @ilkinmustafa4796
    @ilkinmustafa4796 2 года назад +27

    Allah rəhmət eləsin!

  • @doktorbsir4072
    @doktorbsir4072 2 года назад +17

    Allah rəhmət etsin🤲🤲🇦🇿

  • @qlmanbabayev5201
    @qlmanbabayev5201 2 года назад +9

    Allah təhmət eləsin. Ruhu şad olsun.

  • @Namik6819
    @Namik6819 2 года назад +5

    Menim sevdiyim tütün toplarken başını qaldırıb başqa şeye baxmayan qadındır
    Ruhu şad olsun

  • @iradamammadova775
    @iradamammadova775 2 года назад +4

    Allah Təaladan Rəhmət diləyirəm. Nur içində yatsın. AMİN Ya RABBİM. 🤲🤲🤲

  • @cebrailovazer5767
    @cebrailovazer5767 2 года назад +7

    ALLAH REHMET ELESIN

  • @kamranmurselov9849
    @kamranmurselov9849 2 года назад +3

    Cox istedadlı xanım olub.aparıcıya teşekkürler sesi cox superdi

  • @almazmamedova851
    @almazmamedova851 2 года назад +2

    Çox bəyəndiyim aktrisa idi amma dünyasını dəyişdiyini bilmirdim. Çox təssüf belə acı sonluğu olub. Allah rəhmət eləsin. Azərbaycan kinosuna layiqli tövhəsini vermişdir. Sizə təşəkkür edirəm məlumata görə.

  • @gozelliyeva1171
    @gozelliyeva1171 2 года назад +2

    Allah sizdən razı olsun bu aktrisa haqqında məlumat verdiz.

  • @leylieliyeva7771
    @leylieliyeva7771 2 года назад +4

    UCA ALLAHDAN RƏHMƏT DİLƏYİRİK GÖZƏL SƏNƏTKARIMIZA.
    SİZƏ ÇOX-ÇOX MİNNƏTDARIQ.

  • @user-iq3lu5ul1k
    @user-iq3lu5ul1k 2 года назад +2

    Чох хейифлар олсун.Ярашыглы,истедадлы бела бир актрисамызда чаванкан бела халак олуб.Аллах рахмат еласин! Аиласина чан саглыгы,сабир дилайирам.Сизада чох саг ол дейирам.Излайирам хамиша,чох мараглыдыр,🌹

  • @konulquliyeva9330
    @konulquliyeva9330 Год назад +1

    Çox təssüf, Allah rəhmət eləsin gözəl aktrisamıza❤

  • @xalidxelilov4314
    @xalidxelilov4314 2 года назад +41

    Arzulayıb və arzusu gərcək olub Əsl sevgiyə və kişiyə rast gəlib

    • @gulshanabdullayeva2724
      @gulshanabdullayeva2724 2 года назад +4

      Hə, düz dediniz.Bundan sonra 50 yaşında ölmək də olar. Məkanı cənnət olsun.

  • @dunyaqopur..8646
    @dunyaqopur..8646 2 года назад +13

    Allah rehmet elasin..

  • @elmirehmedli9794
    @elmirehmedli9794 2 года назад +2

    Çox sağ olun belə gözəl sənətkarların həyatı ilə bizləri tanış edirsiniz ALLAH sizon kimi veriliş hazırlayanlardan razı olsun.Möminat xanımın da yeri cənnət olsun belə gözəl videplarınız axarınca olsun

  • @sadehuseynova6549
    @sadehuseynova6549 2 года назад +4

    Allah rehmet elesin gözəl aktrisa və gözəl xanım olub..

  • @solmazliyeva4319
    @solmazliyeva4319 2 года назад +5

    Allah rəhmət eləsin, Möminat xanım.🌾

  • @mominetsirinova188
    @mominetsirinova188 2 года назад +3

    Cox sag olun bele deyerli melumatlar paylawdiginiz ucun

  • @SAMILAZIZ-hl6bb
    @SAMILAZIZ-hl6bb 2 года назад +8

    musiqi secimi xususi gozellik qatir👍

  • @aidmikaylova4774
    @aidmikaylova4774 2 года назад +5

    Allah rəhmət eləsin bizi yaradan deyirki kimi mənən cox sevərsənsə sənin əlinən alaram onu onuncunda bəndənin bqndəyə olan sevgisi yaradan an usdun olmamalıdır☝️

  • @elsadhokmli7732
    @elsadhokmli7732 2 года назад +4

    Allah rəhmət eləsin məkanı cənnət olsun inşallah amin

  • @eliibrahimli6416
    @eliibrahimli6416 2 года назад +2

    Allah rəhmət eləsin qalseydi kozel rollarla Azərbaycan xalqıni sevindirirdi kozel aktrisa yerin cənnət olsun çox uzuldum

  • @melahetseferova8360
    @melahetseferova8360 Год назад

    Belə gözəl məlumatlar üçün çox sağ olun.Gözəl xanım olub.Müəllif kimi sizə təşəkkür edirəm.

  • @eliyevaesmira1349
    @eliyevaesmira1349 2 года назад +5

    Allah rəhmət eləsin,yeri cənnət olsun🙏🙏🙏

  • @xediceimanova2586
    @xediceimanova2586 2 года назад +4

    Çox saqolun Davamı olsun Gözəl aktyor aktrisalarmizla baqli

  • @abbrashad1857
    @abbrashad1857 2 года назад +6

    Ruhu shad olsun 🙏☝️

  • @nokia2514
    @nokia2514 2 года назад +4

    Allah rehmet etsin neça da gozel duz uz çizgileri olub

  • @vefadadaosova2492
    @vefadadaosova2492 2 года назад +5

    Bax belə xoşum gəldi arxada şəkiləri sukanı belə saxla

  • @melahetceferova4437
    @melahetceferova4437 2 года назад +5

    Allah rehmet elesun toyunda olmusam heyif cox cavan terk etdi bu dunyani

  • @minamemmedova4937
    @minamemmedova4937 2 года назад +19

    Ruhu shad olsun gozel senetkarimizin

  • @laylalayla2591
    @laylalayla2591 Год назад

    Bilmirdim bele gozel fanati oldugim aktyorun heyet yoldasi yarasiqli aktrisa idi.Heyf qismeti bu qeder imis.Allah Enver Hesenova gozel,yarasiqli aktyorumuza omur,can sagligi versin.

  • @xalidvliyeva9089
    @xalidvliyeva9089 Год назад +1

    Cox sağ olun məlumat verdiyiniz ücün.cox pis oldum,allah rəhmət eləsin.
    Üc rol ücüdə sevimli.......

  • @dogangenc7436
    @dogangenc7436 2 года назад +1

    Hanım çok güzel miş Allah rahmet eylesin mekanı cennet olsun nur içinde yatsın amin

  • @kerimlielmir8896
    @kerimlielmir8896 2 года назад +2

    Allah qeni qeni rehmet elesun mekani cennet olsun cox pis oldum Allah sebir versin😢

  • @ulviyysuleymanova1940
    @ulviyysuleymanova1940 2 года назад +2

    Allah razı olsun.
    Çox sagolunki bizim üçün əziyyət çəkirsiz .

  • @user-uv5jt7ij5u
    @user-uv5jt7ij5u 2 года назад +1

    Bu insanın taleyi məni maraqlandırırdı.cox sag olun...❤

  • @turkoglu520
    @turkoglu520 2 года назад +4

    Gözel qadin gözel aktrisa Allah rehmet elesin🙏🏽

  • @sevdiyarisrayilov1690
    @sevdiyarisrayilov1690 2 года назад +6

    Allah Rəhmət Eləsin Böyük Sənətkara Ruhun Şad Olsun

  • @hevvamammadova
    @hevvamammadova 2 года назад +2

    Her ikiside gözel aktyor du ,Allah rehmet elesin Möminat xanimi .

  • @ulkrliyeva7250
    @ulkrliyeva7250 2 года назад

    Əsl sənətkarladan xəbərimiz yoxdu həmişə belə olur ideal ailələr xoşbəxt olmurlar təşəkkürlər bu verlişə

  • @kamrantagzade1406
    @kamrantagzade1406 2 года назад +3

    Allah rehmet elesin, mənim anamla incesenet muzeyinde işləyirdi, çox gözel gadın idi.

  • @nazimbabayev5472
    @nazimbabayev5472 2 года назад +4

    ALLAH REHMET ETSİN MƏKANI CƏNNƏT OLSUN İNŞALLAH

  • @afaqqasimova021
    @afaqqasimova021 2 года назад +1

    ALLAH rehmet elesin Mömunat xanima . Ama Ənvere olan haqsizliq , heç bir şeyle ölçūlmez . Onun birce Celal roluna XALQ artisti adi dūşūrdū . Hele uşaqliğin son gecesi filmi Hollivid seviyeli filimdi . Çox nadūrūstlūk etdiler Ənver kimi böyūk aktyora 💖💖💖

  • @zohreyusifova7793
    @zohreyusifova7793 2 года назад

    Allah sizdən razı olsun ....bize gözəl senetkarlarımız hakkında melumat verdiyiniz üçün ...

  • @tuturahimli959
    @tuturahimli959 2 года назад +2

    Allah rehmet elesin .Saq olun melumat verdiz.Mekani cennet olsun.

  • @sevincyusifova1567
    @sevincyusifova1567 Год назад

    Çox sag olun bu məlumata görə , çoooxx gözəl xanım olub , Ənvər bəydə çox yaraşıqlı olub , uşaqlıq illərimdən sevdiyim , vuruldugum , qara gözlü Ənvər bəy .....❤

  • @sehlas3444
    @sehlas3444 2 года назад +1

    Cox təsirli oldu.amma bilmədiklərimizi öyrəndik.saq olun🤲😥

  • @kemalemammadova6661
    @kemalemammadova6661 2 года назад +2

    Allah rəhmət eləsin😔
    Allah sizdən razı olsun 🙏🏻🙏🏻

  • @nizamibadov5978
    @nizamibadov5978 Год назад +1

    Çox təəssüf edirəm. çox kədərləndim .Heyf belə gözəl insanlardan. .....

  • @Soft_hikayeler35
    @Soft_hikayeler35 2 года назад +1

    Allah rəhmət eləsin. Hərənin bir taleyi var. Bu da Mömünat xanımın taleyi. Məkanı cənnət olsun🤲🤲

  • @user-pn9jt6kz5e
    @user-pn9jt6kz5e 2 года назад +1

    Азарбайжан кардошларим,сизларга,мархуманинг умр йулдошига,унинг фарзандларига Узбек кардошингиздан чукур тазиямни кабул этинг, Аллах рахматига олсин,жойлари жаннатдан булсин, сизларга Аллахдан сабр, узок умр тилайман.

  • @g5lg8a54
    @g5lg8a54 2 года назад +4

    Yarmarka sozu.bele gozel verilis hazirlayib hansisa sozu duzgun teleffuz etmemek

  • @RadaHuseyn
    @RadaHuseyn 2 года назад +2

    DEYILENE GÖRE AD GUNUNDE REHMETE GEDEN CENNETE QOVUSUR ALLAH REHMET ELESIN

  • @zemakanan6976
    @zemakanan6976 2 года назад +2

    Çox böyük faciyə.
    Allah rəhmət eləsin.
    Səbirli olun talehi belə imiş!

  • @lilbad3368
    @lilbad3368 Год назад

    GÖZƏLVERLİŞİNİZ ÜCÜN TƏŞƏKKÜRLƏR. ALLAH RƏHMƏT ETSİN.

  • @gulekberelizade7758
    @gulekberelizade7758 2 года назад +3

    Heç bilmirdim.DƏHŞƏT...ALLAH RƏHMƏT ELƏSİN Gözəl aktrisamıza

  • @narincquseynova1304
    @narincquseynova1304 2 года назад

    Allah rəhmət etsin.Gözəl sənətkar xanim idi.Birinçi dəfədir dinləyirəm onun həyati hagginda.🌹🌹

  • @raufeliyev1865
    @raufeliyev1865 2 года назад +3

    Allah rəhmət eləsin Allah Ənvər müəllimədə səbr versin

  • @user-er7zh4vp7n
    @user-er7zh4vp7n 2 года назад +2

    Mekani cennet olsun

  • @karabakhisazerbaijan7289
    @karabakhisazerbaijan7289 2 года назад

    Cox tesirli oldu mekanı cennet olsun🙏🌹

  • @qarabagazrbaycandr8635
    @qarabagazrbaycandr8635 2 года назад

    Böyük sevgi olub onunla Ənvər arasında Allah ailəsinə səbr versin Allah Rəhmət eləsin

  • @aybenizpro8329
    @aybenizpro8329 2 года назад +1

    Allah rəhmət eləsin çox gözəl hazirlamisiniz videonu əhsən

  • @rasimasadov8153
    @rasimasadov8153 2 года назад +2

    Allah Mominat Qurbanovaya qeni qeni rehmet elesin.Amin !

  • @aylamirzeyeva2205
    @aylamirzeyeva2205 2 года назад +3

    Allah rehmet elesin, mekani cennet olsun.

  • @kemaledjalilova6014
    @kemaledjalilova6014 2 года назад +1

    KÖVRƏLDİM. . MÖMİNAT XANİMİN QİSA ÖMRÜ MƏNİ KÖVRƏLTDİ. TƏŞƏKKÜR EDİRƏMKİ BELƏ MARAQLİ PAYLASİMLAR EDİRSİZ. İNCƏSƏNƏTİ COX SEVİRƏM.

  • @hhr2029
    @hhr2029 2 года назад +1

    Allah rehmet etsin xalqimizin deyerli ovladina , Allah sebr versin ezizlerine yaxinlarina 🌙Qebri nurla dolsun deyerler