Bəraət, onun əsasları, bəraət almış şəxsin hüquqları.

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2024
  • Bu videoda bəraət, bəraətin əsasları, bəraət almış şəxslərin malik olduqları hüquqlar haqqında məlumat verilir.
    Vəkil Anar Məmişov
    Tel 055 704 39 81
    Videoda səsləndirilənlərin hüquqi əsası.
    Azərbaycan Respublikasının Konstitusiyası
    Maddə 63. Təqsirsizlik prezumpsiyası
    I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
    II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
    III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
    IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
    V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
    AR Cinayət Məcəlləsi
    Maddə 7. Təqsirə görə məsuliyyət prinsipi
    7.2. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
    AR Cinayət Prosessual Məcəlləsi
    Maddə 1.2. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki:
    1.2.1. qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun;
    1.2.2. cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın;
    Maddə 39. Cinayət təqibini istisna edən hallar
    39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir):
    39.1.1. cinayət hadisəsi olmadıqda;
    39.1.2. əməldə cinayət tərkibi olmadıqda;
    ...39.2. Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.
    Maddə 42. Bəraətin əsasları
    42.1. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır:
    42.1.1. cinayət hadisəsi olmadıqda;
    42.1.2. əməldə cinayət tərkibi olmadıqda;
    42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda;
    42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə.
    Maddə 58. Vurulmuş ziyana görə kompensasiya
    58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
    58.3. Şəxslərə aşağıdakılara görə kompensasiya verilir:
    58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;
    58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;
    58.3.3. ödənilmiş məhkəmə xərcləri;
    58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği;
    58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.
    Maddə 59. Vurulmuş ziyanın ödənilməsi ilə bağlı digər hüquqların bərpası
    59.1. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı aşağıdakı hüquqları vardır:
    59.1.1. əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq;
    59.1.2. azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək;
    59.1.3. əvvəl yaşadığı evini (mənzilini) qaytarmaq, bu mümkün olmadıqda isə ona bərabər tutulan, o cümlədən sahəsinə və yerləşdiyi yerə uyğun yaşayış evinə (mənzilə) köçürülmək;
    59.1.4. məhrum olunduğu xüsusi və ya hərbi rütbəni bərpa etdirmək;
    59.1.5. məhrum olunduğu fəxri adını və ya dövlət təltiflərini qaytarmaq.
    59.2. Məhkəmə tərəfindən bəraət verilmiş, həmçinin barəsində cinayət təqibinə xitam verilmiş şəxsin tələbi ilə:
    59.2.1. məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə həmin şəxsin əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış yerinə məlumat verməlidir;
    59.2.2. şübhəli lə ya təqsirləndirilən şəxsi ləkələyən cinayət təqibi haqqında məlumatlar dərc edən kütləvi informasiya vasitəsi vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir.
    59.3. Cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir.
    Maddə 350. Məhkəmənin bəraət hökmü
    350.1. Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.

Комментарии • 21

  • @vugaraliyev6857
    @vugaraliyev6857 3 года назад +2

    Çox sağolun Anar müəllim, çox faydalı məlumatlardır

    • @vekilanar
      @vekilanar  3 года назад

      Sizdə sağ olun Vüqar müəllüm. 🙈

  • @samsungservice248
    @samsungservice248 3 года назад +1

    mən Anar məllimi tanıyıram işində cox ciddi insandı Allah ömrünə bərəkət versin uģurların bol olsun Anar

    • @vekilanar
      @vekilanar  3 года назад

      Çox təşəkkür edirəm.

  • @gokturkonline1376
    @gokturkonline1376 3 года назад +1

    Başarilar

  • @kingyoutuber6751
    @kingyoutuber6751 3 года назад +2

    Güzel olmuş devamını bekliyoruz

  • @gurkandemir8523
    @gurkandemir8523 3 года назад +2

    Yararli bir kanal takibe aldim. Başarılar

    • @vekilanar
      @vekilanar  3 года назад

      teşekkür ederim. :)

  • @sabandurmus9012
    @sabandurmus9012 3 года назад +1

    Başarılar kardesim

  • @FRAGMANS007
    @FRAGMANS007 3 года назад +1

    harika başarılar dilerim

  • @dedelaptop2081
    @dedelaptop2081 3 года назад +2

    Güzel video gardaşım

    • @vekilanar
      @vekilanar  3 года назад

      güzel gününüz olsun.

  • @ynsdgn21
    @ynsdgn21 3 года назад +1

    Güzel olmuş

  • @mesumeqafarova7002
    @mesumeqafarova7002 3 года назад +1

    eger berat hokmleriniz varsa bununla bagli melumtlari paylassaz yaxsi olar.

  • @oyundunyas1252
    @oyundunyas1252 3 года назад +2

    Nice video

  • @nigarmangiyeva7492
    @nigarmangiyeva7492 5 месяцев назад

    Bəraət aldim həmin polisi verdim məhkəməyə 2500pul aldim

  • @sakirkerimov662
    @sakirkerimov662 3 года назад +1

    hec berat qazanan olurmu?