Bakı Slavyan Universiteti reklam çarxı

Поделиться
HTML-код
  • Опубликовано: 9 сен 2020
  • Əziz abituriyentlər!
    70 ildən artıq bir müddətdə səmərəli fəaliyyət göstərən qabaqcıl dövlət universitetləri ilə sıx dostluq və tərəfdaşlıq əlaqələri yaradan, dünya universitetləri ilə müştərək beynəlxalq konfranslar keçirən, tələbə və müəllim mübadiləsinə geniş yer verən, gənclərə mükəmməl bilik, peşə vərdişləri və bacarıqları aşılayan, diplomları MDB ölkələrində, Türkiyədə və Avropada tanınan, fəaliyyətində Azərbaycan dövlətinin daxili və xarici siyasətinin məramını əsas tutan Bakı Slavyan Universiteti gənclərimizi aşağıdakı ixtisaslar üzrə təhsil almağa dəvət edir:
    “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, rus, ingilis, alman, fransız dilləri üzrə“ Xarici dil müəllimliyi”, rus və Azərbaycan bölmələri üçün “İbtidai sinif müəllimliyi”, rus bölməsi üçün “Rus dili və ədəbiyyat müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət”, Məktəbəqədər təlim və tərbiyə”, ingilis, rus və digər slavyan dilləri üzrə “Tərcümə”, “Beynəlxalq münasibətlər”, “Jurnalistika”, Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Yunanıstan və Bolqarıstan üzrə “Regionşünaslıq”.
    XXI əsrin çağırışlarına cavab verən əmək bazarında özünüzə layiqli yer tutmaq, maraqlı tələbə həyatı yaşamaq, BSU-nun əməkdaşlıq etdiyi qabaqcıl dünya universitetlərində təcrübə keçmək, uğurlu karyeraya sahib olmaq istəyirsinizsə, Bakı Slavyan Universitetini seçin!
    Ətraflı məlumatı www.bsu-uni.edu.az saytından ala bilərsiniz.
  • НаукаНаука

Комментарии •