Это видео недоступно.
Сожалеем об этом.

Aktrisa olmaq üçün uşağını tələf etdi -Məşhur olan anası onu iki sevdiyindən də ayırdı

Поделиться
HTML-код
  • Опубликовано: 29 сен 2022
  • #1000production #birivaridi #trend
    Videoda Elnar Abluc Hasan yutub kanalındakı videomaterillardan ( • Vəfa Fətullayeva (302-... ) istifadə edilmişdir.
    Vəfa Nüsrət qızı Fətullayeva 1945-ci il avqustun 25-də Xalq artisti aktrisa Hökümə Qurbanovanın və rəssam Nüsrət Fətullayevin ailəsində doğulub. Atası Nüsrət Fətullayev Azərbaycan teatr tarixinə ən yaxşı rəssamlardan biri kimi düşüb. Bütün həyatını Milli Dram Teatrında səhnələşdirilmiş əsərlərin tərtibatına həsr edib. Əmisi Fateh Fətullayevi tamaşaçılar “Ögey ana” filmində İsmayılın atası kimi tanıyır. Digər iki əmisi Şəmsəddin və Nurəddin bəstəkar olub.
    Sonralar bu faktın həqiqiliyini Zaur öz müsahibələrinin birində təsdiq edir. O, bildirir ki, onların ayrılmasına səbəb məhz Hökümə xanımın qızını aktrisa görmək istəməsi olub: “Mən teatra qarşı deyildim. Çünki anam, əməkdar artist Tutuxanım Həmidova rəqqasə olmuşdu. Ona görə də səhnə adamlarının iş rejimi məni qane etmirdi. Bu səbəbdən də Vəfanın teatrda işləməsinə narazılıq edirdim. Anası da deyirdi ki, mənim davamçım mənim qızım olmalıdır. Mən onunla tanış olandan bir neçə ay sonra bildim ki, o, Hökümə Qurbanovanın qızıdır. Bunu mənə bildirmirdi. Bu hərəkəti məni ona daha da bağladı. Biz evləndik, yaxşı da ailəmiz oldu, amma teatr bizə qalib gəldi. Toyumuzdan bir neçə ay əvvəl anası yenə başladı ki, Vəfa aktrisa olmalıdır, teatra getməlidir. Mən acıq edib onlardan getdim. Bir gün anam zəng vurdu ki, bizə gəl, qonağımız var. Gəldim gördüm ki, Vəfa bacısı Nailə ilə bizə gəlib. Vəfanın boynunda qara kəlağayı vardı. Bacısı dedi ki, Zaur teatr söhbəti daha olmayacaq. Durun, burdan gedin “zaqs” idarəsinə. Ailə qurduq. Bir gün mən Pribaltikaya idman yarışına getdim. Onda Vəfa dörd aylıq hamilə idi. Ordan qayıdanda çoxlu uşaq paltarları da almışdım. Gələndə Vəfa məni qarşılamadı. Gördüm oturub ağlayır. Dedim, nə olub, ağır nə isə qaldırmısan, uşağa nə isə olub. Dedi hə. Ancaq mən sonralar anamın vasitəsi ilə öyrəndim ki, o, Dəmiryol xəstəxanasında usağımızı tələf etdirib. Bundan sonra bizim birgə yaşamağımız mümkünsüz oldu və biz ayrıldıq”.
    Vəfa əvvəlcə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Rus Dram Teatrının baş rejissoru Məhərrəm Haşımovun kursuna düşür. Vəfanın bir müddət öz xarici görkəmini nəzarətsiz buraxaraq kökəlməsi Məhərrəm Haşımovun diqqətindən yayınmır. Dərslərin birində “Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?”, - deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın xətrinə dəyir. O hadisədən sonra bir də həmin sinfə girmir. Acıq edərək fakültəsini dəyişib, keçir teatrşünaslığa. Hələ üstəlik, arıqlayır da.
    Aktrisalıq fəaliyyəti isə elə institutda oxuyanda başlayır. Akademik Dram Teatrında “Məhv olmuş gündəliklər” tamaşasında Fəridə roluna dəvət alır. Deyilənə görə, Vəfanın aktrisa olması yalnız Hökümə Qurbanovanın arzusu, istəyi idi. Və məhz anasının ciddi təhriki, tələbi ilə Vəfa aktrisa olmağa qərar verib. Amma Vəfa Fətullayevanın əmisi oğlu, rejissor Hafiz Fətullayev bu fikirlə razılaşmır. Deyir ki, Hökümə Qurbanova qızının aktrisa olmasının tərəfdarı olmayıb: “Yoxsa Vəfa elə əvvəldən aktyorluq fakültəsinə girərdi. Amma qızının bu istəyini də xüsusi bir etirazla qarşılamadı. Hökümə xanım heç bir rejissora deməmişdi ki, Vəfaya rol versin. Rejissorlar özləri onu bəyənib rol veriblər. Hətta Əliheydər Ələkbərov “Mahnı dağlarda qaldı” tamaşasında Gülgəz rolunu Vəfaya verəndə şübhələnirdi ki, o, bu rolu oynaya bilər, ya yox. Vəfa da elə gözəl oynadı ki, bu rolu ... Çoxları o tamaşadan sonra dövlət mükafatı aldı, amma nədənsə Vəfaya vermədilər. bəlkə hələ gənc olduğuna görəydi, bilmirəm. Halbuki o almalı idi. Ancaq bir neçə il sonra “İblis” tamaşasındakı Rəna roluna görə, Vəfa Dövlət mükafatına layiq görüldü. Ümumiyyətlə, Vəfa sözə qulaq asan qız idi. Çox mülayim xasiyyəti vardı. Onunla 5 dəqiqə oturub söhbət edəndən sonra bütün əhvalın dəyişirdi. Elə şaqqanaq çəkib gülürdü. Allah onu əsl ev xanımı kimi yaratmışdı. Hansı bir evin xanımı olsaydı, xoşbəxt olardı...”
    Vəfa Fətullayevanın ikinci böyük məhəbbəti öz həmkar Fuad Poladov olur. Onlar ilk dəfə “Məhv olmuş gündəliklər” tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşırlar. Bir-birlərini böyük məhəbbətlə sevən cütlük ailə qurmurlar. Onların münasibətlərinin ciddiləşməsindəki maneələr bu günə qədər də sir kimi qalır.
    Amma deyilənlərə görə bu dəfə də Vəfanı Poladovdan ayıran Hökümə Qurbanova olub.

Комментарии • 113

  • @Hurzat_Ahmadli
    @Hurzat_Ahmadli Год назад +14

    Vəfa xanım əsl Azərbaycan qızı idi.Mən onun həm özünü,həm də sənətini çox sevirdim.Elə Fuad Poladovu da.Onlar bir-birinə çox yaraşırdılar.

  • @eminehuseynova7017
    @eminehuseynova7017 9 месяцев назад +3

    İlahi ne gözel İnsanların şekillerini gördüm.Allah her birne rehmet elesin💙🥀🥀

  • @minamemmedova4937
    @minamemmedova4937 Год назад +16

    Sovet dovrunde en cox tamashalarini izlediyim aktyorlar Vefa xanim ve Fuad bey Poladovu hec vaxt unutmadim.Rol aldiqlari eserleri defelerle tekrar izleyirdim.Dram teatrinda canli tamashalarina tez-tez gederdim,heyf o gunlerden.Cox gozel aktyor nesli yetishmishdi..Allah rehmet elesin Fuad bey Poladova ve Vefa xanim Fetullayevaya..

  • @qarabagazrbaycandr8635
    @qarabagazrbaycandr8635 Год назад +12

    heyranlıkla onları o qədər izlemişem ki ikisi yanaşı addımlayanda necə gözəl görünürdülər Fuad subay Vəfasa boşanmışdı Evleneceklerini arzulayırdık bir də eşitdik ki Vəfa vəfat edib

  • @samirabaku8309
    @samirabaku8309 Год назад +14

    Allah rehmet elesin Vefa xanima.Gozel aktrisa idi.🙏

  • @user-wx8lo8ki1f
    @user-wx8lo8ki1f Год назад +4

    Allah rəhmət eləsin! Vəfa xanım uşaqlığımızın , gəncliyimizin sevimli aktrisası idi Ona çox Özenerdik. Sırf onu ve Fuad Poladovu görmək üçün tez tez teatra gedərdik.ibretverici bir həyatı olub , amma. Anası bütün analar kimi uşağının - qızının baxtini yazmaq -yapmaq istəyib sadece , amma olmayıb.Ona görə də çox üzüldüm.

  • @aytenabbasova381
    @aytenabbasova381 Год назад +5

    Çox təsirləndim .Eşitdiyimin təsirindən çıxa bilmirəm.İnanın bunu doğurdan deyirəm.ÇOX HEYİF.

  • @user-jm2yw1be6l
    @user-jm2yw1be6l Год назад +33

    Allah rəhmət eləsin Vəfa xanıma,Fuad Poladova .Hər ikisi unudulmaz sənətkardilar!Hökümə xanımin səsindən insan riggətə gəlirdi!Ehhh kimlər gəldi,kimlər getdi bu dünyadan...."Bu dünya pəncərədir,hər gələn baxar gedər".....Məkanları cənnət olsun

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 Год назад

      "Salam xanımlar evdar xanımlar ikinci iş axtaran xanımlar sizə evdən idarə olunan onlayn iş təklifimiz var işimiz rəsmidi dövlət tərəfindən təsdiqlənmişdir xanımlarla çalışırıq şirkətimiz artan gəlir sistemi ilə işləyir. xanımlar nəyi qaçırdığınızın fərqində deyilsiz .Burda çox böyük imkanlar var

  • @mehribanrzabeyli1143
    @mehribanrzabeyli1143 Год назад +7

    Tebii gozel Vefa xanim Fetullayeva ...ALLAH rehmet elesin ....🤲🙏

  • @ofahuseynli5508
    @ofahuseynli5508 Год назад +7

    Allah hər ikisinə rəhmət eləsin Gözəl aktrisa idilər, Vəfa xanımın oynadığı rollar qısa ömrünün əsli idi, ,gözlərində həmişə kədər,fikir var idi,bu fikirlərdə onu tez apardı
    Тəssuf

  • @eminsireliyev1092
    @eminsireliyev1092 Год назад +17

    Gozel lahiyedir..Ugurlarin bol olsun qardas..Allah Dunyasini deyisen Senetkarlarimizin ruhlarini sad etsin Amin... Sehidlerimiz Cenab Genralimiz Polad Pasamiz,Penceli Teymurov,Murad Mirzeyev,Muhud Orucov,Raquf Orucov ve basqalarinin heyati haqqindada cekilis olsa ,Gozel olardi...onceden Tesekkurler

  • @musviqseki367
    @musviqseki367 Год назад +5

    Teshekkur edirem Serdar bey. Men Vefa xanimla, Fuad Poladovun sevgisinin shahidi olmusham. 1980-ci il idi, Neft Akademiyasinin l kursunda oxuyurdum. Mirzaga Eliyev kucesinden her gun seher derse gedirdim. Dram Teatrinin yan hissesinde her gun onlarin asta yerishle sohbetleshdiklerinin shahidi olmusham. Bir gun bir cumle eshitdim. Fuad muellim:Vefa senin canin ucun deyirem sozunu dedi. Men tez-tez teatra gedirdim, defelerle "kendci qizi" tamashasina baxirdim. Her iki aktyoru cox sevirem. Nur icinde yatsinlar. 🙏💓💓🕊️🕊️

  • @tuturahimli959
    @tuturahimli959 Год назад +6

    Allah mekanin cennet elesin . Ne gozel tamasalar gozel Vefa xanim😪😪

  • @gencegence9659
    @gencegence9659 Год назад +14

    Vəfa xanımı yəni sevmiyən varidimi ki, Mən Atayevlərlər aiıəsi tamaşasına bir becə fəfə baxmışam. Vəfa xamım öz həyatını oynayırdı. Mən Vıfa xamımı cox sevmişəm. Həyat bur qadın idi. Allah rəhmət eləsin. Məkanl cənnət olsun. Yeri behişt olsun.😢😢😢😢💔💔💔💔

  • @motunaz2884
    @motunaz2884 Год назад +8

    Allah günahlarını bağışlasın 🤲🏻

  • @saraorucova5367
    @saraorucova5367 Год назад +5

    Çox sağ ol ay Muğlan balam maraqli məlumatlar üçün.

  • @qarabagazrbaycandr4529
    @qarabagazrbaycandr4529 Год назад +53

    Bəxti qara gəlmiş Vəfa xanım Fətullayeva.Anası Hökümə Qurbanova necə qəddar ana olub.Qızının həyatı oyuncaq edib xoşbəxt olmağa qoymayıb.Allah rəhmət eləsin

    • @samirabaku8309
      @samirabaku8309 Год назад

      Beli.Anasi bedbaxt olmaginin sebebi oldu.

    • @sebineeliyarova7870
      @sebineeliyarova7870 Год назад +2

      INSALLAH QURBAN OLDUGUM UCA REBBIM SEREFSIZ ANALARA LENET ETSIN!

    • @sebineeliyarova7870
      @sebineeliyarova7870 Год назад

      MENIM OZ ANAMDA ONLARIN ICINDE OLMAQ SERTI ILE!

    • @qarabagazrbaycandr4529
      @qarabagazrbaycandr4529 Год назад

      @@sebineeliyarova7870 Necə Səbinə xanım başa düşmədim sizi?Ananız xoşbəxt olmayıb ,yoxsa sizin xoşbəxtliyinizə mane olan olub?

    • @hesenovrubaye
      @hesenovrubaye Год назад

      @@qarabagazrbaycandr4529
      Ok
      Ok I'm

  • @ilkinmustafa4796
    @ilkinmustafa4796 Год назад +11

    Allah rəhmət eləsin

  • @feridismaylzade8338
    @feridismaylzade8338 Год назад +18

    Salam.Hər dəfə VƏFA xanım haqqında , verlişlərə qulaq asanda, çox duyğulanıram.VƏFA xanımı o, qədər çox sevirdim ki, oynadığı tamaşalara, tele seriallara dəfələrlə baxmışam və indidə baxıram. Elə gözəl qadının , xoşbəxtsiz taleyi.ALLAH rəhmət eyləsin.🤲😪

    • @heyatisgenderli4002
      @heyatisgenderli4002 Год назад

      anası cox hokmiran olub adı kimi balasınıda bedbext edib

    • @liliyev7648
      @liliyev7648 Год назад

      Ok

    • @emeliyamammadova9583
      @emeliyamammadova9583 Год назад +2

      Allah rəhmət eləsin gözəl aktrisa idi

    • @eslieliyeva649
      @eslieliyeva649 Год назад

      ALLAH VEFA XANIMA REHMET ELESİN. YADIMDADI, ÇOX VAXT AZ DRAMAYA HÜSÜ HACIYEV KÜÇESİ İLE PİYADA GEFİRDİ. QEDDİ QAMETLİ , EYNİNDE MAVİ TENGLİ KREMPİLİN PARÇADAN OLAN PLAŞ, AYAĞİNDA AL QIRMIZI RENGLİ TUFLİ, ELİNDE İSE AL QIRMIZI RENGLİ BALACA REDİKULİ VAR İDİ. MEN DEYERDİM SANKİ BİR MALAİKE ORADAN KEÇİR. YIĞILMIŞ ZİL QARA SAÇLARI, İRİ QARA GÖZLERİ ADAMLARI VALEH EDİRDİ. ALLAH GÖZEL QELBLİ AKTRİSAMIZI TEHMET ELESİN.

  • @ismetsadayev2760
    @ismetsadayev2760 Год назад +19

    BEFA SEN COXCOX LAP COX İSTYİRDİM SEN DUNYADAN DOYMADIN MEKANIN CENET OLSUN

  • @tahireabdullayeva5244
    @tahireabdullayeva5244 Год назад +7

    Allah. rəhmət eləsin!
    Allah məkanlnl cənnət eləsin!

  • @xan2006
    @xan2006 Год назад +9

    Yaziq qizin heyatini dagiddi Allah heç kime bele imtahan vermesesin

  • @rafigatahirova3253
    @rafigatahirova3253 Год назад +4

    Amma Allah rehmet eylesin Vefa Fetullaueva ile Fuad Poladova bir birilerine cox yarawirdilar.Ikiside Azerbaycan sehnesine yarawiq olublar.

  • @HuruAliyeva-il4nr
    @HuruAliyeva-il4nr Год назад +3

    Ana - bala hər iki rəhmətliyin fanatı olmuşam .

  • @xuramanmustafayeva4013
    @xuramanmustafayeva4013 Год назад +4

    Allah rəhmət eləsin bu bir alin yazisi taleyin işidi

  • @dilbernezerova8371
    @dilbernezerova8371 Год назад +3

    Hökumə Qurbanova çox hökümlü zabitəli xanım olub . Onun bu şöhrətpərəstliyi gözünü o qədər tutub ki hətta balasının həyatı ilə oynayıb.

  • @nebidehuseynova2375
    @nebidehuseynova2375 Год назад +2

    Fuad Poladov neheng aktyor agir tebietli Azerbaycan kisisi esl Insan

  • @eminehuseynova7017
    @eminehuseynova7017 9 месяцев назад +1

    Gözel Vefa xanım Allah rehmet elesin🤲🏽💙🥀🥀

  • @vefadadaosova2492
    @vefadadaosova2492 Год назад +14

    Lənətə gəlsin qızıların da anallgında insanda öz qızına bu qədər pislik edər Hegemon qadın 😥

  • @taranaaslanova9778
    @taranaaslanova9778 Год назад +7

    Hökumə həm başqasının, həm də qızının həyatını məhv etdi

  • @tahiraliyev7722
    @tahiraliyev7722 Год назад +2

    Çox sevirəm,Allah rəhmət eləsin

  • @eliyevaruqeyya3758
    @eliyevaruqeyya3758 Год назад +4

    ƏVƏZOLUNMAZ DAHİLƏR ! İNDİ ROL YARADIB TAMAŞA OYNAMAQ ASANDDIR. AMMA O VAXTLAR ÇOX ÇƏTİN OLUB. BİZ ONLARI O VAXTLARDAN ÇOX SEVMİŞİK. VƏ HƏMİŞƏ SEVƏCƏYİK.

  • @ferideveliyeva7799
    @ferideveliyeva7799 Год назад +2

    "Mahnı dağlarda qaldı, "Məhv olmuş gündəlik " tamaşalarında o əvəzolunmaz idi. Canlı səhnədə görmüşdüm.

  • @mahiralatifova9270
    @mahiralatifova9270 Год назад +7

    MARAQLI MƏLUMAT ÜÇÜN ÇOOOX SAĞ OLUN. VAR OLUN.

  • @katykaty8447
    @katykaty8447 Год назад +1

    İnsan özü istəməsə, heç kim onu vadar edə bilməz.
    Yenə də yoxlanılmamış faktlar.

  • @ulkerabbasova7362
    @ulkerabbasova7362 Год назад +1

    Бу тамашаяа нече дефе бахмышам хеяиф бу актирасадан аллах рехмет еялесин

  • @azadecebiyeva9505
    @azadecebiyeva9505 Год назад +2

    Çox təəsüf
    Bu qədər fərqli həyat hekayələri
    Amma hər şey fərqli olsada
    Ölümü hər kəs dadır
    Allah rəhmət eləsin

  • @ilhamemustafazade3440
    @ilhamemustafazade3440 Год назад +2

    SİZƏ TEŞƏKKUR EDİRƏM.Allah rəhmət eləsin ,o qədər gözəl qadın ,gözəl aktrisa olubki,çox sevilirdi.İkinci fəxri xiyabanda məzarına rast gəldim.Ruhu şad olsun.,,Göz həkimi,,Atayevlər ailəsi,,,çox unudulmaz obrazları var

  • @amur822.
    @amur822. Год назад +3

    Uşaq ikən onunla adaş olduğumla qürur duyurdum, adımı ona görə sevdim .İllər keçdi öz yaşadıqlarım onun həyatı adımdan nifrət etdirdi.

  • @mehemmedmehemmed7679
    @mehemmedmehemmed7679 Год назад +2

    Basdirmaga yazmazlar ay jurnaliat. Dəfn etməyə yazarlar.

  • @denizeliyeva1198
    @denizeliyeva1198 Год назад +4

    Deyirler pis valideyn omur.Yalandir vallah olur.O qeder pis analar pis atalar var ki.

  • @rafigatahirova3253
    @rafigatahirova3253 Год назад +5

    Men bawa duwmurem.O nece nevesine qiyib.Ana betninde plan dol onun qanindan canindandi.Allah savadli edebiyyat oxuyan bir insanin bele meneviyyatda olmasi mene catmir.Demeli oxumaq hele insan olmaq deyil

  • @hsnsgrov3
    @hsnsgrov3 Год назад +2

    İnanmıram ki anasına görə ondan ayrılıb.

  • @user-ey7xr7gq8x
    @user-ey7xr7gq8x Год назад +3

    Ана вэ бала ашыг олмушты она

  • @gunkaalyeva4019
    @gunkaalyeva4019 Год назад +1

    Cox acı talehleri olub 😔😔😔bu ailenin cox sevmişem Vefa xanımı gözel aktrisaydı Allah o dünyaların versin 🙏🙏

  • @anaraliyev7858
    @anaraliyev7858 5 месяцев назад

    Allah Vefa Xanima rehmet elesin
    Esl Azerbaycanli xanimi

  • @lalabakhshiyeva5898
    @lalabakhshiyeva5898 9 месяцев назад +1

    Ezizaqa Qasimov haqqinda da melumat verin zehmet olmasa

  • @user-eh6bg5tg5w
    @user-eh6bg5tg5w 9 месяцев назад +1

    Nebilim Vallah men bawa duwmurem bele wey olar lap anasi deyib ozu niye razilawib razi olmasa idi anasi onu oldurmeyecekdir ki

  • @user-wq7hm5fi4o
    @user-wq7hm5fi4o Год назад +4

    Совет вахти еле хадиселер олубки индикилере шукур.Ана танийирдим оглуну севдийи гизла евленмесине ичазе вермемишди.Оглуда озуне гесд етмишди ахирда ана тек галмишди..дехшетди

  • @hevvamammadova
    @hevvamammadova 9 месяцев назад

    Bele zalim ana olar ,ele bil duwmendi. Ana hec qizinin ailesini dagidar ? Allah rehmet elesin .

  • @sevdaqurbanova6384
    @sevdaqurbanova6384 Год назад +4

    Ancaq men telebe olanda onlarla uzbeuz yawayirdim. Fuad Poladov her axwam onlara gelirdi, onun geliwini balkondan baxaraq gozleyirdi Vafa xanim. Deyidiler ki, Fuadin anasi razi deyil bu evliliye. Vafanin evvel evli oldugu ucun

    • @gullualiyeva9845
      @gullualiyeva9845 Год назад +4

      Beli o vaxti hec mumkun olan idimi hansi ana subay oglunun boşanmiş qadinla evlenmesine razi olardiki.Vefa 3yaß Fuad Poladivdan boyuk olub hem.Gunahisa anasi Hokume xanima atirlar

    • @Namik6819
      @Namik6819 6 месяцев назад

      ​@@gullualiyeva9845beli siz deyen kimi olub axırda da Vefa xanım Fuaddan uzaqlawıb hetta aralarinda mubahise de yaranıb ayrılanda Fuadın hetta Vefa xanımı tehqir etdiyi de deyilir men bunu Vefa xanimin qohumu olan yurnalistin yazisindan oxumusam feysburkda

  • @user-pq1yc4cp3c
    @user-pq1yc4cp3c Год назад +1

    Sərdar Amini cox sevirəm yaxşı aparıcıdır

  • @mehrabsamaxl8239
    @mehrabsamaxl8239 Год назад +1

    Salam bu gün dəyərli sənətkarımız Rəhim Rəhimlini gecə saat 3 də itirdik
    Rəhim Rəhimli haqqında məlumat hazırlaya bilərsiniz

  • @Afina10
    @Afina10 Год назад +4

    Allah rəhmət eləsin Vəfa xanıma.

  • @sevilia.m.1078
    @sevilia.m.1078 Год назад +4

    Sizin bir verilişində Zaur haqqında neqativ fikirlər söyləniilmisgi.Bu çox pis haldır.Cunki mən Zaurun çıxışına baxmışam.Bu dəfəki videonuz Zaurun dedikləri ilə üst,- üstə düşür.O ki. qaldı F.Poladova...o Vəfadan yaşca kiçik olub.Vəfa çox məşhur nəsildən olub.Hiökümə xanım isə yəqin istəməyib ki, qızının taleyi özününkü kimi olsun.Cunki o özü hamıya qarşı çıxaraq kasıb, oğlana ərə getmişdi.(Ələsgər Ələkbərova).Amma o gözəl aktyor, o gözəl insan olmağına baxmayaraq H.Qurbanovaya mane olurdu, onun işləməyə qoymurdu və nəticədə ailə dağılır .Anası óz fikrində qızını qorumaq istəyib Kim bilərdi ki, Fuad Poladov həqiqətən də polad kimi möhkəm bir insan, şəxsiyyət olacaq.Bunlar hamısı sonra olacaqdı..o vaxt isə Fuad cavan, tanınmayan biri olub.Anasi da fikirləşib ki, onun sóhrətindən, adından istifadə edəcəklər..nə bilim daha nə..

  • @furuze3456
    @furuze3456 Год назад +4

    Yaxwi iw gorubki ..?ele ana olmaz .dogru iw gormeyib .

  • @aygunshafagatova5037
    @aygunshafagatova5037 24 дня назад

    Ana sozuyle aile dagilar?dunya gorusu olan qadin nece bunu ede biler nese inanmaqim gelmir

  • @user-ym1bf6vm7e
    @user-ym1bf6vm7e Год назад +2

    Bilmiram ,yaqin ki oz sanatina o qadar vurgun idi ki, qįzının xòşbaxtliyini onun ancaq aktrisa olmagįnda qòrùrdù....

  • @ilahhmdova1131
    @ilahhmdova1131 Год назад +4

    Bir ana necə qızının ana olmağını xoşbəxt olmağını istəmiyə.Özü istədiri qədər kişilərlə sevğili olur ərə ğefə bilirdi.Ana olmaq dünyaya uşaq ğətirməkdən ibarət deyil.Ana var övladının xoşbəxtliyi üçün nələr eləmir.Heyif Vəfa kimi ğözəl xanıma belə ana qismət oldu.Həm Zaurdan həm Fuaddan ayırdı

  • @ruhiyyeorucova1457
    @ruhiyyeorucova1457 Год назад

    🥀🥀

  • @govharcafarova2809
    @govharcafarova2809 Год назад

    😢😢😔😔😢😢

  • @sanubar1968
    @sanubar1968 Год назад +1

    Allah rehmet elesin gozel senetkar idi

  • @aciheyat51
    @aciheyat51 Год назад +1

    Aydın olduki Vəfa x bədbəxt eliyən öz anası olub. Hətta uşağını saldırıb. Ailəsini dağıdıb. Ana öz balasının xoşbəxtliyin əlinnən alıb. Mən belə adama ana adını layiq bilmirəm. Vəfa xanımı öz anası bədbəxt edib. O Allah qarşısında başı aşağ olacaq pıs əməllərinə görə. Körpə qatılı qadın.

  • @yeganaahmedova6265
    @yeganaahmedova6265 Год назад

    😪😪🙏

  • @seryequliyeva5044
    @seryequliyeva5044 Год назад

    Çox sevirdim vefa xanımı anası çox sef edib evladını bedbext edib

    • @seadetsefereliyeva4530
      @seadetsefereliyeva4530 Год назад +2

      Vəfa Fətullayeva sevdiyim aktrisalar arasinda birincidir,əvəzolunmazdir.Bir dəfə bir jurnalin uz qabiginda onun şəkli verilmişdi.
      Mən indi də onun vurğunuyam.O səkli hələ də arxivimdə saxlayiram.Arada ona baxır,heyranlığimi bildirirəm."Axı sən niyə belə tez getdin,sevdiklərini qəmgin etdin?"
      "Goz həkimi"ndəki Vəfanin rolunu unutmaq olarmı?
      Vəfa sən mənim qəlbimdəsən,Səni öluncə unutmaram.
      Sənin vurgunun:70 yaslı bir kecmis müəllimə.

    • @eyyubabdullaev5995
      @eyyubabdullaev5995 Год назад

      @@seadetsefereliyeva4530 ХАНЫМ МЕНИМ ДЕ ХЕЛЕ ДЕ ЯДЫМДАДЫР О ШЕКИЛ 🙏🙏🙏

    • @gullualiyeva9845
      @gullualiyeva9845 Год назад +3

      @@seadetsefereliyeva4530 Salam.Mezarin ziyaret etsek ruhun sevindirerik.Cunku òvladi olmayib amma biz sevenleri var.

  • @ulkerabbasova7362
    @ulkerabbasova7362 Год назад

    Чох севдияим данышыг

  • @reyhanhasanova8177
    @reyhanhasanova8177 Год назад

    Yazığın talehi gətirməyib heyf

  • @sevilismayilova8411
    @sevilismayilova8411 Год назад +2

    Meni ona oxşadirdilar gencliyimde, bextimde ona oxşadi😢

  • @ulviqedirli6642
    @ulviqedirli6642 Год назад +4

    Gələn həftə də Rəhim Rəhimli olar

  • @rzahuseynkazimov1598
    @rzahuseynkazimov1598 Год назад

    Melumat birwz zeifdi .zaur beyin musahibesinde qulaq asmiwam.vefa xanimin uwaqinin telefi sebebdi bu ayriliqs

  • @ehetehhmedov6616
    @ehetehhmedov6616 Год назад

    Aktrisa Hökumə xanımın etdiyi günah qızının vaxtsız ölümünün ərizəsi olub, deyəsən.Bizə qız lazım deyil analara da aiddir..

  • @SerdArt
    @SerdArt Год назад

    *******

  • @aygunmemmedova6490
    @aygunmemmedova6490 Год назад

    Vəfanın ilk rolu"Küləklər"tamaşasında Alagöz rolu olub.Həmin tamaşada Fuad Əlibala rolunu oynayıb.

    • @vusalelibeyli1968
      @vusalelibeyli1968 Год назад +1

      İlk rolu "Məhv olmuş gündəlik"lər tamaşasında Fəridə obrazı olub.F.Poladov Savalan obrazında.

    • @aygunmemmedova6490
      @aygunmemmedova6490 Год назад +1

      @@vusalelibeyli1968 "Məhv olmuş gündəliklər" "Küləklər" tamaşasından sonra səhnələşdirilib."Məhv olmuş gündəliklər"də kimin hansı rolu ifa etdiyinidə bilirəm.Şəfiqə Məmmədova - Anjel,Səməndər Rzayev-Qənimət,Kamal Xudaverdiyev -Ədalət,Ətayə Əliyeva və Ofelya Məmmədzadə/dublyor/-Fəridənin anası.Orda sözsüz bir rol da vardı,Ədaləti şantaj edən,onu Qabil Quliyev oynayırdı.

  • @user-xg8eh2jb1r
    @user-xg8eh2jb1r Год назад

    Allah rehmet etsin Vefa xanima aparci oglan Hokme xanimin yegane ovladi deyib sonrasa Bacisi Naile deyir.Bunu nece bawa duwek..

    • @gullualiyeva9845
      @gullualiyeva9845 Год назад +3

      Hokume Qurbanova iki defe aile qurub.Naile adli qizi aktyor Ələsgər Ələkbərovdan.Vefa rehmetlik isə teatr ressami Nusret Fetullayevden olan qizidir.Allah gozel Vefamiza ve validenlerine rehmet elesin.

    • @user-xg8eh2jb1r
      @user-xg8eh2jb1r Год назад

      @@gullualiyeva9845 Salam bildim cok sag olun.🙏

    • @gullualiyeva9845
      @gullualiyeva9845 Год назад

      @@user-xg8eh2jb1r Aleykum salam.Siz de sagolun.

    • @abbasova2086
      @abbasova2086 11 месяцев назад

      Bəs Nailə xanım hardadır onun haqda zəhmət olmasa

  • @QuL2121
    @QuL2121 8 месяцев назад

    Ayıb olsun sizə bu paylaşım üçün.Hökümə Qurbanova onu ayırmayıb ağ yalandı.İlk başda razı olmayıb sora razı olub.Utanmırsızda deyirəm bir aktrisiyaya bu boyda damğa vurursuz ar olsun

  • @sabinaali8876
    @sabinaali8876 Год назад

    Hansisa verilisde esitmisem ki Hokume Qurbanova Fuadi isteyirmis onuncun Vefani qoymayib,ola bilər,çünki pozqun qadın imiş,Qunduz Abbasovu bosatdirib özü qedib,Lənət olsun

  • @xrustemova5039
    @xrustemova5039 Год назад

    ДЕМЕЛИ ВЕФАНЫН АНАСЫ ВЕ ПОЛАД О МЕСЕЛЕ.

  • @raulrzayev3259
    @raulrzayev3259 Год назад +2

    Allah rəhmət eləsin

  • @user-ey7xr7gq8x
    @user-ey7xr7gq8x Год назад +1

    Ана вэ бала ашыг олмушты она