Şamil Ənvəroğlu - Sən təkcə qadın deyilsən - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024
  • "Kamran M. YuniS" şeir dünyasına ABUNƏ OLUN ki, şeirlər bütün dünyaya yayılsın.
    Şamil Ənvəroğlu - Sən təkcə qadın deyilsən
    Bəstəkar - Xəyyam Mirzəzadə
    Sən təkcə qadın deyilsən,
    sən öncə bu dünyanın gedişindən xəbərsiz,
    bir ananın yarımçıq arzularının gerçəyi,
    bir atanın şıltaqlığına dözdüyü dəcəli,
    bir evin hay-küyü,
    bir ailənin sevinci olan
    mələk üzlü fidanısan,
    yəni bir qadının ötəsi...
    Sən təkcə qadın deyilsən,
    sən birinin sevgi payı,
    dünyasının Günəşisən,
    yaşamının səbəbisən,
    ayrılığın kədərisən,
    qovuşmağın sevincisən,
    yanğısısan, arzususan
    sabahların ümidisən,
    dünya boyda ürəyisən,
    yəni bir qadının ötəsi...
    Sən təkcə qadın deyilsən,
    sən birinin həyatına həyat qatan,
    ömür adlı bir yolunun yoldaşısan,
    Ağrısına məlhəm olan,
    sevincinə səbəb olan,
    dar gününün dayağısan,
    anasısan, bacısısan, sirdaşısan,
    yəni bir qadının ötəsi...
    Sən təkcə qadın deyilsən,
    sən birinin varlığının səbəbkarı,
    laylasıyla ruh oxşayan nəğməsisən,
    gecələrin yuxusuzu,
    gündüzlərin yorğunsan.
    Bir körpənin ANA adlı ünvanısan,
    yəni bir qadının ötəsi...
    Sən təkcə qadın deyilsən,
    sən birinin həyəcanla gözlədiyi,
    cırtdanları qalib olan nağılısan,
    bir nəslin ağbirçəyi,
    söz sahibi olanısan,
    nəvələrin nənəsisən,
    yəni bir qadının ötəsi...
    Sən təkcə qadın deyilsən,
    sən bəzən də bir əclafın hislərinə alət olan,
    hər sözünə boyun əyən əsirisən,
    sən bəzən də öz içinde QADINLIĞI öldürərək,
    ANA kimi var olmaqla
    övladının yaşamına gərəyisən,
    sən bəzən də tamam özünü unudub,
    göz yaşını öz içinə axıdaraq,
    acıların gölləndiyi dəryasısan,
    yəni bir qadının ötəsi...

Комментарии • 77

  • @lolaazeri3917
    @lolaazeri3917 3 года назад +4

    Qadın.
    Sən bəzən də özünü unudub, göz yaşını içinə axidaraq,
    acıların gölləndiyi dəryasisan,
    Yəni bir qadının ötəsi..

  • @ИбрагимоваЛала
    @ИбрагимоваЛала 3 года назад +5

    Mənə elə gəlirki siz özünüzdə qadınlara hörmətlə rəğbət bəsliyirsiz sizə qulaq asdıqca insan dincəlir, xəyallar düşuncələr aparır hardan hara dilinizə salıx👏👏👏

  • @Канал-я3ж
    @Канал-я3ж 2 года назад +4

    Samil Enveroglu
    Kamran. M. Yunis
    Tesekkurler! 🧡🧡

  • @elnarenadirova8101
    @elnarenadirova8101 3 года назад +4

    Ürəyinizə, ruhunuza sağlıq👍♥️♥️♥️

  • @xelilovaxanim6093
    @xelilovaxanim6093 3 года назад +4

    Allah sizi qorusun Allah səsinizə qüvvət versin

  • @rsadmmmdov2102
    @rsadmmmdov2102 3 года назад +6

    Qadınlara həsr olunan ən gözəl şerlərdən biri.

  • @Канал-я3ж
    @Канал-я3ж 2 года назад +4

    Mohtesem!!! 🤝🤝

  • @rawaraw6347
    @rawaraw6347 2 года назад +3

    Coox tewekkurler.Eziz sevimli senetkar.ne yaxwiki varsiz.size qulaq asanda pozitiv enerji aliram.sizi gorende bawqa bir aleme nedense duwurem.sakit ve temkinli sesiniz mene boyuk bir rahatliq getirir.

  • @seva8887
    @seva8887 3 года назад +6

    Allah sizi və səsinizi qorusun.
    Allah qadın kimi özünü unudub, Ana kimi yaşayan qadınlarımıza yardımçı olsun. AMİN.

  • @lilia9830
    @lilia9830 3 года назад +5

    Əhsən sənətkar Sən nələri dedin?Nələri demədin ki?Sən sözünü böyük mənada dedim.Biz yaradana da sən deyirik.Siz layiq olduğunuz yerdə olun həmişə.inşallah.

  • @srxansoltanl8387
    @srxansoltanl8387 3 года назад +4

    Ən gözəl anlar

  • @gulnarceferova8607
    @gulnarceferova8607 3 года назад +4

    Həyatımda dinlədiyim ən gözəl şeir kaşki bu şeir bütün qadınlar ücün deyiləudi əllərinizə ağzınıza ruhunuza sağlıq 👍👍👍👍

  • @gulnarhuseynzade1014
    @gulnarhuseynzade1014 3 года назад +4

    😭😭😭😭

  • @khadija3761
    @khadija3761 3 года назад +5

    Bu cur gozel ifaya bu like bu baxish azdi cox azdi.

  • @sevincalitimur1922
    @sevincalitimur1922 3 года назад +3

    ❤️

  • @srxansoltanl8387
    @srxansoltanl8387 3 года назад +4

    Anaları qorusun

  • @srxansoltanl8387
    @srxansoltanl8387 3 года назад +4

    Gözəl ata kimi

  • @ayxanzeynalli6623
    @ayxanzeynalli6623 3 года назад +3

    Kaş hər kəs anlaya.3:43 dən sonra 😥

  • @rsadmmmdov2102
    @rsadmmmdov2102 3 года назад +4

    Müəllifə və sizə sonsuz təşəkkürlər!

  • @srxansoltanl8387
    @srxansoltanl8387 3 года назад +4

    Allah bütün qadınları qorusun

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +12

    Sən təkcə qadın deyilsən,
    Sən birinin həyatına həyat qatan, ömür adlı bir yolun yoldaşısan,...❤️❤️❤️❤️❤️

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +12

    ❤️14❤️

  • @gelenyut8056
    @gelenyut8056 3 года назад +5

    Deyirlər
    Deyirlər evlənmisən
    Deyirlər xoşbəxtsən
    Deyirlər artıq başqasını sevirsən
    Deyirlər deyilər nolsun ki kim bilir
    Bəlkə də ən bədbəxtsən
    Bəlkə də qəm qüsə içindəsən
    Bəlkə hələ də unutmamısan saf sevgimizi
    Bəlkə də bir tək arzun var
    O da məni yenidən görməydi
    Artıq nə faydası var
    Sən indi başqasının yarısan
    Mən isə başqasına yaram
    Odur ki artıq məni unudasan
    Bağrımı yarır uzaqdan gələn fəraq səsi
    Ayrılıq vaxtıdı gözəlim yetişibdi hicran
    Unudacam o gözəl gözlərivi baxışlarıvı ruhumu oxşuyan sözlərivi
    Unudacam xoş günlətimizi
    Odur ki sən də məni unudasan

  • @ulviyyehacili6232
    @ulviyyehacili6232 3 года назад +4

    Allah sizləri qorusun Amin dəyərlilərimiz Kamran M.Yunis və Şamil Ənvəroğlu

  • @behbudovamanzar
    @behbudovamanzar 3 месяца назад +1

    Salamlar!Butun qadinlarin Sevdiyi bir insan da Siz özünüzsünüz!Bizi gozəl analiz edən şairə də ,Sizə də hədsiz təşəkkürlər!Elə Siz də kişilərə aid olan hər seyin hamisini özünüzdə cəmləşdirən KIŞI _ siniz!Baba,ata, qardaş,əmi,dayi...
    .👏👍🙏🌹💯🤲

  • @konulbayramova3514
    @konulbayramova3514 3 года назад +12

    Yarimciq arzularının gerçəyi....
    Bir qadının ötəsi...
    Ne yaxşı ki varsız ❤️❤️❤️❤️
    KAMRAN M.YUNUS
    ŞAMİL ƏNVƏR OĞLU
    TANRI QORUSUN SİZLƏRİ
    DONE DONE MİNNƏTDARAM SİZLƏRƏ
    Bu qədər gözəl ifa və qadının vəsf edilmesi......
    MÜKƏMMƏL...

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 года назад +1

      Sən üzünü görmədiyim dostumsân💖

  • @letafetismayilova2755
    @letafetismayilova2755 3 года назад +4

    Sən təkcə qadın deyilsən.
    Sən bir ümmansan.❤❤❤

  • @rufatmammadov5112
    @rufatmammadov5112 3 года назад +3

    👍85👍♥️🎶✍️

  • @yaghmurluroya
    @yaghmurluroya 3 года назад +14

    Dəyərlimiz, Kamran M. Yunis və Şamil Ənvəroğlu Rəbbim sizləri qorusun 🤲bizi bir neçə sətrə necə gözəl sığdırmısız, necə gözəl ifa, minnətdaram dönə dönə🤲

  • @esmirakrimova1315
    @esmirakrimova1315 3 года назад +11

    Sen tekce qadin deyilsen...
    Sen bir evin qizi...
    Sen bir qardasin bacisisan...
    Sen bir igidin omur gun yoldasisan...
    Sen bir evin gelinisen...
    Sen bir nesilin nenesisen...
    Var olun ...Kamran muellim ve Şamil bey..

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 года назад +3

      Sən qəlbi kövrək, özü mətin ❣️💖imsən

    • @nurcahan6353
      @nurcahan6353 3 года назад +2

      Sən bizim Esimizsən 😘

    • @nezaketletifova1118
      @nezaketletifova1118 3 года назад

      Sen menim balaca,şirin bacımsan🤗❤️💋

  • @qatibadjafarova7357
    @qatibadjafarova7357 Год назад +1

    Saqolun Kamran bey

  • @cickyags4191
    @cickyags4191 3 года назад +5

    Sən təkcə qadın deyilsən, sən birinin sevgi payı, dünyasının GÜNƏŞİSƏN,... ❤️❤️❤️

  • @kamashemsa.8435
    @kamashemsa.8435 3 года назад +12

    GÖZƏL ŞEİRDİR...
    VAR OLUN ŞAMİL BƏY!
    VAR OLUN KAMRAN BƏY!

  • @aygunaygun8263
    @aygunaygun8263 3 года назад +4

    Kamran bey🙏🏻🙏🏻🙏🏻

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 3 года назад +6

    Şamil Ənvəroğlu...yazan barmaqlarınız var olsun...Ustad,ürəyin ,səsin var olsun...verdiyiniz dəyərə görə minnətdaram.əsl Qadınları da,əsl Kişiləri də dünyaya gətirən Anadır...Anaların duaları Sizlərlə olsun...

  • @sebrsebr9683
    @sebrsebr9683 3 года назад +4

    Ehhh Heç Kimin hecnesi deyilem yalnizca kederin dostuyam..

  • @zulfiqarquliyev7932
    @zulfiqarquliyev7932 3 года назад +4

    Şamil bəyin ürəyindən,Kamran bəyin dilindən süzülən qadın t

  • @cavidahamirzeli416
    @cavidahamirzeli416 3 года назад +5

    Var olasınız Əziz Sənətkarımız!
    Yaxşı ki, Varsınız ❤👏👏

  • @qatibadjafarova7357
    @qatibadjafarova7357 Год назад +1

    Mən təkcə bir qadın deyiləm şerin hər kelmesiyem😢

  • @qudrtmmmdov5449
    @qudrtmmmdov5449 3 года назад +4

    Saq ol tewekkurler

  • @amalyamehdiyeva3691
    @amalyamehdiyeva3691 3 года назад +4

    Sen tekce qadin deyilsen,
    Sen birinin heyatina heyet qatan,
    omur adli bir yolunun yoldawisa❤️

  • @dilsadsukurova7014
    @dilsadsukurova7014 2 года назад +3

    Görən elə bir şer varmı mən özümdən küsmüşəm talehimdən küsmüşəm hər şeydən həyatdan da küsmüşəm ?

  • @slalmrahova6966
    @slalmrahova6966 9 месяцев назад +1

    SƏN TƏKCƏ BİR QADIN DEYİLSƏN,......😊

  • @xatirebaxsaliyeva9507
    @xatirebaxsaliyeva9507 3 года назад +4

    Təşəkkür edirəm əziz sənətçimiz .Xeyirli gecələr .Var olasınız .

  • @taranaali3572
    @taranaali3572 3 года назад +4

    Çox sağ olun.Çox dəqiq və duyaraq qadını təsvir edib şair Allah sizi qorusun

  • @sadiakperov2791
    @sadiakperov2791 3 года назад +4

    Cox gozəl.Sag iolun ,muəllif də,siz də ,var olun!

  • @nezaketletifova1118
    @nezaketletifova1118 3 года назад +5

    🎧👍👍👍👍👍👍👍👍👍👍

  • @sadatmursudovamks2691
    @sadatmursudovamks2691 3 года назад +6

    Kamran M Yunis

  • @remziyyeeliyeva8011
    @remziyyeeliyeva8011 3 года назад +4

    Var olun hər iki Dəyərlilərimiz!!
    ❤❤

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 3 года назад +7

    Kamran bəy
    Şamil Ənvəroglu
    Bu nə gözəllik maşaallah . Ürəyinizə ruhunuza qələminizə sağlıq Dəyərli sənətkarımız dəyərli yazarımız

  • @azize4
    @azize4 3 года назад +6

    Bir körpənin "Ana" adlı ünvanısan
    Yəni bir Qadının ötəsi
    Dinləyərkən ağlamamaq mümkün deyil icimizdəki səs((
    Şamil Ənvəroğlu nə qədər gözəl yazır
    USTAD, təşəkkürlər mən sizin sayənizdə müasir ədəbiyyatımızın şairlərini tanıyıram nə qədər güclü qələmləri var🤲👏

  • @zenfirazamanova8185
    @zenfirazamanova8185 3 года назад +4

    Bir qadının ötəsi...Bu mənim rəhmətlik anamdı,bu mənəm,bu mənim qızımdı...Bax budur əsil şair və şeir-sənin ürəyindən keçənləri və ifadə edə bilmədiklərini deyər...Və əsil qiraətçi də bu duyğuları yaşayaraq çatdırar...Var olun,Kamran bəy!

  • @incielsninnvsi8531
    @incielsninnvsi8531 3 года назад +4

    Möhtəşəm.....super...bir şeir bu qədərmi bütün qadın obrazlarını canlandırar?ağzınıza sağlıq

  • @nurcahan6353
    @nurcahan6353 3 года назад +5

    🌹🌹🌹🌹🌹

  • @azize4
    @azize4 3 года назад +4

    Sən bəzən də tamam özünü unudub,
    Göz yaşını öz içinə axıdaraq,
    Acıların gölləndiyi dəryasısan
    Yəni bir qadının ötəsi...

  • @cickyags4191
    @cickyags4191 3 года назад +4

    ❤️59❤️

  • @prvanhtmova346
    @prvanhtmova346 3 года назад +4

    Bu belədir de. Şərhsiz. Bütün məqamlar bir arda lirik poetik təqdimatla. Hətta musiqilər retro filmlerdendir zovqlə seciminiz sənətinizin təcəssümüdür. Sağ olun var olun ustad! 💙

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 месяца назад +1

    🎧🌹🌹🌹🌹🌹🌹🌹🤲

  • @srxansoltanl8387
    @srxansoltanl8387 3 года назад +3

    Salam

  • @rsadmmmdov2102
    @rsadmmmdov2102 3 года назад +4

    Bir körpənin ANA adlı ünvanısan!

  • @axireheyderova7603
    @axireheyderova7603 3 года назад +5

    SƏN TƏKCƏ QADIN DEYİLSƏN.......

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 3 года назад +5

    Hər zamanınız xeyirli Usdad

  • @yaghmurluroya
    @yaghmurluroya 3 года назад +6

    🎧🤲

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 года назад +1

      Sən mənim mələyim sən 🌼

    • @yaghmurluroya
      @yaghmurluroya 3 года назад

      @@yaqutosmanl5593 Siz də bizim, nur üzlü anamız, qələmi möhtəşəm şairəmiz, qəlbi kövrək Yaqutumuz🤲❤Rəbbim sizi qorusun 🤲❤

  • @useruser5401
    @useruser5401 3 года назад +4

    👏🙏✍️🎶

  • @srxansoltanl8387
    @srxansoltanl8387 3 года назад +3

    Biz sizi nə vaxt görəcəyik ekranda

  • @cavidahamirzeli416
    @cavidahamirzeli416 3 года назад +4

    😔😔😔😔😔😔

  • @behbudovamanzar
    @behbudovamanzar 5 месяцев назад +1

    Salamlar!Şeirin əvvəlində dedikləriniz mənə aiddir!Ortası öz ananıza, sonu isə bədbəxt qadınların həyatıdır , sanki ..
    .Necə gözəl dediniz, yaşadınız lap o qadınların həyatını!O nurlu simaniz sonda necə qəm_ kədər ə qərq oldu!😞Mən nə ağbirçək,nə nənə,nə ana,nə də...heç nəyəm!Sadəcə bəxtsiz qızların ümumi ləsmiş bir obrazi!Amma?Hər sahədə nüfuzu, hörməti, izzəti olan minlərin sevdiyi bir insan!Biri nənə deyir, biri bacı,biri xala deyir,biri bibi,(mənsə ən cox adimla cagrilmagi sevirəm!)biri,xanım,biri müəllim,biri dost,biri sirdaş ,biri qardaş,biri qonşu,biri arzuladığı heç vaxt çatmadığı sevgili,biri gözəl qız,biri də Azərbaycanin fəxr elədiyi kişi qeyrətli qızı!Bunların hamısını bir adamda cəmləmək çox çətin olsa da!Fəxrdir bu adın hər birinə layiq olmaq!Ana olmasam da uşaqları ana məhəbbəti ilə sevirəm,nənə olmasam da bütün nəvələrin nənəsi kimi arzularını çin eləyirəm!Müəllim kimi bütün ömrümü uşaqlara həsr etmişəm!Və...vətəndaş kimi ölkəmə yararlı gənc nəsil yetisdirmisem!Çox tərbiyəli, dünyagörüşlü,mədəniyyətli insanlarlarla həmişə qürur duymuşam!Ölkəmi dünyada təmsil edən hər bir kəslə fəxr eləmişəm!Və...yaşım keçsə də gənclər kimi düşünmüşəm!Uşaq kimi qayğıya möhtac olmuşam!Ağbirçək deyənlərə isə?Həmişə gulmuşəm!Məndən" Ağbirçək olar?"Mən elə kənd dəki yasda qalmışam!Heç boyumədim!🤣Bu seirə gorə Kamran bəyə xüsusi təşəkkürlər!🙏Çox gözəl qadınların problemlərini izah etdi!Amma?Qadınlar elə də gücsüz deyillər!Sadəcə ...nəyinsə xatirinə dözürlər!Yoxsa?Qadın yixmadigi evi heç şeytan da yıxa bilməz!Güzəştə gedirlər,adlarına görə,el qınağına gorə,usaqlara görə və s.lərə görə!🌹