Copernicus Olimpiadasında qalib olan çempionlarımız ATV Telekanalının "ATV Səhər" verlişində

Поделиться
HTML-код
  • Опубликовано: 16 июл 2023
  • Azərbaycanlı riyaziyyatçılar ABŞ-da birinci yeri qazandılar.
    “Global Olympic Center”-in təşkilatçılığı ilə ölkəmizin müxtəlif məktəblərindən ibarət istedadlı şagirdlər iyulun 9-13-ü aralığında Nyu York ştatında Beynəlxalq Kopernikus Olimpiadasının riyaziyyat üzrə qlobal mərhələsində ölkəmizi təmsil edib. Komandamız heyətində 60 şagird 5 kateqoriya üzrə mübarizə aparıb. İyulun 10-da Kalumbiya Univeristetində açılış mərasimi təşkil olunub. Komandamız dövlət himnimizin sədaları altında səhnəyə çıxıblar. Riyaziyyatçılarımız beynəlxalq turnirdə 24 ölkə ilə yarışıb. İyulun 11-də Kalumbiya Univeristetində olimpiadanın global mərhələsi baş tutub. Mükafatlandırma mərasimi isə 12 iyul tarixində təşkil olunub.
    Olimpiada müddətində şagirdlərimiz “New York Times Square” meydanda süprizlərlə qarşılaşıblar. Belə ki, şagirdlərimiz “New York Times Square” meydanında gəzintidə olduğu zaman açılış mərasimində olan komandamızın fotosu məşhur led monitorlarda yayımlanıb.
    Olimpiadaçılarmız təkcə yarışmayıb yeni qitənin gəzməli-görməli yerlərində olublar. NUYU YORK-da olan zaman şagirdlərmiz: Manhettn şəhər turunda, MATH Museum -da, 911 memoral Museum, Vanderbilt Sumit, Freedom Tover, Broklin körpüsü, Centeral Park, Times Square-də, Statue of Liberty İsland və s yerlərdə olub. Mükafatlandırma tədbirində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim video çıxış edərək, iştirakçıları və Azərbaycan komandasını təbrik edib və uğurlar arzulayıb. Nəticədə ölkəmiz 7 qızıl, 23 gümüş və 13 bürünc medalla dünya ölkələri arasında medal sayına görə birinci yerə layiq görülüb. Şagirdlərimiz iyulun 15-də vətənə qaydıblar. Onlar üçün hava limanında möhtəşəm qarşılama mərasimi keçirilib.
    Şagirdlərimizdən 7 nəfər qızıl- Sulduz Hacıyev, Surxay Məmmədyarov, Zəhra Qəmbərli, Mehrab Əlizadə, Ömər Həsənli, Rişad Həsənzadə, Paşam Əlizadə, Aysun Həsənzadə,
    23 nəfər gümüş medal - Ayxan Səfəralıyev, Əli Məmmədli, Nail Ələkbərli, Eldar Həsənzadə, Aydan Hacızadə, Səlim Şəfiyev, Aliyə Allahverdiyeva, Maksud Balamətov, Oktay Vəliyev, Atabəy İbrahimli, Ağa Hüseynli, İlknur Məmmədova, Uğur İbrahimov, Mətin Ələkbərli, Ruslan Səfərov, İsmayıl Hüseynov, Nüsrət İslamlı, Məmmədli Nəsirli, Firuddun Abdullazadə, İsgəndər Aslanlı, Fuad Cəfərli, Alpay İsmayıl, Arif Meşaik,
    13 nəfər bürünc medal - Turqut Aslanov, Cavad Hacıyev, Ayan Bağırzadə, Sara Haqverdiyeva, Amin Əhmədzadə,Nazanın Yusifova, Əli Yusifli, Şəhriyar Məmmədov, Sahib Əsgərov, Sadiq Səmədov, Tuqay Mehdiyev, Oğuz İsayev, Nihat Musayev qazanıb.

Комментарии • 2

  • @scorpionscorpion6584
    @scorpionscorpion6584 Год назад

    ALLAH QORUSUN , AMMA AZƏRBAYCAN DİLİNDƏ , DOĞMA DİLİMİZDƏ DANIŞMAĞI , MÜKƏMMƏL DANIŞMAĞI BACARMALISAN .

  • @meysaraaliyeva3815
    @meysaraaliyeva3815 Год назад

    Maşallah ❤