Vicdanın səsi

Поделиться
HTML-код
  • Опубликовано: 1 окт 2024
  • Deyirik "Bir dəli şeytan".
    Şeytan dəlidir ya insan?
    Yalan, yalan.
    Yalan da haram.
    Şeytanı aldadan adam,
    Haram, haram.
    Aldatmaq haram.
    Aldatmaq haram.
    Gecələr oyanır vicdan.
    Vicdanı yatmış olan!
    Oyan, oyan.
    Vicdanındır çağıran!
    Nəfsiylə savaşda olan, uca insan.
    Nəfsindir qalib olan, ya insan?
    İnan, inan.
    Bədəl verər qalib olan.
    Zehnimizdə rəqs eləyən fısıltılar,
    Fikirlərə kölgə salar.
    Gözlərində dərya olan dərin insan,
    Görər, duyar, kölgələrə işıq saçar.
    Fani olub sultan olan, hambal olan.
    Hamısı dönüb torpaq olar.
    Əməl qalar, ruh aparar!
    Zindan olar, cənnət olar!
    Zindan olar, cənnət olar!
    Düşünürsən üç günlük dünyadır, nə olar olar.
    Unutma, bu işıqlı dünyaya gəlmək üçün doqquz ay qaranlıq dünyada növbə gözləmisən.
    Doğulduğun an bu dünyadan o dünyaya yol almısan.
    Bəslədiyin ruh səni səndən alıb sonsuzluğa tərk edəcək.
    Sən onu bəslədiyin kimi, o da, səni bəsləyəcək!
    Fani olub sultan olan, hambal olan.
    Hamısı dönüb torpaq olar.
    Əməl qalar, ruh aparar!
    Zindan olar, cənnət olar!
    Zindan olar, cənnət olar!

Комментарии •