Sərnişinlərin həyatını kim təhlükəyə atır: DANX, yoxsa “Vita”lar

Поделиться
HTML-код
  • Опубликовано: 21 сен 2024
  • #apatv
    #qanunsuzsərnişindaşıma #avtovağzalqanunsuzsərnişin #DANXqanunsuzluq
    Saat 11 radələri, Bakı Beynəlxalq Avtovağzal Kompleksindəyik.
    Məqsədimiz Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin təşkil etdiyi qeyri-qanuni sərnişin daşıyan sürücülərlə görüşünü işıqlandırmaqdır. Tədbirdən əvvəl rəsmilərlə birlikdə avtovağzalın qarşısındakı mənzərəni daha yaxından müşahidə etmək üçün sürücülərlə görüşmək istədik. Kameranın obyektivindən yayınanlar da oldu, avtomobilini tərk edib qaçanlar da.
    Təxminən 1 saat müşahidə aparırıq, qaçanları saxlaya bilməsək də, dayanıb Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bizə şikayət edənlər də olur.
    Sürücülərin bəziləri deyir ki, 2009-cu ildən sürücü kimi fəaliyyət göstərirlər. Bütün sənədləri də var. Amma nədənsə “Vita”larla sərnişindaşıma üçün fərqlənmə nişanı ala bilmirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.
    Sürücülərin bu şikayətini elə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin həyətində Sərnişindaşımanın Təşkili şöbəsinin rəisi, Milli Qəhrəman Ehtiram Əliyev də dinlədi.
    Daha sonra üz tutduq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə. Qurumun rəsmisi Turanə Əkbərova qeyri-qanuni daşımalarla bağlı sərt tədbirlərə başlandığını deyir: “Artıq bir neçə gün öncə 19 yaşlı gəncin törətdiyi qəza, dünənsə Bakı-Ucar yolunda baş vermiş qəza bizə daha güclü tədbirlər görməyə əsas verir. Elə bu səbəbdən də bu gün avtovağzalın ətrafında qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər, avtovağzalın rəsmi nümayəndələri və DANX görüş keçirib. Onlara qanuni, bu prosesin necə həyata keçiriləcəyi ilə bağlı məlumat verilib. Avtovağzal kompleksinin daxilində yerləşən “Azərpoçt” şəbəkə xidmətinə müraciət edərək daşıyıcı əgər avtonəqliyyat vasitəsi qaydasındadırsa və müəyyən xətt üzrə sərnişin axını varsa o zaman müraciət edib cəmi 40-50 dəqiqə ərzində fərqlənmə nişanı əldə edə bilər”.
    O ki, qaldı “Vita” markalı kiçik tutumlu avtobus sürücülərinin fəaliyyətinə? Turanə Əkbərova deyir ki, sərnişinlər üçün oturacaq sayı 22 üstü olmalıdır: “Əgər deyilmiş rəqəmdən az olarsa təbii ki, qaydalara uyğun deyil və həmin avtonəqliyyat vasitəsinə fərqlənmə nişanı verilə bilməz”.
    Maraqlıdır qeyri-qanuni sürücülərlə mübarizə tədbirlərini gücləndirmək üçün kütləvi insan ölümünün olduğu qəzaların artması niyə əsas gətirilir? “Bilirsiniz pandemiya şəraiti olduğu üçün qanunsuz daşımalar bu qədər vüsət almamışdı. Reydlər də ona görə keçirilmirdi. Məhz bu səbəbdən hazırda DANX və DYP birgə reydlər aparır. Pandemiya dövrü olduğundan bu yoxlamalara ara verilmişdi”
    Maraqlıdır görəsən illərdir aidiyyəti qurumlar tərəfindən aparılan bu mübarizə tədbirləri niyə heç bir nəticə vermir?
    Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, bunun tək səbəbi yazılan qanunların kağız üzərində qalmasıdır.
    Belə, sürücüləri də dinlədik, rəsmiləri də. Amma görünən dağa nə bələdçi...
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV

Комментарии • 290

  • @ilqarmuxtarov7299
    @ilqarmuxtarov7299 2 года назад +33

    siz guya qanun tərəfdən çıxış edirsiniz, sizə maraqlıdı ki kim öldü kim qaldı. imkan verin millət dolansın

  • @fizuliquliyev2823
    @fizuliquliyev2823 2 года назад +53

    Ay xanım niyə verilmir Vitalara fərqlənmə nişanı.Çünkü bütün sahələrdə manapolya baş alıb gedir.

  • @zahidquliyev4015
    @zahidquliyev4015 2 года назад +41

    Utanmırlar özləri maaş alır ele bilir hamı alır. Ayıbdı.

  • @gunduz8113
    @gunduz8113 2 года назад +23

    kesin kasıbın çörek yolunu niye varlıların qanunsuz işlerini üze çıxarda bilmirsiz Allahdan qorxmur bunlar

    • @Dtt.tarix.
      @Dtt.tarix. 2 года назад

      Duzdu bunlara axi rasxod eliyir sərf eləmir də başqalari maşinnan adam aparsin

  • @huseynshireliyev7333
    @huseynshireliyev7333 2 года назад +23

    Camaat çörək pulu qazanır.

  • @cemilhuseynov3291
    @cemilhuseynov3291 2 года назад +8

    Salam.camatla nə işiniz var ölkəmizin bundanda ciddi problemlər var.qazın suyun işiğın qiymətləri qalxır niyə bunları diqqətdə saxlamırsız!mənim problemim var qaz idarəsiylə gəlin onu işıqlandırın sizə çox sağ olun deyim.

    • @bigaA1
      @bigaA1 2 года назад +1

      Dünyada inflyasiya gedir, Azərbaycan istisna deyil! Inflyasiyanın təsiri ilə bir iki manat da maaş artımı olur vəssalam! Her yerde bu belədir.

  • @mrdanqafarov2149
    @mrdanqafarov2149 2 года назад +20

    B N A QURUM LƏQV OLUNMALIDI

  • @СахрабГасымов
    @СахрабГасымов 2 года назад +19

    Qeza qezadi ferqleme niwani olanada qeza olmur??? Qismeti Allah yazir

  • @elmirorucov6568
    @elmirorucov6568 2 года назад +25

    Aparıcının geyimi dodaqi nedir sən canin ))))

  • @aysuseferli9372
    @aysuseferli9372 2 года назад +10

    Bizim butun qurumlar manapolya sisteminde calişir bir imkanli hansisa memur balasi alir 10ya 20 iri tutumlu avtobus bir miqdarda pul verir avtovagzal mudriyyetine vitolari buraxmirlar işe

  • @asifmhemed.514
    @asifmhemed.514 2 года назад +8

    Küye nymayendenin xeberi yoxdu hamsı rüşvetin icinde batırlar

  • @xalidmurtuzov2203
    @xalidmurtuzov2203 2 года назад +11

    imkan verin camahat aylesine corey qazansin bestirindeeeee

  • @yuneskoyunesko1025
    @yuneskoyunesko1025 2 года назад +12

    Ay sürücü qardaşlar sizə hələ çatmır'ki kasıb camaatın kislorodunu bağlayılar yəni'ki yıxılın ölün demək'dir yatın hələ qış yuxusu'du hələ dəşəti qarşıda nələr olacaq SUBHAN ALLAH

  • @qarabagazrbaycandr2408
    @qarabagazrbaycandr2408 2 года назад +10

    Minnət qoyma şəhidlər torpaqlar ücün minnətsiz döyüşüb

  • @nizamiquliyev4743
    @nizamiquliyev4743 Год назад +2

    20 yanvari da çəkin xais edirəm bezmisiy o taksi soferlərinin əlinden

  • @qediroglu2840
    @qediroglu2840 Год назад +2

    Nə olursa kasiblara qanun işlək olur

  • @huseyinrehimli2732
    @huseyinrehimli2732 2 года назад +11

    О BNA лазымсыз гурумду.

  • @azersirinov5263
    @azersirinov5263 2 года назад +4

    Allah hamımızın kömeyi olsun,ancaq o qaqaşa ayıb olsun, utanmadan defelerle Şehid aparmaqını deyir.Ama fikirleşmir kiii o Şehidler bele cındırlara göre şehid olublar. Kişi elediyini demez.

    • @turalveliyev5559
      @turalveliyev5559 2 года назад +1

      Salam wehid aparmiwam deyen qaqawi qinamiyaq .yeni demey isdeyir ki niye wehid dawiyanda icaze verirdiler .

    • @xosbextmemmedov1283
      @xosbextmemmedov1283 5 месяцев назад

      ​@@turalveliyev5559Azərbaycan ogulu canından keçib şəhid olanda icazə almışdı. Ayıb olsun şəhidlərin adından istifadə edənə 😢

  • @samirsuleymanov2088
    @samirsuleymanov2088 Год назад +5

    Milli qehreman.....dogurdannn....gulmekden qarnim agridi oyyyyyy

    • @ElsaLoLbebek.789
      @ElsaLoLbebek.789 Год назад

      Salam.Niye qarnin ağrıdır ki.O qardaşi siz taniyirsiniz?1992 Ci ilde qardaş Qarabagda neler edirdi?Ayib olsun size ve sizin kimilere

  • @user-roman5586
    @user-roman5586 5 месяцев назад +2

    İş yerləri açın millət işləsin bəs nə edsin xalq?

  • @samirsabirabadli5031
    @samirsabirabadli5031 2 года назад +8

    Siz zəlisiz kasıbların zəlisi.!!

  • @nazimasadov1159
    @nazimasadov1159 2 года назад +7

    Tras boyu gedirsan yanından gülla kimi keçirlar!! Vita va Sprinter sürücülari

  • @ВахидАлили
    @ВахидАлили 5 месяцев назад

    Isleyin Allah ruzunuzi versin.kasiblarin cani saq olsun Alkah qorusun😊

  • @sbuhiquliyev5416
    @sbuhiquliyev5416 2 года назад +4

    Bunufa işıqlandırın bizim peşa kar jurnalistimiz bu öz başılalığa son qoyulsun onsuzda işsizlik bahalaşma milləti sürümək deməkdi

  • @vippro2563
    @vippro2563 Год назад +1

    Sagol Zamin.
    Yende Kelbecerli balasi oz sozunu deyir🙏

    • @Qabil41
      @Qabil41 Год назад +1

      Bəsdirinə Tayfa bazlıq edirsiz..Kəlbəcətli Ağdamlı Laçınlı olmaqdan döyül insan olmağı bacarın

  • @rr.tt.mrr.tt.m7442
    @rr.tt.mrr.tt.m7442 2 года назад +1

    22 - dən az sərnişin daşımaq olmaz. niyə??

  • @ramilomerov1501
    @ramilomerov1501 2 года назад +4

    6-bazar avtobuslar iwlemeyende Vitale manatdan dawiyirdi hec kim iliwmirdi cunki pul xeyirleri olurdu. Indi her gun avtobus iwleyir usderne duwubler behane qezalara goredi guya ehh neyse

  • @hemidselimov4644
    @hemidselimov4644 5 месяцев назад

    Azərbaycanda deyəsən taksidən başqa problem yoxdu .Ancaq qanun, milli məclis taksilərə qanun çıxarır

  • @qartal5665
    @qartal5665 2 года назад +2

    DUZ DEYIR FUAD WEHID DAWIYIB MUHARBE VAXDI

  • @muradmemmedov4042
    @muradmemmedov4042 5 месяцев назад

    Inşalah qurbete getmek isteyen her kes getmey qismet olsun icnde men olmaqla

  • @allahverdiimamquluyev5818
    @allahverdiimamquluyev5818 5 месяцев назад +1

    Ekspert düz deyir, Elməddin bəy, Amma xanım yalan danışır , mətni əzbərliyib cıxıb danışır

  • @kamalagalarov9378
    @kamalagalarov9378 2 года назад +7

    Hemen o yerde dehwet tixac olur

  • @now__how9202
    @now__how9202 5 месяцев назад +1

    Qacanlar, qeyri qanuni ishleyen, ishleden, dehset bazardi bu avtovaqzalda...qanun qayda deyilen hec bir shey yoxdu

  • @elchinelico
    @elchinelico 5 месяцев назад +1

    Apa tv işverenlikde davam edir😅😅😅

  • @lovinkroddd_2035
    @lovinkroddd_2035 2 года назад +1

    Ne yaxsi bu yetim yazx taksi sürcleeine gucunuz catr

  • @mehmet55882
    @mehmet55882 5 месяцев назад +1

    Ölkədə neftdən başqa demək olar ki heç nə istehsal olunmur. Onunda pulu hakim ailənin və onlara yaxın adamların cibində cəmlənir. Əhalinin 60 faizinin rəsmi iş yeri yoxdur. Çünki ölkədə keçmişdə fəaliyyət göstərən zavod, fabriklər bağlandı. Əvəzində otellər, restoranlar tikildi ki, ərəblər gəlib bizim acından ölən qız gəlinlərimizlə kef çəksinlər və həmin obyektlərin oliqarx sahibləri dahada varlansınlar. İndidə düşüblər gündəlik evinə 5 manat çörəkpulu aparanların üstünə ki, olmaz. Sadəcə bu milləti aç saxçayıb kökünü kəsmək istəyirlər ki, artım olmasın. Qəbiristanlıqlar artıq dolub 1980,1990 cı illərdə anadan olmuş gənclərlə. Bu millət sanki ölümə məhkum olunub. Axı niyə???

  • @sbuhiquliyev5416
    @sbuhiquliyev5416 2 года назад +2

    Elə çəkiliş aparırsızsa gəncə qazax marşurutları öz başına gediş haqqı 2,7qəpikdən , 3 alırdılar indi öz başına 4 manata ediblər bu özbaşına sərnişinə qarşı soyğunçuluqdur öz başına gediş haqqını qaldırıblar

    • @rahmanhuseynov4228
      @rahmanhuseynov4228 5 месяцев назад

      Qardas senin le raziyam amma onuda bilki,avtovaqzal rehberi rusveti bir az coxaldanda surucude mecbur olub gediw haqqini qaldirir.yeni hamisi zencirvari kimi bir birine baqlidi.ruwvet karupsiya olmasa ele olmaz.

  • @nazimasadov1159
    @nazimasadov1159 2 года назад +18

    Xatda buraxılan bütün sürücülar,Narkoloji va Saglamlıq müayinasindan keçmalidir,har mantaqadan mantaqaya!!

  • @cingizSireliyev
    @cingizSireliyev 4 месяца назад

    Yox bele anlamişdim indi lapda gozel anladim ölmeliyiy vəs salam.

  • @leylafettahova2155
    @leylafettahova2155 2 года назад +2

    Utanmir eline alib mikrafonu reyde cixib camahat neden dolansin iwin gucun yoxdu senin

  • @senann4682
    @senann4682 5 месяцев назад +1

    Niyə elektron qaydada fərqləmə nisanı almaq olmur, gedin sisteminizi duzəldin, millətdən əl çəkin

  • @salonfudsitisvyazi2740
    @salonfudsitisvyazi2740 5 месяцев назад

    Sert tedbirler etseler yaxsidi aile usaqla qadinla yasli insanlarla ordan kecmek olmur adamin ustune qacirlar bele biabirciligi yigisdirsalar yaxsidi dovlet sernisin dasima ucun avtovagzal yaradib getmek isteyen ozu muraciet ede biler cox biabirciliqdi men Bileceri vetandasi kimi oz iradimi bildirirem sagolun

  • @sanilmhrrmoff4860
    @sanilmhrrmoff4860 Год назад

    Taksi fəaliyyətinə icazə verilir 4sərnisin daşımağa Vita markalı avtomobilldə verilməlidi

  • @aynursadiqova827
    @aynursadiqova827 5 месяцев назад +1

    Bu qadin ne dusub ortaya ne laximdir buna...Corek kesib corek qazanacaq....??...Yol polis baxir da ....sen kimsen ....

  • @samirsadlqov8890
    @samirsadlqov8890 2 года назад

    Camahat aclndan ölsümü.
    Qanun kaslbda yazlllb

  • @orxanagayev4683
    @orxanagayev4683 2 года назад +1

    Bu aparicida ancaq kim gucsuzdu onun ustuna dusur yaxsi dedi qardash aftobus metro basa basdi gedin olari yoxlayin

  • @MubarizZeynalov-f3f
    @MubarizZeynalov-f3f 5 месяцев назад

    İmkan verin camat başın saxlasın.

  • @vahidsalahov7508
    @vahidsalahov7508 2 года назад +4

    EKspert Vuqar deputat oldu,deyesen növbə sendedi ay ekspert Elmeddin."men başadüşürem",neyi başadüşürsen?

  • @eldenizqasimov8499
    @eldenizqasimov8499 2 года назад +2

    siz APA tv olaraq 20 yanvari axwam saatlarinda ne vaxt cekeceksiniz guya ora yol polisi tixaci tenzimleyir esla yox oturub mawinda telfonla oynayir sizddn artiq derecede xahiw edirem axwam saatlarinda orda bir cekliw edesiniz munkun deyil aftavaqzal terefe getmek en azi 40 deqiqe tixacda qalmalisan.

  • @mdtovhemid6878
    @mdtovhemid6878 Год назад

    Yolda qəzalarda ölənlərdən çox kasıbçılıqdan xəstələnib müalicə ala bilməyib ölənlərin sayı çoxdu.Zəhmət olmasa kasıblarla yox ,kasibçiliqla mübarizə aparın.

  • @CabirBayramov-iy2rk
    @CabirBayramov-iy2rk 5 месяцев назад

    Men dünyanin çox yerinde olmusam halhazirdada avropadayam. Demek olarki çox ölkelerin avto ve demir yol vaqzallarinda olmusam bizim Baki avtovaqzali kimi bardaq yer görmemisem. Gürcüstan nömreli masinda öz ölkesinde islemelidir. Vay dede islemekden yana sehid adindanda istifade edirler. Allah bütün sehidlermize rehmet elesin

  • @mehdimehdi1460
    @mehdimehdi1460 2 года назад +1

    Bəs bu kasıb təbəqə necə dolansın

  • @Menimhuseynimvar
    @Menimhuseynimvar Год назад +2

    Sevinc neqeder ozuvu yiqsanda jiquliden inamarka olmaz😂😂😂 ne gundesen

  • @ANGELSvpn
    @ANGELSvpn 5 месяцев назад

    İş yerləri olsa rayonlarda heç kim bu işlə məşğul olmaz qanunla həll edirlərsə işsiz qalanlara işlə təmin etməlidilər qanunla manapoliya olmamalidi

  • @nazimagayev1262
    @nazimagayev1262 5 месяцев назад

    İndi 22 sərnişin tutumu omuyan vitoların sahibləri ölməlidi acından ya qoşqu woşub 22 sərnişin daşımalıdı. Birdəfədə millətə xeyirli qərar qəbul olunsun uşaq pulu verilsin pensiya yaşı aşaqı salınsın olmaz

  • @ГазанфарСалманов-ф4о

    Такси ишлама, завод фабрик йох гед йыхыл ажындан ол.

  • @AkifAslanov-qc3tt
    @AkifAslanov-qc3tt 5 месяцев назад

    Aparıcı Xanım əvvəlcə özün qaydaları öyrən sonra çəkiliş et.

  • @aestheticgorg4884
    @aestheticgorg4884 5 месяцев назад +2

    Ay sizim kecirdiyiniz reydə salim , siz binamuslarin fikri odur ki , o yaziq taksi sahiblərini aradan cixarmaq fikridir sizin fikriniz vəssalam ,

  • @ElmarImanov-rx6wd
    @ElmarImanov-rx6wd 5 месяцев назад

    İş yerləri acmaq lazımdı

  • @xyallsov5717
    @xyallsov5717 5 месяцев назад

    Hecne mileti mileti ylxln suruyun göreyim axlrlmlz nece olacaq naqilyaq naziri 27 ton pul bawqa olkede tutulqu kimi yene ylqln aparln Allah hec xeyir vermesin bu dunyal allah daqltsln

  • @xezengulelesgerova
    @xezengulelesgerova 5 месяцев назад +1

    Ay qiz siz ne dusmusuz ortaliqa imkan verin millet corey pulunu n qazansin evladlati evde corey qozleyir. Allahiniz olsun

  • @Yeraz_666
    @Yeraz_666 5 месяцев назад

    Fərqlənənin avtomobili qəzaya düşə bilməzki elədə ağiz dolusu deyirki fərqlənməyən qəza törədə bilər sadəcə oyun

  • @ВахидАлили
    @ВахидАлили 5 месяцев назад

    Aparicinin danisiqi hec xoslamadim.kobud danisir

  • @babaeliquliyev9729
    @babaeliquliyev9729 5 месяцев назад

    BU KASIBLARDAN NİYƏ ƏL ÇƏKMİRLƏR ? YAXŞI İŞ OLSA OLAR TAKSİ İŞDİYƏR ?

  • @azetibakuuu4930
    @azetibakuuu4930 2 года назад

    qardaw bunlar demek isteyirki yawamaq isteyirsense pul ode yawa. vessalam.hele bu harasidi, ehh

  • @rahimmahmudov287
    @rahimmahmudov287 2 года назад +1

    Xanim uşaq başı aldadir ele bil

  • @raminsultanov3300
    @raminsultanov3300 2 года назад +1

    Ay qardaslar dosana deyirler qac ite deyirler tut. Baliq basinnan iylener

  • @tabiraslanov
    @tabiraslanov 5 месяцев назад

    Her yer belədi 15 nəfərlik maşuruta 30 nəfer doldurularaq işliyilər her an tehlükə ola bilər

  • @sonaalieva3976
    @sonaalieva3976 2 года назад +1

    АЙ ЖУРНАЛИСТ МИЛИЙОНЛАРЛА ПУЛ ЙЕЙАН МАМУРЛАРЫН ВАР ДОВЛАТЫН КОСТАРЫН МИЛЛАТ ЧОРАГ ПУЛУ ГАЗАНЫр

  • @absatiskenderov6296
    @absatiskenderov6296 5 месяцев назад +1

    Bu kloun - gadın ganundan xəbəri yoxdur.

  • @valehbabayev5167
    @valehbabayev5167 5 месяцев назад

    Xanim bu maşinlar devlətin çəkdiyi yolla gedir.Maşallahda yollarda DİY-i postlari var.Görmusuz bir "QAZEL"RAF"və s. digərlərin saxlayib soruşan var ki,niyə 11 nəfərlik oturacaq 15 nəfərlik olub.

  • @VurgunSeferov-q1t
    @VurgunSeferov-q1t 5 месяцев назад

    Hansi qanundan danisirsiniz...?
    Qanun beyem kasiblar ucundur...

  • @НурланАскеров-ч6е
    @НурланАскеров-ч6е 5 месяцев назад +1

    Азарбачанда касыб кусуб галмамалыды хамсы гырылсын

  • @anarmammadov44
    @anarmammadov44 2 года назад

    Qanunu daşıyib ...hadisə eləmək olar????

  • @Yunesko24
    @Yunesko24 Год назад

    Ölüm qəza gələndə baxmır Vito və yaxud Avtobus harda tutdu qəza orda mütləq faciyə gələcək bütün qəzalar səbirsizlikdən olur

  • @azadaliyev8532
    @azadaliyev8532 4 месяца назад

    Gua avtovagzalın avtobusları qəşəngdi..Ayaqyolu ilenir..pis gunde.Agstafa Qazaxa 7 saat gedirler..Yene sprinterler dada çatır

  • @zcs1234
    @zcs1234 5 месяцев назад

    Cindirıiq baş alıb gediree
    Bu hansı qanundan danışır

  • @Baku158
    @Baku158 5 месяцев назад

    Xalqı incidirlər

  • @elik0117
    @elik0117 5 месяцев назад

    O yetimlərə iş olsa orda durub taksi işlemezler

  • @CabirBayramov-iy2rk
    @CabirBayramov-iy2rk 5 месяцев назад

    VAQZALDAN VAQZALA ISLEMELIDIR, PLATFORMADAN KÜÇEDEN BACADAN YOX

  • @АсифВалиев-ш2к
    @АсифВалиев-ш2к 5 месяцев назад

    FƏRGLƏNMƏ NİŞANI PULDUR VER AL NƏ FƏRGİ VAR BELƏ DÖVLƏTƏ AR OLSUN

  • @mahirsmdov6444
    @mahirsmdov6444 4 месяца назад

    Fətandaş boyda daş düşsün başıvza imkan verdə camahat işləsin bezdirmisiz cabahati jurnalistlər bir yana Aynada biryana pəstiridə imkan verində Allahdan qorxun

  • @QedirHasilov-l4f
    @QedirHasilov-l4f 5 месяцев назад

    Guya hersey deqiq senetle qayda qanunla gedir. Bir bu qalmisdi

  • @РафаильАлиев-ы1у
    @РафаильАлиев-ы1у 5 месяцев назад

    Сизин елинизден Бакы хестеди гедин кендинизе💪

    • @ceyhunsuleymanov8772
      @ceyhunsuleymanov8772 5 месяцев назад

      Bakı bunların əlindən yox,Bakı narkotikdən,fahişəlikdən və kasıbçılıqdan xəstə düşüb,səhv salmayın.Kənd olmasa acından ölərsiniz

  • @samirsuleymanov2088
    @samirsuleymanov2088 Год назад +1

    Avto vagzal tam korrupsiya obyektidir.....kassada bilet 6m70q......kassir deyir bilet yoxdu get surucu ile danis...avtobus ise bom bos olur.....surucu ise biletsiz 15m alir

  • @turalveliyev5559
    @turalveliyev5559 2 года назад

    Qara tusdu buraxan weher arasi marwurut afdobuslariizi deyiwin e kasibin uzerinde hoqqa vermiyin

  • @Dintv635
    @Dintv635 Год назад

    Fərqlənmə Niaşani 85-manatdir her ayda yenilenmelidir xeyrulla bu milleti yeyib taliyirlar pulsuz versinde sorada suruculerde gunah gorurler

  • @ЛекМикаилов
    @ЛекМикаилов 5 месяцев назад

    Baxıram bəzi dirnaq arası őzlərinə kişi deyənlərə,xanımnan danisiqlari yoxdu,evdəkilernen nece danisirlar bunlar bjr Allah bilir

  • @ТейюбАллахвердиев

    Инчидмийинда биз ГАРА ХАЛКЫ...

  • @oguzturku5647
    @oguzturku5647 5 месяцев назад

    Riyal tevedə xalqın cörəyinə vay cıxmaxa başlıp Nəysə

  • @TEM911
    @TEM911 2 года назад +1

    Qanun qanun deyən, hansı qanunnan danışır???!!! Qanun deyirsən ged birinci ağsaqqala verilən təqaüdlə bağlı soruş 45 ilə 140 azn təqaüd hansı qanuna aiddir??? Ətin, qəndin, çayın, kartof, soğan qiyməti ilə tanış ol, ay qanun deyən!!!
    Mənim kimi xəstə əlil uşaqların valideynləri neynəsin, hardan pul tapıb uşağına baxsın ay şərəfi qanunnan aşağı tutan məmur!!!
    Smofkabivenin qiymətini bilirsən, ay şərəfsiz qanun deyən???
    Allah nəsilivə, köküvə qismət eləsin bu xəstəliyi qanunu şərəfdən üstün tutan məmur!!!
    Bəziləri kamera görüb qaçır elə bil oğurluq edib, gedin üstünə və dərdivizi deyin, qulaq asan olmasada eşidən olacaq!!!
    120000-in nəticəsi belə olacaq!!!

  • @zano_che_guevara6962
    @zano_che_guevara6962 2 года назад +1

    Neymemelidirler heee?

  • @zano_che_guevara6962
    @zano_che_guevara6962 2 года назад +2

    Dolana bilmirler ay merdimazar

  • @elisabdullayev8572
    @elisabdullayev8572 2 года назад +1

    Yene ferqlenme mindi quveye

  • @МахирАбдуллаев-б6г

    Ay qardaş bu yurnalisti neqiliyat nazirliyinin yaxinina buraxmazlar.

  • @eldenizazer8831
    @eldenizazer8831 5 месяцев назад

    Ey jurnalist xanım bu xalq zornan evinin çörək pulunu qazanır. Ket avtovaq

  • @che5258
    @che5258 5 месяцев назад

    Belə ipsiz jurnalistlər üzündən millətin halı dahada bərbad hal alır.

  • @orxanibrahimov2595
    @orxanibrahimov2595 5 месяцев назад

    Lap yaxşı imkan olanda rüşvətxorluğu da işıqlandırın millət acından ölür bunu da işıqlandırın postlarda rüşvət baş alıb gedir

  • @ugursamsung9126
    @ugursamsung9126 Год назад

    Oranin yiyesi yoxdu acix bazardi niye cekmirsizki

  • @АлиАлиев-р8ы7й
    @АлиАлиев-р8ы7й 5 месяцев назад

    Hər bir Azərbaycan vətəndaşı işlədiyi müddətdə dótlət bùdcəsinə verki ödəməlidi!!!!Bu gaçilmazdi və xalg başa düşməlidi