Yeni musiqi alətləri ixtira edən usta: "Əsa musiqi alətini qocalığım üçün hazırlamışam"

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024
  • 60-dan çox yeni musiqi aləti yaratmış Məmmədəli Məmmədovun ən böyük arzusu səs diapozonu 7 oktava olan Azərbaycan xalq çalğı alətləri ansamblının yaradılmasıdır.
    Uşaqlıqdan musiqiyə, musiqi alətlərinə böyük marağı olsa da o, ailəsi qarşı çıxdığı üçün mühəndis olub.
    O, "Neft-Kimya İnstitutu"nun məzunudur. Deyir ki, 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində mühəndislik peşəsinə son verib və özəl iş qurub.
    Musiqi alətlərinə olan marağı da bu vaxt yenidən alovlanıb. Məmmədəli bəy deyir ki, özəl iş qurduqdan sonra çox boş vaxtı qalırmış, o da bu vaxtı sevimli musiqi alətlərinə sərf etməyə başlayıb.
    Bir sıra alətləri təkmilləşdirdikdən və yeni alətlər yaratdıqdan sonra dostları bu alətləri bəyəndiklərini deyiblər.
    O, Müəllif Hüquqları Agentliyinə müraciət edərək bu alətləri patentləşdirdiyini bəyan edib.
    Daha sonra o, Mədəniyyət nazirliyi tərəfindən Azərbaycan Milli Konservatoriyasına yönləndirildiyini deyir.
    Cənab Məmmədov hazırda Konservatoriyanın "Milli musiqi alətlərinin təkmilləşdirilməsi" elmi tədqiqat laboratoriyasının müdiri kimi çalışır.
    Onun müəllifi olduğu musiqi alətləri arasında Əsa, Ay-ulduz, Sevgililər, Təkmilləşmiş Çəng, İrs elektromusiqi aləti, Qarabağ kamançası və digər musiqi alətləri var.
    Onunla müxbirimiz Günel Səfər söhbət edib.
    BBC Azeri: Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr.
    Bizi sosial şəbəkələrdə izləyin -
    Facebook: / bbcazeri
    Twitter: / bbcazeri
    Instagram: / bbcazeri
    Google+: plus.google.co...
    VKontakte: bbcazeri

Комментарии • 1