Комментарии •

  • @babekmusazade7616
    @babekmusazade7616 Год назад +1

    Çox gözəl və səviyyəli kanalınız var. Təşəkkürlər. Mənə hər zaman maraqlı gələn şeylərdən biri belə gözəl azsaylı filmlərimiz necə maliyyələşir sualıdır. Cavablandırsanız və ya bununla bağlı video formatınıza uyğundursa hazırlasanız yaxşı olar. Təşəkkürlər.

    •  Год назад

      Bu filmin rejissoru ilә olan müsahibәmizә baxın, orada necә maliyyәlәşdiyi barәdә mәlumat var.

  • @daglaroglu80
    @daglaroglu80 Год назад +1

    Kino yaradıcılıq, çəkiliş olaraq yaxşı ola biləre. Sadəcə əsas məzmun yalandan Sovet ələyhinə propoqanda təşkil edir. Sovet vaxtında əlindən aldığı adamlar indiki qan içən məmur tayfası kimi yaramaz bəylər olub da. İndiki vəziyyət haqqında cəsarəti olan rejissor çəkər. Ona görə bəyənilmədi.

    • @firuzbabayeva6178
      @firuzbabayeva6178 28 дней назад

      Dediyinizdə həqiqət var.Amma sovet aldıqlarını sadə insanlara-xalaqa xərcləmədi,öz məqsədləri üçün,Moskva üçün aldı,qaniçən bəylərdən aldı yaxşı,öz əziyyəti hesabına var qazanan orta təbəqə-qolçomağın günahı nə idi,Ata babam qolçomaq idi,tacir idi.Öz əziyyəti hesabına ikimərtəbəli ev tikmişdi,ikinci mərtəbəsini əlindən aldılar,məktəb etdilər,dərs deyənlər qəsdən uşaqları öyrədib evin padvalında yaşayan çoxuşaqlı ailəni narahat edirdilər,nifrət var idi babama qarşı nə üçün?sanki indi əziyyəti,zəhməti hesabına uğur əldə edənlərə uğursuzların nifrət etməsi kimi.Evin əşyaları müsadirə edilərkən nənəmin başından yaylığını da alırlar.bu hansı kişiliyə sığar.Sovet bəylərə qarşı mübarizə adı altında milləti bir-birinə nifrət edən iki cəbhəyə bölmüşdü.Hacı Zeynalabdin kimi şəxsi xain ,xalq düşməni elan etdi.Və bu şəxs kimi digərləri,məqsəd isə xalqa canı yanmaq deyildi,riyakarlıq edərək,bir parça tula payı kimi çörəyi hamıya bərabər bölmək adı altında Azərbaycanın var-dövlətini sovurmaq idi.Müharibəni də bəli iki işğalçı həyata keçirirdi.Bizim kimi millətlərə heç bir aidiyyəti və dəxli ,xeyri yox idi.Malımız-canlarımız getdi.Əziyyət çəkən isə hər dövrdə sadə xalq olub.Necəki sovet dövrünün əsl məqsədini o dağıldıqdan sonra çəkib göstəriblər,bu dövrün də çatışmazlıqlarını sonra göstərəcəklər

  • @fame7839
    @fame7839 Год назад +3

    Stalin düşərgələrində yüzminlərlə azərbaycanlının həyatı çürüdülüb. Onlar haqqında, yada konkret şəxsin taleyindən bəhs edən film yada serial çəkilsə yaxşı olar. Ümumiyyətlə, 37/38 qurbanları haqqında bədii film, serial yoxdur, yada mən görməmişəm. Belə filmlər tamaşaçıya həm də indi imperiya xəyalları quran Rusiyanın planlarını başa düşməyə kömək edər.

    • @daglaroglu80
      @daglaroglu80 Год назад

      Orda günahsız olanlar olub, sadəcə çoxluq dələduz, indiki qan içən məmur tayfası kimi adamlar da olub.