Это видео недоступно.
Сожалеем об этом.

Temudan ilk sifarişimiz

Поделиться
HTML-код
  • Опубликовано: 8 июн 2024
  • ⭐Əgər siz Temu saytında hələ qeydiyyatdan keçməmisinizsə, sizə gözəl bir təklifimiz var:
    Saytdan 💰 150 ₼ hədiyyə kuponlarını əldə etmək üçün sayta keçid et: temu.to/m/u3f6...
    30% endirim kuponunu əldə etmək üçün isə saytda axtarış hissəsində acq599939 kodunu yaz.
    Temu saytından aldığımız sifarişi sizinlə bölüşmək istədim.
    #Temu #Sifariş #Bağlama #Çin #Zakaz #Gömrük #Bəyan #Aliexpress #Тему #SeyyidMəhəmməd

Комментарии • 128

  • @filoloqaz8783
    @filoloqaz8783 2 месяца назад +4

    Xeyirli olsun ,can sağlığı ilə!

    • @budaq
      @budaq  2 месяца назад +1

      Təşəkkürlər!

    • @Bir_Tek_Allah
      @Bir_Tek_Allah 2 месяца назад +1

      Cox mubarek gule gule isledin...❤Xeyirli olsun😊😊😊

    • @budaq
      @budaq  2 месяца назад

      @@Bir_Tek_Allah Təşəkkür edirəm.

  • @aidebesirova-vk7jl
    @aidebesirova-vk7jl Месяц назад +1

    Çox sağolun Allah sizin köməyiniz❤

    • @budaq
      @budaq  Месяц назад

      Siz də sağ olun.

  • @mirhussynmusayev9424
    @mirhussynmusayev9424 Месяц назад +2

    Xeyirli olsun çox tətbiyyəli insansınız ❤

    • @budaq
      @budaq  Месяц назад

      Təşəkkür edirəm.

  • @Alixanova_
    @Alixanova_ День назад

    Mubarekdir

    • @budaq
      @budaq  День назад

      Təşəkkür edirik.

  • @user-vs6ng6mv4p
    @user-vs6ng6mv4p Месяц назад +1

    Xeyirli olsun. Mənə sadə mesajla bəyan et deyir ama mənə link gəlməyib nədəki bəyan edilmemislerde 0 göstərir nə edim bes

    • @budaq
      @budaq  Месяц назад

      Salam. Çox sağ olun. Bəzən bir neçə günə qədər gecikmə olur smart custom-a inteqrasiya etmələri. Bir neçə günə düşməsə, Starexə müraciət edin. Yəqin ki, Starex ilə gətirirsiniz siz də.

  • @nixiemoon66
    @nixiemoon66 Месяц назад +1

    Bu sifarişləri Starex-dən əldə etdiniz? Yoxsa poçt ünvanından?

    • @budaq
      @budaq  Месяц назад +1

      Bizə kuryer gətirdi. Poçt indeksini yazsaq da, kuryer gətirdi, zəng etdi, çatdırdı.

  • @Stella_0139
    @Stella_0139 20 дней назад

    Salam makyaj ləvaximatlarını temudan sifariş edə bilərik? Bir problem olmazki?

    • @budaq
      @budaq  20 дней назад +1

      Salam. Sifariş edə bilərsiniz. Temudan çoxları makiyaj, kosmetika məhsulları alır.

  • @Atilay007
    @Atilay007 Месяц назад +2

    Məndə Temu-dan sifariş etmək istirəm Trendyoldan qat-qat ucuzdur və Trendyolda hər sifariş üçün 200tl yəni 10₼-a yaxın kargo pulu alınır ama Temuda bütün sifarişlər ödənişsizdir,(xeyirli olsun qardaş)

    • @budaq
      @budaq  Месяц назад

      Çox sağ ol.

  • @pubgmobiletdm5450
    @pubgmobiletdm5450 2 месяца назад +2

    Carqonu cantiranda zəng edirlər?

    • @budaq
      @budaq  2 месяца назад +3

      Bəli, kuryer zəng edir.

  • @hydrlyqt
    @hydrlyqt 2 месяца назад +2

    Mən ayın 1 i sifariş etmişəm,amma hələ də bəyannamə təsdiqi gəlmir. Kimsə belə bir halla rastlaşıbmı?

    • @budaq
      @budaq  2 месяца назад +4

      Bir az gecikmə olur. Çünki, son vaxtlar birdən-birə sifarişlərin həcmi artıb. Ona görə gecikmə olur.

    • @sabinaagayeva6353
      @sabinaagayeva6353 2 месяца назад

      139exsspreslə gəlirsə bəyan mesajı gəlmiyəcək özünüz bəyan etməlisiz.
      Videoları var youtube'də baxıb özünüz bəyan edin

  • @sevdalizad1178
    @sevdalizad1178 Месяц назад

    Salam. XAHİŞ edirəm cavab verərsiniz. Mən Temudan ilk dəfədir zakaz verdim. Səhəri vatsap bəyan et gəldi. Ling gəlmədi.Ancaq bəyanlama 0 idi. Smart costumos da bəyan et gəlmiyib. Cavab versə sevinərəm. Öncədən təşəkkür edirəm

    • @budaq
      @budaq  Месяц назад

      Salam. Temuda qeydiyyatdan keçdiyiniz adla daxil olursuz Smart Customs-a? Kargo olaraq Starex -i seçmisinizsə, avtomatik olaraq əks olunmalıdır Smart Customs-da. Bir gün də gözləyin, düşməsə, Starex-ə yazarsız.

  • @qurbansahbazov2365
    @qurbansahbazov2365 Месяц назад

    Salam men ayin 29u zakas vermisem yəni iyunun ,indi izləmədə baxramki gömrükdən kecib yazilibki 27sidi çatırlma ..bu ne demey olur yeni 27si gələcəy ya nece?

    • @budaq
      @budaq  Месяц назад

      Salam. Uzağı 27-nə qədər çatdırılacaq yazılıb yəqin ki. Yerli gömrükdən keçibsə, tezliklə çatar sizə.

  • @smamhrrmova2493
    @smamhrrmova2493 Месяц назад

    Salam. Məhsulların öz qiymətindən əlavə kargo şirkəti yəni starexə kargo pulu ödənilir?

    • @budaq
      @budaq  Месяц назад

      Salam. Hal-hazırki qaydaya görə azı 30 manatlıq sifariş etmək lazımdır və sifarişi pulsuz çatdırırlar.

  • @Stella_0139
    @Stella_0139 Месяц назад

    Salam mən temudan sifariş etmişəm ancaq vhatsapa starexdən bir mesaj gəlib ki beyanname etməlisiz. Etmesem olmaz? Çünki qeydiyyatdan keçe bilmirəm telefon donur alınmır. 1 həftədi sifariş vermişəm. Bilmirəm neynəyim zəhmət olmasa köməklik edərdiz

    • @budaq
      @budaq  Месяц назад +1

      Salam. Bəyannamə mütləq yazmalısınız ki, karqo firması (Starex) sizin sifarişinizi gətirsin. Başqa telefonla da olsa, qeydiyyatdan keçib bəyan edin (qeydiyyatdan keçdiyiniz telefondan daha sonra çıxış edərsiniz ki, sizə aid məlumatlardan istifadə edilməsi rski yaranmasın).
      Playstore-dan ecustoms tətbiqini yükləməklə, yaxud da Google Crome ilə e.customs.gov.az/ saytına daxil olmaqla bəyan edə bilərsiniz. Sayta daxil olmaq üçün əvvəlcə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün Asan imzadan, Asan logindən, SİMA-dan istifadə edə bilərsiniz. Məncə identifikasiya nömrəsi ilə keçmək daha asan olar. Şəxsiyyət vəsiqəsinin FİN kodu ilə. Videomüraciət də göndəriləcək tərəfinizdən. Operator yoxlayıb təsdiq edəcək. Qeydiyyat üçün bura daxil ola bilərsiniz: digital.login.gov.az/auth/registration/form/pin

  • @YusifBedirzade
    @YusifBedirzade Месяц назад

    Salam qaqaş men beyaneme ederken səf seç mişem nece düzelde bilerem

    • @budaq
      @budaq  Месяц назад

      Salam. Sonuncu bəyannaməni silib təzədən düzəliş etmək mümkündür. Əgər kiçik texniki səhvdirsə, güzəşt edərlər. Smart Customs proqramından və ya saytdan bəyannamələrə baxa və ən sonuncusunu silə bilərsiniz.

  • @Stella_0139
    @Stella_0139 Месяц назад

    salam mən smart customus tətbiqində qeydiyyatdan keçmişəm amma 3gündən çoxdur ki təsdiq olunmayıb. Nece edim? Zəhmət olmasa köməklik edərdiz

    • @budaq
      @budaq  Месяц назад

      Salam. Elə başa düşdüm ki, Smart Customs proqramına daxil olmaq üçün olan vasitələrdən birində qeydiyyatdan keçmisiniz. Cavab qeydiyyatdan keçdiyiniz telefon nömrəsinə göndərilməlidir. Telefonunuzu yoxlayın. Əgər parol vermişdinizsə, sayta daxil olmağa çalışın. Əgər qeydiyyatınız sistemə düşübsə, "parolu unutmuşam" bölməsindən yeniləyə bilərsiniz.

  • @FOOTBALLRONALDO543
    @FOOTBALLRONALDO543 2 месяца назад +2

    Xeyirli olsun.ilk sifariş etdikdə qiymət limiti var?

    • @budaq
      @budaq  2 месяца назад +4

      Çox sağ olun. Hal-hazırda sifarişlərə görə minimum 30 manat limit təyin olunub. 30 manatdan az olduqda sifariş etmək olmur hələ ki. Çatdırılma isə pulsuzdur.

  • @Stella_0139
    @Stella_0139 Месяц назад

    Temudaki sifarişim 13 iyul- 1avqust yazılıb yəni 13 iyulda yola çıxacaq 1avqusta qədər gələcək? Zəhmət olmasaa deyerdiz

    • @budaq
      @budaq  Месяц назад

      Salam. Qeyd olunan aralıqda sizə çatdırılması ehtimal olunur.

  • @Zemfira.Zeyneb
    @Zemfira.Zeyneb 2 месяца назад +3

    Bes paltarlarin keyfiyyeti?

    • @budaq
      @budaq  2 месяца назад +2

      Paltarlar Çin istehsalıdır. Qiymətlərinə uyğundur. Ümumilikdə, bütün məhsullar qiymətlərinə müvafiqdir. Daha keyfiyyətlilər qiymətcə də bahadır. Amma nə qədər baha ola, burdakılardan ucuz başa gəlir.

    • @budaq
      @budaq  2 месяца назад +2

      @@suleymanli22 Starexə bu barədə xatırlatma ismarıcı yaza bilərsiniz. Zəng üçün isə *8000 nömrəsinə yığa bilərsiniz. Amma hal-hazırda sifarişlərin çoxluğuna görə operatorun qəbuluna düşmək üçün xətdə çox gözləməli olacaqsınız.

  • @ayse1997Eliyeva
    @ayse1997Eliyeva Месяц назад +1

    Məndə dünən sifariş verdim. Gözlüyürəm gəlsin)

  • @LamiyeMehdiyeva-o4q
    @LamiyeMehdiyeva-o4q 23 дня назад

    Salam temu hasi kargoyla işləyir men dynamex yuklemisem onla sifariş vere bilerem?

    • @budaq
      @budaq  22 дня назад

      Salam. Biz və çoxları Starex karqosu ilə sifariş edirik. Bundan əlavə hal-hazırda daha iki karqo var. Amma siz dediyiniz hələ ki yoxdur.

    • @LamiyeMehdiyeva-o4q
      @LamiyeMehdiyeva-o4q 13 дней назад +1

      @@budaq çox sağolun

    • @budaq
      @budaq  12 дней назад +1

      @@LamiyeMehdiyeva-o4q Siz də sağ olun.

  • @Mrs.Allahverdiyeva
    @Mrs.Allahverdiyeva 2 месяца назад +1

    Salam,məhsulu poçt mərkəzlərinə göndərirlər?

    • @budaq
      @budaq  2 месяца назад

      Salam. Biz rayonda, daha doğrusu kənddə yaşayırıq. Ünvan olaraq da kənd poçtunu qeyd etmişdik. Sifarişi kuryer gətirdi, zəng etdi, çıxıb aldıq. Poçta yox. Starexin kuryeri (maşınla) özü sifarişləri ünvana çatdırmaqla məşğul idi.

    • @Mrs.Allahverdiyeva
      @Mrs.Allahverdiyeva 2 месяца назад +1

      @@budaq bunu bilməyim yaxşı oldu, çox sağ olun məlumat üçün😇

    • @budaq
      @budaq  2 месяца назад

      Siz də sağ olun. Xeyirli olsun.

    • @Mrs.Allahverdiyeva
      @Mrs.Allahverdiyeva 2 месяца назад +1

      @@budaq təşəkkürlər

  • @aysenqasimova9014
    @aysenqasimova9014 2 месяца назад

    Mene Starexden beyan et gelir ams smart costundan beyanname gelmir ujeu15gundu ne ede bilerem komeklik edin

    • @sabinaagayeva6353
      @sabinaagayeva6353 2 месяца назад

      SMS də link olmalıdı ora daxil olub şəxsiyyət vəsiqənizin fin kodunu daxil edin 5-10dəq. sonra smart customs'da bəyan edilməmişlərdə olacaq bəyan edərsiz

    • @budaq
      @budaq  2 месяца назад +1

      Salam. Yəqin ki, smart custom-a da eyni hesabla daxil olmusunuz. Qeyd edim ki, sifarişlərin çoxluğundan sistemdə gecikmələr olur. Amma daha 1-2 günə də sistemə düşməsə, Starexə müraciət edin. Yəqin ki, karqo olaraq Starexi seçmisiniz.

  • @user-ey8zg1oi2g
    @user-ey8zg1oi2g Месяц назад

    Temudan 20 manatdan aşağı məhsul sifariş etmək olmur ? Yəni ancaq 20 m yuxarı məhsul sifariş verməliyik?

    • @budaq
      @budaq  Месяц назад

      Sifarişin ümumi məbləği 30 manatı keçməlidir. Hal-hazırda 30 manatdan kiçik olduqda sifarişin ümumi məbləği, sifariş etmək olmur.

  • @MehpareMusayeva-nu8yl
    @MehpareMusayeva-nu8yl 2 месяца назад

    Salam. Xahiş edirəm ki, cavab verəsiniz. Mən dünən temudan sifariş etdim, bu gün vatsapıma mesaj gəldi ki, smart customsda bəyan et, mən də etdim, ödəniş tamamlandı. Başqa nəsə gəlməlidir bəyandan başqa, sələn link, yoxsa bitdi? Çaşıb qalmışam, heç nə anlamıram😊

    • @budaq
      @budaq  Месяц назад

      Salam. Bəyan etdiyiniz sifariş Temudan etdiyinizdirsə, yəni, bundan başqa sifarişiniz yox idisə, deməli sizin daha etməli olduğunuz iş qalmayıb. Qalır gözləmək. Kuryer gətirəndə zəng edəcək. Odur ki, telefona gələn zəngləri buraxmayın. Yəqin ki, gəlib sizə çatması bir neçə gün çəkəcək.

    • @MehpareMusayeva-nu8yl
      @MehpareMusayeva-nu8yl Месяц назад +1

      @@budaq Çox təşəkkür edirəm cavab verib məlumatlandırdığınıza görə. Sağ olun.

  • @user-pc8iz1fc2z
    @user-pc8iz1fc2z 2 месяца назад +1

    Mən "Sima" deyə bir proqram var ona daxil ola bilmirəm necə edim?

    • @budaq
      @budaq  2 месяца назад +1

      Sima proqramında əvvəlcə qeydiyyatdan keçmək lazımdır. Bunun üçün mobil tətbiqə telefonun kamerasına firiş icazəsi verməlisiniz. Qeyd edilən üz hərəkətlərini edərək videosorğu göndərib təsdiq olunmasını gözləmək lazımdır.

    • @user-pc8iz1fc2z
      @user-pc8iz1fc2z 2 месяца назад +1

      @@budaq necə edə bilərəm?

    • @budaq
      @budaq  2 месяца назад

      @@user-pc8iz1fc2z Əvvəlcə Sima proqramını Playmarketdən yekləyin. Proqram özü sizə kömək edəcək. Lazım olanları ekranda qeyd edəcək.

    • @user-pc8iz1fc2z
      @user-pc8iz1fc2z 2 месяца назад

      @@budaq mən dediklərini eləmişəm ancaq pasporda düz olmur nədənsə yanlış məlumat yazılır

    • @budaq
      @budaq  2 месяца назад

      Bəzən pasportdakı şəkli eyniləşdirə bilmir. Bu da köhnə vəsiqələrdə meydana çıxırdı. Əgər bu yolla mümkün olmasa, İdentifikasiya nömrəsi ilə qeydiyyatdan keçin.

  • @HsnSmdov-xn4cs
    @HsnSmdov-xn4cs 2 месяца назад +2

    Salam
    siz nə vaxt sifariş vermişdiz???

    • @budaq
      @budaq  2 месяца назад +4

      Salam. 27 Apreldə sifariş etdik, 13 Mayda kuryer gətirib verdi.

    • @faridaismayilova1562
      @faridaismayilova1562 Месяц назад

      salam mene aldigim bes mehsulyn starex terefinden cemi iki beyan mesaji gelib. Mende umumi dollarla gosterilen mebkegi invoys giynetine yazib mezenneni de dollar seciv beyan etdim duz etmisem goresen

    • @budaq
      @budaq  Месяц назад

      @@faridaismayilova1562 Düz olar, inşAllah. Əsas odur ki, ecustomsda bəyan gözləyən sifarişiniz olmasın. Əgər varsa, sifariş nömrəsinə və məbləğinə baxın, Temuda sifarişlərim bölməsindəki sifarişlərinizlə uyğunluğunu yoxlayıb bəyan edəsiniz. Temu saytının Azərbaycana yeni ayaq açması, alıcıların da bu saytla daha dəqiq işləyə bilməməsi və sayt və sistemlərin bir-biri ilə tam inteqrasiya olmaması səbəbindən kiçik detallarda uyğunsuzluğa görə güzəştə gedərlər. Amma yəqin ki, tezliklə daha dəqiq bəyan etməyimizi bizdən tələb edəcəklər.

  • @user-mg8wl1ub9t
    @user-mg8wl1ub9t Месяц назад

    Salamu alekum men 30 maydan mal vurmusam helede gelmeyib onu nece bilmwk olar ki gələcək ya yox

    • @budaq
      @budaq  Месяц назад

      Əleyküm salam. Temu saytında və ya mobil tətbiqində şəxsi kabinetinizdə sifarişlərim bölməsindən baxa bilərsiniz. İzləmə nömrəsi varınızdırsa, Starexlə gətirirsinizsə, starex.az vasitəsilə də yoxlaya bilərsiniz.

    • @user-mg8wl1ub9t
      @user-mg8wl1ub9t Месяц назад

      @@budaqiyun ayının 17 də yerli anbarda cesitlenir yazır ancaq heç bir xəbər yoxdur . Şəxsi kabinet harda yerləşir temu saytında? Onlar bilər ?

    • @budaq
      @budaq  Месяц назад

      Gətirən firma olaraq Starex-i seçmisinizsə, onlara mesaj yazıb sifariş nömrəsini də qeyd edərək sorğulaya bilərsiniz.

  • @Stella_0139
    @Stella_0139 Месяц назад

    Salam temu sifarişləri nə vaxta qədər gəlir? Yəni neçe həftə?

    • @budaq
      @budaq  Месяц назад

      Salam. Bizim sifarişimiz 2 həftəyə gəldi. Ola bilsin hal-hazırda sifarişlərin çoxluğuna görə gecikə də bilər. Həm də Temu və karqo firmaları Azərbaycanla iş təcrübələrini artırdıqlarına görə, tezləşə də bilər.

  • @tunzalmehtiyeva6356
    @tunzalmehtiyeva6356 Месяц назад

    Salam, indi bunları bəyan edərkən katogoriya olaraq nəyi seçdiz? Çünki bir paket olaraq göndərilir və bəyan zamanı hər birinin ayrı-ayrılıqda adları var, siz bir bağlama kimi necə yazdız bu sifarişinizdəkiləri?

    • @budaq
      @budaq  Месяц назад +2

      Salam. Biz məhsullardan birini əlavə etdik. Paltarlardan birini. Qiyməti isə ümumi olaraq qeyd etdik məzənnəyə uyğun olaraq. Bir aydan çoxdur bizim sifarişi aldığımız. İndi qiyməti Starex özü inteqrasiya edir sistemə. Ola bilsin trendyoldakı kimi hər bir malı ayrılıqda bəyan etmək tələb ediləcək. Hələ ki, çox adam Sifarişdəki məhsullardan tək birini qeyd edir. Qiymətcə daha böyük olanı.

    • @tunzalmehtiyeva6356
      @tunzalmehtiyeva6356 Месяц назад +1

      @@budaq təşəkkür edirəm.

    • @user-ne2gx6wg4w
      @user-ne2gx6wg4w Месяц назад

      men sifaris etdim amma mene bəyan gelmedi

    • @budaq
      @budaq  Месяц назад

      @@user-ne2gx6wg4w Telefon nömrəsini düz qeyd etmisinizsə, sifarişiniz xarici anbara çatdıqda SMS gəlməlidir. Bəzən SMS-dən sonra bəyanın ecustoms sisteminə düşməsinə qədər bir az gecikmə ola bilər.

    • @user-ne2gx6wg4w
      @user-ne2gx6wg4w Месяц назад

      @@budaq vassapdan gelir mesaj əgər elədirsə men vassap olan nömrəmi qeyd etməmişəm neyleye bilərəm goren

  • @user-kx7vb7zb2l
    @user-kx7vb7zb2l 2 месяца назад

    Salam mən bir həftə olar sifariş vermişəm yazılıb ki, "bağlama hava limanına çatdı" bəyan etmək lazımdı amma starex mesaj göndərməyib bəyan üçün.. Olar ki mən özüm bəyan edim? Nəsə bir problem olmaz?

    • @budaq
      @budaq  Месяц назад

      Salam. Smart Customs sisteminə daxil olun, bəyan gözləyən sifarişiniz varsa, bəyan edin.

    • @user-kx7vb7zb2l
      @user-kx7vb7zb2l Месяц назад

      @@budaq salam smart customs-a girirəm heç bir yeni bəyan yoxdur.. Lakin bayaq temudan izləmə kodu vasitəsilə baxdım ki, artıq "gömrük yoxlanışındadır" yazılıb lakin mən heç bir bəyan etməmişəm yəni mənə starex vasitəsilə heç bir mesaj gəlməyib

    • @budaq
      @budaq  Месяц назад

      İndi Trendyolda belə bir qayda var ki, Birkart kartını (və ya Umico) Trendyol hesabı ilə əlaqələndirirsən, gömrük bəyanını sizin yerinizə avtomatik bəyan edirlər. Bunun hələ digər saytlara inteqrasiya etdiyini görməmişəm. Temudan gələn sifarişləri hələ ki, özümüz bəyan edirik. Əgər sizdə "Gömrük yoxlanışındadır" statusundadırsa, demək artıq gömrükə təhvil verilib. Sabah (və ya bu gün) ordan çıxma ehtimalı var və tezliklə kuryer sizə gətirə bilər sifarişinizi. Telefondan göz-qulaq olun, kuryerin zəngini qaçırmayın.

    • @user-kx7vb7zb2l
      @user-kx7vb7zb2l Месяц назад +1

      Aha tamam çox sağolun)

  • @mikayılova_a
    @mikayılova_a 2 месяца назад

    Salam 200-300 azn carx firlat gelir dusur 300-200 aznlik hediyye sizce dogrudurmu?iki mehsul. Secin deyir.

    • @budaq
      @budaq  2 месяца назад +2

      Salam. Heç kim heç kimə təsadüfi yolla hədiyyə etmir. Tanımadığınız saytlara ödənişlər etməyin. Dediyinizin nə olduğunu başa düşmədim, amma dəqiq bilirəm son vaxtlar şirnikləndirici vədlərlə insanlardan pul qoparmağa çalışanların sayı və onların qurbanları artıb.

    • @mikayılova_a
      @mikayılova_a 2 месяца назад

      @@budaq Temuda gelir bildiris carxi firlat))trendyoldaki kimi.siz demis firildaq bir sey ola biler.

    • @budaq
      @budaq  2 месяца назад

      Siz saytın adına baxın görün temu.com yazılıb? Bəzən tanınmış saytların adlarına oxşar saytlar hazırlayıb özlərini onların adından təqdim edirlər. Xüsusilə də sosial şəbəkələrdə çıxarırlar bu cür reklamları insanların qarşısına.

    • @mikayılova_a
      @mikayılova_a 2 месяца назад

      @@budaq google playdan temu yuklemisem basqa versuyasi yox idi

    • @budaq
      @budaq  2 месяца назад

      @@mikayılova_a Biz kompüterlə saytın veb versiyasından istifadə edirik. Ona görə də sizin yazdığınız barədə dəqiq bir söz deyə bilmirəm. Amma yenə də ehtiyyatlı olun. Amma məlumat üçün bir şeyi də deyim ki, Temu saytı da bir çox alışveriş saytları kimi kuponlar verir. Məsələn, 50 manatlıq sifariş zaman bir neçə manat endirim, 75 manatlıq sifariş zaman daha bir neçə manat və bu qaydada sifariş məbləğinə uyğun olaraq kuponlar təqdim edir. Və elə bizim sifariş zamanı da bu cür endirim tətbiq edildi. Sifariş məbləğinin müəyyən bir hissəsi güzəşt edildi. Amma böyük məbləğdə pul təklif edirlərsə, diqqətli olun.

  • @kamal_45fps87
    @kamal_45fps87 2 месяца назад +1

    Salam Zəhmət olmasa əlaqə nömrəsi verərdiz sizinlə əlaqə saxlamaq üçün bəzi suallarım olacaq

    • @budaq
      @budaq  2 месяца назад +1

      Salam. Burda telefonum da var: mehemmed.com/ozum/elaqe-vasitesi/

  • @ElkinEliyev
    @ElkinEliyev 2 месяца назад +1

    Salam zəhmət olmasa vp nömrənizi yazardız, mən sifarişimi düz qiymətləndirməmişəm ,zəhmət olmasa mənə izah edərdiz

    • @budaq
      @budaq  2 месяца назад +1

      Salam. Məlumat üçün bildirim ki, gömrük proqramına daxil olarkən bəyan gözləyən sifarişinizin olduğunu görürsünüzsə, orda sistemin dollarla təyin etdiyi məbləği də olacaq. Yəni, sizin manatla ödədiyiniz pulu sistem özü dollara çevirir. Əgər çevirməyibsə, özünüz valyutaya uyğun çevirib dollarla göstərin.
      Əlaqə vasitələrimiz: mehemmed.com/ozum/elaqe-vasitesi/

    • @ElkinEliyev
      @ElkinEliyev 2 месяца назад +1

      @@budaq çoxsağolun vaxt ayırıb cavablandırdız. Qardaş məndə məbləğ yazılmamışdı,özüm dollara çevirib yazdım.sadəcə olarağ mənim 18 fərqli məhsulum 3 bağlamada 7-2-9 göndərilib amma bir izlənmə kodu altında. Mən də bəyan etdikdə 7 məhsul olan bağlamanın qiymətini çevirib bəyan etmişəm 25 manatlıq nəsə,amma indi 3 bağlamamım cəmi qiyməti 71 manat edir. İndi obiri bağlamalar da gələcəy görəsən,öncədən təşəkkür 🙏

    • @budaq
      @budaq  2 месяца назад +1

      @nubarheyderova3310 əgər qeyd erdiyiniz məbləğ 300 dollardan çox deyilsə, inşallah gələr. Hal-hazırda sifarişin qiyməti və çatdırılma dəyəri avtomatik olaraq sistemdə görünür. Smart Customsda bəyan edərkən yazmağa ehtiyac qalmır.

  • @_WHITEPINK_
    @_WHITEPINK_ Месяц назад

    Mən sifariş verdim amma sonradan bikdimki 1 ni bəyan eləmək lazımdı sən demə orda əlavə et düyməsini basıb özüm əlavə eləməliymişəm sizcə sifarişlərin hammısı gələr ?

    • @budaq
      @budaq  Месяц назад

      Salam. Etdiyiniz bəyanda uyğunsuzluq olarsa, sizə məlumat veriləcək. Bəyan etdiyinizdən əmin olmaq üçün smart customs-a daxil olub bəyan gözləyən sifarişinizin olub-olmadığına baxın.

    • @_WHITEPINK_
      @_WHITEPINK_ Месяц назад

      @@budaq Mən sadəcə orda 1 paketdə olanı bəyan eləmişəm başqalarını yox

    • @_WHITEPINK_
      @_WHITEPINK_ Месяц назад

      @@budaq məlumat hardan gələcək səhv olarsa ?

    • @budaq
      @budaq  Месяц назад

      Karqo firması sizin bəyanınızı gözləyir ki, sifarişinizi ordan Azərbaycana gətirsin. Bəyan etdiyinizi görüb özündə olan məlumatlarla üzləşdirəcək. Əgər uyğunsuzluq görsə, sizin tərəfinizdən olduğu halda sizə məlumat verəcək ki, düzəliş edəsiniz.

    • @JaleHemidova
      @JaleHemidova Месяц назад

      ​@@budaqSalam mende beyanda pulu az yazmisam menede nese xeber vereceklerki duzelis edim?

  • @user-cs3bv5dg9q
    @user-cs3bv5dg9q 2 месяца назад

    Salam.Temudan bir ayda maksimum neçə manatdıq mal ala bilərik.Məs Trendyolda bir məbləğ sayı təyin olunub ki,bu məbləği keçsən ştraf olunursan.Temuda necə varmı ki,təyin olunmuş məbləğə qədər ala bilərik.Varsa nə qədədi məbləğ?

    • @budaq
      @budaq  2 месяца назад

      Salam. Alışverişə görə ştraf yox, rüsum tətbiq olunur. Bu da hal-hazırda ay ərzində 300 dolları keçdiyiniz halda tətbiq edilir. Bu limit saytdan asılı olamayaraq xaricdən adınıza gələn sifarişlərə aiddir. Yəni, fərqi yoxdur hansı saytdan etmisiniz sifarişi, nə vaxt ki, 300 dolları keçdi, rüsum tətbiq olunacaq. Ay ərzində müxtəlif saytlardan etdiyiniz sifarişlərin qiyməti toplanır.

    • @user-cs3bv5dg9q
      @user-cs3bv5dg9q 2 месяца назад +1

      @@budaq Çoxsağolun