Cirə Otu Çayı MÖCÜZƏ İMİŞ - Yuxusuzluq, Təzyiq, Öskürək...

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2023
  • #BirBax #azerbaycan #cirəgülü
    #xalqtəbabəti #türkəçarə #sağlamlıq
    Salam dəyərli izləyicilərim. Bu gün sizə özünəməxsus qoxusu və şəfalı təsirləri ilə tanınan bitkidən - adi cirəgülündən danışacağam. Bəlkə də, çoxunuz onu tanıyırsınız, amma istifadə etmirsiniz. Cirəgülü uzun zamandır ki, alternativ tibbdə istifadə edilir. Əminəm ki bu vieomuzdan sonra siz də onun müalicəvi təsirlərindən yararlanacaqsınız. Diqqət ekrana.
    Kökdən, toxumdan və yarpaqlardan ibarət olan bitki, adətən, dərman sənayesində geniş istifadə edilir. Bir çox xəstəliklərin profilaktikasında və müalicəsində adi cirəgülü ekstraktına üz tutulur. Dadlı və ətirli ləzzətə sahib olan adi cirəgülü süd məmulatlarının hazırlanmasında, jelatin istehsalında, şirniyyatlarda geniş istifadə edilir. Qoxusu isə sabunların, ətirlərin, kremlərin qeyri-adiliyini və özəlliyini artırır.
    Adi cirəgülünün faydaları nələrdir?
    Qədim zamanlardan bəri, istifadə edilən adi cirəgülünün Ana vətəni Misirdir. Müxtəlif mədəniyyətlərdə xörəklərə qatılır. Xüsusilə, yuxusuzluq zamanı müsbət təsirə malikdir. Faydaları bunlardır:
    Həzm prosesini yaxşılaşdırır. Qusma, ürəkbulanma, ishal, qarın ağrısı, qaz problemi, spazm yaradan qaz, qastrit kimi mədə-bağırsaq traktının problemlərinin həllində önəmli rol oynayır;
    İştahaçıcıdır;
    Səhər-axşam tətbiq edildikdə katarakta zamanı xəstənin köməyinə çatır;
    Yatmamışdan qabaq adi cirəgülü çayı içmək yuxu problemlərini həll edir;
    Bronxit, astma, uzunmüddətli öskürək zamanı orqanizmi qüvvətləndirir;
    Mikrob mənşəli xəstəliklər zamanı müalicəvi təsir göstərir;
    Doğuşu asanlaşdırır, süd verən qadınların südünü artırır. Amma bitkinin istifadəsindən qabaq həkimlə məsləhətləşmək lazımdır;
    Bəlğəmgətiricidir. Adi cirəgülü yağı isə qrip və sinusit müalicəsində əhəmiyyətlidir;
    Adi cirəgülü yağı sayəsində səpkilərdən və sızanaqlardan yaxa qurtara bilərsiniz;
    Dəmləməsi ilə edilən qarqara ağızda əmələ gələn pis qoxuları yox edir, iltihabları aradan qaldırır;
    Uşaqlarda qaz və mədə problemləri zamanı köməyə çatır;
    Adi cirəgülü yağının sakitləşdirici və rahatladıcı təsirləri var. Ani qəzəb böhranlarında özünə gəlmək üçün insanın ən yaxın köməkçisinə çevrilir;
    Afrodizyak təsirə malikdir, kişilərin andropoz dönəmlərini daha rahat keçirmələrini təmin edir;
    Qadınlarda aybaşını nizama salır, aybaşı ağrılarını azaldır;
    Ağrıkəsicidir-revmatizma və oynaq ağrıları zamanı effektivdir;
    Qan təzyiqini nəzarətdə saxlayır;
    Metabolizmanı sürətləndirdiyindən, dolayısı ilə, artıq yağların yandırılmasına xidmət edir;
    Adi cirəgülü çayının faydaları nələrdir?
    Bitkinin özü kimi, çayı da insan orqanizminə müsbət təsir edir. Bitki yetişdikdən sonra toxumları yığılır, qaynar suda dəmlənir. Çayı dadlandırmaq üçün içərkən içinə bal əlavə edə bilərsiniz. İsti-isti içilməsi tövsiyə edilən adi cirəgülü çayının faydalarını saymaqla bitməz. Lakin həddən artıq istifadəsi zərərli ola bilir.
    Bir çox xəstəliyə müalicəvi təsir edən adi cirəgülü başqa bitkilərlə qarışdırılır, sirop hazırlanır.
    Adi cirəgülü çayı:
    -sancıları və ağrıları azaldır;
    -ishala və mədə ağrılarına son qoyur;
    -sakitləşdirici xüsusiyyəti ilə sinirlərin rahatlanmasını təmin edir;
    -kalsium, dəmir, sink və maqnezium mineralları ilə zəngindir-orqanizmi qidalandırır;
    -həzm problemlərini həll edir;
    -ağız boşluğunun sağlamlığını qoruyur;
  • НаукаНаука

Комментарии • 16

  • @sapazmikayilov4406
    @sapazmikayilov4406 8 месяцев назад +1

    Allah razı olsun tesekkur ederim

  • @saidebayramova2629
    @saidebayramova2629 8 месяцев назад +1

    Gununuz xeyirli ugurlu olsun InsAllah!!!! Cox sag olun💖💖💖💖

    • @birbaxkanal
      @birbaxkanal  8 месяцев назад +1

      🙏🙏Siz sağ olun

  • @asifesgerov3284
    @asifesgerov3284 8 месяцев назад +2

    Cox sag olun

  • @leylahasaova8675
    @leylahasaova8675 8 месяцев назад +1

    Sağ olun məlumatiniza görə

  • @birbaxkanal
    @birbaxkanal  8 месяцев назад +3

    Suallarınızla bağlı yaza bilərsiniz

    • @S90135
      @S90135 8 месяцев назад

      Mixəyi çiyiyenden sonra udmaq olar yoxsa yox yazın zehmet olmasa 🙏

  • @qadamkarimova8750
    @qadamkarimova8750 8 месяцев назад

    Çox sağ olun dəyərli məsləhətlərə görə . Allah sizdən razı olsun Amin

  • @user-bd7hh2tc6b
    @user-bd7hh2tc6b 2 месяца назад

    Men eşitmişem göz zeifliyin en mükemmel dermanıdır cire .

  • @S90135
    @S90135 8 месяцев назад

    Salam mixey çiyenden sonra udmaq olar ? Deyersiz zehmet olmasa

  • @moonnur307
    @moonnur307 4 месяца назад

    Cirə həm də razyanadır?