Ən uzun qastrol | anons

Поделиться
HTML-код
  • Опубликовано: 8 фев 2025
  • 1943-cü ildə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan və keşməkeşli dövr yaşayan, Üzeyir bəyin vəfatı ilə fəaliyyəti dayandırılan və 1980-ci ildən yenidən dirçəlməyə başlayan, 1990-cu ildə dövlət statusunu bərpa edən Şuşa Dövlət Musiqli Dram Teatrı .
    Dilbər Şuşamızın işğaldan azad olunması ilə o da öz sadiq kollektivi ilə doğma yurduna qayıdır. 30 ilə yaxın Bakıda keçirdiyi ən uzun qastrolundan ...
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azəri Yurdu” Gənclər İB-nin hazırladığı “Ən uzun qastrol” filmi tezliklə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq. Film "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İB-nin komandası tərəfindən istehsal edilmişdir.
    #Şuşa #ŞuşaTeatrı #Qarabağ #Azərbaycan

Комментарии •