Halsızlığın SƏBƏBİ - Baxın BUDUR

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2022
  • Həkimlə Əlaqə: 051 415 71 21
    İnstagram: dr.sevdaqafarova
    Halsızlığın səbəbi qanazlığı ola bilər
    Dəmir, foli turşusu və B12 vitamini çatışmazlığı ilə müşahidə edilən qan azlığı, yəni anemiya xəstəliyi müalicə edilmədikdə daha ciddi problemlərə səbəb olur.
    Qan azlığı qanda hemoqlobin miqdarının yaşa və cinsiyyətə görə qəbul edilən normalardan aşağı olmasıdır. Qan azlığının səbəblərindən biri də sümük iliyində qanın özünübərpa funksiyasının azalması, müxtəlif səbəblər üzündən qan itkisinin artmasıdır.
    Qanazlığının əlamətləri:
    1. Yorğunluq.
    2. Halsızlıq.
    3. Başgicəllənmə.
    4. İş qabiliyyətinin azalması.
    5. İştahasızlıq.
    6. Bəzən ürəkbulanma.
    7. Təngnəfəslik.
    8. Üşütmə.
    9. Saçların tökülməsi.
    10. Müvazinətin pozulması.
    Qanazlığının səbəb olduğu problemlər:
    Hamilə qadınlarda:
    1. Uşaq ölümü.
    2. Azçəkili uşaqların doğulması.
    3. Erkən doğuş.
    4. Bədənin müqavimətinin azalması.
    Uşaqlarda:
    1. İnkişafda gerilik.
    2. Fiziki aktivliyin azalması.
    3. Bədənin müqavimətinin azalması.
    4. Yaddaşsızlıq.
    Yeniyetmələrdə:
    1. Mütəmadi olaraq yorğunluq hissi, halsızlıq.
    2. İş qabiliyyətinin azalması.
    3. Bədənin müqavimətinin azalması.
    Dəmir çatışmazlığı ilə bağlı anemiya:
    Dəmir bədəndə oksigen daşıma vəzifəsini yerinə yetirən eritrosidlərin bərpası üçün vacibdir.
    Dəmir çatışmazlığının səbəbləri:
    1. Qidalardan az miqdarda dəmir alma.
    2. Bağırsaqlar tərəfindən az miqdarda sorulma.
    3. Xroniki qanaxmalar.
    Mədə-bağırsaq yarası, xərçəng xəstəliyi, həmçinin uzun müddət aspirin və revmatizma dərmanları qəbul etmək də qan azlığına gətirib çıxarır.
    Yuxu pozğunluğu, rejimsizlik, düzgün qidalanmama da bu kateqoriyaya daxildir. Körpələrdə əlavə qidalara gec başlamaq, ana südü əvəzinə inək südü ilə qidalanmaq da qan azlığına səbəb olur.
    Qan azlığı özünü necə göstərir?
    1. Torpaq, buz, kirəc yemək istəyi.
    2. Ağız ətrafında çatlar.
    3. Dırnaqlarda düzləşmə.
    4. Dildə qırmızılaşma.
    Gündəlik dəmir tələbatı 2 milliqramdır. Qaraciyərdə, mal ətində, həmçinin balıq məhsullarında dəmir ehtiyatı çoxdur. C vitamini və portağal şirəsi bitkilərdən alınan dəmirin sorulmasını artırır, çay və qəhvə isə bu sorulmanı azaldır.
    Dəmir çatışmazlığının müalicəsindən 2 ay sonra hemoqlobin miqdarı normal səviyyəyə çatır. Sümük iliyində dəmir miqdarını bərpa etmək üçün daha uzunmüddətli müalicə lazımdır.
    Düyünlü zob,zob hekimi,zob həkimi,zob mualicesi,zob müalicəsi,zob emeliyyati,zob əməliyyatı,tiroid,hormon,hormonal pozuntu,zeherli zob,zəhərli zob,halsızlıq,halsizliq,qan azligi,qan azlığı.

Комментарии • 28

  • @dr.dilsadaslanl7146
    @dr.dilsadaslanl7146 Год назад +1

    Uğurlar, həmkar

  • @lalaaliyeva3972
    @lalaaliyeva3972 Год назад +1

    Qan itirilməsi deyəndə nə nəzərdə tutulur? Bu barədə ətraflı video olar yəqin?

  • @Welcan09
    @Welcan09 4 месяца назад

    Salam Həkikim Qanazlığı əlamətlərindən sadəce 10/7 si olur mənde qanazlığı ola bilər?(məsələn ürək bulanma olumur)

  • @Ygmrstarrs
    @Ygmrstarrs 3 месяца назад

    Mənim bu aralar ayaqlarım dəhşət halsız olur yeriyirəm ağrıyır yəni nə edə bilərəm həmdə ki mən bundan 3,4 ay qabaq xəstə olmuşdum yerimdən qalxa bilmirdim ancaq yatırdım hərəkət etmirdim ondan ola bilərmi?

  • @ruhengizxelilova3064
    @ruhengizxelilova3064 Год назад

    Salam doktor qan aziligi neden bilinir

  • @mobiloyuncu7595
    @mobiloyuncu7595 9 месяцев назад

    klonkanın iyi👍

  • @asifhuseynov9639
    @asifhuseynov9639 Год назад +4

    salam mən cox halsızam sumuklərimdə ağrıyır pilləkəni zorla cıxıram əllərinə kimi ağrıyıram

  • @madinseva9763
    @madinseva9763 Год назад +5

    Qan azlığı olanda qəribə qoxulardan xoşlanır adam)) Məsələn yanan odun qoxusu)

    • @vefasizdunya3660
      @vefasizdunya3660 10 месяцев назад +1

      Vişneviskini sevirdim men😅

    • @vzmikayilov6466
      @vzmikayilov6466 9 месяцев назад +1

      Məncə o müəyyən şeylərin qoxusun sevirirsə kim olsa,ya benzinin,kömürün,ocaq qoxusu,kül,və çox şeylər olun orqanizmdə bəzi vitamin çatışmazlığıOnun qan azlığına aidi yoxduQAN analizindən müıyyən edilirki hansı vitamin çatışmır,həllin tapmaq olur

    • @vuqarveliyev6863
      @vuqarveliyev6863 2 месяца назад

      Mən yagiş yaganda torpaqin iyini xoşlayiram mutlək tapib bərk torpaq yeməliyem valla

  • @user-xu9hn3rh6t
    @user-xu9hn3rh6t 10 месяцев назад +4

    Yuxudan doya bilmirem bu neden olar

  • @Elsad777
    @Elsad777 3 месяца назад

    Salam necesiz mende halsizliq neden olar her gun hemise bele halsizliq olar

  • @aydinebilov78
    @aydinebilov78 2 месяца назад

    MƏN HƏM HALSİZAM HƏMDƏ COX YATİRAM ÖZÜMÜ PİS HİS EDİRƏM 😢

  • @Teymurrrrr
    @Teymurrrrr 6 месяцев назад +1

    Xəstələr nə bilsin neçə il oxumusuz universiteti?Çoxununz boş-boş dərman yazırsız,amma nəticə olmur.Hansı ag xalatlı xəstənin həqqını yeyirsə,qazandıgı xəstəliyinizə qismət olsun.Allah bəlanızı verəcək,əmin olun.