Payızın son aylarıydı, Aşıq Ələsgər qış tədarükünü görüb anbarları doldurandan sonra şəyirdi Mikayila deyir ki oğul atları yəhərlə, gedək Gəncədən uşaqlara çılpaqlığ alaq. Mikayıl atları yəhərliyir, Usta-Şəyird yola düşürlər, Ələsgər dillənir ki, a bala yola düşməmişdən qabağ sazları da götür, İgidin yaraşığı onun silahıdı, aşığınkı da sazıdı. Onlar xeyli yol gedəndən sonra Murğuz dağlarını aşıb Göyçədən birbaşa Gəncəyə gəlib çatırlar. Atları karvansaraya salıb, özləri gecələmək üçün Mehmanxanaya yollanırlar. Səhər qalxanda görürlər ki həryeri ağappaq qar bürüyüb gəlib dizə çatıb. Xülasə gün günorta olur hava açılır, bir qədər bazarlıq edib qurtarandan sonra Ələsgər Mikayilə deyir, Ay bala geri qayıtmağa başı qarlı murğuz dağları bizə imkan vermiyəjəy , Gərək Şəmkirdən Qovlardan Qaraqoyunlu dərəsindən keçib gedək buda bir həftəlik yoldu, Mikayıl biraz narahatçılıq keçirir deyir ki bilmirəm istiyir bir aylıq yol olsun getməliyik mənim işim var. Xülasə yola düşürlər axşama kimi yol gedirlər şər qarışan vaxt Mikayıl yorulub əldən düşəndən sonra Ələsgərə deyir, Ələsgər əmi ay Ələsgər əmi! Deyirəm adın dillərə dastan olub bəs buralarda bir dostun tanışım yoxdumu gedək qızınaq dizlərin soyuqdan dondu. Ələsgər deyir a bala bəzi kəndləri keçmişik, üzümüzə gələn kəndlərdə dost tapıb ocaqda qızınarıq. Gethaget, nəhayət, bir kəndin kənarında dana otaran bir oğlana rast gəlirlər, Ələsgər oğlannan salamlaşıb hal-əhval tutandan sonra soruşur. Oğul bizi bir gecəliyinə qonağ eliyən tapılarmı? Oğlan deyir Əmi bu kəndin sakinləri heç qonaqsevər deyillər. Mən özüm bu kəndin ağasının Qayım ağanın nökəriyəm. O eşidə bilə ki mən sizi qonaq eləmişəm, məni qapıdan iti qovan kimi qovar, Ama neyləyim sizə də kömək eləmək lazımdı, arxamca gəlin, Ağa qapıda olmasa sizi içəri buraxacam. Olar biraz yol gedib çatırlar, oğlan deyir ki siz burda gözləyin, danaları dama salım, ağa qapıda olmasa həyətə keçərsiniz, oğlan girir həyətə baxır ağanın həyətdə görünmədiyini görüb oları həyətə aparır, atları da tövləyə salır. Oğlan deyir Əmi sizi aparacam ama olmuya birdən ağaya deyərsiz ki bizi bura nökər gətirib. Özünüz görürəm ki aşıqsız, bilirəm ağa sizi çaldırıb oxutduracaq. Mənimdə dərdimən danışarsız Ələsgər deyir dərdim az idi bir dərddən də burdan gəldi Xülasə nökər buları evə aparıb içəri salanda Ələsgərlə Mikayıl nə görsə yaxşıdı, Bir ağsaqqal kişi taxtın üstünə uzanıb ayağ ucunda da cavan 18-20 yaşlarında bir qız. Qonaqlar elə içəri girir ağsaqqal qışqırır ki ayə kimsiniz gəlib birdən girirsiniz bir xəbər almaq yoxdumu? Ələsgər deyir, ağa başına dönüm yol adamıyıq yoldan keçirdik çöldə də hava soyuq idi gördük burda belə bir imarət var fikirləşdik ki belə bir imarətin yiyəsinin böyüy bir ürəyi var, onun üçündə soruşmadan girdik mümkündüsə bizi qonaq eliyin bir gecəliyinə, xüləs ağa buları qonağ eliyir gələnlərə yer göstərirlər , yemək vaxtı gəlib çatır, Allah verəndən gətirirlər süfrəyə yeyirlər. Yatmaq vaxtı çatanda döşəkdən zaddan yerə sərib yer salırlar, Ələsgər baxır ki axşamkı qız hansıkı elə bilib ağanın qızıdı gedib ağa ilə yatdı. Mikayıl xorulduyub başladı yatmağa ama Ələsgər yata bilmədi gecənin bir yarısı qapı açıldı, nökər içəri girdi, Ələsgər dedi oğul deyirdin dərdim var dərdin nədi sənin? Oğlan cavab verir , əmi başına dönüm bayaq o gördüyün qız vare ağa mənə gətirmişdi onu gözəlliyinə vurulub ağa onuda mənə çox gördü, özünə arvad elədi. Bu vaxt elə bil Ələsgərin başına qaynar su tökdülər. Ələsgər nökərdən soruşur oğul ağanın sənəti nədi? Oğlan deyir molladı əmi, deyir Ələsgər deyir vay onun oxuduğu belini qırsın. Ələsgər soruşur oğul bəs sənin adın nədir ? Adım Əhməddir deyir , Ələsgər Mikayili dümsüklədi ki qalx sinəm yandı o sazı burya gətir, Mikayıl yuxulu yuxulu durub deyir əmi gecənin bu vaxtı dəli olmusan vAllah dizim yenicə qızıb çöldəki soyuqdan xəbərin yoxdumu Ələsgər nə qədər dedi Mikayıl sazı gətirmədi Nökər Əhməd gedib özü gətirdi. Yenicə sazı kökləyirdi ki ağa yuxudan durdu , ayə bu nə səsdi Lampaya xod verəndə ağa görürki axşamki qonaq sinəsində də sazı Əhməd də çənəsinin dibini kəsdirib ağa başa düşür ki gələnlər aşıq imiş, xüləs Ələsgər heçkimi danışmağa qoymur sazı götürür Göyçə gülü havası üstündə görək nə deyir. Ədalət axtaran, təriqət bilən, Haqlıx eyləyirsən, haqq dinə bax bax Hökmüdarı havadarı yada sal Həzrət Süleymanın taxtına bax bax Oxuduğun Quran hardandı hanı Hansı yola dəvət edir insanı? Salıbsan zindana gözəl bir canı İqbalına bax bax ,bəxtinə bax bax Ələsgər də bəd işləri aralar Oxa tutar günahkarı yaralar Qoca səfa sürər, gözəl saralar Zamanına bax bax, vaxtına bax bax.
Dikkatinzə göre minnətdaram cox saqolun, ayrtili fikriniz üçün , o cəklis gece oldquna görə, orda çekim deyisdirmisəm, və əlave edlən çəkimlər Moskva caydi, xezer denziylə hec əlaqəsi yoxdur, bezi sebeblər uzunden, çəkisi deysdirmək lazmiydi !!
EŞQ OLSUN ƏLLƏRİN VAR OLSUN FİRUDDİN BƏY AZƏRBAYCAN SİZİN KİMİ OĞULLARLA FƏXR EDİR ALLAH SƏNİ QORUSUN AMİN
Əllərinə sağlıq gözəl qardaş, varol. Sevə sevə dinləyirəm həmişə.
Sevginiz bol ömrünüz gozel olsun inşallah minnətdaram var olun 💖🙏
Har ikinizda hala olsun 👏👏👏👏👏👍
Saz calan qardaş və xəlil qaracöplü cox sağ olyn həmişə var olasınız
Cox super ellerine sagliq Firudin qardasimiz Azerbaycanin fexiri
Super cox əla hər ikisinə alqış.
Ала чох козал 👍 👍 👍
Var olsun, Aşıq-Ozan eli..
Azərbaycanln fəxrisən Allah qorusun səni ay Firudin sevənlərin çox olsun əllərinə sağlq
İyty və🇦🇿🖤
Sağol Firudin
Möhtəşəm ifa əla 👏💐👏
Saz gözəldi söz gözəldi🪕
Əlaa
молодец
Eşq olsun sizlərə
Cox minnedaram var olun !
Payızın son aylarıydı, Aşıq Ələsgər qış tədarükünü görüb anbarları doldurandan sonra şəyirdi Mikayila deyir ki oğul atları yəhərlə, gedək Gəncədən uşaqlara çılpaqlığ alaq.
Mikayıl atları yəhərliyir, Usta-Şəyird yola düşürlər, Ələsgər dillənir ki, a bala yola düşməmişdən qabağ sazları da götür, İgidin yaraşığı onun silahıdı, aşığınkı da sazıdı.
Onlar xeyli yol gedəndən sonra Murğuz dağlarını aşıb Göyçədən birbaşa Gəncəyə gəlib çatırlar. Atları karvansaraya salıb, özləri gecələmək üçün Mehmanxanaya yollanırlar.
Səhər qalxanda görürlər ki həryeri ağappaq qar bürüyüb gəlib dizə çatıb.
Xülasə gün günorta olur hava açılır, bir qədər bazarlıq edib qurtarandan sonra Ələsgər Mikayilə deyir, Ay bala geri qayıtmağa başı qarlı murğuz dağları bizə imkan vermiyəjəy , Gərək Şəmkirdən Qovlardan Qaraqoyunlu dərəsindən keçib gedək buda bir həftəlik yoldu, Mikayıl biraz narahatçılıq keçirir deyir ki bilmirəm istiyir bir aylıq yol olsun getməliyik mənim işim var. Xülasə yola düşürlər axşama kimi yol gedirlər şər qarışan vaxt Mikayıl yorulub əldən düşəndən sonra Ələsgərə deyir, Ələsgər əmi ay Ələsgər əmi!
Deyirəm adın dillərə dastan olub bəs buralarda bir dostun tanışım yoxdumu gedək qızınaq dizlərin soyuqdan dondu. Ələsgər deyir a bala bəzi kəndləri keçmişik, üzümüzə gələn kəndlərdə dost tapıb ocaqda qızınarıq.
Gethaget, nəhayət, bir kəndin kənarında dana otaran bir oğlana rast gəlirlər, Ələsgər oğlannan salamlaşıb hal-əhval tutandan sonra soruşur.
Oğul bizi bir gecəliyinə qonağ eliyən tapılarmı? Oğlan deyir Əmi bu kəndin sakinləri heç qonaqsevər deyillər. Mən özüm bu kəndin ağasının Qayım ağanın nökəriyəm.
O eşidə bilə ki mən sizi qonaq eləmişəm, məni qapıdan iti qovan kimi qovar, Ama neyləyim sizə də kömək eləmək lazımdı, arxamca gəlin, Ağa qapıda olmasa sizi içəri buraxacam.
Olar biraz yol gedib çatırlar, oğlan deyir ki siz burda gözləyin, danaları dama salım, ağa qapıda olmasa həyətə keçərsiniz, oğlan girir həyətə baxır ağanın həyətdə görünmədiyini görüb oları həyətə aparır, atları da tövləyə salır. Oğlan deyir Əmi sizi aparacam ama olmuya birdən ağaya deyərsiz ki bizi bura nökər gətirib. Özünüz görürəm ki aşıqsız, bilirəm ağa sizi çaldırıb oxutduracaq.
Mənimdə dərdimən danışarsız Ələsgər deyir dərdim az idi bir dərddən də burdan gəldi
Xülasə nökər buları evə aparıb içəri salanda Ələsgərlə Mikayıl nə görsə yaxşıdı, Bir ağsaqqal kişi taxtın üstünə uzanıb ayağ ucunda da cavan 18-20 yaşlarında bir qız.
Qonaqlar elə içəri girir ağsaqqal qışqırır ki ayə kimsiniz gəlib birdən girirsiniz bir xəbər almaq yoxdumu?
Ələsgər deyir, ağa başına dönüm yol adamıyıq yoldan keçirdik çöldə də hava soyuq idi gördük burda belə bir imarət var fikirləşdik ki belə bir imarətin yiyəsinin böyüy bir ürəyi var, onun üçündə soruşmadan girdik mümkündüsə bizi qonaq eliyin bir gecəliyinə, xüləs ağa buları qonağ eliyir gələnlərə yer göstərirlər , yemək vaxtı gəlib çatır, Allah verəndən gətirirlər süfrəyə yeyirlər. Yatmaq vaxtı çatanda döşəkdən zaddan yerə sərib yer salırlar, Ələsgər baxır ki axşamkı qız hansıkı elə bilib ağanın qızıdı gedib ağa ilə yatdı. Mikayıl xorulduyub başladı yatmağa ama Ələsgər yata bilmədi gecənin bir yarısı qapı açıldı, nökər içəri girdi, Ələsgər dedi oğul deyirdin dərdim var dərdin nədi sənin?
Oğlan cavab verir , əmi başına dönüm bayaq o gördüyün qız vare ağa mənə gətirmişdi onu gözəlliyinə vurulub ağa onuda mənə çox gördü, özünə arvad elədi. Bu vaxt elə bil Ələsgərin başına qaynar su tökdülər.
Ələsgər nökərdən soruşur oğul ağanın sənəti nədi?
Oğlan deyir molladı əmi, deyir Ələsgər deyir vay onun oxuduğu belini qırsın.
Ələsgər soruşur oğul bəs sənin adın nədir ?
Adım Əhməddir deyir , Ələsgər Mikayili dümsüklədi ki qalx sinəm yandı o sazı burya gətir, Mikayıl yuxulu yuxulu durub deyir əmi gecənin bu vaxtı dəli olmusan vAllah dizim yenicə qızıb çöldəki soyuqdan xəbərin yoxdumu Ələsgər nə qədər dedi Mikayıl sazı gətirmədi Nökər Əhməd gedib özü gətirdi.
Yenicə sazı kökləyirdi ki ağa yuxudan durdu , ayə bu nə səsdi Lampaya xod verəndə ağa görürki axşamki qonaq sinəsində də sazı Əhməd də çənəsinin dibini kəsdirib ağa başa düşür ki gələnlər aşıq imiş, xüləs Ələsgər heçkimi danışmağa qoymur sazı götürür Göyçə gülü havası üstündə görək nə deyir.
Ədalət axtaran, təriqət bilən,
Haqlıx eyləyirsən, haqq dinə bax bax
Hökmüdarı havadarı yada sal
Həzrət Süleymanın taxtına bax bax
Oxuduğun Quran hardandı hanı
Hansı yola dəvət edir insanı?
Salıbsan zindana gözəl bir canı
İqbalına bax bax ,bəxtinə bax bax
Ələsgər də bəd işləri aralar
Oxa tutar günahkarı yaralar
Qoca səfa sürər, gözəl saralar
Zamanına bax bax, vaxtına bax bax.
Bu klipdə iradım Firidun və Qaraçöpçüyədir, belə ki, oxunan mahnı ilə, Xəzər dənizinin heç bir əlaqəsi yoxdur.... Burada uyğunluq yoxdur....
Dikkatinzə göre minnətdaram cox saqolun, ayrtili fikriniz üçün , o cəklis gece oldquna görə, orda çekim deyisdirmisəm, və əlave edlən çəkimlər Moskva caydi, xezer denziylə hec əlaqəsi yoxdur, bezi sebeblər uzunden, çəkisi deysdirmək lazmiydi !!