Это видео недоступно.
Сожалеем об этом.

Mediasiya haqqında qanun nədir?

Поделиться
HTML-код
  • Опубликовано: 16 сен 2021
  • Məcburi məhkəmə mediasiyasına dair müddəalar düz 1 ildir ki, qüvvəyə minib. Mediasiyanın tətbiqi belədir: qanun qəbul olunandan sonra ailə və məişət məsələlərində məhkəməyə müraciət etdikdə onlardan mediator qəbulunda olub-olmamaları soruşulur. Cavab "xeyr" olduqda məhkəmə o işə baxmayacaq və tərəflərə mediasiya institutuna müraciət etmək təklif edir. Yalnız mediasiya prosesini keçmiş konfliktlər və ya mediasiya prosesində həllinə nail olunmamış problemlərə məhkəmə baxa bilər. İki tərəf mediatorun köməyindən sonra razılığa gəlib sənəd imzalasalar, bu hüquq sənəd sayılır və məhkəməyə ehtiyac qalmır. Vəkil ilə mediatorun arasında ən böyük fərq, mediatorun müstəqilliyi və neytrallığıdır. Mediator heç bir tərəfi təmsil etmir. Mediasiya sessiyalarında haqlı və ya haqsız tərəflər yoxdur və nəticədə də heç kim uduzmur. mediasiyanın ən önəmli məqsədi,- mübahisə alovlanmadan, tərəflərə daha böyük zərər vurmadan, uzanmadan mübahisənin bütün tərəfləri üçün ən optimal həll yolunun tapılmasıdır. Mediator qərar verən hakim deyil, qərarı əslində tərəflər özləri, birgə verirlər. mediator o danışıqlar prosessini idarə edir, tərəflərin həqiqi maraqlarını anlamağa kömək edir, tərəflər üçün yeni həll yolları axtarıb tapmaqda öz səylərini göstərir. Mediator, tərəflərin emosiyalarını, ambisiyalarını, maraqlarına xidmət etməyən digər faktorları kənara qoymaqla onlara həqiqi maraqlarını anlamağa yardım edir, və bu maraqların hamısını tərəflər üçün ən yaxşı şəkildə qarşılayan bir həlli ortaya çıxarır. Mediator həm də vəkillə muqayisədə daha az xərc tələb edir.
    Kanala abunə ol - goo.gl/TcM9Fm
    Bizə maddi dəstək ol cutt.ly/destek
    WebSite: www.meydan.tv
    Facebook: MeydanTe...
    Twitter: / meydantv
    Google+ plus.google.co...
    İnstagram: / meydantv
    __________________________________________________________________
    Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Комментарии • 16

  • @bayrammemmedov6040
    @bayrammemmedov6040 2 года назад +6

    Mediasiya əlvə xərcdən başqa bir şey deyildir. Ayı hara qradus hara.

  • @gunka6282
    @gunka6282 2 года назад +1

    maraqlı məlumat idi. bizim ölkədə mediasiya aktual deyil, necəki ailəvi psixoloqlara da müraciət edənlərin sayı azdır. halbuki bəlkə cütlüyə yol göstərən, məsləhət verən olsa konfliktlərin sayı da az olar. düzdür, meadiasiya tək ailə problemlərini həll etmir, fəaliyyət sahəsi olduqca genişdir.

  • @CASINOWIN1
    @CASINOWIN1 2 года назад

    EHTİYATLİ OLUN !!!! MEDİASİYA ŞURASİ ALDADA BİLƏR SƏNƏDLƏRİ VERƏNDƏ GEBUL EDƏNƏ MÖHUR VURDURUN!!! SONRA DEYECEYLER BİZE SENED VERİLMEYİB BU BİRİNCİ

  • @xediceseferova8532
    @xediceseferova8532 2 года назад +1

    Pul telesi.her iki terefe eyni münasibət olduqda yeni haqli haqsiz ferqi yoxdur bilinmedikde bes neye lazimdir ?

  • @seyyidebabayeva600
    @seyyidebabayeva600 2 года назад +1

    Çox sağ olun.

  • @zatoici6522
    @zatoici6522 2 года назад +4

    Daha bir rüşvet menbeyi qurum ortaya çıxdı. Her şey düzeldi, qaldı mediator

  • @CASINOWIN1
    @CASINOWIN1 2 года назад +1

    MEDİATOR TURAL MƏMMƏDOV ALDADİR EHTİYATLİ OLUN

  • @BhruzMirzyev-zy3xv
    @BhruzMirzyev-zy3xv 14 дней назад

    Mediyasiya mehkeme olmadan uşaqi alib vere bilermi anaya qatnamenin çixarilarsa eyer

  • @sevdahuseynova5507
    @sevdahuseynova5507 2 года назад

    qayda qanun tətbiq olunursa gərək insanlar da buna riayət etsinlər də. bu sistem çox yaxşıdır əslində çünki boş yerə məhkəmənin vaxtını almamış olurlar insanalr beləliklə. əvvəlcə mediator qəbulunda olurlar problem həll oluna bilirsə artıq məhkəməyə müraciət etməyə ehtiyac qalmır.

  • @sexavetqarayeva5416
    @sexavetqarayeva5416 2 года назад

    Rayonlarda da bu xidmət varmı və harada yerləşir?məhkəmədə mı icra hakimiyyəti binasındamı, ya harada

  • @CASINOWIN1
    @CASINOWIN1 2 года назад

    MEDİATORU GOYMAYİN UZATSİN, SİFARİŞLƏ İŞLƏYİLLƏR ONUN SELAYETLERİNİ SHURA DAYANDİRİR AMMA MARAGLANMİR İŞLERİNİ TƏFİL VERİB YA YOX MÖHÜRİ ONNAN ALMİLLAR BİLƏ BİLƏ O DA SAXTA SƏNƏD VERİR MİLLƏTƏ

  • @efqankerimov3069
    @efqankerimov3069 2 года назад

    qanun nevaxt imzalanib? deqiq vaxti mecburi mediasiya nevaxtdi

  • @CASINOWIN1
    @CASINOWIN1 2 года назад

    BU BİR HAZİLLANMİŞ SCENARİDİ VE ŞURA BUNA İMKAN YARADIR

  • @user-vt2md1rx4o
    @user-vt2md1rx4o Год назад

    Neye lazimdi bu? Camatin artig pulu yoxdu. Birde niye anada galmalidi uwag? Ata beyem baxa bilmes.

  • @elnurallahverdiyev700
    @elnurallahverdiyev700 2 года назад

    Psixator kimi