Mediasiya haqqında qanun nədir?
HTML-код
- Опубликовано: 25 окт 2024
- Məcburi məhkəmə mediasiyasına dair müddəalar düz 1 ildir ki, qüvvəyə minib. Mediasiyanın tətbiqi belədir: qanun qəbul olunandan sonra ailə və məişət məsələlərində məhkəməyə müraciət etdikdə onlardan mediator qəbulunda olub-olmamaları soruşulur. Cavab "xeyr" olduqda məhkəmə o işə baxmayacaq və tərəflərə mediasiya institutuna müraciət etmək təklif edir. Yalnız mediasiya prosesini keçmiş konfliktlər və ya mediasiya prosesində həllinə nail olunmamış problemlərə məhkəmə baxa bilər. İki tərəf mediatorun köməyindən sonra razılığa gəlib sənəd imzalasalar, bu hüquq sənəd sayılır və məhkəməyə ehtiyac qalmır. Vəkil ilə mediatorun arasında ən böyük fərq, mediatorun müstəqilliyi və neytrallığıdır. Mediator heç bir tərəfi təmsil etmir. Mediasiya sessiyalarında haqlı və ya haqsız tərəflər yoxdur və nəticədə də heç kim uduzmur. mediasiyanın ən önəmli məqsədi,- mübahisə alovlanmadan, tərəflərə daha böyük zərər vurmadan, uzanmadan mübahisənin bütün tərəfləri üçün ən optimal həll yolunun tapılmasıdır. Mediator qərar verən hakim deyil, qərarı əslində tərəflər özləri, birgə verirlər. mediator o danışıqlar prosessini idarə edir, tərəflərin həqiqi maraqlarını anlamağa kömək edir, tərəflər üçün yeni həll yolları axtarıb tapmaqda öz səylərini göstərir. Mediator, tərəflərin emosiyalarını, ambisiyalarını, maraqlarına xidmət etməyən digər faktorları kənara qoymaqla onlara həqiqi maraqlarını anlamağa yardım edir, və bu maraqların hamısını tərəflər üçün ən yaxşı şəkildə qarşılayan bir həlli ortaya çıxarır. Mediator həm də vəkillə muqayisədə daha az xərc tələb edir.
Kanala abunə ol - goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol cutt.ly/destek
WebSite: www.meydan.tv
Facebook: MeydanTe...
Twitter: / meydantv
Google+ plus.google.co...
İnstagram: / meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277
Mediasiya əlvə xərcdən başqa bir şey deyildir. Ayı hara qradus hara.
maraqlı məlumat idi. bizim ölkədə mediasiya aktual deyil, necəki ailəvi psixoloqlara da müraciət edənlərin sayı azdır. halbuki bəlkə cütlüyə yol göstərən, məsləhət verən olsa konfliktlərin sayı da az olar. düzdür, meadiasiya tək ailə problemlərini həll etmir, fəaliyyət sahəsi olduqca genişdir.
Çox sağ olun.
MEDİATOR TURAL MƏMMƏDOV ALDADİR EHTİYATLİ OLUN
EHTİYATLİ OLUN !!!! MEDİASİYA ŞURASİ ALDADA BİLƏR SƏNƏDLƏRİ VERƏNDƏ GEBUL EDƏNƏ MÖHUR VURDURUN!!! SONRA DEYECEYLER BİZE SENED VERİLMEYİB BU BİRİNCİ
Pul telesi.her iki terefe eyni münasibət olduqda yeni haqli haqsiz ferqi yoxdur bilinmedikde bes neye lazimdir ?
Daha bir rüşvet menbeyi qurum ortaya çıxdı. Her şey düzeldi, qaldı mediator
qayda qanun tətbiq olunursa gərək insanlar da buna riayət etsinlər də. bu sistem çox yaxşıdır əslində çünki boş yerə məhkəmənin vaxtını almamış olurlar insanalr beləliklə. əvvəlcə mediator qəbulunda olurlar problem həll oluna bilirsə artıq məhkəməyə müraciət etməyə ehtiyac qalmır.
Rayonlarda da bu xidmət varmı və harada yerləşir?məhkəmədə mı icra hakimiyyəti binasındamı, ya harada
qanun nevaxt imzalanib? deqiq vaxti mecburi mediasiya nevaxtdi
MEDİATORU GOYMAYİN UZATSİN, SİFARİŞLƏ İŞLƏYİLLƏR ONUN SELAYETLERİNİ SHURA DAYANDİRİR AMMA MARAGLANMİR İŞLERİNİ TƏFİL VERİB YA YOX MÖHÜRİ ONNAN ALMİLLAR BİLƏ BİLƏ O DA SAXTA SƏNƏD VERİR MİLLƏTƏ
Mediyasiya mehkeme olmadan uşaqi alib vere bilermi anaya qatnamenin çixarilarsa eyer
BU BİR HAZİLLANMİŞ SCENARİDİ VE ŞURA BUNA İMKAN YARADIR
Neye lazimdi bu? Camatin artig pulu yoxdu. Birde niye anada galmalidi uwag? Ata beyem baxa bilmes.
Psixator kimi