Lala Hasancan -Vahid Əziz “ İncimə”

Поделиться
HTML-код
  • Опубликовано: 7 июл 2024
  • ~İncimə ~
    Eşidəndə dəyişmişəm dünyamı,
    Çiçəklər də haray salsa, incimə,
    Demirdinmi: “Alacaqsan canımı”
    Ruhum getsə,canım qalsa, incime.
    Heç bildinmi, səndən nələr çəkdi can?
    Dərdlərindən bildin necə çökdü can?
    Bir dənəydi, elə bildin çoxdu can?
    Vicdanında qanım qalsa, incimə.
    İstəməzdim ömrüm solan bağ olsun,
    Mənsizliyin bir dözülməz dağ olsun,
    Qoymadın ki, bircəciyi ağ olsun
    Günlər sənə qənim qalsa, incimə.
    Yurdum-yuvam oldu hara?-Bilməzsən ,
    Ürəyimi bir də qıra bilməzsən,
    Məzarıma yaxın dura bilməzsən
    Məni cahan yola salsa, incimə.
    Kar qəlbini daha necə səsləyim?
    Sevgidənsə bəlkə nifrət bəsləyim?
    Daş ürəklim, can çürüdən tərsliyin,
    Məni səndən vaxtsız alsa, incimə....
    Şeir:Vahid Əziz
    Qiraət:Lala Hasancan
    #edebiyat #seir #şair #qiraetçi
    #bediiedebiyyat #sairam #poeziya
    Abunə ol👇
    You-Tube:Lala Hasancan
    Facebook:Lala Hasancan
    İnstaqram:lalahasancan

Комментарии •