Slovakiya. Slovakiya necə ölkədir?

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • slovakiya haqqında məlumatlar, slovakiyada həyat,
    Salam bu videoda orta avropanın soyuq nəmli iqlimiylə seçilən, ərazisinin böyük əksəriyətini dağlar əhatə edən tarixi abidələri ilə məhşur olan, Slovakiyadan bəhs edəcəyəm. Slovakiya avropanın mərkəzində yerləşir və 5 ölkəylə sərhəddir, bunlar Macarıstan ,Polşa, avstriya,Çexiya və Ukraynadır. Azərbaycanın slovakiyada səfirliyi yoxdur amma avstryadaki səfirliyimiz Slovakiyada da ölkəmizi təmsil edir. Slovakiyanın azərbaycanda səfirliyi isə 2019cu ildə açılıb. Slovakiyada təxminən 2min azərbaycanlı yaşayır. Ərazisi 49.035 kvadrat kilometrdir. ərazisinə ölçüsünə görə dünyanın 127 ci ölkəsidir. Dənizə çıxışı olmayan, ölkə ərazisinin çox hissəsi dağlarla əhatə olunmuşdur Karpat dağlarınin ən böyük sıradağı olan Tatra dağları ölkənin böyük hissəsini əhatə edir və Ən hündür nöqtəsi Gerlaxovski ştit adlanır, hündürlüyü 2655metrdir. Ərazisinin 31%-ini əkin torpaqları,17%-ini otlaqlar, 41%-ini meşələr təşkil edir. Yerdə qalan 8%-ini isə qayalı dağlar təşkil edir. Əhalisi 5.5 milyon nəfərdir və əhalsinin sayına görə dünyada 117 ci yeri tutur və Əhalisinin 85%-ni slovaklar, qalan 15 %-ni isə macarlar çexlər ruslar, rumınlar və ukraynalılar təşkil edir.Ölkənin əsas dini xiristianlıqdır və əhalinin əksəriyyəti katolikdir. Digər dinlər isə ölkədə çox az yayılmışdır və əhalinin çox az bir hissəsi müsəlmanlıq, buddizim, hinduzim və digər dinlərə inanırlar. Bayrağı ağ mavi və qırmızı rəngdədir həmçinin bayrağın üzərində slovakiya gerbidə təsvir olunub. Ölkə 8 əyalətə bölünmüşdür. Paytaxtı həmçinin ən böyük şəhəri Bratislavadır. Paytaxtın əhalisi 425min nəfərdir.şəhər qala, muzey saray və parklarıyla məşhurdur. İnşasına 1781- ci ildə başlanan bratislava qalası şəhərin simvolu hesab olunur. Qala hal hazırda muzey kimi fəaliyyət gösdərir. Dunay çayının sahilində yerləşən Bratislava hər il milyonlarla turistin ziyarət etdiyi şəhərlərdəndir.praqa vyana və budaqpeştə olan yaxınlığı da ziyarətçilərin çoxluğuna təsir edir
    Slovakiyanın əsasını 4cü əsirdən etibarən kiçik karpat dağlarına və Pennoya düzənliyinə yerləşən slovaklar qoymuşdur. 9-cu əsirdə slovaklar Böyük Moraviya dövlətinin tərkibinə daxil olmuş və xristianlığı qəbul etmişdir. Böyük Moraviya dövlətinin süqutundan sonra Slovakiya torpaqları Macar Krallığının hakimiyyətinə girdi. 1526-cı ildə macar taxtını ələ keçirən hapusburqlar 1918-ci ilə kimi slovakiya torpaqlarının hakimi oldular. Birinci dünya müharibəsinin ardından macar aslılığından qurtulan Slovaklar Çexiya ilə birlikdə Çexslovakiya dövlətini qurdular lakin çexlərin qatı mərkəziyyətçi siyasəti üzündən Slovakiyada muxtariyyət tələbləri gücləndi və 1938 ci ildə slovakiya muxtariyatını elan

Комментарии • 21