Aşıq Həvəskar Qurbanov - Dəyməyin ( Nənələrin ürəyinə dəyməyin) \ Sözlər Zəlimxan Yaqub

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • * Aşıq Həvəskar Qurbanov - Dəyməyin ( Nənələrin ürəyinə dəyməyin )
    * Sözlər: Zəlimxan Yaqub
    -------
    “Ürəyinə dəyməyin”
    Gördüyündən gözü-könlü bulanar,
    Nənələrin ürəyinə dəyməyin.
    Yaraları göz-göz olar, sulanar,
    Nənələrin ürəyinə dəyməyin.
    Sapa dönər, yumaq olar, bükülər,
    Xalı kimi ilmə-ilmə sökülər,
    Şüşə qəlbi parçalanar, tökülər,
    Nənələrin ürəyinə dəyməyin.
    Deməyin ki, bir ayağı gordadı,
    Ömrü-günü əcəl adlı tordadı.
    Nəvələrin nağıl payı ordadı,
    Nənələrin ürəyinə dəyməyin.
    Bir bulaqdı, içilməsə kor qalar,
    Bir ocaqdı, közü sönər, qor qalar,
    İldən-ilə saçlarında qar qalar,
    Nənələrin ürəyinə dəyməyin.
    Dağ olsa da acı sözdən incələr,
    Bucaq seçər, öz yerini künc elər.
    Şirin kəlmə qocalan gənc elər,
    Nənələrin ürəyinə dəyməyin.
    Yaxşı baxın arxaya siz, önə siz,
    Ucalıq var, nədən ötrü enəsiz.
    Fikirləşin, sabah siz də nənəsiz,
    Nənələrin ürəyinə dəyməyin.
    Gərdən sınar, kəmər düşər, bel inlər,
    Toxunarsan, ürəyində tel inlər.
    İnsaf edin, ay nainsaf gəlinlər,
    Nənələrin ürəyinə dəyməyin…
    ( Zəlimxan Yaqub )
    -------
    1. Videonu bəyəndinizsə LİKE düyməsinə tıklayın ki, video daha çox insana çatdırılsın.
    2. Ən yeni videolardan xəbərdar olmaq üçün kanalımıza ABUNƏ olun və "zınqırov" işarəsinə tıklayaraq bildirişləri aktiv edin..
    -------
    DİQQƏT: © Müəllif hüquqları qorunur..!!!
    QN Production
    -------
    ~ RUclips: / qnproduction
    #zəlimxanyaqub #asiq #aşıq #asiqhavasi #zelimxanyaqub

Комментарии • 1

  • @МехралыЭминов
    @МехралыЭминов 2 месяца назад +1

    Саг Ашых бармагларын вар олсун 100яша Унудулмаз хамиша галбимизда яшаян Улу Турк Дунясынын уудулмаз Шаири Залимхан Ягуба Абади олараг ешг олсун
    Бу санатда сиза угурлар арзулайырам
    Эминов Мехралы