Aydan Əliyeva - Qəribə Adam (Rəsmi Musiqi Videosu)

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2024
  • Aydan Əliyevanın "Qəribə Adam" mahnısı artıq onlayndır.
    Aydan Əlieyavaya RUclips-da abunə ol: mikpro.az/aydanyt
    "Qəribə Adam" rəqəmsal platformalarda: bfan.link/qeribe-adam
    Söz: Şahmar Məmmədov
    Musiqi: Aydan Əliyeva
    Qiraət: Hüseyn Qurbanzadə
    Aranjiman: Fariz Əliyev
    Miks və masterinq: Fariz Əliyev
    Video çəkiliş: Elçin Məmmədov
    Montaj: Asif Əliyev
    Rejissor: Aydan Əliyeva
    Saç/Makiyaj: Aynur Hacıyeva
    Aydan Əliyevanı sosial şəbəkələrdə izlə:
    Facebook: mikpro.az/aydanfb
    Instagram: mikpro.az/aydanig
    Genius: mikpro.az/aydanfb
    Aydan Əliyevanı rəqəmsal platformalarda dinlə:
    Keçid: mikpro.az/aydan.dinle
    Sözlər:
    [Bənd 1]
    Çəkilib sığınıbdır bir pəncərə küncünə
    Ulduzlara baxan adam
    Gələn səs divardakı saatındır
    Qovur zamanı zaman insanı qovan kimi
    Gecə də qəribədir elə bu adam kimi
    Gah istidir, gah da soyuq
    Göylər də ağlamaq istədi
    Damcı-damcı, damcı-damcı
    [Nəqərat]
    Qəribədir
    Deyirlər, yaz yağışı tez kəsər
    İndi səni gəzirəm hər gündüz-gecə
    Yollar həmin yoldur, şəhər həmin şəhər
    İnsanlar da qəribə baxırlar mənə
    [Keçid]
    Salam, Bakı, mənəm o qərib adam
    Şəhərin küçələrində mən yadam
    Ya da dördbucaq içində keçir zaman
    Bu şəhər qocalmaz sirli bir yarımada
    Anlamaq olmur ki niyə belə oldu?
    Bu şəhər həmişə qəribə adamlarla dolur
    Bu şəhərdə 100 mənim kimisi var
    Amma hələ də axtarışda, hələ də nəyisə gözləyir
    Gedənlər də düşünmür geri dönməyi
    Axı kimlərsə onları bu şəhərdə hələ də gözləyir...
    [Bənd 2]
    Soruşsan ki, indi haradayam
    Səni axtarıram həmin ünvanda
    Bilirəm, hiss edirəm, sən də buradasan
    Min qəribin içindən görürsən məni
    Gecə də qəribədir elə bu adam kimi
    Gah istidir, gah da soyuq
    Göylər də ağlamaq istədi
    Damcı-damcı, damcı-damcı
    [Nəqərat]
    Qəribədir
    Deyirlər, yaz yağışı tez kəsər
    İndi səni gəzirəm hər gündüz-gecə
    Yollar həmin yoldur, şəhər həmin şəhər
    İnsanlar da qəribə baxırlar mənə
    Aydan Əliyeva tərəfindən ifa olunan "Qəribə Adam" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #AydanƏliyeva #QəribəAdam #mikpro

Комментарии • 69

  • @aydanalievaofficial.

    Şərhlərinizi oxuyuram, hər birinizə sevgilər, sayqılar! Təşəkkürlər! Əgər az da olsa musiqim ruhunuzun ehtiyacına əlac edirsə nə xoş mənə! 🙏🏽❤️

  • @ZekeriyyeElizade
    @ZekeriyyeElizade 14 дней назад +1

    İnsan üçün Ən Acı Savaş,Beynində Bildikləri İlə Qəlbində Hiss etdikləri arasında Olan Savaşdır.

  • @cavidmemmedzade3930

    Bu qədər gözəl mahnı 6 min izlənmə vurub. Bu millətin zövqü başqalaşıb ya biz başqalaşmışıq?

  • @sevincsadixova4338

    Səhər Zümrüdün verlişində eşitdim. Yaxşı ki, sonda adını eşitdim. Yoxsa axtara-axtara qalacaqdım.😊 Super ifa. ❤❤❤❤

  • @gulerkazimli3187

    Ilk defe kollejde Ruhengiz muellimenin ders otagina girende sen cixirdin arxanca muellime dediki bu qiz cox istedadlidir,bestekarliga hazirlasir…

  • @qorxmazqurbanov267

    Təbriklər Aydan. Hər zaman olduğu kimi gözəl, harmonik cəhətdən sadə və ruhu oxşayan əsrarəngiz melodik xətt. Bravooo👏👏👏👏👏

  • @alisukur3685

    Klipə ard-arda 3 dəfə baxdım. Həzindir, gözəldir, estetikası yerindədir. Çox bəyəndim. Yeni yaradıcılıq uğurları arzulayıram. Yolunuz işıqlı olsun ✨

  • @Veteransahmat

    Cokkkkkkkk güçlü sesi var umarım çok başarılı olur hep dinleriz

  • @EyvazMhmmdli

    Uğurlar olsun,çox gözəl ifa ruha toxunan sözlər,əla alınıb❤

  • @FerhatYildirimofficial

    Ne gözel ifadir insanin ruhuna dokunur

  • @muradmukhtarov

    Beat hip-hop style dı deyə old school atmosfer var. Aşırı bəyəndim 👍🏼

  • @nhesli
    @nhesli  +4

    Xeyri uğurlu olsun.Afərin səsiniz çox xoşuma gəldi 👏👍

  • @nazim_mamedov

    Səsinə qüvvət! Uğurların bol olsun!

  • @fikretoglu

    kashki musiqi qeder videoda yaxshi olsaydi bele videodansa shekille paylashsaydiniz daha yaxshi olardi musiqi gozeldir!

  • @user-xh7sy9zb3u

    Super beyendim ,ugurlarln bol olsun Mawaallah ardl gelsin Amin

  • @azametquliyeva8601

    Çox çox təbrik edirəm, istedadlı gənc bəstəkar Aydan xanım, sənə daha böyük uğurlarınla təbrik edək inşallah❤

  • @LionBakinskiy007

    Səs gözəl, ifa gözəl, mahnı sözləri gözəl, musiqi gözəl və bu gözəllikləri bir yerə cəmləyib ifa edən saf və gözəl. Arzu edirəm hər zaman belə saf və gözəl olasız, şoubiznesin çirkabına bulaşıb, başqalaşmayasız.

  • @mr_akhmedzade

    Hemişeki kimi super 🤙

  • @rashadali583

    Musiqini anlayana möhtəşəm söz, bəstə.

  • @konulmutellimova8942

    Uğurlar.Təbrik edirəm Aydan🌹