Əhli Sunnə mənbələrindən Axırzamanda Bəzi "Din Alimləri" Yalanları!

Поделиться
HTML-код
  • Опубликовано: 28 сен 2024
  • Əhli Sünnə Mənbələrindən, Axırzamanda "Bəzi Din Alimləri"
    PEYĞƏMBƏRİMİZİN HƏDİSLƏRİNİ GİZLƏMƏYƏ ÇALIŞACAQLAR
    Hz. Cabir nəql edir: Rəsulullah (s.ə.a.v) buyurdu ki: “Bu ümmətin SONRADAN GƏLƏNLƏRİ ƏVVƏL GƏLƏNLƏRƏ LƏNƏT ETDİYİ ZAMAN KİM BİR HƏDİSİ SÖYLƏMƏYİB, GİZLƏSƏ, ALLAHIN ENDİRDİYİNİ GİZLƏMİŞ OLAR.”
    (Buxari, Elm 34, 6034)
    - BAŞI TƏRAŞLI, SARIQLI VƏ CÜBBƏLİ BƏZİ ALİMLƏR DƏCCALA TABE OLACAQ
    ÜMMƏTİMDƏN BAŞI SARIQLI YETMİŞ MİN ALİM DƏCCALA TABE OLACAQ.
    (Məvsuətüs-sünnə, Əl-kutubs-sittə və Şüruhuha 22, Əhməd ibn Hənbəl 3-4, Müsnəd, Tunus: Daru səhnun,1992, cild 22, səh. 224)
    ŞƏRQDƏN BAŞLARI TƏRAŞLI QÖVMLƏR ÇIXACAQ; DİLLƏRİ İLƏ QURAN OXUYACAQLAR, (LAKİN) BOĞAZLARINDAN AŞAĞI KEÇMƏYƏCƏK. ONLAR OXUN YAYDAN ÇIXDIĞI KİMİ DİNDƏN ÇIXACAQLAR.
    (Ramuz Əl-Əhadis, Hədis No: 6294)
    - QURANI İZAH EDƏCƏK, AMMA ONA TABE OLMAYACAQLAR
    Süveyd ibn Qafələdən: AXIRZAMANDA TÖRƏMƏLƏR ÇIXACAQ: BEYİNLƏRİ İŞLƏMƏYƏCƏK. DANIŞARKƏN ÇOX GÖZƏL DANIŞACAQLAR. QURAN OXUYACAQLAR, FƏQƏT İMANLARI QIRTLAQLARINDAN AŞAĞI KEÇMƏYƏCƏK....
    (Buxari, Səhih 3611, 5057, 6930, Müslim, 1066, Əbu Davud 4767, Əhməd ibn Hanbəl, Müsnəd 1, 81, 113, 131)
    - YANLIŞ FƏTVALARLA BAŞQALARININ DA AZMASINA SƏBƏB OLACAQLAR
    ... Cahil bir zümrə qalar. İnsanlar bunlardan dini ehtiyacları haqqında soruşar, ONLAR DA (AYƏYƏ, HƏDİSƏ MƏHƏL QOYMADAN) ÖZ DÜŞÜNCƏ VƏ ARZULARINA GÖRƏ FƏTVA VERİB, HƏM ÖZLƏRİ AZAR, HƏM DƏ BAŞQALARINI AZDIRARLAR.
    (Buxari, Təcridi-sərih: 2174)
    - HZ. MEHDİNİN (Ə.F) ZÜHUR ETDİYİNİ QƏBUL ETMƏZLƏR
    Onun (Hz. Mehdinin ə.f) dövründə... Verəcəyi bir çox hökmlərdə üləmanın məzhəblərinə müxalif olacaqdır. Buna görə də ondan (Hz. Mehdidən (ə.f) kənar dayanacaqlar. Çünki ZƏNNLƏRİNƏ GÖRƏ, HƏQİQƏTƏN ALLAHIN İMAMLARINDAN SONRA HEÇ BİR MÜCTƏHİD SAXLAMADIĞINI QƏBUL EDƏCƏKLƏR... (Mühyiddin Ərəbi, “Futuhat əl-Məkiyyə, 66. Bab, cild 3, səh. 327- 328)
    - HZ. MEHDİNİN (Ə.F) ƏLEYHİNƏ OLACAQLAR
    “Futuhat əl-Məkiyyə” adlı əsərində Mühyiddin Ərəbi əl Əndəlusi belə bildirir: ... Mehdi dini eynilə Peyğəmbərin zamanında olduğu kimi tətbiq edəcək. Yer üzündən məzhəbləri qaldıracaq. Xalis və həqiqi dindən başqa, heç bir məzhəb qalmayacaq.
    ONUN DÜŞMƏNLƏRİ İCTİHAD ALİMLƏRİNİN TƏQLİDÇİLƏRİ OLACAQ. Çünki onlar Mehdinin məzhəb imamlarının əksinə hökm verdiyini gördükdə bundan XOŞLARI GƏLMƏYƏCƏK, LAKİN QARŞI GƏLƏ DƏ BİLMƏYƏCƏKLƏR... Qılıncından (elmindən) qorxduqları üçün istər-istəməz hakimiyyətinə boyun əyəcəklər. ONUN BARİZ DÜŞMƏNLƏRİ FÜQƏHA (FİQH ALİMLƏRİ) OLACAQ. ÇÜNKİ İNSANLAR ARASINDA HEÇ BİR İMTİYAZLARI QALMAYACAQ. HƏTTA ƏHKAM BARƏSİNDƏ ELMLƏRİ DƏ AZALACAQ. Bu imamın gəlişi ilə alimlərin hökmlərdəki anlaşmazlıqları da aradan qaldırılacaq.. ƏGƏR ƏLİNDƏ QILINC (ELM) OLMASA İDİ, FƏQİHLƏR ONUN ÖLÜMÜNƏ FƏTVA VERƏRDİLƏR. Lakin Cənabi-Haqq onu kərəmi ilə və qılınc (elmi) ilə təmizləyəcək, onlar ona itaət edəcəklər. ...Ondan həm qorxacaq, həm də müəyyən şeylər umacaqlar. QƏLBƏN ONA NİFRƏT EDƏCƏKLƏR. LAKİN BUNA RƏĞMƏN, İSTƏR-İSTƏMƏZ HÖKMÜNÜ QƏBUL EDƏCƏKLƏR. (Məhəmməd ibn Rəsul Əl Hüseyn Əl Bərzənci, Qiyamət Əlamətləri, 186-187)
    - QURANI MƏNFƏƏTLƏRİ ÜÇÜN OXUYAN, DİNDƏN MƏNFƏƏT ƏLDƏ ETMƏYƏ ÇALIŞANLAR OLACAQ
    Kim Quran oxusa, (mükafatını) Allahdan istəsin. Çünki SON ZAMANLARDA QURAN OXUYUB, (MÜKAFATINI) İNSANLARDAN İSTƏYƏN MÜƏYYƏN İNSANLAR ÇIXACAQ.
    (Tirmizi; Son Zamanlarla Bağlı Hədislər, səh. 12)
    İnsanlara elə zaman gələcək ki, avam xalq Quran oxuyacaq, özünü ibadətə həsr edəcək, (lakin) bidət əhlinin işləri ilə məşğul olacaqlar; hiss etmədikləri yerdən şirkə girəcəklər. SÖZ VƏ ELMLƏRİ VASİTƏSİ İLƏ RUZİ ƏLDƏ EDƏCƏKLƏR, DİNİ ALƏT EDƏRƏK DÜNYALIQ QAZANACAQLAR. BİR GÖZÜ KOR OLAN DƏCCALIN ƏLALTILARI BUNLARDIR.
    (Ramuz Əl-Əhadis, Hədis No: 6255)

Комментарии • 18

  • @rustemeliyev1913
    @rustemeliyev1913 6 месяцев назад +1

    😮

  • @rufeteliyev5096
    @rufeteliyev5096 6 месяцев назад +1

    😮😱

  • @LamentationTv
    @LamentationTv 5 месяцев назад

    Qardaş sən mərcəyi təqlid anlayışnı qəbul edirsən? Yoxsa əxbarisən?

    • @DuaTvOfficail
      @DuaTvOfficail  5 месяцев назад

      Əsslamu əleykə Rəhmətullah qardaş Mərcəyi Təqlid qebul etmirəm Nədəki Əxbari anlayışında qəbul etmirəm!

    • @LamentationTv
      @LamentationTv 5 месяцев назад

      @@DuaTvOfficail Bəs onda siz şəriəti necə əxz (əldə) edirsiz?

    • @DuaTvOfficail
      @DuaTvOfficail  5 месяцев назад

      14 Məsumların (ə.s)ın Şəriəti ilə!

    • @LamentationTv
      @LamentationTv 5 месяцев назад

      @@DuaTvOfficail Qardaş mən soruşmadım "kimin şəriəti ilə gedirsiz". Soruşdum ki: "bu şəriəti necə əldə edirsiz" Yəni hansı yollarla həmin şəriəti əldə edirsiz?

    • @DuaTvOfficail
      @DuaTvOfficail  5 месяцев назад

      Ulduzlara baxaraq əldə edirəm

  • @gunahkarbnd8610
    @gunahkarbnd8610 6 месяцев назад +1

    😮