Это видео недоступно.
Сожалеем об этом.

60 illik yubiley İslam Rzayev 1 hissə

Поделиться
HTML-код
  • Опубликовано: 9 апр 2016
  • Bu tədbir 1997-ci ildə keçirilən Azərbaycan xanəndəsi, Azərbaycanın xalq artisti İslam Rzayevin 60 illik yubileyinə həsr olunub.
    İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlmişdir. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olmuşdur.
    İslam Rzayevin məharətlə oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahu-Hindi", "Rast" muğam dəsgahları AzTV-nin fonuduna daxil edilmiş, Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdi.
    İslam Rzayev 70-dən artıq qastrol səfərlərində olmuş, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etmişdir. Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınmışlar.
    İslam Rzayevin 60 illik yubileyi indiki AZƏRQARABAĞ - MEHTİ - LTD” Xeyriyyə Cəmiyyəti,Birliyi, Mərkəzləri, Direktorlar Şurası tərəfindən 1997-ci ilin 26 sentyabrında Vahid Poeziya evində keçirilmişdir.
    AZƏRQARABAĞ - MEHTİ - LTD” Xeyriyyə Cəmiyyəti,
    Birliyi, Mərkəzləri, Direktorlar Şurası 1993-cü il avqust ayının 01-dən “AZƏRQARABAĞ-MEHTİ-LTD” adını daşıyır. Azərbaycanda və bir neçə xarici dövlətlərdə dövlət və ya qeyri-dövlət bayram, anma, dini mərasimlərini dövlətimizin və ya qeyri-dövlət təşkilarlarının maliyyə köməkliyi olmadan ictimai əsaslarla uyğunlaşdırılmış gün və saatlarda “AZƏRQARABAĞ ” adına olan mərkəzlərin fəal üzvlərinin iştirakı ilə öz peşə, sənətləri üzrə olan yaradıcı insanların köməkliyi ilə həyata keçirilmişdir. “AZƏRQARABAĞ ” adına olan mərkəzlərə üzv qəbul və azad təmənnasızdır. “AZƏRQARABAĞ ” adına olan, mərkəzlərdə uyğunlaşdırılmış gün və saatlarda çalışan, xidmət göstərən bütün yaradıcı insanlar texniki, inzibati işçilər heç bir əmək haqqı almadan, könüllü xidmət göstərirlər. “AZƏRQARABAĞ ” adına olan mərkəzlər Azərbaycanda və bir neçə xarici dövlətlərdə 1993-cü il 01 avqust tarixdən -01 aprel 2016-cı ilə kimi irili-xırdalı 1813 (bir min səkkiz yüz on üç ) konsert-tamaşa, ədəbi-bədii kompozisiyalar, görüşlər, səsyazma, çəkilişlər, qəzet, bületenlər, afişalar, dövlət və ya qeyri-dövlət bayram, dini, anma mərasimləri keçirtmiş, ehsanlar vermiş, iftar süfrələri açmışdır.

Комментарии • 10

  • @user-rm3vt9yv9v
    @user-rm3vt9yv9v 3 года назад +3

    Gözəl çox, dəyərli sənətkar idi, Allah rəhmət eləsin.

  • @Arzu75-79
    @Arzu75-79 6 месяцев назад

    Allah rəhmət eləsin. Şahın müəllım Allah sızdən razı olsun bu tədbırın təşkılınə qörə!

  • @azerhacibalayev8469
    @azerhacibalayev8469 2 года назад +1

    Allah rəhmət etsin, ruhu şad, yatdığı torpaq cənnət məkan olsun Ustad xanəndə, müğənni ifası ilə qəlbləri ürəkləri fəth edən İslam Rzayev.. Uca Tanrı Yaxınlarına səbir versin. Amin inşallah. 🎼🙏🙏🌹🌹🌹🌹🌹🇦🇿❤️🇹🇷🌹🌹🌹🌹🌹🤲🤲🤲🤲🤲

  • @adahuseynli7724
    @adahuseynli7724 3 месяца назад

    Allah sənə qəni-qəni rəhmət etsin,dahi sənətkar.....
    Füzuli torpagı yetişdirir də.....

  • @ceyhun1009
    @ceyhun1009 Год назад

    Allah rehmet elesin.Ruhunuz şad olsun Amin

  • @azerhacibalayev8469
    @azerhacibalayev8469 2 года назад +2

    Allah rəhmət eləsin, ruhu şad olsun, yatdığı torpaq cənnət məkan olsun Ustad xanəndə İslam Rzayev. 🎼🙏🙏🌹🌹🌹🌹🌹❤️🌹🌹🌹🌹🌹🤲🤲🤲

  • @tabriz57
    @tabriz57 9 месяцев назад

    Allah rəhmət etsin

  • @bakcellbakcell2625
    @bakcellbakcell2625 Год назад

    Tək isdedadlı muğam ustası yox Böyük müğam məktəbi idi.yeri behişt olsun inşaallah.

  • @eliheyderbeyleqani9784
    @eliheyderbeyleqani9784  8 лет назад +3

    Bu tədbir 1997-ci ildə keçirilən Azərbaycan xanəndəsi, Azərbaycanın xalq artisti İslam Rzayevin 60 illik yubileyinə həsr olunub.

  • @adahuseynli7724
    @adahuseynli7724 3 месяца назад

    Gör necə qəzəl söyləyir......