Qeybət dilin bəlasıdır. (03.07.23)Ömər Cumanov

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024
  • 🌟Abdullah İbn Məsud (radiyallahu ənhu) demişdir:
    "Qeybət - qardaşında olan bir şeyi deməyindir. Əgər qardaşında olmuyan bir şeyi desən, bu artıq böhtandır".
    📖(əl-Kəbəir).
    🔗t.me/Islamvesunna
    ♦️Dilini, qeybət etməkdən qoru!♦️
    ✍ Əbu Hureyra radiyallahu ənhu rəvayət edir ki, Allah rəsulu sallallahu belə dedi:
    "Bilirsinizmi qeybət nədir?" Dedilər: "Allah və rəsulu daha doğru bilir!" Allah rəsulu sallallahu aleyhi və səlləm dedi: "Öz qardaşını, ikrah etdiyi ilə xatırlayasan!" Deyildi: "Əgər görsən ki, dediyim onda olsa?" Allah rəsulu sallallahu aleyhi və səlləm dedi: "Əgər dediyin onda olsa, artıq qeybət etdin! Əgər dediyin onda olmasa, artıq böhtan atmış oldun!"
    📚 (Səhih Müslim, 2589)
    🖇 t.me/Islamvesu... Qeybət edənin cəzası!
    ✍️ Ənəs ibn Malik radiyallahu ənhu rəvayət edir ki, Allah rəsulu sallallahu aleyhi və səlləm belə demişdir:
    "Mən Merac edildiyim vaxt, bir qövmün yanından keçdiyimdə, onlar misdən olan dırnaqları ilə, üzlərini və sinələrini cırmaqlayırdılar. Mən dedim: Ey Cəbrayıl! Onlar kimdir? O dedi: Onlar insanların ətini yeyənlər və irzlərinə toxunanlardır!"
    📚 ( İmam Əhməd, Əbu Davud).
    ♦️ Qısa şərh:
    📌 Qeybət etmək Quran və Sünnə ilə haramdır. Qeybət dilin böyük bəlalarındandır.
    📌 Allah Təala Qurani Kərimdə, qeybət edənin halını - öz qardaşının ölü ətini yeməyə bənzədib. Təbii ki, bu xoşa gəlməyən, qəlbin ikrah etdiyi bir haldır.
    📌 Bu o deməkdir ki, qeybət etmək nə qədər murdar bir əməldir. Müsəlman olan şəxs bundan çəkinməlidir.
    📌 Həmçinin Ənəs ibn Malik radiyallahu ənhunun qarşımızda olan hədisində, qeybət edən insana qiyamət günü veriləcək əzab vəsf olunub.
    📌 Onların misdən olan dırnaqları var. Onlar o dırnaqları ilə üz-gözlərini cırmaqlayaraq yaralayırlar.
    📌 Necə ki, onlar bu dünyada insanların arxası ilə danışıb, onların qeybətlərini edirdilər, eləcə də qiyamət günü də onların üz - gözləri cırmaqlı halda olacaq və bu halları ilə digər insanlar, onların bu dünyada qeybət etdikərini biləcəklər.
    📌 Həmçinin irzə toxunmaq ən böyük günahlardandır. Müsəlmanın irzi bir-birinə haramdır, toxunmaq olunmaz. Müsəlmanın şərəfi, namusu, qeyrəti toxunulmazdır.
    📌 Bunun üçün də qeybətdən, yalandan, nəmmamlıqdan, böhtandan və digər dilin bəlalarından qorunmaq lazımdır. İnsan bilmədiyi bir şeyi danışmamalı, kiminsə eyibini açmamalı, kiminsə eyibinin arxası ilə getməməli, qeybət etməməli, böhtan atmamalıdır.
    📌 Allah təala bizi bildiyimiz və bilmədiyimiz günahlardan qorusun. Amin.
    🖇 t.me/Islamvesunna
    🖇 Qoşul və sən də paylaş!♦️ Qeybətin kəffarəsi!
    ✍️ Əl-Həsən əl-Basri rahimahullah dümişdir:
    "Qeybətin kəffarəsi - qeybət etdiyin şəxs üçün, Allahdan bağışlanma istəməyindir!"
    📚 (Əl-Məcmu, 3/291)
    🖇 t.me/Islamvesunna
    🖇 Sən də paylaş!
    ♦️ Valideynlərinin qeybətini et!
    ✍️ Abdullah İbn Mubarak rahimahullah demişdir:
    "Əgər qeybət etsəydim, o zaman valideynlərimin qeybətini edərdim. Çünki onlar mənim həsənətlərimə daha haqlıdırlar".
    📚 (Hilyatul övliya, /231)
    ♦️ Qısa şərh:
    📌 Bildiyimiz kimi "Qeybət" Quran və Sünnə ilə haramdır. Qeybət - dilin ən böyük bəlalarından biri sayılır.
    📌 Əgər biz qeybət etməyə yönəldən səbəblərə baxsaq, qörərik ki, səbəblər çoxdur:
    paxıllıq
    ədavət
    həsəd
    nifrət
    kin
    və bundan da daha artıq səbəblər.
    📌 Əsas məsələ odur ki, bu səbəblərə fikir verin ki, bunların hamısı birbaşa olaraq sənin xoşlamadığın bir insanın qeybətini etməkdir.
    📌 Əgər sən qiyamət günü insanlarla halallaşan zaman, sənin həsənətlərindən həmin insanlara veriləcək. Həsənətlərin yetməyəndə isə, onların günahları sənə yüklənəcək.
    📌 Deməli burdan belə çıxır ki, sən ömür boyu əziyyət çəkib qazandığın həsənətləri, nifrət elədiyin, xoşlamadığın, düşmənçilik elədiyin bir insana verəcəksən.
    📌 Abdullah ibn Mubarak rahimahullahın sözü elə bax burda yerinə düşür: "Ey cahil müsəlman! Qeybət etmək istəyirsənsə, o zaman valideynlərinin qeybətini et! Çünki onlar sənin həsənətlərinə daha çox haqlıdırlar!"
    📌 Əziyyət çəkib qazandığın həsənətləri isə düşmənçilik və nifrət elədiyin insana vermək isə yalnız və yalnız səfehıikdir.
    🖇 t.me/Islamvesunna
    🖇 Sən də Qoşul və paylaş!
    ♦️ Qeybətin kəffarəsi!
    ✍️ Əl-Həsən əl-Basri rahimahullah dümişdir:
    "Qeybətin kəffarəsi - qeybət etdiyin şəxs üçün, Allahdan bağışlanma istəməyindir!"
    📚 (Əl-Məcmu, 3/291)
    🖇 t.me/Islamvesunna
    🖇 Sən də paylaş!

Комментарии • 4